«Təhsilin informatlaşması ilk növbədə ali təhsilin mövcud problemlərinin həllinə yönəlməlidir»

Layihə çərçivəsində müsahibimiz ADU-nun dosenti İlham Əhmədovdur («ilhamahmed@mail.ru): 

 

- Məqsədli inkişaf proqramları layihələr silsiləsi olub universitetdə müxtəlif  innovasiyaların yaradılması və tətbiqinə imkan verir. Belə innovasiyalardan biri universitetdə keyfiyyətin menecment sisteminin (KMS) yaradılmasıdır. KMS proseslərini təşkil etmək üçün xüsusi şöbənin - Keyfiyyətin idarə edilməsi (KİE) şöbəsinin yaradılması məqsədə uyğundur. İlkin mərhələdə KİE şöbəsinin məqsədi  universitetdə KMS-nin əsas prosedurları üzrə sənədlərin layihələnməsi onun  praktik tətbiqidir. Bu mərhələdə KİE şöbəsi fəaliyyət profilinə uyğun olaraq layihə tipli, proqram məqsədli struktur kimi fəaliyyət göstərir. Sonralar universitetdə KMS inkişaf etdikcə KİE şöbəsi əlaqələndirici tipli, proqram məqsədli struktura çevrilir. Şöbənin universitetdaxili qurumlarla əlaqələri əsasən horizontal xarakterli olur. KİE şöbəsi digər xətti-funksional bloklarla əlaqəli şəkildə fəaliyyət göstərir. Hazırda respublika ali məktəblərində real olaraq  keyfiyyətə yönəlik hər hansı müasir model tətbiq edilmir. Burada  yalnız universitetlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil  Nazirliyinin 2005-ci ildə hazırladığı “Ali orta ixtisas təhsili müəssisələrinin attestasiyası akkreditasiyasının keçirilməsinə dair tələblər meyarlaradlı  normativ sənəd qeyd edilə bilər. Bu sənədin mühüm bloku təhsil müəssisəsinin özünütəhlilinə həsr edilib. Hesab edirik ki, bu sənəd ümumən keyfiyyətə təminat baxımından Bolonya prosesinin tələblərinə qismən cavab verir. Universitetin  attestasiya ekspertizası mərhələsindən əvvəl özünütəhlil proseduru həyata keçirilir. Beynəlxalq təcrübə göstərir ki, özünütəhlil proseduru attestasiya akkreditasiya prosesində istifadə edilən meyarları genişləndirməli, konkretləşdirməli keyfiyyətin menecmenti baza prinsiplərinə tam uyğun olmalıdır.

 

 

- Qeyd etdiyiniz özünütəhlil modeli nələri əhatə etməlidir?

 

 

- Universitetin müasir özünütəhlil modeli ilk öncə aşağıdakı məsələləri əhatə etməlidir:

1.       Kadr hazırlığı prosesinin istehlakçıya istiqamətlənməsi müəyyənləşməlidir.Məzun işverənlərin bu prosesdən qane olma mexanizmi müəyyən     edilməlidir. Təhsilin məzmununun əmək bazarı tələblərinə uyğunluğu müəyyənləşməlidir;

2.       Universitetin potensial imkanları fəaliyyət nəticələri ilə yanaşı proseslərin təşkili əhəmiyyət  kəsb edir,  yəni özünütəhlil modeli «tədris prosesi, elmi-tədqiqat prosesi s. bu kimi pro­seslər necə təşkil edilmişdirtipli suallara birqiymətli cavab verməlidir.

Universitetin müasir özünütəhlil modeli əsas göstəricilər üzrə universitetin inkişaf dinamikasını izləməyə imkan verməlidir.  Keyfiyyətin menecmenti prinsipləri əsasında universitetin özünütəhlil modeli ənənəvi özünütəhlil modelindən xeyli dərəcədə fərqlidir. Universitetlərimiz attestasiya akkreditasiyaların təşkilində tədricən universitetin müasir özünütəhlil modelinə keçməlidirlər. Beynəlxalq təcrübədə universitetin özünütəhlil modeli aşağıdakı meyarlar altmeyarlar əsasında aparılır.

Meyar 1. Keyfiyyətə təminat məsələsində universitet rəhbərliyinin liderliyinin təmin  edilməsi.

Meyar 2. Universitetin siyasəti strategiyası.

Meyar 3. Personalın idarə edilməsi.Meyar 4. Resurslar tərəfdaşlar.

Meyar 5. Proseslərin idarə edilməsi.

5.1. Universitetdə keyfiyyətin menecmenti sistemi prosesləri.

5.2. Universitetin əsas işçi prosesləri.

5.3. Universitetin köməkçi işçi prosesləri.

Meyar 6. İstehlakçıların razılığı.Meyar 7. Personalın razılığı.

Meyar 8. Universitetin cəmiyyətə təsiri.

Meyar 9. Universitetin fəaliyyətinin nəticələri.

Universitetlərdə tədrisin  keyfiyyəti, o  cümlədən keyfiyyətin menecment sistemininin səmərəli fəaliyyəti universitetin informatlaşma səviyyəsindən çox  asılıdır. Ümumiyyətlə, beynəlxalq təcrübədə son 20-25 ildə universitetlərin sürətli inkişafı təhsilin informatlaşması istiqamətində reallaşır. Bir çox təhsil  innovasiyaları müasir informasiya texnologiyaları ( İT) vasitəsilə həyata keçirilir. Bolonya prosesi müddəalarının tətbiqi səmərəsi universitetlərin informatlaşma səviyyəsindən asılıdır. Bu sırada KMS-nin səmərəli təşkili üçün müvafiq informasiya sisteminin yaradılması tətbiqi xüsusi qeyd edilə bilər. Bolonya prosesinin mühüm komponentləri kimi kredit sisteminin tətbiqi, bu zaman  tələbələrin fərdi tədris planlarının bu əsasda fərdi təhsil trayektoriyalarının hazırlanması, bu trayektoriya üzrə tədris prosesinin izlənilməsi, onların icrasına nəzarət, müəllimlərin fərdi tədris yükünün müəyyənləşməsi icrasına nəzarət kimi mürəkkəb məsələlərin həlli zamanı meydana çıxan irihəcmli informasiya massivini bir anlıq təsəvvür etsək, bu işin miqyası aydın olar. Bu informasiya massivini operativ emal etmədən keyfiyyəti idarə etmək  mümkün deyil. Bu irihəcmli informasiyanı isə yalnız müasir informasiya  texnologiyaları vasitəsilə reallaşdırmaq mümkündür.

Bu gün Bolonya prosesinin tələbləri sırasında E-Bolonya (Elektron Bolonya) konvensiyası mövcuddur. E-Bolonya vahid Avropa virtual təhsil məkanı yaradaraq universitetlərin vahid virtual şəbəkədə elektron təhsil verməsinə şərait yaradır. E-Bolonya tələbinin icrası istiqamətində gələcəkdə universitetlərimizdə xeyli işlər görülməlidir (xüsusən distant təhsil sisteminin yaradılması inkişafı istiqamətində). Distant təhsil sistemi inkişaf edən ölkələrdə Bolonya prosesinin  reallaşması daha asandır. Distant təhsil sistemi bir model olaraq qurularkən artıq  Avropa standartları, Bolonya prosesinin tələbləri nəzərə alınıb. Müasir universitetlərdə bu gün dövr edən informasiya massivinin həcmi o qədər böyükdür  onun operativ emalına ayrılan vaxt o qədər azdır ki, bu prosesləri müasir informasiya sistemləri olmadan səmərəli həll etmək mümkün deyil.-

Bütün bunlar təhsildəki problemləri aradan qaldıra bilərmi?

- Təhsilin informatlaşması ilk növbədə ali təhsilin mövcud problemlərinin həllinə yönəlməlidir. Bu problemlərin ən mühümü təhsilin əlyetərliyinə təminat   keyfiyyətin yüksəldilməsindən ibarətdir. Milli universitetlərimizdə təhsilin keyfiyyətinin yüksəldilməsi problemlərinin həllində aşağıda qeyd edilən bir sıra çətinliklər mövcuddur:

-  respublikada bir tələbənin hazırlanmasına ayrılan vəsait MDB  ölkələri arasında aşağı göstəricilərdən biridir, bu mənada universitetlərə ayrılan maliyyənin ciddi  artırılmasına ehtiyac var. Təhsilimizdə bu gün mövcud olan bir çox məsələlərin  həlli maliyyə azlığına görə ləngiyir. Amma bu gün maliyyə artımı olsa belə onun  səmərəsi özünü qısa müddət ərzində yox, yalnız uzunmüddətli perspektivdə göstərə bilər. Çünki bir çox məsələlərdə ciddi vaxt itkisinə yol vermişik;

-  təhsilin keyfiyyətinin yüksəldilməsi cəhdləri bəzən təşkilati ətalət  pedaqoji heyətin mövcud qayda davranış normalarını dəyişmək istəməməsi ilə əlaqədar olur. Yeni metodikaların, norma standartların qəbul edilməsi, praktik tətbiqi yeni təfəkkür tərzinin formalaşmasını tələb edir. Bu isə pedaqoji heyət tərəfindən bəzən müqavimətlə rastlaşır. Bu müəyyən mənada başadüşüləndir, çünki yenilik, innovasiyalar heç hamı  tərəfindən asanlıqla qəbul edilmir, buna müəyyən zaman lazım gəlir. Universitetlərimizdə Bolonya prosesinin tətbiqi bəzən bu tip problemlərlə müşayiət edilir.

 Beynəlxalq təcrübədə universitetlərin idarə edilməsi əsasən ERP modeli üzərində qurulub proses bu əsasda avtomatlaşdırılır. Bu məqsədlə İnteqral İdarəetmə Sistemlərindən istifadə edilir. Universitetdə Təlim Prosesinin İdarə Edilməsinin İnteqral Sistemləri (buna bəzənElektron Universitet ya “Virtual Universitet deyilir) Bolonya prosesinə keçidlə əlaqədar meydana çıxan bir çox məsələləri   operativ həll etməyə imkan verir. Bir çox tanınmış universitetlər bu gün investisiyaları bu istiqamətə yönəldirlər. Azərbaycan Respublikasında da təhsilin müasir menecment tələbləri səviyyəsində qurulmasına, bu məqsədlə AİS-in yaradılmasına bu yönümlü təhsil menecerlərinin hazırlanmasına, bu sahələrə ciddi investisiya qoyuluşuna ehtiyac var. Universitetlərimizin Avropa təhsil məkanına inteqrasiyası ütün bu məsələlərin kompleks həllindən keçir. 

 

 

Anar Miriyev

 

Palitra.-2011.- 14 iyun.- S. 6.