Xocalı soyqırımı dünyanın əksər ölkəsində anılıb

 

Həftəsonu dünyanın əksər iri şəhərlərində Xocalı soyqırımı ilə bağlı diasporumuzun, səfirliklərimizin təşkilatçılğı ilə tədbirlər keçirilib.  

 

Fransanın paytaxtı Parisin mərkəzi meydanlarından biri olan Chatelet meydanında Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş dinc aksiya keçirilib. Azərbaycan Fransız Gənclik Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə fevralın 25-də keçirilən aksiyaya Paris digər şəhərlərdə təhsil alan tələbələrlə yanaşı diasporumuzun nümayəndələri qoşulublar. Üç saatdan artıq davam edən nümayişdə Xocalı faciəsi və “Xocalıya Ədalət” kampaniyası ilə bağlı şüarlar altındaXocalı uşaqların gözü iləadlı rəsm sərgisi təqdim edilib. Qarabağ həqiqətlərini Fransa dünya ictimaiyyətinə çatdırmaq məqsədilə tariximizin qanlı səhifələrini özündə əks etdirən maarifləndirici materiallar (broşürlər, kitablar, CD/DVD, bəyannamə) şəhər sakinlərinə paylanıb. Soyqırımı təsdiq edən imzalar toplanaraq Fransa Milli Assambleyasına təqdim edilib. Daha sonra isə tədbir aksiya iştirakçılarınınXocalıya Ədalət!”, Qarabaga azadlıq!” şüarlarının sədaları altında Fransadakı Ermənistan səfirliyinə yürüşü ilə başa çatıb.Berlinin mərkəzi meydanlarından biri olan Braytşaydplatzda yerləşən Sınıq Kilsənin qarşısında Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar böyük nümayiş keçirilib. Nümayiş Berlində fəaliyyət göstərən Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən təşkil olunub. Nümayişdə Xocalı faciəsini əks etdirən fotomateriallar, erməni millətçilərinin qanlı hərəkətlərini açıqlayan, “Xocalıya Ədalət” kampaniyasının şüarlarından istifadə olunub, informasiya vərəqələri paylanıb. Xocalı haqqında həqiqətləri işıqlandıran yazılı material alman ictimaiyyətinə paylanıb. Mitinqdə eyni zamanda Xocalı qətliamına dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsinə dair bəyanat-çağırış oxunub. Nümayişdə həmçinin türk yəhudi diaspor nümayəndələri iştirak edib.Gənclər üçün Təhsil Mərkəzi və Alman-Azərbaycan Dialoq Platformunun birgə təşkilatçılığı ilə Almaniyanın Kassel şəhərində etiraz nümayişi keçirilib. Əsas məqsədi Xocalı faciəsi ilə bağlı həqiqətləri Almaniya ictimaiyyətinin diqqətinə çatdırmaq olan nümayişin keçirilməsinə Azərbaycanın Almaniyadakı səfirliyi və “Xocalıya Ədalət” kampaniyası dəstək verib. Yüzlərlə insanın iştirak etdiyi nümayişə azərbaycanlı və türk tələbələr, diaspor nümayəndələri və yerli türk icmasının nümayəndələri qoşulub. İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Sevigin bu ölkə parlamentinin baş katibinin köməkçisi Ulf Kristofferssonla görüşərək ona Xocalı soyqırımına dair bəyanatı təqdim edib. U.Kristoffersson bu bəyanatı İsveç parlamentinin sədrinəonun köməkçilərinə, eləcə də xarici işlər naziri Karl Bildtə təqdim edəcəyini söyləyib. S.Sevigin U.Kristofferssona Xocalı soyqırımı haqqında ətraflı məlumat verib ermənilərin Xocalı şəhərinə hücum edərək burada yaşayan dinc sakinlərə qarşı qətliam həyata keçirdiyini bildirib. U.Kristoffersson görüş zamanı aldığı məlumatı müvafiq instansiyalara çatdıracağını bildirib. Görüşdə S.Sevigin İsveç parlamenti baş katibinin köməkçisinin diqqətinə Stokholmun Sergel meydanında Xocalı soyqırımı qurbanlarının 19-cu ildönümü münasibətilə aksiya keçirəcəklərini çatdırıb. İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü və Azərbaycan səfirliyinin dəstəyilə Kiyev ART Qalereya Sərgi Salonunda Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət “Xocalı harayı” adlı rəsm sərgisinin açılışı olub. Ukrayna Azərbaycanlıları Konqresi adından  beynəlxalq təşkilatları və dünya birliyini Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə səsləyən diaspor rəhbərlərindən İlqar Abbasov Akif Gülməmmədov Ermənistan dövlətinin Xocalı soyqırımına görə tarix qarşısında cavab verməsinin vacibliyini vurğulayıblar. Milli Məclisin deputatı Musa Qasımlı çıxışında bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətinə beynəlxalq ictimaiyyət biganə yanaşmamalıdır. Qeyd edək ki, “Xocalı harayı” adlı sərgi mart ayının 2-dək davam edəcək. 

 

İsrail deputatı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi 

 

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) və İsrailin Azərbaycan diasporu Xocalı soyqırımının 19-cu ildönümünü qeyd ediblər. Xocalı soyqırımı qurbanlarının anım gününüİsrail-AzərbaycanBeynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal açıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının keçmiş Sovet Ordusunun 366-cı alayının dəstəyilə Xocalıya hücum etməsi dinc insanlara qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir. Həmin faciədən 19 il keçsə də, Azərbaycan vətəndaşları və əslən Azərbaycan Respublikasından olanlar Xocalı qətliamının adı gələndə hələ də ürək ağrısını unuda bilmirlər. Heç bir şübhə doğurmur ki, bu tək hərbi cinayət yox, həm erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi”.Milli Məclisin deputatı Qənirə Paşayeva İsraildəki Azərbaycan diasporunun bu tədbirin təşkil olunması və keçirilməsindəki rolunu yüksək qiymətləndirdi.  Xocalı soyqırımına toxunan deputat bəyan etdi ki, Xocalıda ermənilər tərəfindən insanlıq əleyhinə cinayət törədilib: “Dinc Azərbaycan əhalisi yalnız azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilib. Ermənilərin vəhşiliyini bütün dünya bilməlidir və cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Yəhudi xalqı Xocalı soyqırımı ilə nəticələnmiş erməni faşizmini hamıdan yaxşı anlaya bilər. Azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırım insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir dünya ictimaiyyətinin buna öz münasibətini açıqlaması vacibdir”. “İsrail-AzərbaycanParlamentlərarası Komissiyasının sədri deputat Robert İlatov qeyd etdi ki, Xocalıdakı faciə Azərbaycan xalqının dəhşətli faciəsidir. İsrail deputatı onun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. İsrail-Azərbaycan əlaqələrindən danışan deputat iki ölkə arasında qarşılıqlı münasibətlərin genişlənməsinə və möhkəmlənməsinə inandığını söylədi. Türkiyənin nüfuzluHürriyyetqəzeti 26 fevral tarixli nömrəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müsahibəsini dərc edib. Qəzet yazır ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində daha bir layihənin - Azərbaycanın məşhur rep qrupuDəyirmanın və ABŞ Xarici İşlər Nazirliyinin xoşməramlı səfiri Toni Bləkmənlə birlikdə ifa etdiyiXocalıya Ədalət” klipinin ərsəyə gəlməsinə Leyla xanım Əliyeva yaxından dəstək verib. Müsahibəsində Leyla Əliyeva deyib: “Xocalıya Ədalət” istəyən hər bir kəs insanlığın səsini dinləmiş olar. Dünya ictimaiyyəti Xocalı qətliamından sonra konkret işlək bir mexanizm yaratmayıb. Təəssüf ki, hələ bu faciəyə ikili standartlardan yanaşılır. Ermənilər “dünya bunu tez unudardüşüncəsi ilə bir gecədə 613 nəfəri qətlə yetiriblər. Qətlə yetirilənlər arasında 106 qadın, 63 uşaq var. Səkkiz ailə tamamilə məhv edilib. Bu gün güvənə biləcəyimiz dövlətimiz vardır. Bu cinayəti bütün dünyada tanıtmaq məqsədi ilə 2009-cu ildən etibarən “Xocalıya Ədalət” kampaniyasına başlamışıq. Kampaniyamızın uğurla davam etməsi üçün “www.justiceforkhojaly.org”  saytını yaratmışıq. Qardaş Türkiyə Respublikasınatürk xalqına bizə verdiyi dəstəyə görə təşəkkürlərimizi bildiririk. Kampaniya çərçivəsində 30 ölkədə tədbirlər keçirilir. Vaşinqton, Ankara, Brüssel, Cakarta, Ottava, Berlin, Abu-Dabi, ParisSan-Paulu kampaniyanın həyata keçirildiyi şəhərlərdən bir neçəsidir”. 

 

Təbrizdə Xocalı soyqırımı qurbanları yad edilib 

 

Təbrizdə 60 min azarkeşin iştirak etdiyi yerliTraktorfutbol klubunun matçı zamanı stadionda Azərbaycan ingilis dillərində “1992-ci ildə Xocalıda soyqırım baş veribplakatları qaldırılıb. Qum şəhərində yerləşən Beynəlxalq İslam Universitetində isə bu şəhərdə təhsil alan azərbaycanlı tələbələr “Xocalı günüadlı anım tədbiri təşkil ediblər. Tələbələr çıxış edib, Xocalı sakinlərinin başına gətirilən faciələr haqda danışıblar. Həmçinin universitetdə Xocalı faciəsini əks etdirən sərgi təşkil olunub. Sərgi iştirakçılarına Xocalı faciəsi haqda məlumat verilib.  Qeyd edək ki, Beynəlxalq İslam Universitetində 70-dən çox ölkədən gələn tələbələr təhsil alırlar. Onlar da azərbaycanlı tələbələrin təşkil etdikləri anım mərasiminə qatılıblar.

 

 

Nigar

 

Palitra.-2011.- 1 mart.- S. 6.