Dörd yeni qanun layihəsi hazırlanır

 

    Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı dörd yeni qanun layihəsi hazırlanır. Bunu Trend-ə Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. Onun sözlərinə görə, bunlar "Peşə birlikləri haqqında", "Korporativ sosial məsuliyyət haqqında", "Sosial sifariş haqqında", "İctimai iştirakçılıq haqqında" yeni qanun layihələridir. 

 

     Qanun layihələrinin mahiyyətini açıqlayan Quliyev deyib ki, "Peşə birlikləri haqqında" qanun peşə birliklərinin fəaliyyətini tənzimləyəcək.

   "Baxmayaraq ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" qanunla bu məsələ tənzimlənir, peşə birliklərinin ayrıca qanunla öz fəaliyyətlərini qurmasına ehtiyac var" -deyə Quliyev deyib. Şura sədri "Sosial sifariş haqqında" qanun layihəsi barədə deyib ki, bu gün QHT-lərin hökumətlə əməkdaşlığı yalnız dövlət büdcəsindən ayrılan qrantlarla qurulur. "Lakin beynəlxalq təcrübəyə görə, hökumət, özəl sektor, bələdiyyələr QHT-lərə sosial sifarişlər verə bilər. Yəni maliyyə vəsaiti qrant müsabiqəsi yolu ilə deyil, birbaşa sifarişlərlə verilə bilər", - deputat əlavə edib. Quliyev qeyd edib ki, QHT-lər digər qurumlardan fərqli olaraq həm çevikliyi, həm müəyyən layihənin həyata keçirilməsinə az vəsait xərcləməsi ilə fərqlənir. "Korporativ sosial məsuliyyət haqqında" qanun hər hansı bir məsələ ilə bağlı QHT, hökumət özəl sektoru təmsil edən qurumların effektiv əməkdaşlığını təmin etməyə yönələcək."Azərbaycanda bu gün fəaliyyət göstərən transmilli ya yerli şirkətlər qanunvericiliklə ya beynəlxalq konvensiyalarla, imzalanmış müqavilələrlə üzərlərinə çox ciddi sosial öhdəliklər götürürlər. Amma təəssüflər olsun ki, bu öhdəlikləri ya yerinə yetirmirlər, ya da başdan sovdu yerinə yetirirlər. Nəticədə sosial məsuliyyətin bölüşdürülməməsi baş verir bu da ciddi problemlər ortaya çıxarır" - deyə Quliyev deyib.

    Onun sözlərinə görə, biznes qurumu yalnız mənfəət dalınca qaçmamalı, eyni zamanda cəmiyyət qarşısında üzərinə götürdüyü sosial məsuliyyəti lazımi səviyyədə yerinə yetirməlidir. Şura sədri vurğulayıb ki, "Korporativ sosial məsuliyyət haqqında" qanunun qəbul edilməsi bu xarakterli məsələlərin nizamlanması üçün çox vacibdir. "Bu həm vətəndaş cəmiyyəti institutları ilə özəl sektor arasında birgə əməkdaşlığı genişləndirmək, vətəndaş cəmiyyətinin inkişafına özəl sektor tərəfindən yönəldilən sərmayəni artırmaq baxımdan vacibdir", - o deyib. "İctimai iştirakçılıq haqqında" qanun layihəsi ilə bağlı Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutlarının əsas vəzifələrindən biri ictimai nəzarəti həyata keçirməkdir, ümummilli proqramların həyata keçirilməsində fəal iştirakdır. Deputat bildirib ki, Prezident İlham Əliyevin son aylarda vətəndaş nəzarətinin gücləndirilməsi ilə bağlı çox ciddi bəyanatları oldu. "Prezident İlham Əliyev korrupsiya ilə mübarizə, neqativ halların aradan qaldırılması digər problemlərinin həlli ilə bağlı tək dövlət qurumlarının deyil, vətəndaş cəmiyyətinin iştirakının vacibliyini vurğuladı", -deyə Quliyev deyib qeyd edib ki, "İctimai iştirakçılıq haqqında" qanunun qəbul olunması ictimai nəzarəti genişləndirə bilər.

 

Qorqud

 

Palitra.- 2011.- 21 iyun- S. 11.