“20 il ərzində muğam sənətinin inkişafında,
təbliğində çox
davamlı dinamika müşahidə edilib”
Beynəlxalq Muğam Mərkəzində
“Muğam aləmi” II Beynəlxalq Muğam Festivalının təntənəli
açılış mərasimi olub. Tədbirdə Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
iştirak ediblər.
Beynəlxalq
festivalın prezidenti, Azərbaycanın birinci xanımı M.Əliyeva
tədbiri açaraq bildirib ki, iki il əvvəl Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Bakıda I Beynəlxalq
Muğam Festivalı keçirilib. Uğurla keçirilmiş
həmin festival çox geniş əks-səda yaradıb. Eyni
zamanda, Beynəlxalq Muğam Mərkəzinin
açılışı olub: “Bu gün tam əminliklə
deyə bilərik ki, Muğam Mərkəzi bütün
dünya muğamsevərləri üçün əsl
muğam evinə çevrilib və bu gündən etibarən
burada çox gözəl ölməz musiqi - muğam səslənəcək”.M.Əliyeva
Heydər Əliyev Fondunun il ərzində bir neçə
musiqi festivalı təşkil etdiyini də vurğulayıb:
“Bu, Üzeyir Hacıbəyli, Qara Qarayev adına musiqi
festivallarıdır. Bu, qədim Qəbələ şəhərində
keçirilən Beynəlxalq Musiqi Festivalıdır. Bu,
görkəmli həmyerlimiz Mstislav Rostropoviçin
adını daşıyan musiqi festivalıdır. Hər bir
belə hadisə, hər bir belə musiqi festivalı
böyük bayrama çevrilir. Dünyanın məşhur
musiqiçiləri, sənətkarları ölkəmizə gəlirlər.
Mən ümidvaram ki, “Muğam aləmi” festivalı bu
sırada layiqli yerini tutub və geniş auditoriyasını
formalaşdırıb. Builki festivalın başqa bir özəlliyi
də var. Bu festival Azərbaycanın müstəqilliyinin bərpa
olunmasının 20-ci ildönümü ərəfəsində
keçirilir. Biz fərəh hissi ilə qeyd edə bilərik
ki, bu 20 il ərzində muğam sənətinin
inkişafında, təbliğində çox davamlı
dinamika müşahidə edilib. Son illər ölkəmizdə
mədəniyyət sahəsində dövlət tərəfindən
irimiqyaslı layihələr həyata keçirilir. Dövlət
Proqramına əsasən Azərbaycanın teatrları, muzeyləri,
konsert salonları bərpa olunur, yeni mədəniyyət
ocaqları, regionlarda yeni musiqi məktəbləri tikilir,
muğam və mədəniyyət mərkəzləri
açılır. Bizim ən böyük sərvətimiz
bizim mədəni irsimizdir. Bizim ədəbiyyatımız,
poeziyamız, musiqimiz, təkrarsız, nadir
xalçaçılıq məktəbimiz, təsviri sənətimiz,
memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət
kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq,
saxlamaq, təbliğ etmək hər birimizin mənəvi
borcudur. Bu gün mən üzümü məşhur
ustadlarımıza tutub onlara dərin hörmət və
ehtiramımı çatdırıram. Siz muğam sənətimizin
korifeylərisiniz. Eyni zamanda, siz gənc istedadların müəllim
və məsləhətçilərisiniz, onların bilik mənbəyisiniz.
Mən sizə uzun ömür və cansağlığı
arzulayıram. Bu festivalın hazırlanmasında əməyi
olan hər bir insana öz təşəkkürümü
bildirirəm. Ümidvaram ki, festival uğurla keçəcək”.Daha sonra
festival açıq elan
edilib. Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının,
Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələrinin,
tanınmış mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdikləri tədbir geniş konsert proqramı ilə davam etdirilib.Festivalın açılış mərasiminə
ABŞ, Türkiyə, Çin,
İran, Özbəkistan,
İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş
qonaqlar da qatılıblar.
II Beynəlxalq Elmi
Simpoziumun açılışı
olub
Beynəlxalq Muğam Mərkəzində
açılan “Muğam
aləmi” II Beynəlxalq
Muğam Festivalı çərçivəsində II Beynəlxalq Elmi Simpoziumun açılışı
olub.Tədbirdə çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev beynəlxalq simpoziumun martın 17-ə
qədər davam edəcəyini bildirib. Beynəlxalq Muğam
Festivalının əhəmiyyətindən
danışan nazir, bu münasibətlə ölkəmizə təşrif
buyurmuş çoxsaylı
qonaqları bir daha salamlayıb. Ə.Qarayev muğam sənətinin inkişaf dövründən söz
açıb: “XIX əsrin
əvvəllərində muğam
sənətinin təşəkkülündə
qızıl dövr hesab edilir. XIX
əsrin sonlarında
XX əsrin əvvəllərində
isə Azərbaycan xanəndə və saz ustalarının sorağı artıq Avropadan gəlməyə başladı. Milli bəstəkarlıq
məktəbinin yaranmasında
muğam təməl rolunu oynadı. XX əsrdə isə
muğam dünya musiqi sisteminə daxil oldu”. Nazir bu gün Azərbaycanda
muğam sənətinə
xalq məhəbbətinin,
eləcə də dövlət qayğısının
olduğunu da qeyd edib. Təhsil naziri Misir Mərdanov
da çıxışında
Azərbaycan muğam sənətinin böyüklüyündən
söz açıb və festival çərçivəsində
bir çox maraqlı tədbirlərin
təşkilini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Mahmud Kərimov, YUNESKO nümayəndəsi,
fransalı Jan Dürinq,
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə
II dəfə keçirilən
beynəxlaq festival çərçivəsində
çoxsaylı uğurların
əldə olunduğunu
qeyd ediblər.II Beynəlxalq Elmi Simpoziumda ABŞ, Almaniya, Azərbaycan, Çinin Uyğur muxtar regionu, Finlandiya, Fransa, İran, Kanada, Özbəkistan, Rusiya, Tunis və Türkiyə iştirak edir.Beynəlxalq simpozium Bəstəkarlar İttifaqında
müxtəlif məruzələrin
çıxışı ilə
davam edib.
Kanadalı musiqişünas: “Muğamdakı
ahəng, qulağa gələn gözəl sədanı canlı eşitmək bir şansdır”
“Azərbaycan muğamına
heyran oldum. Muğamdakı ahəng, qulağa gələn gözəl sədanı canlı eşitmək bir şansdır”. Bu sözləri Bakıda keçirilən “Muğam
aləmi” II Beynəlxalq
Muğam Festivalında
iştirak edən kanadalı musiqişünas
Robert Simms deyib. Beynəlxalq
Muğam Festivalında
iştirakdan məmnunluğunu
dilə gətirən
kanadalı qonaq, səfər müddətində
Azərbaycan mədəniyyəti
ilə yaxından
İlkin
Palitra.- 2011.- 16 mart.- S. 2.