Sumqayıt hadisələrinin yenidən istintaqı zamanı yeni faktlar aşkarlanıb

 

Dünən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı “www.sumqait.com” internet saytının təqdimatı olub. Mərasimdə Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Fərhad Məmmədov, baş prokurorun müavini Rüstəm Usubov, Milli Məclisin deputatı Musa Qasımlı çıxış ediblər. İnternet resursu yeddi bölmədən ibarətdir.  

 

Bu bölmələrdə əsasən 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədən, təşviq edən qruplar Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında materiallar yerləşdirilib. Eyni zamanda, Sumqayıt hadisələrindən əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərə, keçmiş SSRİ rəhbərliyinin yarıtmaz milli siyasətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı faktlarına da xüsusi yer ayrılıb. İnternet resursunun əsas məqsədi Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Qeyd edək ki, Sumqayıt hadisələrindən 23 il ötür. 1988-ci il fevralın 28-ə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Hər il bu hadisələrin ildönümü yaxınlaşanda erməni təbliğat maşını bütün gücü ilə işə düşür azərbaycanlılar vəhşi, ermənilərə qarşı milli dözümsüzlük nümayiş etdirən bir xalq kimi təqdim olunur. Əslində isə bu hadisələr SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov edam edilib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovoğzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini orada azərbaycanlı qadınların elektrik dirəklərinə mıxla vurulduğunu deyərək onları qızışdırıb. Dövlət ittihamçısı Aslan İsmayılov Qriqoryan üçün ömürlük istəsə də, bu, qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib. Dövlət ittihamçısının xəstə və hadisələrdə heç bir günahı olmayan Nəcəf Nəcəfalıyev haqda həbs qəti-imkan tədbirin dəyişdirilməsi ilə bağlı təklifi də qəbul olunmayıb və o, prosesin gedişində vəfat edib. Digər təqsirləndirilən şəxs Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin qərarı ilə edam olunub. Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta yetirmək üçün istintaqçılar həmin gün əynində əslində boz kostyum olmuş Əhmədovdan guya üzərində qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alıblar və bu, dəlil kimi məhkəmədə ortaya çıxarılıb. Qeyd edək ki, sumqayıtlılar da Əhməd Əhmədovun cinayətkar olmadığına çoxdan inanır. Onun yaşadığı həyətdə qurulmuş xatirə bulağı xalqın artıq Əhməd Əhmədova bəraət verdiyini göstərir.  

 

Fuad Ələsgərov: «Hadisələrin sifarişçiləri və təşkilatçıları Qorbaçov, sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçıları olub» 

 

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Prezident İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib. Onun sözlərinə görə, Baş prokurorun müavini Rüstəm Usubovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb: «İstintaqın yenilənməsindən sonra istintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqlər dindirilib. Məlum olub ki, bu hadisələrin sifarişçiləri və təşkilatçıları Qorbaçov, sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçıları olub». Onun sözlərinə görə, SSRİ DTK tərəfindən Sumqayıta təxribat qrupları göndərilib və bu qruplar sonra digər respublikalarda da eyni üsullarla təxribatlar törədiblər: «Bu hadisənin təşkilatçıları Eduard Qriqoryan, onun iki qardaşı Dağlıq Qarabağdan gəlmiş emissarlar olub. Emissarlar tərəfindən Eduard Qriqoryana Sumqayıtda yaşayan ermənilərin siyahısı verilib. Qriqoryanı psixotropnarkotik vasitələrlə təmin edib, camaata soyuq silahlar paylayıblar”. Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Sarkisyan, Ohanyan digər agentlər Sumqayıta, sonradan isə Orta Asiya ölkələrinə göndərilibonlar Orta Asiya respublikalarında törədilən təxribatlarda iştirak ediblər.  

 

Rüstəm Usubov: «Sumqayıtda bəzi ermənilərin öz mal-mülklərini öncədən Rusiyaya çıxardıqları, sonra isə öz evlərini yandırdıqları məlum olub»  

 

Baş prokurorun birinci müavini Rüstəm Usubov  isə bildirib ki, Sumqayıt hadisələrinin yenidən istintaqı zamanı bir sıra yeni faktlar aşkarlanıb. R. Usubov Sumqayıt hadisələri ilə bağlı Baş Prokurorluqda xüsusi komissiya yaradıldığını qeyd edərək deyib ki, həmin hadisələrlə bağlı beş cinayət işi təzələnib: “Sumqayıt hadisələrindən ermənilərin zərərçəkən olduğu deyilir, əslində isə bu, belə deyil”. R.Usubov deyib ki, yeni istintaq zamanı Sumqayıtda bəzi ermənilərin öz mal-mülklərini öncədən Rusiyaya çıxardıqları, sonra isə öz evlərini yandırdıqları məlum olub: “Ermənilər özlərietiraf ediblər ki, bu addımı kompensasiya almaq məqsədilə atıblar. 100-dən çox varlı erməni özünün bankdakı pullarını çıxarıb”. Onun sözlərinə görə, istintaqın gedişində Sumqayıt hadisələri zamanı şəhərlə Ermənistan və digər ölkələr arasında bir çox telefon danışıqlarının aparıldığı da üzə çıxıb.  

 

Bakur Karapetyan: «Sumqayıt hadisələri ilə bağlı tapşırıq Kremldən gəlmişdi» 

 

Ermənilərin özləri də etiraf edirlər ki, baş verən olaylar əvvəlcədən planlaşdırılmış ssenarinin tərkib hissəsi olub. Dünən mətbuat konfransı keçirən «Şuşa» xeyriyyə fondunun rəhbəri Bakur Karapetyan bildirib ki, Sumqayıt hadisələri ilə bağlı tapşırıq Kremldən gəlmişdi. Onun sözlərinə görə, Kremlin məqsədi Sovet İttifaqının dağılmasında milli hərəkatlardan istifadə etmək idi.  

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 1 mart.- S. 7.