Azərbaycanda ali təhsilin səviyyəsi: problemlər, təkliflər

 

Layihə çərçivəsində müsahiblərimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Beynəlxalq ekoenergetika akademiyasının professoru Nurməmməd Məmmədov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, professor Mərdan Cəlilovdur: 

 

-Təhsilimizin müasir səviyyəsi sizi qane edirmi?

 

 

N.M.- Müasir milli təhsilimizin qurucusu ümummilli liderimiz H.Əliyev təhsil haqqında belə deyib: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Uzun müddət təhsil sistemində işləyən mütəxəssislər kimi biz təhsilimizə verilən bu böyük qiymətin məsuliyyətini dərk edərək, öz mülahizələrimizi oxucularla bölüşmək istəyirik. Niyə təhsilimiz bu vəziyyətdədir? Niyə bizim mütəxəssislər xarici mütəxəssislərdən geridə qalır? Niyə bizim imkan sahibi olan vətəndaşlarımız adi bir baş ağrısını müalicə etmək üçün xarici ölkələrə, xarici klinikalara üz tuturlar, imkansızlar isə respublikamızın ayrı-ayrı özəl klinikalarına xaricdən dəvət olunmuş həkimlərin (əksər hallarda həmin həkimlər öz ölkəsinin qabaqcıl həkimləri olmurlar) qəbuluna düşməyə can atırlar? Bəs onlar niyə Azərbaycan Dövlət Tibb Universitetində altı il (bir il əlavə olaraq interna) təhsil alan həkimlərə etibar etmirlər?

Niyə respublikamızda inşa edilən dövlət əhəmiyyətli obyektlərin layihəsinin yerinə yetirilməsini xarici ölkələrdəki layihə təşkilatlarına etibar edirlər? Xüsusi əhəmiyyətli tikinti-quraşdırma işləri xarici şirkətlərə etibar edilir. Bizim ali təhsilli mütəxəssislər isə ən yaxşı halda həmin təşkilatların mütəxəssislərinin (bəzən hətta ali təhsili olmayan mütəxəssislərin ya fəhlələrin) göstərişlərini yerinə yetirir, icraçısı kimi fəaliyyət göstərir, çertyojları kompyuterdə yığmaqla məşğul olurlar. Məsul böyük maliyyə vəsaiti qoyulan layihə tikinti-quraşdırma işlərini əksər hallarda hətta bizim təcrübəli mütəxəssislərə etibar etmirlər. Nəticədə həmin xarici təşkilatlar onların mütəxəssisləri bizə bizim mütəxəssislərə yuxarıdan aşağı baxırlar, həlledici hallarda onların təklifləri qəbul olunur. Niyə? Problem nədədir? Axı bizim ali təhsil müəssisələrində yüksək ixtisaslı müəllimlər, keçmiş postsovet məkanında, hətta bütün dünyada tanınmış professorlar dosentlər dərs deyirlər. Bəlkə orta məktəblərdə təhsilin aşağı səviyyədə olması faktı ali təhsilin səviyyəsini aşağı salır? Bəlkə müəllimlərin əməkhaqqının çox aşağı olması faktı onları paralel olaraq başqa işlərlə məşğul olmağa vadar edir nəticədə müəllimlər öz biliklərini tələbələrə tam aşılaya bilmirlər? Bəlkə maddi durumlarının yaxşı olmaması üzündən tələbələrin dərsdən sonra işləməsi onları təhsildən bir qədər uzaqlaşdırır? Bu “bəlkə”ləri çox uzatmaq olar. Ancaq bir faktı inkar edə bilmərik ki, doğrudan da bizim ali məktəblərimizi bitirən mütəxəssislər xarici ölkələrin ali təhsil ocaqlarını bitirən mütəxəssislərdən çox geri qalırlar. Hətta orta məktəbi daha yaxşı qiymətlərlə qurtaran şagird respublikamızın istənilən ali məktəbini bitirdikdə, həmin məktəbi ondan aşağı səviyyədə bitirən xarici ölkələrin hər hansı bir ali məktəbini bitirən məzundan qat-qat aşağı səviyyəyə malik olur. Deməli, təhsilin səviyyəsinin təkcə orta məktəbdə deyil, həm ali məktəbdə aşağı səviyyədə olduğunu etiraf etməliyik.

 

 

- Bunu ilə izah edə bilərsiniz?

 

 

M.C.- Biz yaxşı bilirik ki, bu müsahibə çap olunduqdan dərhal sonra bizə qarşı haqlı-haqsız hücumlar olacaq. Riyaziyyat, fizika, kimya, tarix s. ümumtexniki humanitar fənləri tədris edən saysız-hesabsız təhsil işçiləri, müəllimlər bizimlə razılaşmayacaq, bizii qınayacaqlar. Onlar öz fikirlərini belə əsaslandıracaqlar ki, biz hərtərəfli savadlı mütəxəssis hazırlamalıyıq, öz ölkəsinin tarixini, mədəniyyətini, öz ana dilini bilməyən mütəxəssis kimə lazımdır. Amma biz bütün bu iradlara qabaqcadan hazır olduğumuz üçün öz fikirlərimizi sizinlə bölüşmək istəyirik. Biz öz xalqını, onun tarixini, mədəniyyətini sevən, hər yerdə onun təəssübünü çəkən insanlarıq ulu öndərimizin təbirincə desək, azərbaycanlı olmağımızla fəxr edirik. Heç kəs deyə bilməz ki, o öz xalqını, vətənini daha çox sevir. Vətəni hamı eyni dərəcədə sevir. Vətən bölünməzdir, o, hamımızındır. Ona görə gəlin bir-birimizə irad tutmaqdansa, hər birimiz öz şəxsi fikrimizi bölüşək, subyektiv mövqeyimizi ortaya qoyaq. Ancaq bu halda bəlkə bir ortaq məxrəcə gələ bildik.

Biz razıyıq ki, öz ölkəsinin tarixini mədəniyyətini, riyaziyyat, fizika kimyanı bilməyən ali təhsilli mütəxəssis həyatda, istehsalatda müəyyən çətinlik çəkəcək. Ona görə həmin fənlərin tədrisi vacibdir. Amma bu fənlərin hər birinə ayrılan tədris yükü ixtisas fənlərinə ayrılan tədris yükündən dəfələrlə, müqayisəolunmaz dərəcədə artıqdır. Universiteti bitirən tələbə ixtisas fənlərindən ümumi anlayışlar alır, tarixi, mədəniyyətşünaslığı digər yuxarıda sadaladığım qeyri-ixtisas fənlərini nisbətən yaxşı öyrənir. Nəticədə universitetdə öyrəndiyi bütün fənlərdən yarımçıq anlayışla istehsalata gedir. Orada isə öz ixtisası üzrə suallarla layihələrlə rastlaşır təbii ki, heç bir şey edə bilmir. Universitetin bakalavriat pilləsini bitirən mütəxəssisə yerində, demək olar ki, ixtisas fənlərindən başqa heç bir fənn lazım olmur. Beləliklə, universitetimizin məzunu öz ixtisası üzrə adi anlayışları da bilmir. Çünki həmin fənlər üzrə ayrılan tədris yükünün saatları hər bir fənn üzrə ancaq bir neçə ümumi anlayış verməyə kifayət edir. Əlbəttə, yuxarıda sadalanan faktların da təhsilin ümumi səviyyəsinə mənfi təsiri danılmazdır. Xüsusən müəllimlərin əməkhaqqının minimal tələbatlarını belə ödəməməsi onları həm mənəvi cəhətdən sarsıdır, həm tədris etdikləri dərs arzuolunan səviyyədə alınmır. Digər tərəfdən ali məktəblərimizdə dərs deyən yüksək səviyyəli müəllimlərin bir qismi xarici universitetlərdə işləyir, öz biliklərini həmin ölkələrin vətəndaşlarına öyrədirlər. Tələbələrin dərsdən sonra (bəzən elə dərs vaxtı) işləməsi tədrisin səviyyəsinə təsir edir.  

 

Ali məktəbdə ixtisas fənlərindən semestr imtahanlarının test üsulu ilə aparılmasının əleyhinəyik 

 

N.M.- Fikrimizcə, təhsilin səviyyəsinin aşağı olmasının əsas səbəblərini başqa istiqamətdə axtarmaq lazımdır. Uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışdığımız üçün bu problemi inşaatçı mühəndislərin hazırlığında rast gəldiyimiz bəzi çatışmazlıqlar ətrafında araşdırmağa çalışacağıq. İlk olaraq onu qeyd edək ki, biz ali məktəbdə ixtisas fənlərindən semestr imtahanlarının test üsulu ilə aparılmasının əleyhinəyik. Tələbə müəllim ilə üz-üzə oturub öz biliyini sübut etməlidir. Müəllimin əvvəlki hörməti özünə qaytarılmalıdır. İmtahanların mərkəzləşdirilmiş şəkildə götürülməsi pis deyil, lakin texniki fənləri test şəklində yox, yazılı şəkildə götürmək daha düzgün olardı. İmtahanların da nəticələri dərs deyən müəllim tərəfindən deyil, digər müəllim tərəfindən götürülməlidir. Bu gün ali məktəblərimizdə dərs deyən dünya şöhrətli alimlərimizi qiymətləndirmək lazımdır. Bəlkə semestr imtahanlarını ancaq həmin müəllimlər götürsün. Bütün müəllimləri eyni gözdə görmək və onları imtahanlardan kənarlaşdırmaq düz addım deyil. Bu, bizim subyektiv fikrimizdir.

Gəlin razılaşaq ki, texniki fənlərin testə salınması düz addım deyil. Hər bir detal, sxem, konstruksiyas. elementlər imtahanda araşdırılmalı, izah edilməli, müzakirə olunmalıdır. Tələbələr istənilən yolla testdəki sualların cavablarını mexaniki şəkildə əzbərləyəcəklər. Bu isə tələbənin savadlı olmasına gətirib çıxarmır.  Riyaziyyat, fizika, kimyas. fənlər burada istisna təşkil edir. Məsələn, tələbələr “Tikinti-quraşdırma işlərinin texnologiyası” adlı fəndən imtahan verirlər. Mütəxəssislər yaxşı bilirlər ki, bu fəndən imtahanın test şəklində verilməsi özümüz-özümüzü aldatmaqdan başqa bir şey deyil. Bu cür fənlərin sayını artırmaq olar. Bizim subyektiv fikrimizcə, savadlı mütəxəssis hazırlamaq istəyiriksə, kampaniya xarakteri daşıyan bu prosesə də yaradıcı yanaşmaq lazımdır.

 

 

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 7 iyun.- S. 6.