“Müasir
universitetin inkişaf strategiyası innovasiyalara əsaslanmalıdır”
Layihə çərçivəsində
müsahibimiz təhsil məsələləri üzrə ekspert,
dosent İlham Əhmədovdur.
-Yaşadığımız hər
gün bizi informasiya cəmiyyətinin yeni-yeni xüsusiyyətləri ilə
- İnformasiya
cəmiyyəti, biliklərə əsaslanan iqtisadiyyat
kontekstində ölkəmizdə
təhsilin vəziyyətini necə
dəyərləndirirsiniz?
- Suala konkret
cavab versəm, qeyd etməliyəm
ki, bu kontekstdə milli elm
və təhsilimizin vəziyyəti keçən il
akademik Ramiz Mehdiyevin məlum
məqaləsində obyektiv təhlil edilib.
Amma çox təəssüf
ki, bu bir il ərzində
bu sahələrdə elə bir dəyişiklik baş
vermədi. Əgər
suala ətraflı cavab verməli
olsam bir çox
məqamlara toxunmalıyam, təbii ki, bir müsahibədə bunu
etmək çətindir.
Bu səbəbdən
yalnız bəzi məqamlara toxunacağam. Məlum olduğu kimi,
ölkəmizdə
iqtisadiyyat sahəsində keçid
dövrü artıq başa çatıb. Deməli,
bundan sonrakı mərhələdə elm və
təhsilin inkişafı üçün daha əlverişli maliyyə imkanları yaranacaq.
Prezident İlham Əliyev
Milli Məclisdəki çıxışında
qeyd edib: “Maliyyə resurslarından elə
istifadə etməliyik ki,
yeni sahələrin inkişafına təkan
verilsin....Bu gün Azərbaycanda İKT
sürətlə inkişaf edir.
Bu, bizim strateji xəttimizdir.....Müasir dövlət qurmaq,
neft-qaz amilindən
asılılığımızı azaltmaq
istəyiriksə, mütləq ilk
növbədə ən müasir
texnologiyaları Azərbaycana gətirməliyik. Ondan
sonra elmə, texnoloji
prosesə qoyulan sərmayə artıq
Azərbaycanda
çox güclü, yeni və elmi
ixtiraların
yaranmasına xidmət göstərəcəkdir”. Məlum
olduğu kimi "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" qəbul edilib. Bu sənəddə
qeyd edilir ki, elm və texnologiyanın inkişafı,
qabaqcıl innovasiya sisteminin yaradılması, tətbiqi
dövlətin elm siyasətinin strateji məqsədlərindəndir. Strategiyanın mühüm bölmələrindən
biri elm, təhsil və
istehsalın inteqrasiyası məsələlərinə həsr
edilib. Beynəlxalq təcrübə sübut edir ki, biliklərə
əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində
universitetlərin mühüm rolu var.
Milli innovasiya sisteminin
formalaşmasında, inkişafında, cəmiyyətin innovativ səviyyəsinin
yüksəldilməsində, innovasion mədəniyyətin
formalaşmasında universitetlər lider ola
bilər. Universitetlərin təkamülü cəmiyyətin
inkişafı ilə sıx
bağlıdır. Bu
gün hər bir
universitetin inkişaf strategiyası olmalıdır, çünki
universitetin inkişafı 1-2 ilin işi deyil, bu
uzunmüddətli bir
prosesdir, ciddi hədəflərin gözaltına alınmasını və
bu hədəfə çatma üçün
strateji planlaşdırmanı tələb
edir. Bu, dünyada gedən
sürətli
inkişaf və rəqabət
mühitinin tələbidir. Avropada,
Rusiyada hətta orta səviyyəli universitetlərin belə 10-15
illik strateji inkişaf
planları var.
- Bu inkişaf
strategiyası necə olmalıdır?
- Müasir
universitetlərin inkişaf
strategiyası innovasiyalara əsaslanmalıdır.
Universitetin yeniliklərə, innovasiyalara açıq
olması, innovativ inkişaf
yolunu tutması onun sürətlə
inkişaf edən qlobal tələblərə
uyğunlaşması, rəqabətədavamlı olması
üçün mühüm şərtdir. Müasir
universitetlərə xas olan
geniş muxtariyyət, elm və
təhsil proseslərinin vəhdəti, məhsuldar innovativ fəaliyyət, sənaye və bizneslə möhkəm əlaqələrin qurulması XX əsrin sonuna yaxın sürətli
elmi-texniki inkişafı təmin edib. Universitetlər ölkənin gələcəyinin cəmləşdiyi
məkandır. Bu mənada
universitetlərimizi yeni texnoloji cəmiyyətdə, innovasiya cəmiyyətində,
qlobal rəqabət şəraitində fəaliyyətə, inkişafa
hazırlamalıyıq. Dünyanı bürüyən iqtisadi
böhran və maliyyə qıtlığı şəraitində Fransa,
Almaniya kimi ölkələr
elm və təhsilin
inkişafına büdcədən əlavə olaraq 20-25 milyard avro ayırıblar. Bu addımı onlar gələcəkdə baş verə biləcək iqtisadi
böhranlardan daha az itki
ilə çıxmaq
üçün
atdıqlarını
bildirirlər. Bu qlobal
proseslər fonunda təəssüf ki, bizim universitetlər çox zəif görünür. Bu sahədə görülməli hələ çox iş var.
Ciddi problemdən biri də universitetlərimizin maliyyə problemləridir. Dünya universitetlərinin
reytinq cədvəllərində yüksək mövqe
tutan universitetlərin hər
hansı birinin büdcəsi bizim 50
universitetin toplam büdcəsindən xeyli
yüksəkdir. Yüksək texnologiyaların həlledici rol
oynadığı
indiki şəraitdə az
büdcə ilə
universitetlərdə
inkişafa nail olmaq
mümkün deyil.
İndi təbaşir-lövhə dövrü deyil. Bu
gün universitetlərimizin ciddi
investisiya layihələrinə ehtiyacı
var. Eyni zamanda
bu gün universitetlərin sərancamında olan az
vəsait də səmərəli xərclənməlidir. Bu investisiyalar əvvəllər olduğu kimi maddi
resurslara deyil, informasiya cəmiyyətinin, biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun
olaraq qeyri-maddi resurslara -elmin, informasiya resurslarının,
innovasiyaların yaradılması və inkişafı,
müasir təhsil texnologiyalarının transferi məsələlərinə,
keyfiyyətin idarə edilməsi,
kadr potensialının gücləndirilməsi,
virtual təhsil sisteminin
yaradılması və
inkişafına yönəlməlidir. Əgər avrotəmirli auditoriyada təlim
keçən tələbə köhnəlmış, aktual
olmayan məlumatlarla
dolu, keyfiyyətsiz dərsliklə
təchiz edilirsə, onun müəllimi son 20
ildə bir dəfə də olsun xaricdə elmi
konfransda məruzə etməyibsə, xaricdə elmi məqalə dərc etməyibsə tələbə öz ixtisasına dair
heç bir proqram təminatı olmayan
kompyuterlə təchiz edilibsə, ana dilində
resursu olmayan İnternetlə təmin olunubsa, onda bu təmirli auditoriyanın , üstü bəzəkli “dərsliyin”, “içi
boş” kompyuterin, “bizə
yad “ internetin təhsilə və
tələbəyə heç bir faydası olmaz. Bu gün real olaraq tədris korpusu
və auditoriyası
olmayan, lakin on
minlərlə tələbəsi
olan virtual universitetlər var ki,
yüksək keyfiyyətli təhsil
verir. Çünki o
universitetlərdə, təhsil investisiyalarını qeyri-maddi
resurslara - informasiyaların, innovasiyaların yaradılması, transferi məsələlərinə,
kadrların qorunub saxlanması və
inkişafına yönəldiblər. Zaman
sübut etdi ki, onlar səhv
etməyiblər. Bu təcrübə bizə
də örnək olmalıdır.
A.Miriyev
Palitra.- 2011.- 1
fevral.- S. 7.