Zəfər Çağlayan: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 4-5 dəfə arta bilər

 

Türkiyənin xarici ticarətə cavabdeh dövlət naziri Zəfər Çağlayanın APA-ya müsahibəsini təqdim edirik: 

 

- Münasibətlərin bugünkü səviyyəsi barədə nə demək istərdiniz?

- Təəssüf ki, Azərbaycan ilə Türkiyə arasında olması lazım gələn ticari nöqtəyə gələ bilmirik. Hazırda Türkiyənin 300 mlrd. dollardan çox xarici ticarət dövriyyəsi var. Biz dünyanın bütün bölgələrinə 20 min növdən çox məhsul ixrac edirik. İxracatımızın 50%-i Avropa Birliyi ölkələrinədir. Biz önəmli bir yerdə olan ölkəyik: Qafqazın cənub-şərqində, Afrikanın şimalında, Orta Şərqin qərbində, Avropanın isə şərqində olan bir ölkəyik. Azərbaycanla ticarət dövriyyəmiz təxminən 2,5 mlrd. dollardır. Bu, iki ölkəyə, iki qardaşa yaraşan rəqəm deyil. Bu rəqəmlərin daha yüksək olması lazımdır və biz bunu rahat şəkildə edə bilərik. Bu məsələ ilə bağlı hörmətli Prezidentiniz İlham ƏliyevBaş nazir Artur Rasizadə ilə görüşəndə bunu demişdim: Gürcüstanla Türkiyə arasında imzalanmış sərbəst ticarət sazişini Azərbaycanla da imzalayaq, bəzi məhsullarda bir-birimizə gömrük üstünlüyü verək, bu yolla ticarətimizin dövriyyəsini daha da artıraq. Azərbaycanlı qardaşlarımız Türkiyəyə sərmayə qoysunlar. Bir çox türk adamının Azərbaycanda investisiyası var, bunun daha da artmasını istəyirik. Biz həqiqətən bir millətik. Ancaq təəssüf ki, bir millət olmağın üstünlüklərini ticarətdə həyata keçirə bilmirik. Əgər lazımi addımları atsaq, hazırkı ticarət dövriyyəmizi 4-5 dəfə artırmaq çətin deyil. Azərbaycan da, Türkiyə də həm ixrac, həm idxal edən ölkələrdir. Türkiyə dünyanın 16-cı böyük iqtisadiyyatına sahib bir ölkədir. Martın 16-da İstanbulda adamlarının forumunu keçirəcəyik. Oraya Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev gəlir. Keçən il Bakıda eyni forumu keçirmişdik. İş adamları böyük maraq göstərmişdilər. Qəbul edilən qərarların sürətlə həyata keçirilməsi hər iki ölkənin mənafeyinə uyğun olacaq.

- Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsinin istənilən səviyyəyə çatdırılmasının önündə hansı əngəllər var?

- Biz Azərbaycana viza tətbiq etmirik. Hörmətli Baş nazirimiz iki ölkə arasındakı viza rejiminin tamamilə ləğv edilməsini hərarətlə dəstəkləyir.  Hazırda Rusiya ilə vizaları ləğv edirik. Artıq vətəndaşlarımız bir çox ölkəyə vizasız gedə bilir. Ona görə burada çox sürətli şəkildə vizanı ləğv etməyimiz, adamlarının önündəki əngəlləri aradan qaldırmağımız, gömrük sahəsindəki maneələri aradan qaldırmaq lazımdır: bu, ticarətimizi xeyli inkişaf etdirəcək. Prezident İlham Əliyevlə Bakıdakı görüşümüzdən sonra Naxçıvanla iqtisadi münasibətləri gücləndirməyi qərarlaşdırmışdıq. Yaxın keçmişdə bir çox adamını da heyətimizə daxil edərək Naxçıvana getdik. Oradakı görüşlərimizdə Gürcüstanı da ehtiva edəcək bir sərbəst ticarət zonası yaradılması məsələsini müzakirə etdik. Bu mövzuda irəliləyişə nail olmağımız lazımdır. Sərbəst ticarət sazişi barədə təklifimizi Bakıya çatdırmışıq. Bunları həyata keçirsək, ticarət dövriyyəmiz də yüksələcək, bir-birimizlə daha çox qaynayıb-qarışacağıq.

- İnvestisiya sahəsində Türkiyənin azərbaycanlı sərmayədarlar üçün xüsusi təşviqləri varmı? ya Azərbaycan tərəfi Türkiyə adamlarına hansısa təşviqlər tanıyırmı?

- Türkiyənin çox önəmli sərmayə təşviqləri var. Azərbaycanda da müəyyən təşviqlər var. Əslində bu təşviqləri görməyən adamları başqa ölkəyə heç vaxt investisiya qoymaz. Bir kapitalistin bir yerə sərmayə qoyması üçün orada önəmli şərtlər görməsi lazımdır. Buraya sərmayə təşviqlərindən əlavə, keyfiyyətli kadr, xammal, mal ixrac edəcəyi bazarlara yaxınlıq və s. amillər daxildir. Burada sərmayə qoyulan ölkənin gömrük qaydaları son dərəcə önəmlidir. İş adamı enerjini ucuz əldə edərsə, ucuz qüvvəsi tapa bilərsə, gedib o ölkəyə sərmayə qoyur. Yoxsa hal-əhval tutmaq üçün heç kim başqa ölkəyə investisiya qoymaz. Ancaq söhbət Azərbaycandan gedəndə, mən bizim adamlarımızın böyük əksəriyyətinin qardaşlıq duyğusu, “Bir millət, iki dövlətduyğusu içində Azərbaycana investisiya qoyduğunu bilirəm. Türkiyəyə sərmayə qoyulması məsələsində biz sərbəst bazar qaydalarına axıra qədər riayət edirik. Buraya investisiya qoyan hər hansı adamı öz gəlirini istədiyi vaxt istədiyi yerə göndərməkdə sərbəstdir. Türkiyədə bir gündə şirkət qurulur. Əgər bir azərbaycanlı qardaşımız Türkiyəyə investisiya qoyursa, buradan dünyanın bir çox yerinə gömrüklərdən azad şəkildə mal sata bilir. Türkiyə Avropa Birliyi ilə sərbəst gömrük sazişi imzalayıbbiz AB-nin 27 ölkəsinə gömrük vergisi olmadan mal satırıq. Azərbaycanlı qardaşım eyni malı o ölkələrə Azərbaycandan göndərmək istəyəndə gömrük vergiləri ödəmək məcburiyyətində qalır. Biz eyni zamanda Şimali Afrika Orta Şərq ölkələrinəgömrüksüz mal göndəririk. Amma Qarabağ məsələsi ədalətli şəkildə həll edilməyənə qədər Türkiyə Ermənistanla heç bir münasibət yaratmaz.

 

 

Palitra.- 2011.- 1 mart.- S. 8.