“Bu gün heç bir gəncin kiminsə alətinə çevrilib,
küçələrdə ora-bura sürünməklə gəncliyini bada verməsinə həvəsi və istəyi yoxdur”
21-ci əsrdə dünyada gənclər həm siyasi, həm iqtisadi, həm də
mədəni həyatın əsas yükünü
öz çiyinlərinə
götürüblər. Belə olan halda cəmiyyətin
aparıcı qüvvəsini
gənclər təşkil
etmiş olur. Gənclər
nə qədər savadlı, nə qədər mədəni
və yüksək şüura malik olarsa, cəmiyyət də o
qədər sürətlə
inkişaf etmiş olar.
Biz gənclərin
üzərinə düşən ən əsas
vəzifə isə keyfiyyətli təhsil almaqla,
Azərbaycan cəmiyyətinə, dövlətinə
və dövlətçiliyinə savadlı, təcrübəli
kadrlar qazandırmaqdır. Bunun
üçün isə
gənclik illərini, gənclik enerjisini səmərəli
sərf etmək lazımdır, çünki bu illər bir daha qayıtmayacaq. Bu illərin həsrəti
bizlərə “kaş ki”,
“əgər” sözlərini dəfələrlə təkrarlamağa
məcbur edəcək. Bu sözləri
təkrarlamamaq istəyiriksə, elə cavan ikən hər bir addımımızı
düşünərək
atmalıyıq. Çünki həyatdakı hər
addımın öz hökmü
var. Azərbaycan gəncləri bu gün istər
Vətəndə, istərsə də ölkədən xaricdə
çox böyük uğurlar qazanırlar. Bu uğurlar cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi
diqqət və qayğısından irəli gəlir. Məsələn,
istər olimpiya oyunlarında, istər başqa idman
yarışlarında, istərsə də intellektual
sahələrə aid
yarışlarda Azərbaycanı
təmsil edən gənclərin qalib olması artıq təəccüb
doğurmur. Gəncliyə
hər cür uğur imkanları
dövlət tərəfindən təmin edilib.
Bu gün Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil alması ilə bağlı
dövlət proqramı həyata keçirilir
ki, nəticədə minlərlə gəncimizin
ən prestijli, keyfiyyətli
xarici universitetlərdə qabaqcıl
mütəxəssislər kimi yetişməsi təmin edilib. Beləliklə, Azərbaycan
gəncliyi tək idmanda yox,
bütün sahələrdə uğur qazanır, Vətən
bayrağını ucalara qaldırırlar
ki, bu sahələrin
içərisində təhsilin, gəncliyin
savadlı kadrlar kimi
yetişməsinin, əsaslı şəkildə təkmilləşməsinin
də xüsusi yeri var. Bununla bağlı əlavə olaraq xüsusi proqramlar, layihələr həyata keçirilir, təlimlərdə
gənclər bir mütəxəssis və
lider olaraq daim özlərini təkmilləşdirməkdədirlər.
Mən belə gənclərimizlə qürur
duyuram. Ümumiyyətlə, Azərbaycan
gənci deyərkən mənim gözümün
önündə vətənpərvər,
dövlətinə, ailəsinə sadiq və savadlı bir gənc obrazı
canlanır. Qeyd edim ki, mən də bir gəncəm və bunu yüksək dəyərləndirməyə
çalışıram. Bəzi mətbuat orqanlarında “Azərbaycanda
gənclərin iştirakı ilə mitinq
olacaq” deyə populist yazılar dərc olunur. Bu cür dezinformasiya
yayanlar tələbələrin
də adını xüsusilə hallandırmağa və bununla diqqət çəkməyə
çalışırlar. Bu məsələyə Bakı
Dövlət Universiteti Sosial
elmlər və psixologiya
fakültəsinin politologiya
ixtisasının tələbəsi kimi münasibətimi bildirərkən
deyirəm: Azərbaycan gəncliyi bütünlüklə bizim dövlətçiliyi
bəyənir, qoruyur və
gələcəkdə də savadlı bir kadr kimi
formalaşdırmaq üçün bu dövlətin
yaratdığı imkanlardan bəhrələnmək istəyir. Bu dəqiqə bütün
tələbələrin əsas fikri dərslərində,
özünü təkmilləşdirməkdə,
kitabda və təlimlərdə olmalıdır ki, sabah bu
cəmiyyətə savadlı bir gənc kimi çıxa
bilsinlər, cəmiyyəti irəli aparmaqda
töhfəsini versinlər. Əgər biz əsl vətənpərvər övladlarıqsa və Azərbaycanın gələcəyini
düşünürüksə, maksimal dərəcədə öz
intellektual səviyyəmizi
artırmalıyıq, hər hansı bir xarici dil öyrənməliyik,
yeni texnologiyalarla yaxından tanış olmalıyıq - bir sözlə, bizim əsas
fəaliyyətimiz təkmilləşmək
olmalıdır. Yuxarıda qeyd etdiyim kimi, şayiələri qulaqardına vurub, Vətən uğrunda, dövlətimiz uğrunda,
xalqımız uğrunda
çalışmalıyıq-oxumalıyıq. Azərbaycan
müharibə şəraitində yaşayan
bir ölkədir. Liviyada, Misirdə
baş verən hadisələrdə gənclərin
kənar ölkələrin, xarici güclərin,
kəşfiyyat orqanlarının ssenarisi əsasında hazırlanmış
siyasi böhranda alətə çevrilməsi, destruktivlik
nümayiş etdirməsi, nəticədə
ölkələrinin dağılması, hələ də ciddi insan tələfatının
davam etməsi ilə nəticələnib. Sirr
deyil ki, ərəb
ölkələri neft ilə
zəngin olan ölkələrdir və
bu ölkələrdə
baş verən hadisələr bəzi neft hərisli xarici qüvvələrin maraqlarına xidmət
edir. Belə təxribat çağırışlarına
cavab vermək onu göstərir ki, oradakı gəncliyin öz milli
düşüncəsi, vətənpərvər təfəkkürü yoxdur və ondan necə istəyirlər,
elə də istifadə edirlər. Hər bir
gənc cəmiyyətin
üzvü kimi öz ölkəsinə, ictimaiyyətinə,
sabahına yaxşı işlərlə heç
bir xeyir verə bilmirsə,
bu, artıq bir faciədir. Amma qeyd edilən bu nəhs hadisələrdən
fərqli olaraq Azərbaycan
gəncliyi ciddi milli məfkurəyə və
vətənpərvər düşüncəyə sahibdir. Heç bir xarici bizə vətənpərvərliklə
bağlı dərs keçə bilməz və bilməməlidir.
Çünki öz inkişafımızı özümüzdən
başqa heç kim təyin edə bilməz və bunu etmək istəməz də. Uzaqgörən Azərbaycan
gəncliyi, Azərbaycan tələbələri bu məqamı çox yaxşı dərk edir.
Buna görə də GƏNCLİK Azərbaycan cəmiyyətinin,
dövlətçiliyinin, milli mənafeyinin keşiyindədir, bunu bir mənəvi
və Vətən borcu olaraq
hər şeydən üstün
tutur. Çünki onu da bilir
ki, özünün inkişafı yalnız sabit
quruluşda və bu sabitlikdən yararlanıb özünü inkişaf
etdirməyindədir. Bu gün
heç bir gəncin kiminsə alətinə
çevrilib küçələrdə
ora-bura sürünməklə gəncliyini
bada verməsinə həvəsi və istəyi yoxdur.
Ona görə də bunu dərk edən bütün Azərbaycanın gəncliyi
Azərbaycan dövlətçiliyindən, milli
istiqlaldan möhkəm
yapışmalı və onu
qorumalıdır. Sonda ümummilli
lider Heydər Əliyevin
bu kəlamı ilə yazımı başa
çatdırmaq istərdim : “Mən həmişə fəxr etmişəm,
bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam !”
Elçin
Hüseynov
Palitra.- 2011.-
11 mart.- S. 7.