Hüquq
düşüncəsi və cəmiyyətin hüquqi
savadı
Hüquq
sosial hadisədir. Onsuz sivilizasiyalı cəmiyyətin
mövcudluğu qeyri-mümkündür. Hüquq normativ
formada ümumbəşəri ədalətin tələblərini
əks etdirməlidir. Yəni ayrı-ayrı sinif və təbəqələrin
deyil, bütün cəmiyyətin mənafeyi nəzərə
alınmalıdır. Xüsusi mülkiyyət hüququ
bütün insan hüquqlarının əsasıdır.
Hüquq dövlət tərəfindən müəyyən
edilən və qorunan davranış üsuludur. Hüquq -
dövlətin müəyyənləşdirdiyi və ya
sanksiyalaşdırdığı və onun gücü ilə
qorunan, hamı üçün ümumməcburi
davranış qaydalarının (normaların) məcmusudur.
Hüquq düşüncəsi qaçılmaz hüquq
yoludur. İnsanların düşüncəsində
hüququn mövcudluğu bölünməzdir. Hüquq və
subyektlərin məsuliyyəti insan düşüncəsindən
keçməyənə qədər içtimai həyatın
bütün normaları və tələbləri hüquqi
ifadəsini tapır.Hüquq düşüncəsi sturukturuna
görə 2 ünsürdən ibarətdir: elmi hüquq
düşüncəsi(hüquqi ideologiya) və adi hüquq
düşüncəsi (hüquqi psixologiya). Hüquq
düşüncəsi çətin məzmunlu morfologiya hesab
olunur. Hüquq düşüncəsi çoxtərəflidir.
O, həm fərdi, qrup halında, prosessual, həm də hakim
olan və olmayan və s. formada ola bilər. Bura ictimai
münasibətlərin hansı sahəsinin hüquqi tənzim
etməyə ehtiyacının olması, onun hansı yolla tənzim
edilməsi, fəaliyyətdə olan hüquq normalarının
qiymətləndirilməsi, onların tətbiqinin effektliliyi,
hüququn inkişaf perspektivləri daxildir. Ümumbəşəri
tələb və maraqların artması, cəmiyyət və
dövlətlərin qarşılıqlı əlaqələri
ümumbəşəri hüquq düşüncəsi elemetlərinin
və hüquqi orientasiyanın yaradılmasına gətirib
çıxarır. Ancaq bunlar özünə
hüquqyaradıcı orientasiyanı daxil edən ümumbəşəri
hüquq düşüncəsinin elementləridir. Onlar ancaq
göstərilən mənada beynəlxalqdırlar. Onları
dövlətlərarası hüquq düşüncəsinin
elementləri adlandırmaq olmaz. Hüquq düşüncəsi
dövlətə deyil, cəmiyyətə məxsus olan
elementdir.Hüquq düşüncəsi ictimai həyatın
hüquqi hadisələrində insanların mühasibətini
ifadə edən ideyaların, görüşlərin adətlərin,
ənənələrin məcmusunu təcəssüm etdirir.
Bu qanunvericilik, qanunçuluq, ədalət mühakiməsi
haqqında, hüquqauyğun və ya hüquqazidd
davranış haqqında təsəvvürlərdir. Hüquq
düşüncəsi qanunvericiliyin
inkişafının,hüquq qaydasının sabitliyinin vətəndaşların
hüquq və azadlıqların reallığının
mühüm amilidir. Mükəmməl hüquq
düşüncəsi, habelə, şəxsiyyətin
yüksək ümumi və hüquq mədəniyyətini
göstərir,onu müxtəlif hüquq münasibətlərinin
yararlı iştirakçısı edir. Vətəndaş cəmiyyəti
və qeyri-hökumət təşkilatları öz cəmiyyətləri
çərçivəsində siyasi töhfə verməkdə,
yeni təşəbbüsləri dəstəkləməkdə
və hökumətin hesabatlılığının
qorunmasında həlledici rol oynayır. Onlar ümumi dəyərlərə,
yəni demokratiya və insan haqlarına hörmət, qanunun
aliliyi, yaxşı idarəetmə, bazar iqtisadiyyatı prinsipləri
və dayanıqlı inkişafa əsaslanmış demokratik
və bazara istiqamətlənmiş islahatların dəstəklənməsində fəal tərəflər ola bilərlər.Azərbaycan
Respublikası məhz demokratiya
yolu ilə getdiyinə görə cəmiyyətin maarifləndirilməsi
bu gün gündəmdə olan məsələlərdəndir.
Bu gün cəmiyyətimizdə vətəndaşların
hüquqi savadsızlığı ucbatından uğursuz
nikahların sayı artır, insanların əmək, istirahət,
sağlamlıq və digər hüquqları pozulur. Əslində
sözügedən məsələdə hansısa dövlət
strukturunu günahlandırmaq da yersizdir. Çünki ilk
növbədə vətəndaş özü
hüquqlarının müdafiə və qorunmasında
maraqlı olmalıdır. Bəzi
ekspertlərin fikrincə ölkə əhalisinin hüquqi
savadsızlığı bu sahənin orta məktəblərdə
zəif tədrisi ilə bağlıdır. Yəni ümumtəhsil
müəssisələrində hüquqi biliklərin verilməsi
məsələsi diqqətdən kənarda
qaldığından həyata addım atan gənc
addımbaşı səhvlərə yol verir. Nəticədə vətəndaşların
hüquqi savadsızlığı kütləvi xarakter
daşıyır və həyata keçirilən maarifləndirmə
işlərinin də effekti olmur. Ümumtəhsil məktəblərində
hüquqi biliklərlə bağlı ümumi
anlayışların tədrisi olduqca zəruridir. Cəmiyyətin
hüquqi savadsızlığı onda ifadə olunur ki,
insanlar adi problemlərin həllində aciz qalırlar. Ya da elə
situasiyalar baş verir ki, məhz zərərçəkən
tərəfin hüquqi savadsızlığı ona yardım
etmək imkanlarını çətinləşdirir. Yəni
məsələ məhkəmə müstəvisinə
çatanda aydın olur ki, zərərçəkənin məlumatsızlığı
onu qurbana çevirib. Zənnimcə, cəmiyyətdə bu
cür mənfi halların aradan qaldırılması
üçün ilk növbədə maarifləndirmə orta
məktəblərdən başlanmalıdır. Belə olan təqdirdə
ictimaiyyət arasında həyata keçirilən hüquqi
maarifləndirmənin də effekti olacaq. Etiraf etmək
lazımdır ki, hazırda vətəndaşların
hüquqi savadının artırılması istiqamətində
müəyyən tədbirlər həyata keçirilir. Lakin
bu biliklərin bazası olmadığından aparılan
maarifləndirmənin effekti çox aşağıdır. Bu
tədbirlərin effektinin olması üçün bu sahəyə
aid konkret dərslik tərtib olunmalıdır. İnsan
hüquqları və hüquq elminin əsasları tədris
olunmalıdır. Eyni zamanda ümumiləşdirilmiş dərsliyə
konstitusiyadan 10 - 15 maddə, mülkü hüquqdan isə ailə
və əmək hüququ kimi məsələlər daxil
edilməlidir. Yüksək
effektə nail olmaq üçün təkcə dərslik
kifayət etmir, həmçinin bu dərsi tədris edən
mütəxəssis məsələsi
önəmli olmalıdır. Orta məktəblərdə Azərbaycan
Respublikasının konstitusiyası fənnini tarix müəlliminin
tədris etməsi bu sahədə
biliyin , nəticənin artıq nə dərəcədə
effektli olmasından, olacağından xəbər verir. Bu sahənin
ixtisaslaşmış kadrlara həvalə olunması da həmçinin
gözlədiyimiz nəticəni verməyə
yardımçı ola bilər. Düzdür, bu sahə nə
qədər yüksək tədris olunsa belə hər adam
huquqşünas qədər də məlumatlı ola bilməz,
amma adi məqamlar barədə bilgili olmaq bütün vətəndaşların
borcudur. Çünki cəmiyyətin hüquqi cəhətdən
maariflənməsi həm də dövlətin inkişafı
deməkdir.
Vəfa Məmmədzadə,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının baş
hüquqşünası
Palitra.- 2011.- 4 fevral.- S. 11.