Turizmlə bağlı tədris vəsaitləri hazırlanmalıdır

 

Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycan Turizm İnstitutunun (ATİ) Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müəllimi Qəhrəman Yusupovdur: 

 

- Turizmin inkişafında kadr potensialının mühüm rolu var. Azərbaycan Turizm İnstitutu bu istiqamətdə fəaliyyətini necə qurub?

 

 

- Azərbaycan Turizm İnstitutunun tələbələri turizm fəaliyyəti ilə bağlı geniş tədris proqramları üzrə təhsil alırlar. Proqramlar müvafiq olaraq mühazirələr institut müəllimləri tərəfindən hazırlanır. Üçüncü kurs tələbələri ikinci semestrdən təcrübə almaq məqsədilə müxtəlif turizm şirkətləri yerləşdirmə obyektlərində işlə təmin olunurlar. İnstitutun beynəlxalq əlaqələri yüksək səviyyədə qurulub. Tələbələrə yay tətillərində xaricdə işləyib təcrübə qazanmaq üçün institut tərəfindən şərait yaradılır. Məsələn, aprel ayında bir qrup tələbə bu məqsədlə 5 ay müddətinə İsrailə yola düşüb.Əlbəttə, kadr potensialı bu sektorda ən vacib amildir. 2005-ci ildə ATİ-nin yaradılmasında da məqsəd Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi, qonaqpərvərlik, turizm, səyahət istirahət sahəsində ixtisaslı kadrlara olan ehtiyacı ödəmək üçün mütəxəssislərin hazırlanması təkmilləşdirilməsi idi. Hazırda institutda 1301 tələbə təhsil alır. 2010/2011-ci tədris ilindən isə ATİ- magistratura pilləsi fəaliyyətə başlayıb 19 magistrant təhsil alır. 2011-ci ildən ATİ- doktoranturaya qəbul həyata keçiriləcək. Yaxın vaxtlarda Nazirlər Kabinetinin qərarı ilə ATİ-nin nəzdində Turizm Peşə Liseyinin yaradılması gözlənilir. Gələcəkdə Mingəçevir Turizm Kolleci ilə əməkdaşlığın dərinləşdirilməsi həyata keçiriləcək planlara daxildir.Hazırda biz bu sahədə kadrlar hazırlayırıq. Güman edirəm ki, tələbələrimiz, peşəkar insanların ortaya çıxması ilə bu sahədə işlər daha da yaxşı olacaq reallıq da bunu göstərir.

 

 

- Bu sahədə tələbələrin turizm ixtisası üzrə dərsliklər əldə etməsində vəziyyət necədir?

 

 

- Azərbaycan dilində dərslik dərs vəsaitlərinin çatışmazlığı tələbələr arasında narazılığa səbəb olur. Hazırda institut müəllimləri dərs vəsaitlərinin hazırlanması üzərində çalışırlar. Dərslik dərs vəsaitlərinin hazırlanması maliyyə cəhətdən dəstəklənərsə, institut müəllimləri turizm müəssisələrinin mütəxəssisləri bu işə daha həvəslə qoşularlar.

 

 

- Tədris etdiyiniz sahədə tələbələrin bilik səviyyəsi sizi qane edirmi?

 

 

- Oxuduğu ixtisas üzrə təcrübəsinə malik olan tələbələrin əksəriyyəti daha aktivdir. Amma tələbələr arasında elələri var ki, valideynlərinin ödədiyi təhsil xərclərinin havaya sovrulmağının onlara heç bir təsiri olmur. Bu tələbələr öz vaxtlarını təhsil ocağına gələrək yalnız dostları ilə görüşməyə vaxt öldürməyəsərf edirlər. Bu cür tələbələrə müəllimlərin öyüd-nəsihəti, kəsirlərin düzəldilməsi üçün verəcəkləri əlavə ödənişlər təsir edir.

 

 

- Turizm biznesinin təşkili ilə bağlı hansı təkliflər irəli sürərdiniz?

 

 

- Azərbaycan iqtisadiyyatı inkişaf edir, infrastruktur yenilənir. İnsanların uzaq məsafələrə rahat gedib çatmasında vacib ünsür rahat yolun olmasıdır. Əyalətdə, dağlarda, dəniz sahilində istirahət etmiş insan üçün rahat sərgüzəştsizevinə qayıtması istirahətdən aldığı məmnunluğu artırır. Hər il onlarla yerləşdirmə obyektləri istifadəyə verilir. Bu il Bakıda 6 beşulduzlu otelin istifadəyə verilməsi gözlənilir. Bəs qədər 2-3 ulduzlu otel istifadəyə veriləcək? Bakını görmək istəyən turist üçün yüksək keyfiyyətli baha oteldənsə səliqəli təmiz, orta səviyyəli oteldə qalmaq daha sərfəlidir. 4-5 ulduzlu otellər iri beynəlxalq səviyyəli tədbirlərdə, konqreslərdə, simpoziumlarda iştirak etmək üçün gələn əsasən iri şirkətlərin nümayəndələrinin böyük dövlət məmurlarının qaldığı yerdir. İri şirkət nümayəndələri öz əhəmiyyətini göstərmək prestijini nümayiş etdirmək məqsədilə məhz bu cür VİP otellərdə məskən salırlar. Lakin Azərbaycanda kütləvi turizmi inkişaf etdirmək istəyiriksə, 2-3 ulduzlu otellərin sayının artırılmasına ehtiyac var. Bunu da məhz yerli sahibkarlar öz investisiyaları sayəsində həyata keçirə bilərlər. Kütləviliyə nail olmaq üçün turizm sahəsində fəaliyyət göstərənlərə vergi güzəştləri edilməli, imtiyazlı məqsədli kreditləşdirmə sistemi tətbiq edilməlidir. Azərbaycana xarici sahibkarların cəlb edilməsi üçün bu şərtlərlə yanaşı qoyulmuş investisiyalara dövlət təminatı verilməlidir. Ətraf mühitin qorunması təmizliyə nail olunması üçün bələdiyyələrə müəyyən şərtlər daxilində imkanlar yaradılmalıdır.Mövcud problemlərə gəldikdə isə deyə bilərəm ki, institut müəllimlərinin maaşları ilə yanaşı institutun kompyuterlərlə təchizatı da aşağıdır, auditoriyalar darısqal sayı azdır. Maaşların aşağı olması səbəbindən peşəkar mütəxəssisləri tədris prosesinə çətinliklə cəlb etmək mümkün olur.

 

 

- Sizcə, turizmlə bağlı hansı sahələrin geniş tədrisinə ehtiyac var?

 

 

- Ölkəmizdə xüsusilə regionlarda turizmin inkişaf etdirilməsi turizm xidmətləri səviyyəsinin yüksəldilməsi üçün yerli sakinlərə müvafiq təlimlərin keçirilməsinə ehtiyac var. Rayonlarda istirahət kompleksləri tikilir, lakin bu komplekslərdə çalışanlar turistlərə xidmətlərin göstərilməsi qaydalarından tamamilə bixəbər olurlar. Dəfələrlə olub ki, istirahət kompleksində yerləşən turistlər səhər saat 8-ə sifariş etdikləri yeməyi ala bilməyiblər. Bu isə bu kompleksdə idarəetmənin, personalın peşəkarlıq səviyyəsinın aşağı olmasından irəli gəlir. İstirahət komplekslərinə kadr axınının az olması ilk növbədə maaşların aşağı olması ilə bağlıdır. Bu isə öz növbəsində bu istirahət komplekslərinin mövsümi işləmələri səbəbindən baş verir. İdarəetmənin düzgün təşkil edilməsi nəticəsində mövsümlərarası dövrdə ölü mövsümdə turistləri cəlb etməklə gəlir əldə etmək olar. Bunun üçünsə təklif olunan xidmət çeşidi böyük rəngarəng olmalıdır. Eyni zamanda turizm şirkətlərinə, turizm komplekslərinə vergi güzəştləri tətbiq edilməlidir. Yalnız bu zaman bizim istirahət ocaqlarında xidmət qiymətləri aşağı düşə bilər. Müvafiq olaraq xidmət personalına verilən maaş da xeyli yüksələr, bu isə öz növbəsində qonaqlara xidmət səviyyəsinin yüksəlməsinə gətirib çıxarar. Lakin yuxarıda qeyd etdiyim kimi, xidmət personalına təlimlər keçirilməli, idarəedici personal da bu təlimlərdə iştirak etməlidir. Təlimlərin turist marşrutlarında, ekskursiyalarda, yerləşdirmə qida obyektlərində keçirilməsi məsləhətdir.

 

 

- 2011-ci ilin ölkəmizdəTurizm ilielan olunması bu sahədə təhsilin qarşısında hansı tələbləri qoyur?

 

 

- Prezident tərəfindən 2011-ci ilinTurizm ilielan olunması müvafiq qurum təşkilatları öz işini daha da genişləndirməyə sövq edir. ATİ- tələbələrin elmi-praktik konfransı keçirildi. Bu konfransda ATİ tələbələri ilə yanaşı bir sıra digər universitetlərin tələbələri aktiv iştirak etdilər.Turizm ili”nin elan edilməsi eyni zamanda institut müəllimləri qarşısında da böyük tələblər qoyur. Tədris proqramlarının hazırlanması, mühazirələrin təkmilləşdirilməsi, məşğələlərin daha canlı maraqlı keçirilməsi xüsusilə turizmlə bağlı tədris vəsaitlərinin hazırlanması müəllimlərin işinin əsasını təşkil etməlidir.

 

 

 

 

Nigar

 

Palitra. – 2011. – 3 iyun. –S. 7.