Ombudsmanlar Bakıya toplaşıb

 

Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı keçirilir.Milli azlıqlar miqrantların mədəni hüquqları: hüquqi aspektlər implementasiyamövzusunda keçirilən konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Konfrans işini iyunun 18-dək davam etdirəcək. Konfransdan öncə tədbir iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət ediblər.  

 

 

UNESCO-nun təşəbbüsü ilə keçirilən konfransda müxtəlif ölkələrdən 48 xarici qonaq, o cümlədən İsveç, Norveç Hindistan, Tailand, Pakistan, Sloveniya, Rusiyaonun 12 subyektinin, Ukrayna və Moldovanın ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

Konfransın açılışında çıxış edən ombudsman Elmira Süleymanova bildirdi ki, Azərbaycanda 90-a yaxın milli etnik azlığın nümayəndəsi yaşayır, ölkədə 450 minə yaxın miqrant var. Miqrantların əksəriyyəti əmək miqrantlarıdır: “Azərbaycan iqtisadi cəhətdən daha çox inkişaf etdikcə qonşu ölkələr üçün maraq kəsb edir və ölkəyə miqrant axını çoxalır”.

Ombudsman qeyd etdi ki, Azərbaycanda milli azlıqların miqrantların hüquqlarının müdafiəsi ilə bağlı dövlət siyasəti müxtəlif proqramlar işlənib hazırlanıb: “Ölkədə heç bir ayrı-seçkiliyə yol verilmədən bütün əhali qruplarının inkişafı üçün münbit şərait yaranıb. Yüz illiklərdir Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər. Onlar üçün heç bir ayrı-seçkiliyə yol vermədən bərabər imkanlar yaradılıb. Azərbaycanda ombudsman təsisatının fəaliyyət göstərdiyi 9 il ərzində bir dəfə də olsun milli zəmində şikayət almamışam”.Ombudsman xatırlatdı ki, Azərbaycan 20 ilə yaxın müddətdə erməni təcavüzü ilə üzləşib. Ölkədə erməni təcavüzündən ziyan çəkən 1 milyondan artıq şəxs var. Onlardan 600 mindən çoxunu məcburi köçkünlər təşkil edir.

Baş nazirin müavini, Qaçqın Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə bildirdi ki, Azərbaycanda milli azlıqların, etnik qrupların hüquqlarının qorunması üçün tam hüquqi baza yaradılıb. Azərbaycanın tolerant ölkə olduğunu deyən Ə. Həsənov ölkədə 380-dən artıq dini icmanın qeydiyyatdan keçdiyini, onlardan 31-nin qeyri-islam dini icma olduğunu bildirib. Ə. Həsənov qeyd etdi ki, ölkədə miqrasiya sahəsində də böyük işlər görülür: “On il əvvəl Azərbaycanda digər ölkələrdən olan 12 min qaçqın var idisə, hazırda bu rəqəm 2500-ə enib”. Ə.Həsənov onu da bildirdi ki, milli azlıqlar, milli etnik qrupların problemlərinin qorunması bütün dünyada ən əsas problemlərdən biridir. O da vurğulandı ki, əgər analitiklər dünyada mövcud olan konflikt zonaları, müzakirələri təhlil etsələr görərlər ki, onun əksəriyyəti, bəlkə də hamısında milli azlıqlardan mexanizm kimi istifadə olunur. Ə.Həsənov bildirdi ki, ona görə də bu problem dünyanın ən əsas və həssas bir problemidir. Azərbaycan dövlətinin hər zaman bu məsələyə diqqətlə yanaşdığını deyə komitə sədri qeyd etdi ki, ümumiyyətlə, azərbaycanlılar hər zaman tolerant xalq, millət olub: “Ulu öndər H.Əliyev bu problemə çox diqqətlə yanaşıb. Hər il 16 noyabr milli tolerantlıq günü kimi qeyd edilir. Ölkə Prezidenti bəyan edib ki, biz çoxmillətli bir ölkəyik və bu baxımdan dünya üçün nümunəyik. Dövlət səviyyəsində bu problemlərə xüsusi diqqət və qayğı göstərilir. Miqrasiya Azərbaycan müstəqilliyi əldə etdikdən sonra ölkə üçün mühüm bir problem olub. Lakin miqrasiya ilə bağlı Azərbaycanda qəbul olunan qanunvericilik aktları dünya standartlarına cavab verir. Həm miqrasiya, həm də milli azlıq məsələləri ilə bağlı Azərbaycanda tam hüquqi baza yaradılıb. Hazırda milli azlıqlar Azərbaycanda tam sərbəst şəraitdə yaşayır və fəaliyyət göstərirlər. Əgər bu gün Bakı şəhərində erməni kilsəsi qorunub saxlanırsa, bu tolerantlıq deyilmi? Bunu Azərbaycan xalqının digər ölkələrin, xalqların mədəniyyətinə olan hörmət və ehtiramı deyilmi? Bəs nə üçün qarşı tərəfdə bu hörmət və ehtiram yoxdur? Hesab edirəm ki, bu yanaşma ikili standart deyilən məfhuma aid bir məsələdir. Ancaq bu şəraiti yaratmaqla, müxtəlif millət, milli azlıqlarla münasibət yaratmaqla, onların mədəniyyətlərinə hörmət etməklə Azərbaycan xalqı, milləti həqiqətən Şərqlə Qərbin Şimalla Cənubun qovşağında yerləşən tolerant, sivil, mədəni bir ölkə olduğunu sübut edir”. Komitə sədrinin sözlərinə görə, Azərbaycan dövləti bu gün səbr nümayiş etdirir ki, Ermənistan rəhbərliyi öz milləninə, xalqına zaman rəhm edəcək: “Ermənistanda xalq bu gün səfalət aclıq içərisindədir. Biz gözləyirik ki, Ermənistan rəhbərliyi vaxt düz yola gələcək. Bu konflikt olmasaydı, neft-qaz kəmərləri, dəmir yolları Ermənistan ərazisindən keçəcəkdi. Amma Ermənistanın ucbatından onlar bu layihələrdən məhrum olublar”. Baş nazirin müavini çıxışında erməni xalqına da müraciət etdi: “Öz rəhbərliyinizi düz yola çəkin. Biz bilirik ki, sadə ermənilər rəhbərliklərinin bu siyasətindən əziyyət çəkirlər”.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev isə bildirdi ki, Azərbaycan həmişə ürəkaçıqlığı, qonaqpərvərliyi, hər millətə, dinə hörmətlə yanaşması ilə seçilib: “Azərbaycan gerçəkliyini, tolerantlığını hər bir azərbaycanlı ilə təmasda hiss etmək mümkündür. Hansı millətə mənsub olmasından asılı olmayaraq, Azərbaycanda yaşayan insan ilk növbədə Azərbaycan vətəndaşıdır. Bu yaxınlarda Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi   ölkəmizin  müxtəlif xalqların mədəniyyətinə hörmət diqqətlə yanaşmasının bariz nümunəsidir. Eyni zamanda bugünlərdə BakıdaAzərbaycan - doğma diyardevizi altında Azərbaycanda yaşayan Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçirilir. Mən bütün tədbir iştirakçılarını həmin mərasimə dəvət edirəm”.

Konfransın həmtəşkilatçısı, YUNESKO-nun Moskva Bürosunun humanitar sosial elmlər üzrə mütəxəssisi Alla Amfer  bildirdi ki, ombudsmanların Bakıda keçirilən beynəlxalq konfransında bəyannamə qəbul ediləcək. Həmin bəyannamə insan haqları sahəsində hökumətlər üçün bir sıra problemlərin həllində tövsiyə olacaq. O bildirdi ki, ombudsmanların beynəlxalq Bakı konfransı kimi tədbirlərin təşkili zamanı YUNESKO-nun vəzifəsi siyasətçiləri, qərarlar qəbul edən insanları, ekspertləri onlar arasında dialoqun təşkili üçün toplamaqdır: “Bizim vəzifəmiz bu ya digər sahədə tövsiyələrin işlənib hazırlanması üçün cəlb etmək, maraq doğurmaq dialoqdan istifadə etməkdir”. 

 

  Nigar

 

Palitra.-2011.- 17 iyun.- S. 5.