İsrail səfiri: «Azərbaycanda özümü tamamilə təhlükəsiz və rahat hiss edirəm»

 

İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemin APA-ya müsahibəsini qısa ixtisarla təqdim edirik: 

 

- Bu yaxınlarda İsrail işgüzar dairələrinin nümayəndə heyəti Azərbaycanı ziyarət etdi. İsrail hələ 90-cı illərin ortalarında Azərbaycanın kommunikasiya sektoruna sərmayə qoymuş bir ölkədir. Amma hazırda İsralin bu sahədə əsas sərmayəçi olduğunu söyləmək olmaz. İsrail sərmayələrini Azərbaycana cəlb etmək üçün nələr edilməlidir?

 

 

- İsrail hökuməti yerli bazara sərmayə yatırmır, amma bizim şirkətlər informasiya-kommunikasiya sahəsində mühüm təchizatçıdır. İsrailin dünya miqyasında bu sahədə böyük uğurlar əldə etdiyi nəzərə alınsa o halda bu, təbii qarşılanmalıdır. İsrail şirkətləri burada «wimax», peykinternet texnologiyaları, rabitə təhlükəsizliyi, habelə infrastruktur sahəsində çalışırlar. İsrail işgüzar dairələrinin son səfəri isə müştərək sərmayələr üçün yeni imkanlar açıb.

 

 

- Son bir neçə ay ərzində Azərbaycandakı İsrail səfirliyi bir neçə dəfə öz fəaliyyətini müvəqqəti dayandırmalı olub. Deyilənlərə görə, təhlükəsizlik amilləri səbəbindən. Siz və səfirlik təhlükəsizliyinizin təmin olunması baxımından Azərbaycanda özünüzü neçə hiss edirsiniz?

 

 

- Qısaca desəm, mən burada özümü tamamilə təhlükəsiz və rahat hiss edirəm. Azərbaycanın hakimiyyət orqanları təhlükəsizliyin təmin edilməsinə böyük diqqət ayırır və buna görə Bakıda özümü təhlükəsiz hiss edirəm. Eyni zamanda dünya boyunca İsrail rəsmiləri və vətəndaşlarına qarşı təhlükə yenilik deyil. Bizim Buenos-Ayresdəki səfirliyin bombalanması və əvvəlki illərdə müxtəlif ölkələrdə İsrail diplomatlarının qətli hamının yaddaşına həkk olunub.

 

 

- Bu yaxınlarda İsrail rabitə nazirinin Azərbaycana səfəri gözlənilirdi. Amma sonradan Bakıya onun müavini gəldi. Medianın iddiasına görə, nazir təhlükəsizlik amilləri ucbatından Bakıya gəlməməyi üstün tutdu. Bu, həqiqətdir, yoxsa uydurma?

 

 

- Bu, uydurmadır. Təəssüf ki, bəzi media qurumları əsası olmayan bir iddianı yaydılar. Nazirin səfərinin təxirə salınmasının təhlükəsizliklə heç bir əlaqəsi yoxdur.

 

 

- Bir müddət öncə Bakıda bir neçə əcnəbi İsrail səfirliyini partlatmaq niyyətinə görə mühakimə edildi. Siz bu xəbəri eşidəndə nə düşündünüz?

 

 

- Bildiyimə görə, həmin bu “əcnəbilər” İranLivan pasportları daşıyırdılar və “Hizbullah” təşkilatının üzvləri olduğunu da etiraf etmişlər.

 

 

- Bu yaxınlarda İsrail höküməti bəzi millət vəkillərinin saxta “erməni soyqırımı”nı tanımaq təşəbbüsünü rədd edib. Qanunverici təşəbbüsün rədd edilməsi Türkiyəyə, Azərbaycana, yoxsa digər bir amilə hesablanmış addımdır?

 

 

- Tarix boyu əziyyət çəkmiş xalq kimi biz inanırıq ki, siyasət və tarixə fərqli nəzər yetirilməlidir. Tarixin siyasiləşməsi hər iksinin ziyanınadır.

 

 

- Azərbaycan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi oldu. Gələn il bu müsabiqə Bakıda baş tutacaq. Bu arada belə məlumatlar yayılmağa başlayıb ki, İsrail tərəfi müəyyən dini bayramları səbəbindən Bakıya gəlməyə də bilər.

 

 

- Başa düşdüyüm qədər, müsabiqə Şavuot yəhudi dini bayramı ilə bir vaxta təsadüf edə bilər. İndi biz buna bir çözüm axtarırıq. Mən ümid edərm ki, biz müsabiqəyə qatılıb birinci yeri əldə edəcəyik.

 

 

- Bu günlərdə İsrailin baş naziri Binyamin Netanyahu Barak Obamanın 1967-ci ilə kimi mövcud olmuş sərhədləri bərpa etmək təklifinin qəbuledilməz olduğunu bəyan etdi. 1967-ci ilin sərhədləri İsrail üçünanlama gəlir və İsrail höküməti Yaxın Şərqdə davamlı sülhü neçə görür?

 

 

- Öncə qeyd edim ki, Obama 1967-ci ilin sərhədi barədə danışanda bunun danışıqların əsası olmasını və ən mühümü ərazi mübadiləsini təklif etdi. Onun bəyanatı ilə baş nazir Netanyahunun Amerika Konqresindəki çıxışı arasında böyük yaxınlıq var. Baş nazir qeyd edib ki, hər hansı sülh sazişi İsrailin təhlükəsizliyini təmin etməlidir. Konqresin hər iki palatası onu dəfələrlə alqışladı. 1967-ci ilin sərhədinə gəlincə, bu xətt qəbul oluna bilməz, çünki həmin sərhəd xətti İsraili böyük təhlükə ilə üz-üzə qoyur. Təsəvvür edin ki, hər hansı ölkənin şərqdən qərbə doğru eni 15 km təşkil edir. Həm də təsəvvür edin ki, Azərbaycana paytaxt Bakıdan 15 km məsafədə yerləşən düşmən ölkənin sərhəd xətti təklif edilir... Baş nazir Netanyahunun mövqeyi aydındır: hər iki xalq üçün ayrı-ayrı dövlət. Demokratik Fələstin dövləti ilə yanaşı, təhlükəsizliyi təmin olunan yəhudi dövləti də mövcud olmalıdır. Bu isə birbaşa təmaslar nəticəsində əldə edilməlidir.Bizim acı təcrübəmiz var. Vaxtilə biz Livandan çıxdıq, amma əvəzində sülh aldıqmı? Əvəzində biz indiHizbullahla üz-üzə qalmışıq. Nəticədə şimali İsrailin qəsəbə və şəhərləri raket atəşlərinə məruz qalır. İndi biz həm də Qəzza sektorundan atəşlərə məruz qalırıq və ölkənin cənubunda yaşayan sakinlərimiz raket həmlələrindən əziyyət çəkir. Biz sülhə hazırıq, amma əvəzində terrora məruz qalırıq.

 

 

- İsrail hazırda sürətli siyasi dəyişikliklərin baş verdiyi ərəb ölkələrinin əhatəsində yerləşir. İsrail ərəb ölkələrində baş verənlərə neçə yanaşır? İsrailə avtoritar, lakin ortaq məxrəcə gəlməsi mümkün olan, yoxsa azad seçkinin baş tutduğu, amma Fələstindəki kimi islamçıların hakimiyyətə gəldiyi bir ərəb cəmiyyəti sərf edir?

 

 

- Yaxşı sualdır. Amma burada bir dilemma yoxdurbiz demokratik Yaxın Şərqdə yaşamağı üstün tutardıq. Bazar

 

Palitra.-2011.-1 iyun S. 8.