Aysəba Mirzəyeva:
“Çalışacağıq ki, gələcəkdə
tələbə şəbəkəmizi daha
da genişləndirək”
Xəbər
verildiyi kimi, mayın
31-də Bakı Beynəlxalq Tələbə Klubu
(BBTK) Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət dəstəyi
Şurasının maliyyə, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli
Şurasının təşkilati dəstəyi ilə Azərbaycanda
təhsil alan xarici tələbələrin I Ümumrespublika Forumunu keçirdi.
Forum cəmiyyətin, o cümlədən Azərbaycanda təhsil alan xarici tələbələrin
böyük diqqət və
marağına səbəb olub. Bu barədə BBTK-nın sədri Aysəba
Mirzəyeva bizə məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə
ilk dəfə keçirilən forumda 20 ölkəni təmsil edən tələbələr
iştirak edib: “Tədbir
Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət dəstəyi
Şurasının maliyyə dəstəyi verdiyi
“Azərbaycanda təhsil alan əcnəbi
tələbələrin I Ümumrespublika
Forumu” adlı layihə çərçivəsində
keçirildi. Forumun keçirilməsində
əsas məqsədimiz Azərbaycanda olan
əcnəbi tələbələrin davamlı birliyinə nail olmaq, müvəqqəti
Azərbaycan sakini olan
çoxlu sayda əcnəbi
gəncə Azərbaycan dövlətinin verdiyi
önəmi vurğulamaq, ölkəmizin
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında xarici tələbə
potensialından düzgün istifadəni
təmin etməkdir. Forumda Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Slavyan
Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, Xəzər
Universitetlərində təhsil alan xarici tələbələr, eləcə də
ölkəmizdə könüllü
xidmət göstərən Avropa və
Amerikalı gənclər iştirak etdilər.
Forum Azərbaycan cəmiyyəti, ölkəmizdə
təhsil alan xarici tələbələrin
diqqət və marağına səbəb oldu.
Deyə bilərik ki, Forum
uğurla başa
çatdı. Qeyd etmək istərdim ki, tədbirdə Azərbaycanın dövlət
rəsmiləri, millət vəkilləri yaxından iştirak etdilər. Bakı Dövlət Universiteti forumda xüsusilə
fərqləndi. Universitetin prorektoru Sani Hacıyev tədbirə
qatıldı, gənclərə ürək sözlərini bildirdi. Yeri gəlmişkən, Azərbaycan
Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasına foruma maliyyə dəstəyi göstərdiyinə,
Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasına isə təşkilati
dəstəyə görə minnətdarlığımı
bildirirəm. Ümumiyyətlə, foruma
qatılan, bu işdə bizə
yardımçı olan hər kəsə
təşəkkür edirəm”.
A.Mirzəyeva
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının sədri, millət
vəkili Azay Quliyevin, Azərbaycan Respublikası Gənclər
Təşkilatlarının Milli Şurasının sədri,
millət vəkili Fuad Muradovun, “Dağlıq Qarabağın
Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndəsi,
millət vəkili Rövşən Rzayevin,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin
nümayəndəsi Sənan Hüseynovun və digər rəsmi
şəxslərin foruma qatılmalarını tədbirin
çox ciddi əhəmiyyət kəsb etdiyindən xəbər
verdiyini bildirdi: “Millət vəkillərinin və dövlət
rəsmilərinin iştirakı forumun əhəmiyyətini
daha da artırdı. Onların
çıxışı xarici tələbələr
tərəfindən diqqətlə izlənildi”.Forum
iştirakçılarının birgə qəbul etdiyi Bəyannamədə Azərbaycanın
problemlərinin də öz əksini tapmasını
A.Mirzəyeva tədbirin uğurlarından
saydığını düşünür:
“Forum
iştirakçıları rəsmi hissənin sonunda birgə
Bəyannamə imzaladılar. Həmin Bəyannamədə
bir çox məqamlarla
yanaşı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi də yer alıb. Azərbaycanda
təhsil alan əcnəbi tələbələr
ölkənin bütün problemlərinin
həllində, xüsusilə Dağlıq Qarabağ
münaqişəsinin dinc yolla
həlli məsələsində Azərbaycan xalqı ilə
həmrəy olduqlarını ifadə edirlər. Onlar
dünyanın fövqəlgüc ölkələri,
münaqişələrin həllinə cavabdeh
olan beynəlxalq qurumlar
qarşısında Dağlıq Qarabağ
məsələsinin təcili həll edilməsi, məcburi
köçkünlərin doğma
yurdlarına qaytarılması barədə arzularını
ifadə edirlər. Bəyannamə Beynəlxalq Təşkilatlara,
o cümlədən dünyanın
müxtəlif beynəlxalq tələbə şəbəkələrinə,
ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslara da göndəriləcək. Məncə, bu çox uğurlu
bir nəticədir”.
Gələcəkdə
görüləcək işlərdən danışarkən
A.Mirzəyeva əvvəlcə forumda qaldırılan problemlərin,
əldə olunan nəticələrin təhlil
olunacağını, xarici tələbələrin
qarşılaşdığı problemlərlə, təkliflərlə
bağlı müvafiq dövlət qurumlar
qarşısında məsələ
qaldırılacağını söylədi: “Biz bu forumun nəticələrini
geniş təhlil edib müvafiq qurumlara müraciətlər
ünvanlayacağıq. Tədbirdə öz fəallığı ilə seçilən
xarici tələbələri Bakı Beynəlxalq
Tələbə Klubunun fəaliyyətinə
cəlb edəcəyik. Çalışacağıq ki, gələcəkdə tələbə
şəbəkəmizi daha da genişləndirək, koordinasiya
işlərimizi gücləndirək. Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
daha yaxşı çatdırmaq üçün xarici tələbələrin
ölkəmizin müxtəlif bölgələrinə, o cümlədən qaçqın və məcburi
köçkünlər məskunlaşan qəsəbələrə,
cəbhəyanı rayonlara ardıcıl
səfərlərini təşkil etməyi nəzərdə tutmuşuq”.
Xatırladaq ki, BBTK Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü çalışan bir qrup gənc tərəfindən 2007-ci ildə yaradılmış və Ədliyyə Nazirliyində qeydiyyata alınıb. BBTK həmçinin tələbə mübadiləsini təmin edən və Avropanın əsas tələbə şəbəkələrindən olan Erasmus Tələbə Şəbəkəsinin üzvüdür.
İlahə.
Palitra. – 2011. – 3 iyun. –S. 10.