Universitetlərdə dərs
saatlarının iki yerə
bölünməsi sərfəlidir, yoxsa yox?
Məlum olduğu kimi, ali məktəblərdə dərs
saatlarının ikiyə bölünməsi, yəni doxsan dəqiqəlik dərs saatının fasilə ilə iki qırx beş
dəqiqəliyə bölünməklə tədrisin
aparılması təhsil işçiləri tərəfindən
birmənalı qarşılanmır. Belə ki,
bununla bağlı olaraq narazılıqlarını
bildirənlər var. Qeyd edilir ki,
əslində dərs
saatlarının ikiyə bölünməsi tələbə
və müəllimlərin vaxtını əlindən
alır, lazımi şəkildə tədris aparmağa
və dərsə
hazırlaşmağa imkan yaratmır. Elə
universitet müəllimləri
də var ki, dərs mühazirələrinin effektli və maraqlı olmadığı üçün
yoruculuğunu misal
çəkirlər.
Məsələn,
Xəzər Universitetinin müəllimi,
yazıçı-kulturoloq Aydın Xan məsələ ilə
bağlı olaraq mövqeyini
belə bildirir:
“Ümumiyyətlə, ali təhsil sistemi elədir ki, burada təhsildən
başqa həm də insanın bir fərd və
şəxsiyyət olaraq formalaşmasına
ciddi şərait var.
Bu baxımdan hətta
ali məktəblərdə
dərslərin qırx beş,
yaxud doxsan dəqiqə
olmasından asılı olmayaraq müəllimlər tələbələrin
dərsi maraqla dinləməsinə
nail olmalıdırlar. Məsələn, bu baxımdan mənim dərs dediyim Xəzər Universitetində
səksən dəqiqəlik mühazirə və yaxud seminar vaxtı
tələbələrin 90 faizinin marağı təmin edilir. Tələbələr
bu vaxt ərzində
dərsə qulaq asırlar və heç də yorulmurlar. Əlbəttə, Azərbaycan tələbəsi
öyrəşib ki, danışan
kimi müəllim onu
dümsükləməlidir, yaxud kobudluq edərək tələbəni dərsdən
qovmalıdır. Doğrudur, psixoloqlar deyirlər ki, qırx dəqiqədən
sonra insanın beynində eyni informasiya, eyni mövzu və söhbətdən yorğunluq
əmələ gəlir. Amma
yenə də deyirəm
ki, bunun mətləbə heç
bir dəxli yoxdur. Ali təhsil
müəssisəsinə gəlmiş hər tələbə-gənc
artıq bilməlidir ki, iki,
üç, yaxud dörd saat ərzində ona lazım olan informasiyanı, elm və biliyi almalıdır.
Həmin tələbə kollektiv şəkildə özünü
aparmaq, davranmaq vərdişlərinə yiyələnməli,
yaxud müəyyən
peşə vərdişləri əldə
etməlidir. Dərsin necə bölünməsindən
asılı olmayaraq, əgər
müəllim zəifdirsə, təhsil sistemi zəifdirsə, əgər imtahan obyektiv keçirilmirsə,
burada neqativ hallara yol verilirsə, tələbə
isə ümumilikdə ancaq vaxt öldürmək üçün dərsə
gəlirsə, tələbə istəmədiyi bir ixtisasa gəlib
düşübsə, dərs saatlarında dəyişiklik
etməyin heç bir
əhəmiyyəti olmayacaq.
Bu sahədə tərəqqiyə
və effektivliyə nail olmaq
üçün təhsilin fəlsəfəsini
dəyişmək lazımdır. Hazırda ali
təhsil məktəblərimizin
çoxu bərbad
gündədir. Orta məktəbdən
gələn, son üç
ilini heç nə oxumayan bir tələbəyə biz az qala
əlifbanı yenidən keçməyə
başlayırıq. Bu baxımdan
da problem daha çox bizim formatımızda, təhsilə olan ümumi münasibətimizdə,
təhsil texnologiyası və hazırkı fəlsəfəsindədir”.
Universitet binalarının
şəhər kənarında yerləşdiriləcəyi
şəraitində dərs saatlarının bölünməsinin
tələbələrin gecikməsinə səbəb
olacağı məsələsinə gəlincə, Aydın Xan belə düşünür:
“Birincisi, mən ali məktəb binalarının şəhərdən
kənarda yerləşməsinin tərəfdarı deyiləm.
Çünki universitetlər
mədəniyyət, sivilizasiya göstəriciləri,
məbədləridir. Ona görə
də onların insanlardan
qıraqda yox, şəhərin
mərkəzində yerləşdirilməsi daha
məqsədəuyğundur. Məsələn, biz hamımız öyrəşmişik ki,
Bakı Dövlət Universitetini şəhərin
mərkəzində görək, seyr edək. Bu fikirlə
düşünsək, onda gərək teatrlarımızı,
kinoteatrlarımızı da kənarda yerləşdirək, çünki onlar da mədəniyyət beşikləridir. Əslində
biz çox böyük bir dəyişikliyin astanasındayıq. Məsələn,
məsafədən təhsil - distant təhsil barədə bildirim. Əgər hansısa tələbə universitetə
vaxtında gələ bilmirsə, qoy həmin universitet dərsliyi
virtual variantda
hazırlasın. Tələbə internet vasitəsilə də həmin
fənni bu halda mənimsəyə bilər. Məlumdur ki, hazırda bununla bağlı istənilən imkanlar var, videokameralar
quraşdırmaq olar. Tələbələr
hansısa səbəbdən gecikərlərsə,
evdə oturmaqla videogörüntülər
vasitəsilə dərsdə iştirak edə bilərlər.
Yaxud internet-konfranslar
və forumlar vasitəsilə seminarlarda
iştirak edə bilər. Gələcəkdə
yəqin ki, biz də buna gedəcəyik”.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin
tyutoru Faiq Xudanlı isə məsələ ilə bağlı olaraq belə qeyd edir: “Ali məktəblərdə
dərs saatının
iki yerə bölünməsi özünü
doğrultmur. Əgər
dərs iki qırx beş dəqiqəyə bölünürsə,
müəllim birinci yarıda dərsə girəndən sonra ikinci yarıda təzədən tələbələrin
auditoriyaya girməsinə
qədər beş-altı
dəqiqə vaxt itir. Onsuz da
deyirdilər ki, müəllim səksən
dəqiqəyə görə
yox, doxsan dəqiqəyə görə
maaş alır, buna görə də dərs saatı iki yerə bölünməklə
doxsan dəqiqəyə
keçilməlidir. Halbuki
yeni qaydaya görə faktiki olaraq hər dərs saatında iyirmi dəqiqəyə qədər səmərəsiz
vaxt itkisi olur. Deməli, faktiki olaraq tələbələrə yetmiş
dəqiqə ərzində
dərs keçilir. Bundan başqa, belə bölünmə psixoloji baxımdan da müəllim üçün çox çətindir. Bu, eyni zamanda da tələbələr
üçün çətinlik
yaradır. Məsələn,
tələbə səhər
növbəsində saat
08.30-da dərsə gəlir.
Saat ikiyə qalmış isə dərslər qurtarır. Belə olduğu halda, tələbə saat ikinin yarısına
qədər universitetdə
oturub gözləməlidir.
Amma tələbələr
aclıq hiss etdikdə
yəqin ki, müəllimin dərs vaxtından alaraq yeməyə getməlidir.
Bu da istər-istəməz
davamiyyətin pozulmasına,
yaxud aşağı düşməsinə səbəb
olur”. İkinci növbədə dərsləri
başlayan tələbələrin
işi isə daha çətindir. Bununla bağlı olaraq F.Xudanlı belə bildirdi: “İkinci növbədə
oxuyan tələbələrin
dərsi bitən vaxt artıq əməlli-başlı qaranlıq
düşür. Məsələn,
“Əhmədli” metrostansiyasının
yaxınlığında yaşayan
tələbə saat
21.00-dan tez evinə çata bilmir. O, evə çatandan sonra saat 21.30-da, yaxud 22.00-da şam edəcəksə, sabahkı
gün üçün
onun dərs hazırlamağa da vaxtı qalmır. Məsələn, dekabr, yanvar ayında və digər aylarda tələbələr
tam qaranlığa düşərək
evə gəlib çatacaq, saat təxminən 23-də güclə
yerinə uzanacaqsa, onda səhər də saat 10.00-da və bəlkə də daha gec
oyanmış olacaq. Belə olduğu halda, ikinci növbə
oxuyan tələbələrin
dərsə hazırlaşmaları
mümkün deyil. Hər halda, nəzəri baxımdan bu, belə görünür.
Elə faktiki olaraq da belədir”.
F.Xudanlı onu da bildirdi ki,
tələbələr özləri
də dərs saatlarının ikiyə bölünməsindən narazıdırlar:
“Əlbəttə ki,
tələbələr özləri
də bundan narazıdır. Eləcə
də müəllimlər
də bu işdən narazılıqlarını
ifadə edirlər. Burada söhbət oxuyan tələbələrdən
gedir. Bununla bağlı sorğu da keçirsək, narazılığın şahidi
olarıq. Ona görə də əvvəlki sistemə qayıtsaq, çox yaxşı olar. Sirr deyil ki,
müəllimlərin bir
çoxu ayrı-ayrı
korpuslarda və binalarda dərs deyirlər. Onların çoxu belə dərs bölgüsünə
görə vaxt itkisi baş verdiyindən, dərslərini
çatdıra bilmirlər.
Nəticədə digər
binalara dərs deməyə getmək üçün müəllimin
vaxtı qalmır. Bu isə tədris üçün itki deməkdir. Saat hesabı digər universitetlərdə dərs
deyən müəllimlər
isə daha çox ilişib qalmalı olurlar və bu da
onların dərsə
görə maaşlarının
kəsilməsinə səbəb
olur. Bu kateqoriyadan olan müəllimlər üçün ümumiyyətlə,
yeni sistem çox çətindir. Həmçinin elə universitetlər var ki, hələ köhnə sistemlə işləyirlər. Bu yerlərdə
dərs deyən müəllimlər yeni sistemlə də dərs keçəndə,
ayaqlaşa bilmirlər”.
BDU-nun tyutoru bildirir ki, bütün bu problemlər nəzərə alınmalıdır
və dərslərin
əvvəlki qaydada keçilməsi bərpa edilməlidir.
İlkin
Palitra.- 2011.- 8
mart.- S. 7.