Müstəqil Azərbaycanın
inkişafı rəqəmlərdə
Dünən
Bakıda Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi
(DSK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən
«Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə»
elmi simpozium keçirilib.
Tədbirdə çıxış edən DSK
sədri Arif Vəliyev ölkənin iqtisadi inkişafından
danışıb və qeyd edib ki, 2004-2010-cu illər ərzində
Azərbaycanda ÜDM 3 dəfə, adambaşına düşən
ÜDM 2,7 dəfə, sənaye məhsulunun istehsalı 2,8 dəfə,
əsas kapitala yönəldilmiş investisiyaların həcmi
2,9 dəfə, kənd təsərrüfatı sahəsi 1,3 dəfə,
yük daşımaları 1,8 dəfə, rabitə sahəsi
5,6 dəfə, pərakəndə əmtəə dövriyyəsi
2,3 dəfə, əhaliyə göstərilən pullu xidmətlər
4,5 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə,
ölkə iqtisadiyyatına yatırılmış xarici
investisiyalar 2,4 dəfə, əhalinin banklardakı əmanəti
12 dəfə, dövlət büdcəsi 9,3 dəfə,
strateji valyuta ehtiyatları 18,4 dəfə, iqtisadiyyata kredit
qoyuluşu 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə,
orta aylıq əməkhaqqı 4,3 dəfə, minimum əməkhaqqının
məbləği 7,1 dəfə, pensiyaların orta məbləği
4,7 dəfə, kiçik sahibkarların sayı isə 1,7 dəfə
artıb.
Bundan başqa, tədbirdə təhsil naziri
Misir Mərdanov, AMEA prezidenti Mahmud Kərimov, AMEA-nın
vitse-prezidenti Arif Həşimov, Naxçıvan MR Dövlət
Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov
ölkənin inkişafı barədə çıxış
ediblər. Daha sonra tədbir çərçivəsində
oxunan məruzələr ətrafında müzakirələr
aparılıb.
Simpoziumda Prezident Administrasiyası, Nazirlər
Kabineti, Milli Məclis, İqtisadi İnkişaf, Vergilər,
Maliyyə, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər
nazirliklərindən, həmçinin Dövlət
Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə
Fondu, Mərkəzi Bank və digər qurumların nümayəndələri
iştirak edib. Qeyd edək ki, DSK-nın inzibati binasında
keçirilən simpozium çərçivəsində DSK və
Naxçıvan MR Dövlət Statistika Komitəsi tərəfindən
nəşr edilən kitabların sərgisi və müstəqillik
illərində Azərbaycanın və Naxçıvanın
sosial, iqtisadi inkişafını əks etdirən plakatlar
nümayiş olunub.
Cavidan
Palitra.- 2011.- 1iyul.- S. 10.