«Universitetlərdə keyfiyyətin menecment sistemi yaradılmalıdır»

 

 

Layihə çərçivəsində müsahibimiz təhsil  məsələləri üzrə   ekspert, dosent İlham Əhmədovdur. O, müsahibəyə müasir universitetlərin inkişafı üçün zəruri olan məsələlərə toxunmaqla başladı: 

 

- Bolonya prosesi tələblərinin ən mürəkkəbi  universitetlərdə  keyfiyyətin menecment sisteminin (KMS) yaradılmasıdır desək, yəqin ki,  səhv etmərik. Bu məsələ milli universitetlərimiz üçün mühüm pedaqoji innovasiyadır. Ölkə universitetlərində KMS-nin yaradılması  inkişafı üçün  gələcəkdə Təhsil  Nazirliyi ali təhsil  müəssisələri səviyyəsində xeyli  işlər  görülməlidir. Təbii ki, bir  müsahibə çərçivəsində universitetdə  KMS-nin yaradılması kimi mürəkkəb problemin bütün incəliklərinə toxunmaq mümkün deyil.  Bu  səbəbdən strateji əhəmiyyətli müəyyən məqamlara toxunmaqla  kifayətlənəcəyəm. Bolonya prosesi tələblərinə müvafiq olaraq ali təhsildə keyfiyyətin menecment sistemi  İSO- 9001:2000”  seriyalı beynəlxalq standartlar əsasında qurulmalıdır. Bu məqsədlə qabaqcıl universitetlər Keyfiyyətin Menecmenti üzrə Avropa Fondu (EFQM )  Modelini ali təhsil müəssisələri üçün modifikasiya edərək  «Universitetdaxili keyfiyyətə təminat sistemi» yaradıb son 15  ildə uğurla tətbiq edirlər. Bu sistemin reallaşması üçün universitetlərin  tərkibində yeni strukturlar yaradılır. Universitet fəaliyyətinin  qiymətləndirilməsi, attestasiya, akkreditasiya, lisenziyalaşdırma  prosesi keyfiyyətə nəzarət sisteminin,  «Universitetdaxili keyfiyyətin menecmenti sistemi»nin  fəaliyyətinin,  mexanizmi səmərəliliyinin auditindən ibarətdir.  Əgər universitetdə yaradılmış  bu struktur,  onun fəaliyyət mexanizmi mükəmməldirsə, “İSO- 9001:2000”  seriyalı beynəlxalq standartlara, EFQM Modelinə uyğundursa,  bu  model tam şəkildə tətbiq edilirsə, onda bu ali təhsil müəssisəsində keyfiyyətə təminat  var, əks-halda müasir anlamda keyfiyyətə kompleks təminatdan   beynəlxalq akkreditasiyadan danışmaq mümkün deyil. Beynəlxalq  akkreditasiyadan keçmək iddiasında olan, Bolonya prosesi tələblərinə  cavab vermək istəyən universitet KMS- malik olmalıdır. Bu zəruri  şərtdir,  lakin kafi deyil. Universitet səviyyəsində bu işlərin  reallaşmasından əvvəl milli səviyyədə bir çox məsələlər həll  edilməlidir, KMS-nin modeli, mexanizmi müvafiq normativ  bazası  yaradılmalıdır. Çünki bu tip problemlər universitet  səviyyəsində həll edilə bilməz.  Növbəti  mərhələdə   isə  universitetlər səviyyəsində müəyyən işlər reallaşa bilər. Bunun üçün  universitetin müəyyən resursları olmalıdır, ilk növbədə səriştəli insan resursları maliyyə resursları olmalıdır. Səriştəli insan  resursları dedikdə KMS-ni yaxşı bilən komanda, layihə qrupu nəzərdə  tutulur.  Təəssüf  ki,  universitetlərimizin əksəriyyətində KMS  haqqında təsəvvür yoxdur. Bu  işin reallaşması üçün universitetlərimizdə hələlik zəruri maliyyə resursları da yoxdur, hər  halda bu günə qədər bu məsələnin həllinə yönələn maliyyə resursu  ayrılmayıb. Universitetlərimizin əksəriyyətində KMS haqqında  təsəvvürün olmaması da elə bununla bağlıdır. Universitetlərdəki belə vəziyyət Bolonya prosesinin digər istiqamətləri üçün xasdır.  Belə ki, zəruri resurslar olmadan, müvafiq hazırlıq mərhələsi təşkil edilmədən, elmi-metodik təminat yaradılmadan, lazımı maliyyə vəsaiti  ayrılmadan xeyli müddətdir ki, Bolonya prosesini həyata keçirməyə, universitetlərimizi informatlaşdırmağa cəhd edirik, nəticəsi   məlumdur.

 

 

- Bu sistemi tətbiq etmək üçün hansı zəruri tədbirləri həyata keçirmək lazımdır?

 

 

- Universitetlərdə KMS modelinin tətbiqi istiqamətində universitet kollektivinin mühüm vəzifələri  var.  Bu  səbəbdən  universitet  rəhbərliyi  ali təhsil müəssisəsinin fəaliyyətinə ümumi rəhbərlik çərçivəsində KMS-nin yaradılması təkmilləşdirilməsini  təmin etməlidir. KMS-nin yaradılması istiqamətində aşağıdakı məsələlərin  həlli zəruridir:

1. Universitetin  keyfiyyət sahəsində siyasəti, məqsədləri öhdəlikləri təyin edilməlidir;

2. KMS-nin fəaliyyəti üçün hüquqi əsas yaradılmalı, bu məqsədlə universitetdaxili  normativ sənədlər hazırlanmalıdır;

3. Universitet  rəhbərliyinin keyfiyyət üzrə nümayəndəsi təyin edilməli, ona müvafiq səlahiyyətlər verilməlidir;

4. KMS-nin fəaliyyəti üçün zəruri  maddi maliyyə resursları ayrılmalıdır.Keyfiyyət üzrə səlahiyyətli nümayəndə aşağıdakı konkret məsələləri həll edir:

1. Universitetdə təhsilin keyfiyyəti  istiqamətində siyasət  məqsədləri konkretləşdirir;

2. Keyfiyyətin idarə edilməsi  üzrə təlimatlar  hazırlayır;

3. KMS-nin “İSO-9000” seriyalı beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin edir;

4. Təhsilin keyfiyyətinə yönəlik resursları, məsrəfləri planlaşdırır, onların icrasını  sistematik təhlil edir;

5. Universitetdə yeni yaradılan Təhsilin keyfiyyətinin  idarə  edilməsi (KİE) şöbəsinin işinə nəzarət edir.6. Təhsil xidmətlərinin keyfiyyətini təmin edir, təhsil xidmətlərinin reallaşma mexanizmini konkretləşdirir;

7. Ali peşə təhsili üzrə dövlət təhsil standartlarının universitetin reallaşdırdığı təhsil xidmətlərinə uyğunluğu  barədə qərar qəbul edir;

8. Keyfiyyətin idarə edilməsi istiqamətində tənzimləyici qabaqlayıcı tədbirlər planlaşdırır.

 

 

- Sadaladıqlarınızın tətbiqi keyfiyyət amilinə dərəcədə təsir göstərəcək?

 

 

- Keyfiyyətin yüksəldilməsinin  yeni  modelini  ali  məktəbdə  uğurla  reallaşdırmaq üçün ilk  növbədə  universitetdaxili keyfiyyət  siyasəti”  formalaşmalıdır. Universitetdə  keyfiyyət sahəsində siyasətin əsas məqsədi şəxsiyyətin, cəmiyyətin, dövlətin, universitetin bugünküperspektiv tələblərinə uyğun olaraq kreativ düşüncəli,  yüksək səriştəli kadrların hazırlanmasıdır. Universitetin  keyfiyyət sahəsində siyasətini  reallaşdırmaq üçün  universitetin  aşagıdakıları etməsi  zəruridir:

1. Təhsilin  keyfiyyətli olmasında maraqlı tərəflərin  tələb və təkliflərini  daim öyrənmək, inkişafı  proqnozlaşdırmaq;

2. Tədrisin və universitetin idarəedilmə  prosesini daim  təkmilləşdirmək, resurslarla  təminat problemlərini  operativ həll  etmək, monitorinq  fəaliyyətinin fasiləsizliyini  təmin  etmək;

3. Tədrisin  elm və istehsalata  inteqrasiyası, yeni  təhsil  texnologiyalarının  tətbiqi, tələbələrin  informasiya texnologiyaları, xarici  dillər, hüquq və iqtisadi  sahədə  bilik  səviyyələrini  yüksəldərək  keyfiyyətli  təhsilə nail  olmaq;

4. Ali  təhsil  sahəsində liderlərin  nailiyyətlərinə istiqamətlənmək, rəqabətqabiliyyətliliyi  yüksəltmək;

5. Orta  təhsil  müəssisələri  ilə  əməkdaşlığa nail olmaq;6. Qərarların  qəbul edilməsində avtoritarlığa  deyil,  daha  çox məlumatların    faktların  təhlilinə  əsaslanmaq;

7. Tələbə  və digər  təhsil  xidməti  istehlakçıları  ilə qarşılıqlı faydalı münasibətlər qurmaq.

Müasir  universitetin  strateji  hədəflərə  nail olması  üçün  əsas alətləri  “Universitetin kompleks inkişaf proqramı” və “Universitetin keyfiyyətin menecment proqramı” ola bilər. Universitetin keyfiyyət sahəsində siyasətinin əsas missiyası cəmiyyətin ayrı-ayrı sahələr üzrə  inkişafını planlaşdıran, onu  reallaşdıra və inkişaf etdirə bilən yüksək ixtisaslı mütəxəssislərin səmərəli hazırlanma sisteminin  yaradılması və təşkilindən  ibarətdir. Universitetdə keyfiyyət sahəsində  siyasətin  reallaşması nəticəsində  aşağıdakılara  nail  olmaq mümkündür:

- təhsil xidmətləri  keyfiyyətinin səmərəli idarəedilməsi məqsədilə əməkdaşların tədris, elm  və inzibati  fəaliyyət sahələrində məsuliyyətləri yüksəlir;

- universitetin əməkdaşları və tələbələri üçün təhsil xidmətləri daha şəffaf və  standartlara uyğun olur;

- əməkdaşların keyfiyyətli işə stimulu yüksəlir,  keyfiyyət ideyası ətrafında   kollektiv  səfərbər edilir;

- universitetin təhsil bazarında nüfuzu yüksəlir, təhsil xidmətləri keyfiyyətinin idarə edilməsi mükəmməlləşir.

Bazar iqtisadiyyatı şəraitində universitetin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə onun inkişaf  konsepsiyası hazırlanmalıdır. Daha sonra bu konsepsiya əsasında  ayrı-ayrı istiqamətlər  üzrə universitetin  məqsədli inkişaf proqramları yaradılır (“ Universitetin keyfiyyətin menecmenti proqramı”  bu proqramlardan  biridir).

 

 

 

 

Anar Miriyev

 

Palitra. – 2011. – 1 iyun. –S. 7.