Xarici ölkələrdə psixoloqlara daha çox müraciət olunur
Azərbaycanda
psixologiya elminin qədim
tarixi olduğunu deyən
psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Vasif Muradzadənin sözlərinə görə,
ilk olaraq ölkəmizdə
güzəran psixologiyası, bunun üzərində
psixologiya elmi formalaşmağa başlayıb. İlk psixoloji laboratoriyanı
yaradan isə Fuad
İbrahimbəyov olub. V.Muradzadə deyir
ki, psixologiya elmi cavan elmlərdən olsa da, kökləri
ötən əsrin əvvəllərinə gedib
çıxır:
“N.Gəncəvi, Bəhmənyardan
başlamış M.F.Axundov, Ə.Qəmküsar,
A.Səhhət psixologiya elminin
inkişafına təkan verən şəxsiyyətlər olublar. 60-cı illərdən etibarən
ölkəmizdə psixoloqlar formalaşmağa və artıq xalq arasında psixoloqdan məsləhət
almaq kimi tendensiya yaranmağa
başladı. Bu zəmində uğurlu addımlardan biri
kimi praktiki
psixoloqların hazırlanması prosesi oldu. 1989-91-ci ildə kurslar
yaradıldı və buraya müxtəlif
bölgələrdən ali təhsilli pedaqoqlar cəlb olundu. Məktəblərdə
psixoloji xidmət başladı. Müəlim-şagird
münasibətləri, çətin tərbiyə olunan uşaqlar, müəllim-valideyn
problemlərini aradan qaldırmaq üçün psixoloqlar
fəaliyyətə başladılar. Məktəbin psixoloji xəritəsini hazırladılar. Bu isə o deməkdir ki, hər bir şagird haqqında fərdi psixoloqun
məlumatı var. Uğurlu
addım kimi məktəblərdə psixoloqlara direktor müavini səviyyəsində status verildi. Uşaqların
məktəbə qəbulunda, sinifdən-sinfə keçirilməsində,
məktəbdən xaric edilməsində,
hətta istedadlı uşaqların üzə
çıxarılmasında psixoloqlar mühüm əhəmiyyət kəsb etdilər.
Məktəbdə çalışan psixoloqları görən
valideynlərin onlar haqda
məlumatları genişləndi və psixoloqlara
müraciət etməyə başladılar. Bakıda bu proses sürətlə getdi və BDU-da Psixologiya fakütəsi yaradıldı.
Artıq 10 ildir ki, bu sahədə ixtisaslar yaranmağa başlayıb. Nəticədə
cəmiyyət içərisində psixoloqların sayı artmağa başladı, bu
say artdıqca onları tanıyan
insanların da artdı və onlara müraciət etməyə
başladılar. Bu gün
psixoloqlar KİV-lərdə
çıxış edir, telekanallara
dəvət olunurlar”. Lakin V.Muradzadə onu da qeyd
etdi ki, insanlar psixologiya elmini dərindən bilmədiklərindən psixoloqla psixiatrı fərqləndirə bilmir və müraciətlər zamanı
yanlışlıqlar baş verir: “Əqli cəhətdən anormal hansısa bir fərdin
müalicəsi ilə bağlı psixoloqa
müraciət olunur və psixoloq
onları başa salanda
ki, əsəb pozğunluqları ilə
müalicə üçün psixiatra, nevropatoloqlara
müraciət etməlidirlər, bu zaman onlarda narazılıq
yaranır. Bu gün
ölkəmizdə tanınmış psixiatrlar,
eyni zamanda psixoloqlar var”.
Psixoloqun
sözlərinə görə, inkişaf edən dövlətlərdə
nəinki ailələrin, müəssisələrin, tədris
ocaqlarının da psixoloqları var: “Bizdə də tədricən
bu proses gedir və hətta son zamanlar sürətlənib. Son zamanlar baş
verən kriminal hadisələr kifayət
qədərdir və cinayətkar öz
cinayətini etiraf edərkən tam ayıq vəziyyətdə
olmadığını deyir. Amma yoxlayanda aydın olur ki, hadisəni törədən
insanda o qədər də
anormallıq əlaməti yoxdur. Yəni
vaxtında psixoloqa müraciət edilsə,
bunun qarşısını almaq mümkün idi. Bundan başqa
ailədaxili problemlər, boşanmaların sayının
artması nəticəsində nəinki valideynlər, uşaqlara da böyük zərbə dəyir. Onların
psixologiyasında çatışmazlıqlar baş
verir, stress halları
onları gətirib nevroz vəziyyətinə
çıxarır. Bütün bunlar onların beyninə psixoloji
təsirdir və gələcəkdə onların cinayət əməllərinə
getməsi ehtimalı artır”.
Bu
gün ölkədə nuklear ailələrin sayının
artdığını qeyd edən V.Muradzadə deyir ki, əvvəllər
geniş, mürəkkəb ailələr daha çox idi ki,
burada uşaqlar kollektivçiliyə öyrənirdilər:
“Bunun yaxşı və pis tərəfləri var idi. Pis tərəfi o idi ki, sərbəstlik yox idi və valideynlər
istədiyi kimi övladlarını tərbiyə
edə bilmirdilər və o zaman psixoloqların olmaması nəticəsində
müəyyən çətinliklərlə
qarşılaşırdılar. Son zamanlar isə ailələrin sərbəst
olması ənənə halını alıb. Ata-ana və uşaqlardan
ibarət olan ailələr “nuklear ailə” adlanır. Natamam
nuklear ailələr də var.
Cəmiyyət inkişaf etdikcə gender problemi də inkişaf emək üzrədir. Bu zaman həm ata, həm ana işləyir, uşaqlar
isə ailədə tək qalır ki, məktəbə
gedib gəlməsi, məktəbdə təsirlərə
düşməsi halları var. Şəhərdə
urbanizasiya artıb və müxtəlif tərbiyəli
insanlar var ki, bu mühitə
düşən uşaqlar
artıq çaşbaş qalır. Yəni
valideynin işdə olduğu
müddətdə idarəsiz qalırlar. Bu
zaman müxtəlif yönəlmələr,
yayınmalar olur. Bu zaman valideynlər uşağında yaranan problemlə bağlı məktəbə
müraciət edir ki,
həmin vaxt onların köməyinə psixoloqlar çatır. Məktəbin psixoloqu mütəmadi uşaqlarla
məşğul olmalıdır və valideynləri
vaxtında xəbərdar etməlidir. Məktəb psixoloqu bir nəfər olduğu üçün
bütün valideynlər ona
müraciət edə bilmir və başqa psixoloq
axtarırlar. Bu zaman məktəb
psixoloqunun verdiyi rəyə
əsasən uşağın əgər
anormallığı varsa, o,
xüsusi məktəblərə göndərilir.
Bəzi səbəblərdən uşaq
elə anormal vəziyyətdə məktəbdə
oxuyur. Valideyn məktəbdən
gizlin olaraq
uşağı üçün
müraciət edəcək birini
axtarır. Bu zaman psixoloqa da, psixiatra
da gedib
çıxırlar. Uşaqla adi rəftar, düzgün
istiqamətləndirmə, depressiya vəziyyətindən
çıxarma üçün psixoloqun məsləhətinə böyük ehtiyac var. Ancaq psixiatra
müraciət edilərsə, bu zaman uşağı dərman, təbabət üsulu ilə müalicə edəcək ki, bəlkə də hec buna ehtiyac yoxdur.
Amma əksinə, elə uşaqlar
var ki, onların psixoloqa deyil, sırf psixiatra ehtiyacı var və
onlar hökmən tibbi
nöqteyi-nəzərdən müalicə
olunmalıdırlar”.
V.Muradzadə
onu da vurğuladı ki, Azərbaycanda psixoloqlara, o cümlədən
ona müraciət edənlərin sayı artır: “Məsələn,
20-22 yaşında tələbədir, valideyn onu idarə edə
bilmir və artıq uşaq olmadığı
üçün valideynlə razılaşmır. Ali məktəbdə də müəllimlərlə
problem yaranır. Ali məktəblərdə
sırf psixoloq ixtisası
olmadığından tələbələr də müraciət
etməyə kənarda psixoloq axtarır.
Əhalinin sayı artıb və psixoloqlar
çatmır. Psixoloji xidmət kabinetlərinin
sayı azdır. Bu zaman
insanlar şəxsi tanıdığı
psixiloqa müraciət edirlər. Xaricdə
ailələrin sırf psixoloq və həkim-psixiatrları
olur. Həkim-psixiatrlar bir
neçə ailəyə xidmət göstərirlər. Onlar artıq xəstəxanalarda yerləşirlər.
Psixoloqlar isə azad psixoloqlar cəmiyyətidir ki,
ailələr onlara müraciət edirlər,
dəvət edirlər. Həmin psixoloq ailəyə
bir gün yox, bütün ailə
üzvlərinə yaşadığı müddətdə
xidmət edir. Vaxtaşırı əlaqə
saxlayır, hətta həmin ailədə gənclərin ailə
qurması, məktəbə göndərilməsində,
peşə yönümündə, istedadlarının üzə
çıxarılmasında böyük
xidmət göstərir. Bu zaman psixoloq da faydalanır. Həm maddi
baxımdan, həm də cəmiyyətin inkişafında böyük xeyri var. Ölkəmizdə bu
istiqamətdə təəssüf ki,
maariflənmə işi sürətlə
getməyib. Yəni dəli adam psixoloqa müraciət edir.
Psixoloqa hər birimizin
ehtiyacı var. Bu gün dünyada baş verən hadisələr, siyasi proseslər, telekanallarda
göstərilən cinayətlər insanlara
pis təsir edir. Guya bu reallıqdır, amma baxır ona kim necə münasibət bəsləyir. Gənclər
ona baxıb səhv cəhətləri götürür və öz
həyatlarında tətbiq etməyə
çalışırlar. Belə bir fikir yaranır ki, onlar psixoloqa müraciət
etmiş olsalar,
yaranmış vəziyyətdən çıxardılar. Bu da yalnışdır.
Xaricdə bunlar tənzimlənir və psixoloqlar ailənin daimi üzvü kimi fəaliyət
göstərir. Yəni orada icbari olaraq pxsixoloq
yardımına ehtiyac var”. Psixoloq Xatirə
Səfərova da hər bir
ailənin psixoloqa ehtiyacı olduğunu deyir: “Hər bir ailə hər hansı problem
yarandığı ərəfədə psixoloqa
müraciət etməlidir. Ailədə baş verən neqativ hallara öz prizmasından
baxdıqda başqa cür
yanaşsa da, psixoloq müəyyən olunmuş
analizlər nəticəsində məsələnin həllini
tapacaq. İnsanlar çox zaman öz personasını görə bilmir, bu səbəbdən
də problemləri mənfi istiqamətdə həll edərək
həllini tapmağa
çalışır. Lakin psixoloq insanın davranış mexanizmini düzgün
istiqamətə yönəldir. Xarici
ölkələrdə hər bir ailənin
psixoloqu var, hətta
başları ağrıyanda belə ilk olaraq həkimə deyil, psixoloqa müraciət edərək səbəbini
öyrənməyə çalışırlar. Psixoloq isə öz
növbəsində problemin yaranma səbəbini tapır ki,
bu zaman insan özünü daha rahat görə bilir. Nəinki o problemə
emosional şəkildə yanaşaraq
məsələnin neqativləşdirir”.
Artıq Azərbaycanın inkişaf etmiş ölkələrdən biri olduğunu deyən psixoloq insanların psixologiya elminə sahib olmasını istəyir: “Bizim yaşam tərzimiz ruhumuzdan irəli gəlir. Bir insan öz daxili ruhunu sağlam şəkildə görə bilmirsə, tanımırsa, o zaman bütün sahələrdə uğur qazanma şansı aşağı düşür. Psixologiya ruh haqqında elmdir. Təbii ki, burada insanın prizmasındam söhbət gedir. İnformasiya bolluğu artdıqca insanlar daha çox psixoloqa müraciət etməyə başlayırlar. Elmi tərəfdən buna yanaşıldıqda psxoloqdan istifadə normal hal şəklini alır. Lakin bizim şirkətə bir çox müraciətlər olur ki, bunlar ailədaxili münasibətlərin korlanması, xüsusilə də uşaqlarla bağlıdır. Ümumiyyətlə, müraciətlərdə sosial xobiya birinci yerdə durur. Psixoloqa müraciət etməzdən əvvəl əhali elmdən məlumatlı olmalıdır ki, nəyə görə ona müraciət edir. Psixoloq arzuları həyata keçirən sehrbaz deyil, o, insanın daxili personasını açıb özünə göstərir”.
Nigar
Palitra.- 2011.- 8 iyun. – S . 7.