Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilib

 

Sankt-Peterburqun Tavriya Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı keçirilib. AzərTAc xəbər verir ki, konfrans gənclər təşkilatının ötən iki ildə fəaliyyətinə yekun vuraraq, gələcək inkişaf strategiyasını müəyyənləşdirib. Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənib.

 

  Sonra RAGT-ın ötənilki irimiqyaslı fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla Əliyeva tədbiri giriş sözü ilə açaraq, uğurlu fəaliyyətinə və fəal mövqeyinə görə Rusiyanın azərbaycanlı gənclərinə minnətdarlığını bildirib. Leyla Əliyeva deyib ki, RAGT iki ildir fəaliyyət göstərir. Bu müddətdə xeyli görülüb, kifayət qədər yaxşı nəticələr əldə edilib: “RAGT-ın coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclər klubları təkcə MoskvadaSankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilatımız gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə etməyə çalışır”. Qurumun mühüm layihələrindən söz açan natiq qeyd edib ki, RAGT-ın ən başlıca aksiyası “Xocalıya ədalət” beynəlxalq kampaniyasıdır. Kampaniyanın məqsədi 1990-cı ilin fevralında baş vermiş, 613 dinc sakinin - qadınların, uşaqların, qocaların həyatına son qoymuş bu faciə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. RAGT-ın başçısı deyib: “Xocalı Azərbaycan xalqının heç vaxt unudulmayacaq ağrısıdır. Əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Kampaniya çərçivəsində bütün qitələrdə tədbirlər həyata keçirilir: konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. Bu yolla Xocalı faciəsi haqqında həqiqətləri bilən insanların sayı durmadan artır.  Qurumun təhsilə və Azərbaycanın təbliğinə böyük diqqət yetirdiyini qeyd edən Leyla Əliyeva deyib ki, RAGT Rusiya gənclərini, o cümlədən ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir:  «Sevindirici haldır ki, Rusiyanın bir çox regionlarında Azərbaycan bazar günü məktəbləri açılır. Yaxın günlərdə Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan otağı açılacaq. Burada təkcə Azərbaycan gənclərinin nümayəndələrinə deyil, həm də maraqlanan bütün şəxslərə Azərbaycan haqqında informasiya təqdim olunacaq”.

Bununla yanaşı, RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Artıq bir neçə ildir keçirilən “Qanın milləti yoxdur” aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT, həmçinin “Sağlamlığına əmin ol - xəstəliyə “YOX” de” aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı olan UNAIDS-lə müştərək layihəsi çərçivəsində RAGT-ın fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə müvafiq leksiyalarla regionları dolaşırlar. RAGT idmana da xüsusi diqqət yetirir. Leyla Əliyeva bildirib ki, dalbadal üçüncü ildir ki, Heydər Əliyev Kuboku uğrunda mini-futbol çempionatı keçirilir. O deyib: “Çox xoşdur ki, çempionat iştirakçılarının sayı getdikcə artır və regionların nümayəndələri ona qoşulurlar”. L.Əliyeva vurğulayıb ki, qurum breyn-rinq komandasını dəstəkləyir, “Nə? Harada? zaman?” oyunu üzrə çempionat s. təşkil edir. RAGT-ın sədri deyib: “Xüsusi qeyd etmək istəyirəm ki, Rusiya ali məktəblərinin əksəriyyətində fəaliyyət göstərən Azərbaycan klubları müntəzəm olaraq tədbirlər təşkil edirlər. Mən belə təşəbbüslərə görə həmin tədbirlərin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Çünki bu illər ərzində Azərbaycan musiqisi, milli mətbəx günləri s. keçirilib. Bu gün Rusiyanın Azərbaycan klubları geniş fəaliyyətlərinə görə örnək ola bilərlər. Biz milli mədəniyyətimizi, adət-ənənələrimizi layiqincə təmsil etməyə çalışırıq, xalqımızın tarixi-mədəni irsinə məhəbbətlə, eyni zamanda, dünyanın mədəni müxtəlifliyinə hörmətlə yanaşırıq. Azərbaycan Rusiyanı uzun illərdir mehriban qonşuluq dostluq münasibətləri bağlayır. Xüsusi qeyd etmək lazımdır ki, “Eurovision” müsabiqəsində Azərbaycana ilk 12 balı məhz Rusiya verib. Şəxsən mənim üçün bu, bir işarə, parlaq qələbənin carçısı oldu. Ölkəm qalib gələndə duyduğun qürur sevinc hisslərini heç ilə müqayisə etmək olmaz. Mən sizin hamınızı gələn il Azərbaycana - “Eurovision-2012”-ə dəvət edirəm».

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar lazımlı strukturu kimi təqdim edib. Diplomat deyib: “Qurumun rəhbəri Leyla Əliyevanın fəal mövqeyi təşkilatçılıq bacarığı sayəsində RAGT fəaliyyət göstərdiyi cəmi iki il ərzində ucsuz-bucaqsız Rusiya məkanında Azərbaycanın aydın səsinə çevrilib”. Səfir bildirib ki, hazırda RAGT ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli lazımlı vasitəsinə çevrilib. Azərbaycanın gənclər siyasətindən Azərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramının hazırlanmasından söz açan gənclər idman naziri Azad Rəhimov deyib ki, RAGT-ın çoxşaxəli fəaliyyəti Rusiyanın sayı 170 mindən çox olan azərbaycanlı gənclərinin fiziki mənəvi sağlamlığının dəstəklənməsinə yönəldilib. A.Rəhimov vurğulayıb ki, RAGT olduqca lazımlı faydalı fəaliyyət formalarından istifadə edərək,  mədəni-maarif sosial layihələr vasitəsilə vətəndaşlıq şüurunun inkişafına şərait yaradır. Nazir deyib: “RAGT iki tərəfə hərəkəti olan körpüdür. Təşəbbüsünüzün uğur qazanmasında həm Azərbaycan, həm Rusiya maraqlıdır”.

Prezident Administrasiyasının siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan-Rusiya münasibətləri tarixinə qısa ekskurs edərək, ölkələrimiz xalqlarımız arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Rusiya ilə münasibətlərə böyük qayğı ilə yanaşdığını qeyd edən Elnur Aslanov deyib: “İki ölkənin gəncləri arasında dövlətlərimızın başçıları İlham Əliyev Dmitri Medvedev tərəfindən yüksək səviyyədə dəstəklənən bu münasibətləri bundan sonra da möhkəmləndirmək  istiqamətində qarşıda böyük vəzifələr durur. Bu gün Rusiyanın azərbaycanlı gəncləri qarşısında elm, mədəniyyət təhsil əlaqələrini möhkəmləndirmək üçün imkanlar açılır. Rusiyada tələbəlik təkcə təhsil potensialı deyildir, həm Azərbaycan reallıqlarının qeyri-rəsmi səfiri olmaq deməkdir. Onlar ölkəmizin uğur va nailiyyətlərini Rusiyanın mədəni elmi ictimaiyyətinə çatdırmalıdırlar. Şadam ki, RAGT son illər məhz bu missiyanı uğurla həyata keçirir”. Dialoq Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov qurumun idarə heyəti adından konfrans nümayəndələrinə ünvanlanmış müraciəti oxunub. Müraciətdə RAGT-ın fəaliyyətinə onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadına yüksək qiymət verilib, həmçinin  Gənclər Sivilizasiyaların Alyansı uğrundaqlobal hərəkatın yaradılması inkişafı ideyasının reallaşmasına onun şəxsi töhfəsi vurğulanıb. E.İsgəndərov deyib: “Zənnimizcə, həm RAGT-ın üzvləri, həm bütün azərbaycanlı gənclər fəxr etməlidirlər ki,  məhz Azərbaycan təmsilçisi Leyla Əliyeva Sivilizasiyalar Alyansının Gənclər Məsləhət Şurasına seçilmiş İKT-nin 57 ölkəsini burada layiqincə təmsil edir». MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi - katibliyin rəhbəri Mixail Krotov, Sankt-Peterburq Administrasiyasının Gənclər Siyasəti Komitəsinin sədri Aleksandr Nikolayev, Sankt-Peterburq Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya, “Yedinaya RossiyaPartiyasınınMolodaya qvardiyaÜmumrusiya İctimai Təşkilatının Əlaqələndirmə Şurasının həmsədri Alyona Arşinova, Rusiyanın Gənclər Uşaq Təşkilatları Birliyinin sədri Aleksandr Sokolov, habelə konfransın qonağı - Latın Amerikasının gənclər təşkilatlarının vitse-prezidenti Xulian Luqo Mendes azərbaycanlı gənclər təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək bildiriblər ki, RAGT-ın uğurlarını, onun beynəlxalq proseslərə inteqrasiyasını böyük məmnuniyyətlə izləyirlər. Onlar qurumun sivilizasiyaların mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfəsini xüsusi vurğulayıblar.

 Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyindən, xalqımızın qəhrəmanlığından söz açan general-leytenant Aleksandr Volox deyib: “Çox şadam ki, Azərbaycan sürətlə inkişaf edir”. O, dövlətçiliyimizin təşəkkülündə inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayaraq deyib: “Bu gün çiçəklənən inkişaf edən Azərbaycan hamımızı heyran edir. Lakin istənilən halda Azərbaycan gəncləri ölkənin ərazi bütövlüyünün pozulması ilə razılaşa bilməzlər. Gənclərin vəzifəsi bu ədalətsizliyə son qoyub, dövlətin suverenliyini bərpa etməkdir”.  Natiqlər Azərbaycan duetinin “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbəsi münasibətilə Azərbaycanı təbrik ediblər. RAGT-ın Moskva regional gənclər təşkilatlarının nümayəndələri görülmüş işlərdən söz açıblar. Forumun birinci günü Petropavlovsk qalasında Azərbaycan Rusiya estradası ulduzlarının iştirak etdikləri konsertlə başa çatıb.  Forum işini təhsil, elm mədəniyyət, sağlam həyat tərzi idman, iqtisadiyyat, biznes sahibkarlıq, beynəlxalq əməkdaşlıq, gənclər KİV-lər seksiyalarında davam etdirib. Tavriya Sarayının foyesindəAzərbaycanadlı fotosərgi açılıb. Konfrans iştirakçılarına qonaqlara Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilmiş kitablar disklər, “AMOR” (“RAGT”) “Baku” jurnallarının növbəti nömrələri paylanıb.

 

 

 

Cavidan

 

Palitra.- 2011.- 7 iyun.- S. 5.