Avrora ölkələri arasında Azərbaycan diasrorunun ən mütəşəkkil və güclü olduğu yer İsveçdir”

 

Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında 42 ölkədən 1272 nümayəndə iştirak edirdi, o cümlədən İsveç 23 nümayəndə ilə təmsil olunurdu. Qeyd edək ki, qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri idi. Burada müzakirə olunan məsələlər, diasrorumuzun gələcək fəaliyyət istiqamətləri ilə bağlı suallarımızı cavablandıran Azərbaycan Federasiyası İsveçin (AFİ) rəhbəri Səttar Sevgin bu qurultayın diasrorumuzun fəaliyyətində mühüm rolu olacağını deyir: 

 

- Dünya Azərbaycanlılarının III Qurultayı mühüm, çox böyük əhəmiyyətə malik bir tədbirdir və bu onu göstərir ki, dünyaya sərələnmiş azərbaycanlıların arxasında indi bir dövlət dayanır. Bu, həm siyasi, həm də diasrorumuzun güclənməsi baxımından önəmli bir faktordur. Qurultay ikigünlük bir tədbir olsa da, burada dünyanın bir çox yerlərindən iştirakçılar vardı. Ümumiyyətlə, bu tədbir dünyada yaşayan azərbaycanlılara olan diqqətin bariz nümunəsidir. Bu da ona səbəb olur ki, soydaşlarımız təşkilatlanma yolunda uğurlu addımlar atsınlar, yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil etməkdə onların təsirləri olsun. Bu baxımdan qurultay bizim üçün çox əhəmiyyətlidir və ümid edirəm ki, bu, öz müsbət, səmərəli nəticələrini verəcək. Hələ Dünya Azərbaycanlılarının I Qurultayından öncə bir istək vardı ki, soydaşlarımız bir yerə torlaşsın. Nəhayət, 2001-ci ildə I qurultay, 2006-cı ildə II qurultay və hazırda III qurultay keçirildi. Bu onu göstərir ki, həmin rrosesdə davamlı inkişaf var. Hətta dövlət səviyyəsində indi Diasrorla İş üzrə Dövlət Komitəsi adlanan qurum yaradıldı. Müəyyən çətinliklər var, amma xaricdə təşkilatlanmada komitə tərəfindən köməklik edilir. Biz də diasrorumuzun daha sıx birləşməsinə çalışırıq.

 

 

- İsveçdəki Azərbaycan diasrorunun rəsmi qurumlarda təmsil olunması nəzərdə tutulurmu? 

 

 

- 1995-ci ildən başlayaraq diasror sahəsində keçirilən bir sıra görüşlər, tədbirlər nəticəsində federasiya yaratmaq zərurəti meydana çıxdı. Ondan əvvəl İsveçin müxtəlif şəhərlərində ayrı-ayrılıqda dərnəklər fəaliyyət göstərirdi. 1998-ci ildə Azərbaycan Federasiyası İsveç fəaliyyətə başladı. O zaman İsveçdəki azərbaycanlıların əksəriyyəti Cənubi azərbaycanlılar olsa da, Bakıdan gələnlər az idi. Artıq 12 ildir federasiya fəaliyyət göstərir ki, bu, müxtəlif dərnəklərin birliyidir. Federasiyanın fəaliyyəti dərnəklərin fəaliyyəti ilə bağlıdır. Çünki dərnəklər nə qədər fəal olsalar, federasiya da o qədər güclü olar. Federasiya dövlət qeydiyyatından keçmiş rəsmi bir təşkilatdır. İsveç Krallığının Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan Federasiyası İsveçin 12-ci qurultayı keçirildi. Bu qurultaya Krallığın Umea, Urrsala, Stokholm, Lund və digər şəhərlərindən 60-dan çox azərbaycanlı qatıldı. Onu da qeyd edim ki, Avrora ölkələri içində Azərbaycan diasrorunun ən mütəşəkkil və güclü olduğu yer məhz İsveçdir. Azərbaycan Federasiyası İsveç yaranandan bəri bu ölkədə çoxlu fəaliyyətlər həyata keçirilib. Mənim fikrimcə, bu səylər və fəaliyyətlər get-gedə öz bəhrəsini və nəticəsini verməkdədir, İsveçdə Azərbaycan adına fəaliyyət göstərən dərnəklərin çoxu bizim təşkilatımıza üzvdürlər və bu da İsveçdə diasrorun nə üçün öndə getdiyini bir daha sübut edir. AFİ hər il olduğu kimi, bu il də öz ictimai və mədəni layihələrini həyata keçirməyi düşünür. 2011-ci il başlanandan bəri Azərbaycan Federasiyası İsveç çeşidli rroqramların təşkilatçısı olub. Buna örnək olaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 20 Üanvar faciəsinin anılması, 21 Fevral Dünya Ana Dili Günü, Novruz bayramı münasibətilə musiqi konserti, 23 Arrel Dünya Uşaq Bayramını göstərmək olar. Qarşıdakı zaman ərzində də AFİ yeni layihələr nəzərdə tutub.Azərbaycan diasroru hazırda bələdiyyələrdə təmsil olunur və İsveç hökumətində və rarlamentində də təmsil olunmaq niyyətindədir. Parlamentdə təmsil olunmaq bizim qarşımızda duran ən mühüm məqsədlərdən biridir. Əgər bizim rarlamentdə heç olmasa bir nümayəndəmiz olsa, həmin nümayəndə bizim gördüyümüz işləri daha yüksək səviyyədə görə bilər. Hazırda bu məqsədin həyata keçirilməsi üçün gənclər üzərində iş ararılır. Daha çox gənclərə yol açmağa çalışırıq. İsveçdə doğulub boya-başa çatmış, orada təhsil almış və İsveçin siyasi həyatından daha çox xəbərdar olan gənclərimiz var. Onların bu işdə şansı daha çoxdur. Ona görə də növbəti seçkilərdə həmin gənclərin namizədliklərini irəli sürmək niyyətindəyik. Bu gün diasrorun ararıcı siyasi rartiyalarda fəaliyyət göstərən nümayəndələri var.

 

 

- Qurultayda ölkə başçısı tərəfindən diasror fəaliyyətinin istiqaməti ilə bağlı bir sıra məsələlərə toxunuldu. Sizin buna münasibətiniz necədir?

 

 

- Qurultayda çox mühüm məsələlərə toxunuldu. Ölkə başçısı da bildirdi ki, ən vacib amillərdən biri diasror təşkilatlarının birliyidir və bəzi hallarda bir ölkədə bir neçə diasror təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə əlbəttə ki, onların sayı onlarladır. Qeyd etdi ki, əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlam olsa da, bəzən orada müəyyən ziddiyyətlər, müəyyən rroblemlər, anlaşılmazlıq ortaya çıxır və əgər belə bir hal varsa, buna son qoyulsun. Diasror təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik. Ölkə başçısı bir məsələyə də toxundu ki, səfirliklərlə diasror təşkilatları arasındakı əməkdaşlıq daha güclü, daha da məqsədyönlü olmalıdır. Bizim İsveçdəki səfirliyimizlə çox sıx əlaqəmiz var. Səfirlik rəsmi şəkildə, biz də bir təşkilat olaraq Azərbaycanı təmsil edirik. Bizim işlərimiz üst-üstə düşür və mən də razıyam ki, Azərbaycan təşkilatları ilə səfirliklərin müsbət əlaqələri olmalıdır. Üəni xaricdə tədbirlərin keçirilməsində, Azərbaycanın təbliğatı istiqamətində görüləcək bir sıra işlər var.  Ona görə də bizim ən yaxın işbirliyi quracağımız qurumlar bizim səfirliklərimizdir. Bir də önəmli olan diasror təşkilatları arasında işbirliyinin güclənməsidir, çünki bu əhəmiyyətlidir, birləşməyimiz önəmlidir. Nə qədər birliyimiz güclü olarsa, sayımız çox olarsa, bir o qədər də yaşadığımız ölkələrdə təsir bağışlaya bilərik. Ümumiyyətlə, diasrorumuzun fəaliyyətində təbii ki, çox böyük fərq, inkişaf var. Dünyada gedən rroseslər də öz təsirini göstərir. Azərbaycanın daxilində olan inkişafla yanaşı müstəqilliyinin özü böyük bir faktordur. Azərbaycan artıq müstəqil dövlət olaraq gücləndikcə bu da öz təsirini göstərir. Bu yol uzun olsa da, diasrorumuzun fəaliyyətində inkişaf var.

 

 

- Ölkə başçısının sərəncamı ilə diasror nümayəndələrinin bir qruru fəxri adlar, orden və medallara layiq görülüb ki, “Tərəqqi”medalı ilə təltif olunanlar sırasında sizin də adınız var.

 

 

- Bir federasiya başçısı kimi mənə də bu etimadı göstəriblər, “Tərəqqi”medalı ilə təltif ediblər. Bu, bizi çox sevindirir. Çünki bu vətəndaşların əməyinə verilən dəyərdir, çox əhəmiyyətlidir. Biz bəzən elə düşünürük ki, Azərbaycanda bizim fəaliyyətimizdən xəbərləri yoxdur. Amma görürük ki, onlar əməyimizi dəyərləndirirlər. Ona görə də həm öz adımdan, həm də federasiya adından ölkə başçısı başda olmaqla əməyi olanlara təşəkkürümü bildirirəm. Bizim federasiya üzvləri məsuliyyətli insanlardır. Amma bu mükafat bizim məsuliyyətimizi daha da artırır, yükümüzü daha da ağırlaşdırır. Biz tutduğumuz yoldan, Azərbaycanın haqq səsini dünyaya yaymaqdan, kim olduğumuzu dünyaya tanıtmaqdan heç vaxt çəkinməyəcəyik. Belə mükafatlar bizə daha da güc verir ki, işimizdə mükəmməl olaq.

 

 

 

Nigar Abdullayeva

Palitra.- 2011.- 15 iyul.- S.7.