Korrupsiya halları ilə mübarizə yönündə həyata keçirilən tədbirlər çox əhəmiyyətlidir

 

Sosioloq Əbülfəs Süleymanlı: "Prezidentin qaldırdığı bu vacib məsələyə cəmiyyətin, vətəndaşların da dəstək verməsi böyük önəm kəsb edir"

 

Son dövrlərdə ölkənin bütün sahələrində qabaqcıl dünya standartlarının tətbiq edilməsi və tam oturuşmasına ciddi diqqət yetirilməkdədir. Bütün bunlar Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının və bu sahədə əldə edilmiş nəhəng göstəricilərin ən yüksək dünya standartları ilə tamamlanmasına hesablanıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib:  “Harada qüsurlar, çatışmayan cəhətlər varsa, onları aradan qaldırmalıyıq. Harada ki, bizdə görülən işlər hələ beynəlxalq standartlara cavab vermir, onları beynəlxalq standartlara, Avropa standartlarına yaxınlaşdırmalıyıq. Mən hesab edirəm ki, əgər biz buna nail olsaq, büdcə gəlirlərimiz artacaq və ümumiyyətlə, ölkədə uçot-hesabat məsələləri daha da dəqiq həll olunacaq”.Qeyd edək ki, bu sıradan rast gəlinən bürokratik əngəllərlə dövlət səviyyəsində ciddi mübarizə aparılması və bu barədə effektli tədbirlər görülməsi də ciddi önəm kəsb edir. Prezident adıçəkilən müşavirədə bu barədə hökumət qarşısında ciddi tapşırıqlar qoyulduğunu bir daha qəti şəkildə diqqətə çatdırdı: “Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir”. O da qeyd edilməlidir ki, Prezidentin bu sahəyə aid tapşırığı əsasında son günlərdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirildi. Administrasiya rəhbəri ölkə başçısının bu sahədəki tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barəsində çoxlu şikayət daxil olduğunu bildirib, bu nöqsanların qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Bu barədə dövlət qurumlarının qarşısında konkret tapşırıqlar qoyulduğu diqqətə çatdırılıb. Xüsusilə vurğulamaq lazımdır ki, neqativ halların aradan qaldırılması ilə bağlı dövlət nəzarətinin güclənməsi və bununla bağlı keçirilən tədbirlər cəmiyyətdə müsbət rezonans doğurub. Belə ki, ictimaiyyət nümayəndələri son dövrlərdə dövlətin bu sahəyə ciddi nəzarət həyata keçirməyə başlamasını təqdir edirlər.            

Mövzu ilə bağlı bizə fikirlərini bildirən Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti Əbülfəz Süleymanlı da məsələyə çox müsbət yanaşır: “Bu məsələnin geniş ictimai müzakirəyə çıxarılması çox müsbət bir haldır. Çünki Azərbaycan inkişaf etmiş bir ölkəyə çevrilmək istəyirsə, qarşıda duran bir çox problemlərin öhdəsindən gələ bilmək üçün birinci növbədə məhz korrupsiya hallarının istənilən halda, istənilən mərhələdə qarşısının alınması vacibdir. Bu yöndə həyata keçirilən tədbirlər çox əhəmiyyətlidir. Ümid edirəm ki, birinci növbədə cəmiyyətin şüurundan korrupsiyanı çıxarmaq lazımdır. Bunu kökündən həll edə bilmək üçün bu məqsədli işlərin həll edilə bilməsi vacibdir. Azərbaycanın sürətli inkişaf mərhələsində, eyni zamanda qloballaşmanın vüsət aldığı bir dövrdə daha çox inkişafın başqa strategiyaları barədə fikir yürütməliyik. Bunun üçün bilavasitə olaraq korrupsiya hallarının ortadan qaldırılması çox vacibdir. Prezident İlham Əliyevin hökumətin 2010-cu ilin yekunları ilə bağlı son müşavirəsində qarşıya qoyduğu tapşırıqlar, bundan irəli gələrək akademik, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tədbirində diqqətə çatdırdığı məsələlərbuna ciddi diqqət yetirməsi çox təqdirəlayiqdir. Hesab edirəm ki, indiki zamanda dövlət səviyyəsində bu cür tədbirlərin həyata keçirilməsi çox əhəmiyyətlidir. Cənab Prezidentin qaldırdığı bu vacib məsələyə cəmiyyətin, vətəndaşların da dəstək verməsi vacib önəm kəsb edir. Bütövlükdə bütün qüvvələr səyləri birləşdirdiyi zaman bu problemlərin öhdəsindən gəlmək mümkündür. Çünki bu, sağalmayacaq bir yara deyil. İnsanlar istədiyi zaman bunun qarşısı alına bilər”. Aşağı mərtəbələrdə korrupsiya hallarının baş verməsinin əsas səbəblərindən biri kargüzarlıq sənədlərinin həddindən artıq çoxluğudur. Bunu deyən sosioloq belə düşünür: “Məncə, inzibati tədbirlərlə paralel olaraq, bu məsələdə mexanizmlərin bəzi məqamlar baxımından təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda hökumətin elektronlaşdırılması prosesi sürətləndirilməlidir. Çünki sənəd məsələlərində lüzumsuz hallarda insan faktorunun iştirakının ortadan qaldırılması minimum səviyyədə olsa, bu prosesdə mühüm əhəmiyyətə malikdir. İnsanlar hər hansı bir məsələ ilə bağlı sənədləri əldə etmək üçün çoxlu instansiyalardan keçməli olurlar. Bu instansiyaların sayı korrupsiyaya qarşı mübarizə zəminində azaldıla, sadələşdirilə bilər. Lazımsız, neqativ halların qarşısının alınmasında bu da özünün müsbət təsirini göstərə bilər. Bürokratik baryerlərin azaldılması bu işdə çox vacibdir. Həmçinin gənc və bacarıqlı kadrların vəzifələrə təyin olunması və maaşlarının qaldırılması prosesi bütün bu tədbirlərlə paralel sürətlə davam etdirilməlidir”. Ə.Süleymanlı qeyd edir ki, bu məsələdə müvafiq cəza tədbirləri, inzibati tədbirlərlə paralel olaraq cəmiyyət maarifləndirilməlidir: “Rüşvət hallarına qarşı vətəndaşlar da öz öhdələrinə düşən məsuliyyətdən qaçmamalı, bu işdə dövlət qurumlarına yardımçı olmalıdırlar. Məsələn, onlardan rüşvət istənilən zaman, rüşvət verməməlidirlər. Hesab edirəm ki, bu cür hallardaqaynartelefon xətlərinin mövcud olması çox vacibdir. Bu cürqaynar xətlərbarədə KİV-də geniş məlumat verilməli və maarifləndirilmə işi aparılmalıdır. İnsanlar hər hansı bir qurumun fəaliyyəti ilə bağlı qüsurla qarşılaşdıqları yaxud onlardan rüşvət tələb olunduğu təqdirdə, dərhal və çəkinmədən ora zəng edə bilməlidirlər. Bir sözlə, bu barədə inzibati cəza tədbirləri ilə yanaşı, ictimai maarifləndirmə işigeniş təşkil edilməlidir”. Bəzi hallarda korrupsiya hallarının baş verməsinin digər səbəbi də insanların özlərinin rüşvət verməyə meyilli olmasıdır: “Məsələn, elə tibb müəssisələri var ki, orda müalicə üçün pulu bir dəfə köçürürsən, onunla da hər şey bitmiş olur. Başqa kimlərəsə qeyri-rəsmi pul ödəmək lazım gəlmir. Amma həmin tibb müəssisələrində dəfələrlə şahidi oluruq ki, vətəndaşlar həkimlərin təkidli etirazlarına baxmayaraq onların cibinə zorla pul salmağa çalışırlar. Bu cür hallar artıq onu göstərir ki, rüşvətə meyillilik insanların şüurlarında geniş kök salıb. Vəziyyəti bir qədər mürəkkəbləşdirən əslində bu amildir. Bunu bizrüşvətin ənənəviləşməsikimi qiymətləndirə bilərik. Cəmiyyətdə “rüşvət verməsəm, heç bir işi həll edə bilmərəm” anlayışının hakim olması rüşvətin ənənəviləşməsinə gətirib çıxarır. Bəzi sosial davranış qəliblərisosial institutların fəaliyyətibu növ düşüncə tərzinin və anlayışın kök salmasına səbəb olur. Digər tərəfdən, bəzi məmurların və xalqın idrak səviyyəsi bu prosesdə əhəmiyyət kəsb edir. Korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində bu düşüncə tərzini də mütləq ortadan qaldırmaq lazımdırbunun üçün çoxsaylı tədbirlər görmək lazımdır. Belə ki, inzibati cəza tədbirləri ilə yanaşı, ictimai maarifləndirmə  işi aparılmalıdır. Bundan başqa korrupsiyaya qarşı mübarizədə inkişaf etmiş ölkələrin praktikasından istifadə etmək məqsədəuyğundur. Əslində dünyanın istənilən ölkəsində korrupsiya halları varbu hallarla mübarizə aparmaq üçün həmin ölkələrin təcrübə və metodlarından yararlanmaq olar”. Sosioloq düşünür ki, bu cür tədbirlər intensiv olaraq həyata keçirilərsə, korrupsiya hallarını qısa zamanda aradan qaldırmaq mümkün olmasa da,  təhlükəli, ağır hallardan birdəfəlik yaxa qurtarmaq olar.

 

 

İlkin Ağayev

 

Palitra.- 2011.- 4 fevral.- S. 6.