Turistləri ölkəyə cəlb etmək üçün nə etmək lazımdır?

 

 

Turizm dünyada ən gəlirli sahələrdən birinə çevrilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində bir sıra ölkələr turizm sektorunda liderlik edir. Təbii ki, bu sektorun inkişafı üçün həmin ölkənin bütün aidiyyəti qurumları şərait yaratmalıdırlar. Unutmamalıyıq ki, təqdim olunan müxtəlif xidmətlər turistlərin cəlbində mühüm rol oynayır. Turistlərin səfəri zamanı onların həmin ölkə haqqında təəssüratları ilk olaraq hava limanından başlayır.   

 

Bu gün dünya turizmində öz sözünü deyən Türkiyə müxtəlif istiqamətlərdə olduğu kimi, hava limanlarında da turizmin inkişafına öz töhfəsini verməkdədir. İstanbul Atatürk Hava Limanı transfer xidmətlərini daha da genişləndirib. Belə ki, şəhər mərkəzi və əks istiqamətdə daxilixarici xətt terminallarında xidmətlər genişləndirilib. Daxilixarici xətt stansiyalarında daha böyük qruplar üçün kiçik avtobuslar da təklif edilir. Eyni zamanda xarici turist qrupları üçün xarici dili bilən sürücüsü olan avtobus xidmətləri mövcuddur. İçərisində müxtəlif kaferestoranlar, otel, mağazalar olan Atatürk Hava Limanı daxilixarici xətlərdə 21 avtomobil firması ilə bu istiqamətdə birliyi qurmaqla şəhər mərkəzi, ya da otelə transfer imkanı yaradır.

    Bugünlərdə isə Türkiyə hava limanlarından biri yeni bir layihə ilə çıxış etdi. Belə ki, Türkiyədən keçən xarici ölkə vətəndaşları üçün orada olduqları müddətdə tur təşkil edilir. Xaricilərə hava limanından avtobuslarla İstanbulun mənzərəli  yerləri ziyarət etdirilir. Bu zaman onlara nəinki tarixi abidələr, dini ocaqlar, mənzərəli yerlər, eləcə də milli türk yeməkləri təqdim edilir. Beləliklə, uçuş vaxtını hava limanında keçirəcək olan xarici vətəndaş bu müddəti səmərəli keçirir. Bu turlarda iştirak edən xaricilər isə bu ölkədən, gördüklərindən çox məmnun olurlar və artıq buraya turist olaraq gəlməyə qərar verirlər. Nəticədə hava limanı təqdim etdiyi bu layihə ilə öz ölkələrini tanıtmaqla turist cəlbinə nail olur.       

Antalya Hava Limanının həyata keçirdiyi sorğuda iştirak edən alman rus turistləri pasport təhlükəsizlik xidmətində sürətli işdən məmnun qaldıqlarını bildiriblər. Ümumiyyətlə, 937 rus və almanın iştirak etdiyi sorguda alman turistlər  yüzdə 95 faiz ən çox baqaj bölümünə istiqamətləndirmə ilə bağlı məmnuniyyətlərini bildiriblər. Eləcə də yüzdə 89 faiz pasport nəzarətində sürətli əməliyyatı müşahidə etdiyini deyir. Həmçinin baqajların sürətli təqdim edilməsi də əsas yerlərdən birini tutub. Ruslar birinci stansiyada 97 faiz ən çox gülərüzlü xidmətdən, 95 faiz restoran və kafelərin təmizliyindən, 94 faiz pasport nəzarətinin sürətlə həyata keçirilməsindən məmnun qaldıqlarını vurgulayıblar. Beləliklə, Türkiyə hava limanları müxtəlif xidmətləri ilə turistlərdə öz ölkəsi haqda xoş təəssürat yaratmağa çalışır.   

 

Yerli turizm şirkətləri qiymətlərə görə Rusiya vətəndaşlarını Azərbaycana cəlb etməkdə çətinlik çəkir 

 

Turizmin yeni inkişaf etdiyi bir ölkə olaraq Azərbaycanda da müvafiq qurumların belə tədbirlərlə çıxış etməsinə, turist cəlbinə nail olmasına ehtiyac var. Ancaq bu gün bizdə əksinə, turistlər üçün yaxşı xidmətlər, cəlbedici təkliflər irəli sürməkdənsə sanki onları uzaqlaşdırırlar. Belə ki, Azərbaycana xarici turistlərin cəlb olunmasında əsas problemlərdən biri kimi ölkədə təyyarə biletlərinin qiymətinin və aeroport rüsumlarının yüksək olması göstərilir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının turizm komissiyasının sədri, “Bakı Turşirkətinin rəhbəri Faiz Məmmədov bildirib ki, “Azal”ın təqdim etdiyi qiymətlər o qədər yüksəkdir ki, xarici turistlər üçün başqa ölkədə istirahət etmək daha sərfəli görünür. Belə ki, Türkiyədə 3-ulduzlu oteldə 1 həftə qalmaq, gündə 2 dəfə yemək, aeroportda qarşılanıb yola salınma, Moskva-Antalya-Moskva təyyarə biletidaxil olmaqla Rusiya turistinin xərclədiyi pula (500-600 dollar) yalnız Moskva-Bakı-Moskva reysinə bilet almaq olar: “Ona görə də yerli turizm şirkətləri bu qiymətlərlə Rusiya vətəndaşlarını Azərbaycana cəlb etməkdə çətinlik çəkir”. Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov isə qonşu Gürcüstanda Tiflisdən İstanbula 79 avroya uçmağın mümkün olduğunu bildirir: “Belə çıxır ki, gələcəkdə azərbaycanlılar Bakıdan İstanbula birbaşa yox, əvvəlcə qatarlaya avtobusla Tiflisə gedəcək və oradan İstanbula uçacaqlar”.

Azərbaycanda təyyarə biletlərinin qiymətinin yüksək olduğunu digər mütəxəssis - Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadır Bilalov da təsdiqləyib. Onun sözlərinə görə, Bakının hava limanında təkcə aeroport rüsumları (36 manat) ABŞ aeroportlarından da (12-15 dollar) yüksəkdir: “Ümumiyyətlə, Bakıdakı aeroport rüsumunun məbləği ilə İspaniyadan Mərakeşə uçmaq olar” (biletin qiyməti 26 avrodur).Qeyd edək ki, artıq yay turizm mövsümü başlayır. Bu  mövsümdə Bakı-Antalya marşrutu ilə həyata keçiriləcək reyslərə aviabiletlərin bahalaşması müşahidə olunur ki, bunun səbəbi “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin aldığı beynəlxalq kreditlər, dünya bazarında yanacağın bahalaşması, Türkiyə hava limanlarında yığım və xidmət haqlarının artması və avronun məzənnəsinin yüksəlməsi ilə izah edilir. 

 

Aviabiletlərin bahalaşmasının əsas səbəbi... 

 

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli APA-ya bildirib ki, AZAL xarici aviaşirkətlərlə kəskin rəqabət şəraitində fəaliyyət göstərir və bununla əlaqədar olaraq müasir texnikanın alınması üçün kreditlərin ödənilməsi məqsədilə beynəlxalq reyslərdə maliyyə səmərəliliyinin artırılmasına çalışır. Belə ki, AZAL bu yaxınlarda 6 ədəd “Aerobus 320” təyyarəsi alıb, mayın sonunda Azərbaycana müasir tipliBoeing 767” təyyarəsi gətiriləcək, daha bir təyyarə Bakıya gələn il gətiriləcək. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan “Boeing 787-Dreamliner” tipli iki təyyarə alacaq və 2014-cü ildən bu təyyarələrin istismarına başlayacaq. Bu təyyarələr ən uzaq məsafələrə (Amerika, Cənub-Şərqi Asiyas. istiqamətlərə) reyslər həyata keçirəcək: “Bununla əlaqədar olaraq AZAL Türkiyənin kurort zonalarına uçuşları maliyyə baxımından əlverişli imkan hesab edir”. M.Səfərlinin sözlərinə görə, bu reyslərin qısamüddətli, yəni yalnız yay mövsümündə yerinə yetirildiyini nəzərə alaraq bunların bahalığı başadüşüləndir. Başqa sözlə, aviabiletlərin bahalaşmasının əsas səbəblərindən biri AZAL-ın yeni təyyarələrin alınması və digər layihələrlə bağlı xərclərini ödəmək üçün gəlirlərini artırmaq istəyidir.

O da vurğulanıb ki, bahalaşmanın digər səbəbi regionda baş verən hadisələr, eləcə siyasi vəziyyət, habelə dünya bazarında yanacağın avronun bahalaşması ilə bağlıdır. Belə ki, ərəb ölkələrində siyasi vəziyyətin gərginləşməsindən sonra Türkiyəyə turist axını güclənib. Bundan başqa dünya bazarında neftin bahalaşması nəticəsində Türkiyənin hava limanlarında aviayanacağın qiyməti artıb. Ötən il yanacağın tonu 450-470 dollar olduğu halda, hazırda bu qiymət 2 dəfədən çox artaraq 1000 dollardan çoxdur. AZAL rəsmisi xatırladıb ki, ICAO-nun qərarı ilə aviabiletlər yalnız avro ilə satılmalıdır. Bu isə avronun məzənnəsinin yüksəlməsi fonunda biletlərin bahalaşmasına səbəb olub: “Hətta bu şəraitdə AZAL vəziyyətdən istifadə edərək həddən artıq qazanc əldə etmək məqsədi güdmür. Belə ki, 2010-cu ildə AntalyaBodrum istiqamətlərində aviabiletin dəyəri 416 avro olduğu halda indi qiymətlər 476 avrodurya ötənilkinə nisbətən cəmi 60 avro bahadır”. Qeyd edək ki, turizm şirkətləri ötən il Antalyaya uçuş qiymətlərinin 416 avro deyil, 310-320 manat olduğunu, bu il qiymətlərin 220 manat artdığını bildirir.Onu da qeyd edək ki, “Skyscanner.net” saytının məlumatına görə, aprel ayında Rusiyadan Türkiyəyə tətil və səyahət məqsədilə müraciət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 163 faiz artım qeydə alınıb. Türkiyədən Rusiyaya səyahət məqsədilə müraciət edənlər də 86 faiz artıb. Türkiyənin hər ötən il dünyada daha da populyarlaşdığını qeyd edən “Skyscanner.netin Türkiyə üzrə müdiri Murat Özkök bildirib ki, dəyişən viza rejimiiqtisadiyyata önəmli təsir göstərib: “Sadəcə saytımızda uçuşla bağlı axtarışları götürsək, Türkiyəyə gələcək rusların sayının 2011-də rekord səviyyədə artması mümkündür. Bu yalnız ruslar deyil, ingilislərə də aid edilir. Belə ki, ötən il Türkiyəni 2,67 milyon ingilis ziyarət edib”.

 Beləliklə, qonşu Türkiyədə təqdim olunan həm aviabiletlərin qiyməti, həm müxtəlif xidmətlər turistlərin sayının ildən-ilə artmasına imkan verir. Gəlin biz də turistləri uzaqlaşdırmaq yerinə çalışaq ki, bu cür xidmətlərlə onların cəlbini daha da artıraq.      

 

 

 

Nigar Abdullayeva

 

Palitra. -2011. -17 may. –S. 7 .