Dövlət Torpaq Xəritəçəkmə Komitəsində korrupsiyaya qarşı mübarizə üzrə komissiya yaradılıb

 

Dövlət Torpaq Xəritəçəkmə Komitəsində 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. İclasda komitə sədri Qərib Məmmədov ötən il görülmüş işlər barədə məlumat verib, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları ilə qarşıya qoyulan tapşırıqların yerinə yetirilmə vəziyyəti barədə hesabatla çıxış edib. Komitənin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunan sədr komitə tərəfindən bələdiyyələrə yerquruluşu sənədlərinin verilməsi, ərazi vahidlərinin dövlət reyestrinin hazırlanması, vətəndaşların istifadəsində olan həyətyanı bu kimi digər torpaqların sənədləşdirilməsi, müxtəlif xəritələrin hazırlanması və kartoqrafiya işləri, müxtəlif dövlət proqramlarında komitənin iştirakından da söz açıb.  

 

Azərbaycan-Rusiya sərhədi üzrə delimitasiya prosesi başa çatdırılıb 

 

Azərbaycanda 2010-cu il ərzində 30 398 vətəndaşın adına fərdi qaydada yaşayış evibağ sahələrinə görə plan ölçü sənədləri hazırlanaraq təqdim olunduğunu deyən komitə sədri Qərib Məmmədov bildirib ki, indiyədək komitə tərəfindən 2 637 yaşayış məntəqəsi üzrə 801 688 vətəndaşın adına kompleks fərdi qaydada şəhadətnamə, 551 yaşayış məntəqəsi üzrə isə 190 635 vətəndaşın adına kompleks qaydada planölçü sənədi verilib. İclasda bildirilib ki, 2010-cu ildə 1 370 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib ki, bundan 451 hal xəbərdarlıq edilməklə aradan qaldırılıb, 919 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib.Q. Məmmədov bildirib ki, ötən il ərzində ölkənin bələdiyyələri üzrə 1 773 hərrac və müsabiqə təşkil olunub. Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasından danışan komitə sədri qeyd edib ki, ötən il ərzində uzunluğu 390 km olan Azərbaycan-Rusiya sərhədi üzrə delimitasiya prosesi başa çatdırılıb və “Sərhəd müqaviləsi” imzalanıb. Bundan başqa, uzunluğu 480 km olan Azərbaycan-Gürcüstan sərhədi üzrə 300 km hər iki tərəfin dövlət komissiyaları tərəfindən razılaşdırılıb, qalan hissəsi üzrə işlər aparılıb.  

 

Komitədə “qaynar xəttfəaliyyət göstərir 

 

İclasda Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevin 2011-ci il 27 yanvar tarixində keçirdiyi iclasda verdiyi tapşırıqlarla bağlı komitədə bu istiqamətdə həyata keçirilən tədbirlərə də toxunulub.Qərib Məmmədov hələ Prezidentin 2004-cü il 3 sentyabr tarixli 377 nömrəli sərəncamı ilə təsdiq edilmişKorrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)” çərçivəsində komitə tərəfindən torpaq sahələrinin ayrılmasında şəffaflığın təmin edilməsi məqsədi ilə  görülmüş təxirəsalınmaz  tədbirləri, o cümlədən ilk olaraq komitənin  təklifi əsasında bələdiyyə torpaqlarının yalnız müsabiqə və ya hərracla mülkiyyətə və icarəyə verilməsi barədə qanunun qəbul olunmasını, torpaq müsabiqələri hərraclarının təşkilatçısı olaraq komitənin əmri ilə yaradılmış 5 nəfər tərkibdən ibarət torpaq müsabiqə hərrac komissiyalarının tərkibinin yalnız 2 nəfərinin komitə əməkdaşlarından ibarət olduğunu şəffaflığın təmin edilməsi məqsədi ilə qalan 3 nəfərin isə birinin ictimaiyyət nümayəndəsindən, birinin bələdiyyə assosiasiyalarının nümayəndələrindən, birinin isə yerli icra hakimiyyətinin nümayəndəsindən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eləcə də Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilmişŞəffaflığın artırılmasıkorrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)” əsasında  komitədə təsdiq edilmişTədbirlər Planına müvafiq olaraq 2011-ci ildə 30.12.2010-cu il tarixli 376 nömrəli əmrlə müəyyən edilmiş həyata keçiriləcək tədbirlərin-müraciət, ərizə və şikayətlərlə əlaqədar effektiv araşdırmaların aparılması, elektron poçt vasitəsilə ərizə və şikayətlərin qəbulu işinin təşkili, məlumat əldə edilməsi qaydalarının və üsullarının, məlumat əldə edilməsi üzrə məsul olacaq struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, hesabatlarda dövlət qulluğuna qəbul və qulluqla bağlı digər məsələlərin əks etdirilməsi, budcə, ərizə və şikayətlərə baxılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə dair hesabatların hazırlanmasının icrasının daim nəzarətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib. Həmçinin hesabatların dərc edilməsi və ictimaiyyətə açıqlanması, şəxslərin birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması, daxili nəzarət orqanları tərəfindən müraciətlərə operativ qısa müddət ərzində baxılması, daxili nəzarət qurumları tərəfindən aşkar edilən korrupsiya cinayətləri barədə hüquq-mühafizə orqanlarının məlumatlandırılması, komitənin aparatında və struktur bölmələrində ödənişlərin plastik kartlar vasitəsilə ödənilməsinin təmin edilməsi, “qaynar xəttə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, rotasiya sisteminin tətbiq ediləcəyi sahələrin müəyyən edilməsi və rotasiya prinsipinin tətbiq edilməsinin və s. icrasının daim nəzarətdə saxlanılması, korrupsiyaya gətirib çıxara biləcək halların əvvəlcədən müəyyən edilərək bu barə ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi üçün aidiyyəti rəhbər vəzifəli şəxslərə və komitənin tabeliyində olan icraçı struktur vahidlərinin rəhbərlərinə ciddi tapşırıqlar verilib.Q.Məmmədov onu da vurğuladı ki, komitədə korrupsiyaya qarşı mübarizə üzrə komissiya yaradılıb qaynar xəttfəaliyyət göstərir:  “Vətəndaşlar üzləşdikləri neqativ hallarla bağlı həm komissiyaya, həm qaynar xəttə müraciət edə bilərlər. Məqsədimiz korrupsiya özbaşınalığa səbəb olan amilləri kəsməkdir. “Qaynar xətt əlaqə: 4325526”. Komitə sədri onu da qeyd edib ki, artıq bələdiyyələrin özbaşına torpaq satmasına son qoyulub: “Bilirsiniz ki, artıq torpaqlar hərraclarda satılır”.  

 

 

Nigar

 

Palitra.- 2011.- 8 fevral.- S. 10.