Respublika Günü
dünyanın müxtəlif ölkələrində qeyd edilib
28 May Azərbaycanın Respublika
Günü dünyanın müxtəlif
ölkələrində qeyd edilib. Diasporla İş üzrə Dövlət
Komitəsindən aldığımız məlumata görə,
Almaniyanın Maqdeburq şəhərində Sachsen-Anhalt
vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin
təşkilatçılığı, Azərbaycanın
Almaniyadakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin
və Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin dəstəyi
ilə Azərbaycan Demokratik
Respublikasının yaranmasının 93-cü
ildönümünə həsr olunmuş
tədbir keçirilib.
“Sachsen-Anhalt” Gəmisində
120 nəfərin iştirakı ilə keçirilən tədbiri
Sachsen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan
Mədəniyyət Cəmiyyətinin sədri Yaşaq
Millnitts Niftəliyev açıb. Daha sonra Azərbaycanın
Almaniyadakı səfirliyinin müşaviri
Almaz Məmmədov tədbir iştirakçılarına
Azərbaycan haqqında geniş məlumat
verib. Tədbirdə Azərbaycan diasporu ilə yanaşı Almaniyada
fəaliyyət göstərən 34 müxtəlif ölkənin
təmsilçilərinin yaratdıqları cəmiyyətlərin
nümayəndələri, yerli iş adamları iştirak
edib. Tədbirin sonunda
Azərbaycanın Almaniyadakı səfirliyinin təqdim etdiyi kitablar
iştirakçılara hədiyyə verilib.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti və Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə Hillerod şəhərinin mərkəzindəki “Torvet” meydanında Azərbaycanın milli bayramı - Respublika Gününü qeyd ediblər. Meydanda Azərbaycan bayraqları ilə yanaşı Danimarka, Türkiyə, Türkmənistan, uyğur və çeçen bayraqlarının dalğalanması bu xalqların nümayəndələrinin də Azərbaycanın sevincinə şərik çıxdığından xəbər verirdi. Tədbirdə Azərbaycana aid məlumat kitabları və broşürlər, Azərbaycanın tarixi və incəsənəti ilə bağlı kitablar, məlumat vərəqələri şəhər sakinləri və qonaqlara təqdim olunub. “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar və Nigarın ifasında səslənən “Running Scared” mahnısı Azərbaycanın bu mötəbər yarışmada qalib gəlməsi sevincini bir daha bütün iştirakçılara yaşadıb.
İqdırda mətbuat
konfransı
İqdırda Türkiyənin
Milliyyətçi Hərəkat Partiyasının (MHP) seçki bürosunda MHP-nin qarşıdan gələn parlament seçkilərində millət vəkilliyinə
namizədləri Sinan Oğan,
Gündüş Güneş
və MHP-nin İqdır vilayəti
üzrə rəhbəri Cahit Erol Azərbaycanın milli
bayramı - Respublika Gününü
mətbuat konfransı keçirməklə qeyd
ediblər. Cahit Erol öz çıxışında 93 il əvvəl Azərbaycanda ilk
türk respublikasının əsasının
qoyulduğunu bildirib. Gündüz Güneş
Azərbaycan Demokratik Respublikasının
yaradıldığı günün əhəmiyyətini
vurğulayaraq bu tarixi gün münasibətilə
öz təbriklərini söyləyib. Daha sonra Türkiyə-Azərbaycan diasporunun
rəhbəri Sinan Oğan
“Bizlər İqdırda yaşayan Azərbaycan
türkləriyik və bu bayramın bizim üçün əhəmiyyəti
çox yüksəkdir” deyib
və Türkiyədəki Azərbaycan türkləri olaraq hər zaman Azərbaycanın
yanında olduqlarını qeyd edib: “Bizim idealımız türk dünyasıdır. Bizim
idealımız 2023-cü ildə partiyamız tərəfindən
də qarşıya məqsəd olaraq qoyulan lider ölkəyə
çevrilməkdir. Bizim idealımız
Qarabağın işğaldan azad olunmasıdır”. S.Oğan Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa
Kamal Atatürkün
“Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir” ifadələrini vurğulayaraq iki dövlət
arasındakı mühüm bağlardan danışıb.
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi Həmrəylik Cəmiyyəti ilə İzmirdə təhsil alan azərbaycanlı tələbələrin birgə təşkilatçılığı ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Mədəniyyət Evi Həmrəylik Cəmiyyətinin sədri Turqut Arat və sədr müavini Cavid Əliyev Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti barədə toplaşanlara məlumat veriblər. Daha sonra tədbir iştirakçıları üçün Azərbaycan haqqında sənədli film nümayiş etdirilib. Tədbirin bədii hissəsi şeir və xalq mahnılarının oxunması, milli rəqslərin ifa olunması ilə davam etdirilib. Tədbir iştirakçılarına həmçinin modelyer-stilist Minarə Quliyevanın “Muğam - Əsrlərdən gələn səs” sərgisi təqdim olunub. Tədbirdə Azərbaycan diasporu və İzmirdə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı İzmir sakinləri, siyasi partiya və qeyri-hökumət təşkilatlarının çoxlu sayda nümayəndəsi, şəhərdə təhsil alan əcnəbi tələbələr iştirak ediblər.
Əskişəhirdə
“Qardaş Azərbaycanı tanıyaq”
adlı fotosərgi
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin dəstəyilə Əskişəhirdə 28 May Respublika Günü geniş qeyd olunub. Əskişəhir Azərbaycanlıları Dərnəyi bayram tədbirləri çərçivəsində “Qardaş Azərbaycanı tanıyaq” adlı fotosərgi təşkil edib. Burada Azərbaycan Demokratik Respublikası və ikinci dəfə müstəqilliyinə qovuşmuş müasir Azərbaycanın uğurları ilə bağlı fotoşəkillər nümayiş etdirilib. Sonra Əskişəhir Müəllimlər Evində 28 May Respublika Günü münasibətilə mərasim keçirilib. Əskişəhir Azərbaycanlıları Dərnəyinin üzvləri, bu şəhərdə fəaliyyət göstərən azərbaycanlı müəllimlərin və tələbələrin iştirakı ilə keçirilmiş mərasimdə çıxış edən dərnəyin rəhbəri Cavid Aydın milli bayramımız münasibətilə həmvətənlərimizi bir araya toplayan Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinə təşəkkürünü bildirib, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin tarixindən və ulu öndər Heydər Əliyevin memarı və banisi olduğu müasir Azərbaycan dövlətinin uğurlarından bəhs edib. O vurğulayıb ki, Türkiyədəki gənclərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, ölkəmizin tərəqqisi naminə dövlətimizin başçısına uğurlar diləyirlər.Mərasimdən sonra Azərbaycan mahnıları və milli rəqslərimiz ifa olunub, ziyafət təşkil edilib.
Riqada konsert
Mayın 29-u Riqada, Latviya filarmoniyasında Azərbaycanın Respublika Gününə həsr olunan simfo-muğam konserti keçirilib. Latviyanın musiqili şəhəri olan Lepayanın 70 nəfərlik simfonik orkestri, Əməkdar artist Yalçın Adıgözəlov və “Qarabağ” triosu - Xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artistlər, tar ifaçısı Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədov filarmoniya səhnəsində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim ediblər. “Azadinform”un məlumatına görə, konsert anşlaqla keçib. Tamaşaçılar öz təəssüratlarını bölüşərək bildiriblər ki, muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir. Konsert haqqında məlumat birinci növbədə informasiya portallarında, radiolarda və televiziyada yayımlanıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib. Konsert Azərbaycanın Latviyadakı səfirliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin, Latviyadakı "Ocaq" Azərbaycan Mədəniyyət Mərkəzinin və Roman Əliyevin, RSTA təşkilatının rəhbəri Adıgözəl Məmmədovun, “Air Baltic” aviaşirkətinin, Azərbaycanda və xaricdə ölkəmiz haqqında bir sıra mədəniyyət layihələrini dəstəkləyən ölkənin əsas mobil operatoru olan “Azercell”in dəstəyilə baş tutub. Latviyada keçirilən simfo-muğam konsertinin prodüseri Emin Musəvidir.
Nigar
Palitra. - 2011.
-S. 5.