Turizm təhsili olan gənclərimiz hələ də azdır”

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilinTurizm ilielan olunması  turizmin inkişafı ilə bağlı ölkədə genişmiqyaslı, davamlı hərəkatın başlanmasına səbəb oldu. Bu sahədə xüsusilə gənclər də aktivlik göstərməyə və turizmin inkişafına töhfələrini verməyə çalışırlar. Bu sıradan müsahibimiz “Turizmə Dəstək” Gənclər Koalisiyasının rəhbəri Ramiz Alıyevdir.  

 

- Öncə koalisiyanin yaranma məqsədləri və strukturu barədə məlumat verərdiniz.

 

 

- “Turizmə  Dəstək” Gənclər Koalisiyası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 2 fevral 2011-ci ildə təsis olunub. 2011-ci ilin sonuna qədər proqram layihələri həyata keçirməyi planlaşdıran koalisiya təsis olunması ilə həm də ölkə Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək oldu. Koalisiyanın yaradılmasında əsas məqsəd ayrı-ayrı dövlət, qeyri-hökumət təşkilatlarını, gənclər  təşkilatlarını, kütləvi informasiya vasitələrini, turizm şirkətlərini, ümumiyyətlə, müvafiq təsir imkanları olan hüquqifiziki şəxsləri turizmin inkişafına və təbliğinə yönəlmiş layihələrin həyata keçirilməsinə cəlb etmək, əhali arasında maarifləndirmə tədbirləri və aksiyaları təşkil etməklə ölkəmizin turizm potensialının üzə çıxmasına kömək olmaqdır.

 

 

- Azərbaycan turizminin hansı problemləri olduğunu düşünürsünüz?

 

 

- İstəyimiz Azərbaycanın daxili turizmini inkişaf etdirməkdir.Bunun üçünhesab edirik ki, hər bir vətəndaş bu təşəbbüsə dəstək olmalıdır və təbliğata qoşulmalıdır. Biz koalisiya olaraq 2011-ci ilinTurizm ili” olmasını, daxili turizmin inkişaf etdirilməsini və turizm sahəsində olan problemlərin aradan qaldırılmasının həlli yollarını axtarmaq və həmin problemləri aidiyyəti qurumlara çatdırmaq  məqsədi ilə 22 iyun tarixində “Turizmin inkişafı:  nailiyyətlər, problemlər və perspektivlər” adlı konfrans təşkil etmək niyətindəyik. Konfransda  turizm şirkətlərindən koalisiyaya daxil olan təkliflər və problemlərin məzmunu haqqında danışılması və həmin  problenmlərin həlli yollarının müzakirə olunması nəzərdə tutulub. Koalisiyaya turizm şirkətləri, turizm məkanları və digər təşkilatlardan daxil olan təkliflərdə bəzi sahələrdə hələ də problemlərin olduğu bildirilir. Ümid edirik ki, konfransa dəvət edəcəyimiz qurumların nümayəndələri səslənən problemlərin həll olunması yolunda lazimi addımlar atacaqlar. Turizm sahəsinə ən böyük dəstəyi Prezident verdi. 2011-ci ilinTurizm ilikimi qeyd olunması böyük bir təşəbbüsdür. Bu böyük təşəbbüsdən yararlanmaqbu sahəyə dəstək olmaq lazımdır. Azərbaycan gəncliyi hər zaman olduğu kimi, bu ilPrezidentin təşəbbüsünə ilk dəstək nümayiş etdirənlərdən oldu. Bu proses bir daha onu göstərir ki, Azərbaycan gəncliyi hər zaman ümummilli lider Heydər Əliyevin  siyasətinə sadiqdirsona qədər ulu öndər Heydər Əliyevin siyasətini layiqincə və uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşəcək və hər bir təşəbbüsünə ilk dəstək verənlərdən olacaq.

 

 

- "Turizm ili" artiq 6 aydir ki, başlayıb. Hansı dəyişiklikləri müşahidə edə bilmisiniz?

 

 

- Mədəniyyət turizm sahəsi Azərbaycanın zəngin mədəniyyəti haqqında ətraflı məlumatların dünya ictimaiyyətinə çatdırılması təbliğ olunması ulu öndər tərəfindən başlanan böyük bir işin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində turizmin daha geniş vüsət almasına səbəb olub. Turizmin inkişafının dünya ölkələrinin ən əsas məqsədlərindən biri olması dövlətimizin bu sahəyə böyük diqqət ayırmasına səbəb olub. Bakı ilə yanaşı regionlarda da beynəlxalq əhəmiyyətli turizm obyektlərinin tikilib istifadəyə verilməsi turizm sahəsində olan inkişafa təkan verir. Azərbaycan Respublikasında turizm sahələrinin inkişafı üçün kifayət qədər qanunvericilik bazası mövcuddur. Bu baza əsasında həm dövlət qurumları, həm özəl sektorda çalışan insanlar, həm vətəndaş cəmiyyəti nümayəndələri öz fəaliyyətlərini təmin edirlər. Bütün bunlar nəticə etibarı ilə dövlətimizin turizm ölkəsi kimi tanınmasına öz müsbət təsirini göstərir. Regionların turizm potensialının öyrənilməsi inkişaf etdirilməsi, xarici turistlərin ölkəyə cəlb edilməsi, daxili turizm potensialının inkişaf etdirilməsi, dünya standartlarına cavab verən istirahət mərkəzlərinin, hotellərin tikintisi dövlətimizin bu sahəyə göstərdiyi diqqət qayğının  nəticəsidir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilinTurizm ilielan olunması deyilənləri bir daha təsdiq edir. Əlbəttə ki, müsbət mənada dəyişikliklər var. Ancaq düşünürəm ki, bundan da böyük uğurlara imza atmalıyıq. Düşünsək ki, Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin qalibi olub ölkəmizə gələn il kifayət gədər qonaqlar gələcək bu qonaqların əksəriyyəti ölkəmiz haqqında məlumatlar almaq, tariximiz, mədəniyyətimiz haqqında maraqlanamaq istəyəcək, bax onda deyərdim ki, turizm sahəsində çalışan insanlar daha da çox çalışmalı işlərini yüksək səviyyədə qurmalıdır. Ümumiyyətlə, hər bir vətəndaşımız bu işdə turizmçilərə dəstək olmalı, ölkəmizin yüksək səviyyədə tanınması üçün əlindən gələni etməlidir.

 

 

- Xidmətlər, standartlar, peşəkarlıq qiymətlər problemi yenə gündəmdədirmi?

 

 

- Turizm xidmətlərində hələ də bir çox problemlər qalmaqdadır. Turizm təhsili olan gənclərimiz hələ də azdır. Həmçinin də turizm sahəsində çalışanların hamısını da turizm mütəxəssisi kimi təqdim edə bilmərik. Qiymətlərin də hər yerdə münasib olduğunu qeyd edə bilmərik. Elə yer var ki, orada 3 günlük istirahət etmək hətta xarici ölkələrin birində on günlük istirahət etməyin müqabilində başa gəlir.

 

 

- Turizmin inkişafı ilə bağlı hansı layihələriniz, planlarınız və təklifləriniz var?

 

 

- Biz “Turizmə  Dəstək” Gənclər  Koalisiyası olaraq, müəyyən olunmuş proqram üzrə işləyirik. Yəni hər bir tədbirimizdə KİV-lərin  iştirakının  təmin olunmasına çalışırıq.  Həyata keçirəcəyimiz layihələrin böyük əksəriyyəti KİV-lə bağlıdır. Düşünürük ki, KİV nümayəndələrinin də dəstək verdiyi və iştirakçısı olduğu layihələr uğurlu və nəticə verə biləcək layihələr olacaq. Bunun üçün də “Turizmə  Dəstək” Gənclər  Koalisiyası  03-05 iyun tarixində  Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə “Atlant” istirahət və əyləncə mərkəzinə “Jurnalistlərin Nabran Turunu təşkil etdik. Onu da qeyd etməliyik ki, bizim bu layihəmizdə də koalisiyanın üzvü olan mədəniyyət və incəsənət nümayəndələri yaxından iştirak etdilər və həmin regiondaTurizm ilini dəstəkləmək məqsədi ilə konsert proqramı ilə çıxış etdilər. Düşünürük ki, bu kimi tədbirlərimiz digər regionlarda da davam etdiriləcək və bacardığımız qədər daxili turizmin inkişafı və təbliği  üçün maarifləndirmə tədbirlərinin sayını çoxaldacağıq.

 

 

 

 

İlkin AĞAYEV

 

Palitra.- 2011.- 21 iyun.- S.10.