Qadınlar bütün sferalarda fəaldırlar
Bu gün bütün qadınların
bayramıdır. Təbii
ki, ildə bir dəfə xanımların da bayram keçirməyə
haqqı var. Vaxtilə
Mirzə Cəlilin əsərlərində göstərilən
Azərbaycan xanımları
indi çox fərqlidirlər. Böyük
ədibin əsərlərində
olduğu kimi, Azərbaycan xanımları
təkcə evdə oturub anasından bozbaş bişirməyi öyrənməklə kifayətlənmirlər.
Azərbaycan xanımları
idman, incəsənət,
mədəniyyət, elm sahələrində
öz sözünü
deyir, səslərini ucaldırlar.
Azərbaycan xanımları
günü-gündən qloballaşan
dünyamıza inteqrasiya
edirlər. Cəmiyyətin
bütün sahələrində
qadınlarımız aktivdirlər.
Təbii ki bu sevindirici haldır. Qadınlarımız
istənilən halda cəmiyyətdə öz
hüquqlarını necə
qoruyacaqlarını, cəmiyyətə
uyğunlaşmaq və
s. kimi problemlərin öhdəsindən gəlməyi
demək olar ki mənimsəyiblər. Bəlkə də elə buna görədir
ki, bir çox
ölkələrdə aktual
olan gender mövzusu Azərbaycan üçün
öz xarakterliliyini itirib. 2011-ci ilin mart ayının əvvəlinə
ölkə əhalisinin
ümumi sayının
50,4 faizini və ya 4 milyon 602 min nəfərini qadınlar təşkil edir. Ölkənin ictimai-siyasi,
iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının
məşğul əhalinin
ümumi sayında xüsusi çəkisi
48,6 faizdir. Ümumtəhsil
və orta ixtisas təhsili müəssisələrində müəllimlərin 74 faizi,
ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadındır. Ümumtəhsil məktəblərində
şagirdlərin 46 faizi,
orta ixtisas təhsil müəssisələrində
oxuyanların 66 faizi, ali təhsil müəssisələri tələbələrinin
46 faizi qızdır. Yuxarıda qeyd etdiyimiz kimi, qadınlar bütün sferalarda fəaldırlar. Elə təhsil sahəsində də qadınlarımızın kişilərə
nisbətən say çoxluğu
diqqəti cəlb edir. Buna baxmayaraq ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük
sonradan görünmür.
Əksinə, iş yerlərində yüksək
vəzifə tutanlar arasında kişilər üstünlük təşkil
edir. Bunun səbəbləri təbii
ki, çoxdur deyib müəyyən səbəblərdən danışa
bilərik. Ancaq eyni hal inkişaf
etmiş ölkələrdə
də baş verir.Britaniyada 100 əsas şirkətin rəhbərliyində
qadınların 12,2 faizi
təmsil olunur. ABŞ-da isə yüksək
vəzifəli qadınların
sayı 15,2 faizdir. Böyük Britaniyada hesabatda göstərilir ki, orta məktəbdə
qızlar oğlanlardan
daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar
daha çox qəbul olunur və burda da
daha yaxşı nəticə göstərirlər.
44 yaşına qədər
bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən
çoxdur. Amerikada isə 45 yaşından aşağı ali məktəb məzunlarının
çoxu qadınlardır.
Azərbaycanda təhsil
sahəsində xanımların
sayı kişilərə
nisbətən daha çoxdur. Ali məktəblərə qəbul
imtahanları zamanı
açıqlanan rəqəmlərdən
hiss olunur ki, xanımlar təhsil almağa meyillidirlər. Və müəllimlik peşəsində çalışanların
əksəriyyəti xanımlardır.
Necə deyərlər,
kəmiyyət və keyfiyyət eyni nisbəti təşkil etməlidir. Ancaq bir çox hallarda biz bunu görə bilmirik. Yaxşı olardi ki, biz bu barədə
də fikirləşərdik.
Nüşabə
Palitra.- 2011.- 8
mart.- S. 13.