«Cəmiyyətin sifarişinə uyğun kadrlar hazırlanmalıdır»

 

Layihə çərçivəsində müsahibimiz Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və sosial psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Bayram Haqverdiyevdir: 

 

- İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, təhsil insanın istedadının, intellektinin üzə çıxmasına kömək edən mühüm vasitədir və cəmiyyətin inkişafının özülünü təşkil edir. Bu baxımdan indiki bazar iqtisadiyyatı şəraitində Azərbaycanda təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması vacibdir. Çünki təhsil bilavasitə insanın həyat səviyyəsinə təsir göstərən mühüm amildir. Dünya təcrübəsinə diqqət yetirdikdə təhsilin ölkədə nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyi və dayanıqlığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan yaradıcı fəaliyyət sahəsi olduğunu görmək olar. Bu fəaliyyət sahəsinin özünün inkişafı isə hər şeydən əvvəl gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsinə və onların gələcəkdə yoxsulluq riskindən qorunmasına müsbət təsir göstərir.

Hər bir ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin təhsilin inkişaf səviyyəsindən asılıdır. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi də iqtisadiyyatın inkişafı ilə təhsil arasında sıx əlaqə olduğunu göstərir. Dövlətimiz zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bu sərvətləri Azərbaycan xalqının rifahının və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəltməklə yanaşı, eyni zamanda, gələcək strateji vəzifələrin də həlli diqqət mərkəzində saxlanılmalıdır. Təsadüfü deyil ki, bu gün dövlət başçısının siyasi uzaqgörənliyi nəticəsində, respublikanın iqtisadi potensialının və neft gəlirlərinin mühüm hissəsinin, insan kapitalını formalaşdıran sahələrin, xüsusilə də, təhsilin inkişafına ayrılması nəzərdə tutulub. Dünyanın inkişaf etmiş ölkələrində, dövlətin iqtisadi potensialının təhsilin inkişafına yönəldilməsi, ən etibarlı sərmayə kimi dəyərləndirilir. Yüksək intellektual potensiala və əxlaqi-mənəvi keyfiyyətlərə malik olan gənclərin formalaşması, dövlətin sosial-iqtisadi inkişafının neft gəlirlərindən asılılığının azalması və Azərbaycanının gələcək davamlı inkişafını təmin edəcək, yeni texnologiyaların yaradılması üçün əlverişli zəmin yaradacaq. Bu isə, istehsalın səmərəliliyini və məhsuldarlığını artırmağa, dünya bazarında rəqabətə davamlı məhsulllar istehsal etməyə və yüksək iqtisadi tərəqqiyə imkan yaradır. Təsadüfi deyil ki, bu gün dövlətimiz təhsilin inkişafına xüsusi diqqət yetirir.  Cəmiyyətin bu günkü və gələcək inkişafını təmin edəcək, yeni nəslin formalaşmasını həyata keçirən təhsil sistemində aparılan islahatlar, dövlətçilik və milli maraqlara uyğun şəkildə aparılır. Müasir təhsil konsepsiyasının əsasını, cəmiyyətin bugünkü və gələcək inkişafının tələblərinə cavab verən yeni insan haqqında elmi biliklər təşkil edir. Belə elmi-metodoloji yanaşma, təhsil sistemində aparılan təlim-tərbiyə işlərinin humanist mahiyyətini müəyyən edir. Müasir həyat reallıqlarına və beynəlxalq standartlara uyğun olan, yüksək intellekti, yeni iqtisadi təfəkkürü, işgüzar və peşə kyfiyyətləri ilə yanaşı, gənclərin humanitar, mənəvi-əxalaqi tərbiyəsi də təhsilin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir təhsil və tərbiyə sistemi, Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq olan, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə bilən, yüksək mənəviyyata, milli ruha malik olan gəncliyin formalaşmasına nail olmalıdır. Təhsilin qarşısında duran bu vəzifələrin həlli və gənclərin təlim-tərbiyəsi müasir insanşünaslıq elmlərinin müddəalarına əsaslanmalıdır. Cəmiyyətin həyatının müxtəlif sahələrində fəaliyyət göstərən gənclərin, öz yaradıcı potensiallarından daha dolğun istifadə etmələri üçün, əlverişli şəraitin yaradılması və bu işdə ortaya çıxan maneələrin aradan qaldırılması da, bu sahədəki səmərəliliyi şərtləndirən amillərdəndir. Cəmiyyətin müxtəlif istiqamətlərində, o cümlədən gənclər, təhsil, idman, mədəniyyət və digər sahələrdə aparılan sosial siyasət, gənclərin daha uğurla sosiallaşmasına, cəmiyyətin fəal subyekt kimi formalaşamsına, daima dəyişməkdə olan sosial gerçəkliyə tez uyğunlaşmasına şərait yaradır. Gənclərin yaradıcı imkanlarını daha dolğun istifadə etmələrinə və özlərini təsdiq etməyə kömək edən amillərdən birionlara xas olan fərdi təfəkkür və həyat üslubunun formalaşmasıdır. Gənclərin bir şəxsiyyət kimi, özünü daha dolğun ifadə etmələrinə imkan verən fərdi üslublarının formalaşması təhsilin qarşısında duran mühüm vəzifələrdəndir. Fərdi üslubu formalaşmış gənclər daha müstəqil olur, təhsildə əldə etdikləri nəzəri bilikləri və yaradıcı potensiallarını həyatda və peşə fəaliyyətində düzgün tətbiq edə bilirlər. Bu sahədə mühüm vəzifələrdən biri də gənc mütəxəssislərdən məqsədyönlü şəkildə, doğru istifadə olunmasıdır. Beləliklə, dövlətin təhsilə ayırdığı diqqət və ona qoyulan sərmayənin səmərəliliyini şərtləndirən mühüm amillərdən biri də təhsil almış gənclərin işlə təmin olunması və onların məşğulluğunun təmin olunmasından ibarətdir.

Bütün bunlar, elmi əsaslara söykənən güclü kadr siyasətinin  aparılmasını tələb edir. Bu vəzifələri uğurla həyata keçirmək üçün, cəmiyyətin sosial sifarişinə uyğun miqdarda və keyfiyyətdə kadrların hazırlanması, kadrların seçilib-qiymətləndirilməsi, gənclər arasında peşə yönümü, peşə orientasiyası, peşə seçimi kimi işlərin aparılması tələb olunur.-

Bu sahədə ölkəmizdə həyata keçirilən işləri necə dəyərləndirirsiz?

- Yaxın günlər ərzində respublikamızda baş verən hadisələr sualınıza cavabdır. Dövlət böyük potensiala malik olan gəncliyə böyük diqqət ayırır. Bunun ən bariz nümunəsi dövlət başçısının gənclərlə bağlı imzalıdığı son sərəncamdır. Gənclərlə bağlı 2011-2015-ci illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması ilə bağlı imzalanan sərəncam bu sahədə genişmiqyaslı işlərin həyata keçiriləcəyini göstərir. Dövlət başısı bu yaxınlarda ölkənin fəal gənclərini qəbul etdi və həmin qəbulda gəncləri maraqlandıran məsələlər, problemləri dövlət başçısı onların öz dilindən dinlədi. Bunlar isə dövlət başçısının Azərbaycan gəncliyinə nə qədər diqqət ayırdığını göstərir. Ümumiyyətlə dövlətimiz daim gəncləri diqqət mərkəzində saxlayır. Yüzlərlə gəncin dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi respublikamızın gələcəyinə dövlətin yatırdığı sərmayədir. Dövlət gəncliyin yaxşı təhsil alması, vətənpərvər ruhda böyüməsi, problemlərinin həll olunması, pis vərdişlərə yiyələnməməsi üçün lazım olan bütün addımları atır.

      Hazırda Azərbaycanın həm respublika daxilində, həm xarici dövlətlərin nüfuzlu elm təhsil müəssisələrindəki peşəkar gənc kadr ordusu müasir dünyanın elmi, texniki mədəni tərəqqisinin ölkəmizə transfer olunmasının əsas bazasıdır. Onlar müasir idarəetmə texnologiyalarının qızıl fondu sayıla bilərlər. Onu da qeyd edək ki, hökumət xarici ölkələrdə təhsil alan gənclərin həm sayının artırılması, həm də onların tədris xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü addımlar atmaqdadır. Dövlətin bu siyasəti Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafı üçün etibarlı zəmanətə çevrilir. Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafı üçün mütləq bütün sahələrdə çox güclü peşəkar mütəxəssislər olmalıdır. İndi dünya dəyişir, qloballaşma prosesləri gedir. Azərbaycan bu işlərdə geridə qalmamalıdır. Ona görə həm müəllimlər öz peşəkarlıq səviyyəsini qaldırmalıdırlar, təhsilin keyfiyyətində yeni mərhələ başlanmalıdır. Eyni zamanda tələbələr də bilməlidirlər ki, həyatları, gələcəyi üçün, ilk növbədə, onların bilik səviyyəsi rol oynayacaq.Hazırda Azərbaycanda bazar münasibətlərinə əsaslanan iqtisadi inkişafa nail olunması və onun dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyası istiqamətində köklü islahatlar aparılır. Bu islahatların əsas istiqamətlərindən birielm sahəsində islahatların aparılması, sənayenin texnikitexnoloji səviyyəsinin yüksəldilməsi, innovasiya fəallığının artırılması yolu ilə istehsalın rəqabət qabiliyyətliliyinin artırılmasıdır. Azərbaycan dövlət başçısının elmlə bağlı imzaladığı müxtəlif sərəncamlar müasir dövrdə elmin inkişafının zəruri olduğunubu istiqamətdə islahatların sürətləndirilməsinin vacib olduğunu göstərir. Bu mənada hesab edərəm ki, indiki şəraitdə Azərbaycan elminin dünyada gedən iqtisadi, elmi-texnikitexnoloji inkişafa uyğun olaraq inkişaf etdirilməsi ölkəmizin davamlı sosial-iqtisadi inkişafı üçün olduqca vacibdir.

 

Anar Miriyev

 

Palitra. -2011. -11 may. –S. 7.