Orta məktəb qiymətlərini
qəbul imtahanlarında doğrultmaq
lazımdır
Təhsilin aktual problemlərindən
biri orta məktəbi əla qiymətlərlə bitirmiş
abituriyentlərin bəziləri
ali məktəblərə qəbul imtahanlarında həmin
qiymətlərə adekvat bilik nümayiş etdirə bilməmələridir.
Bununla bağlı əvvəllər
də yetərincə müzakirə aparılıb. Məsələ
burasındadır ki, fərqlənmə
attestatları almış abituriyentlərin bir
qismi qəbul imtahanlarında uğusuzluğa düçar
olur ki, bu da çox
düşündürücü məqamdır.
Layihə çərçivsində bu məsələyə
toxunmağı lazım bildik.
Öncə məsələ ilə
bağlı Təhsil Nazirliyinin qiymətləndirmə
kriteriyaları və standartları barədə qeyd edək. Nazirlikdən
aldığımız məlumata görə, qiymətləndirmə
kriteriaları belədir: Hər bir
fənn üzrə sualların 20 %-nə qədər cavab verən şagird “2”,
20%-dən 50%-nə qədər cavab verən
şagird “3”, 50%-dən 80%-nə qədər
cavab verən şagird
“4”, 80%-dən 100%-ə qədər cavab
verən şagird “5” qiymət alır.
Məsələn, 25 sualdan
1-4 sualına düzgün cavab
verən şagird “2”, 5-12 sualına düzgün cavab verən
şagird “3”, 13-19 sualına düzgün cavab verən
şagird “4”, 20-25 sualına düzgün cavab verən
şagird “5” qiymət alır.
İndi isə standartlara aid misal çəkək. Məsələn, Ana dili və Ədəbiyyat
fənləri üzrə XI sinif
şagirdlərinin qiymətləndirilməsi üçün
standartlar belədir: Bu fənlər üzrə konkret terminlərin mahiyyətini, sadə fonetik, leksik, qrammatik qayda-qanunları, ədəbiyyat nəzəriyyəsini
bilən, həmin qayda- qanunlar
əsasında tərtib olunan və həllinə
çox vaxt sərf olunmayan tapşırıqları yaddaşa, qismən də məntiqə əsaslanaraq
düzgün yerinə yetirməyi bacaran şagirdə “3” qiymət verilir. Amma “3” qiymət almaq üçün qoyulan tələbləri
ödəməklə yanaşı nitq
hissələrinin morfoloji xüsusiyyətlərini,
mövzulararası əlaqəni, ədəbi faktları və
s. bilən, həmin mövzularla
bağlı tapşırıqları həll etməyi,
ümumiləşdirməyi və əlaqələndirməyi
bacaran şagirdə “4” qiymət verilir. “4” qiymət almaq üçün qoyulan tələbləri ödəməklə
yanaşı fonetik, morfoloji,
sintaktik təhlili, nitq
mədəniyyəti, xronoloji
ardıcıllıq, üslubiyyat kimi bəhsləri bilən, yaddaş,
məntiq, nəzəri bilikləri tətbiq edərək və
ümumiləşdirmələr apararaq dil qaydalarının tətbiqi ilə bədii
mətnlə bağlı tərtib olunmuş
tapşırıqları həll etməyi, ədəbi hadisələri
dövrlərə görə qruplaşdıraraq təhlil etməyi
bacaran şagirdə “5” qiymət verilir.
Yaxud
“Biologiya” fənni üzrə XI sinif şagirdlərinin qiymətləndirilməsi
üçün standartlar belədir: canlılar aləmini təşkil
edən varlıqları ( bitkilər, heyvanlar, göbələklər,
bakteriyalar) tanıyan, insan orqanizmində olan orqanlar və
orqanlar sisteminin quruluşunu bilən, sadə bioloji hadisələri,
qanunları sadalamağı, ekoloji amilləri fərqləndirməyi
bacaran şagirdə “3” qiymət verilir. “3”
qiymət almaq üçün
qoyulan tələbləri ödəməklə
yanaşı, insan orqanizmində olan orqanlar və orqanlar sisteminin quruluşunu bilən, canlılar aləmini təşkil
edən varlıqları (bitkilər, heyvanlar,
göbələklər, bakteriyalar) səciyyəvi
xüsusiyyətlərinə görə
müqayisə etməyi, bioloji hadisələri,
maddələr mübadiləsinin qanunauyğunluqlarını,
insan orqanizmində gedən fizioloji prosesləri, ekoloji
amillərin rolunu izah
etməyi, riyazi hesablamalar
aparmağı, nəzəri bilikləri tətbiq etməyi bacaran şagirdə
“4” qiymət verilir. “4” qiymət almaq üçün qoyulan tələbləri ödəməklə
yanaşı, canlılar aləmini təşkil
edən varlıqları (bitkilər, heyvanlar,
göbələklər, bakteriyalar) quruluşuna, müxtəlifliyinə, təşkili
səviyyələrinə görə müqayisə etməyi,
nəticələri ümumiləşdirməyi və tətbiq
etməyi, canlılarda baş verən bioloji hadisələri, prosesləri, maddələr
mübadiləsinin
qanunauyğunluqlarını, mexanizmini izah etməyi və əlaqələndirməyi,
riyazi hesablamaları aparmağı, cədvəllər
tərtib etməyi, qrafiklər qurmağı, insan
orqanizmində olan orqanlar
və orqanlar sisteminin
quruluşunu şərh etməyi,
onları əlaqələndirməyi və müqayisə eməyi,
burada gedən fizioloji
prosesləri, ekoloji amillərin rolunu izah etməyi, regional və qlobal ekoloji problemləri əlaqələndirməyi,
nəzəri bilikləri tətbiq etməyi, nəticələr
çıxarmağı, məntiqi mühakimə
yürütməyi bacaran şagirdə
“5” qiymət verilir.
Məlumat
üçün bildirək ki, Monitorinq və qiymətləndirmə
şöbəsi Təhsil Nazirliyinin
mərkəzi aparatının struktur bölməsi
olaraq öz fəaliyyətini digər
struktur bölmələri ilə
qarşılıqlı əlaqədə qurub və fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyası
və qanunlarını, Azərbaycan Respublikası
Prezidentinin fərman və
sərəncamlarını,
“Təhsil haqqında” qanun, digər normativ hüquqi aktları, təhsil nazirinin əmr
və sərəncamlarını və şöbənin Əsasnaməsini
əldə rəhbər tutur. Respublikanın ümumtəhsil məktəblərində yeni qiymətləndirmə siyasətinin həyata keçirilməsi, yeni məktəbdaxili
və milli qiymətləndirmə sistemlərinin
hazırlanması, ölkənin beynəlxalq qiymətləndirmə
proqramlarında
iştirakının təmin
edilməsi məqsədilə yaradılmış şöbə
son illər
fəaliyyətini daha da genişləndirmişdir. Belə
ki, şöbə ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili,
milli və beynəlxalq qiymətləndirilməsi məsələləri ilə
yanaşı, ümumi təhsil pilləsində keyfiyyətin
idarə edilməsinin monitorinqi sistemlərini
əhatə edən işlərin aparılmasını da öz fəaliyyət planına daxil edib. Yaxın gələcəkdə bu prosesin təhsilin bütün
pillələrini və müvafiq səviyyələrini
əhatə etməsi nəzərdə tutulub.
Bununla
belə son qəbul imtahanlarının nəticələri hələ
də bu sahədə qiymətlərlə reallığın
bir qədər uyuşmadığını göstərir. Belə
ki, son qəbul
imtahanlarında ali təhsil müəssisələrinə
qəbul imtahanlarında iştirak etmiş gənclərin yalnız 26.19%-i ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olanların 33.58%-i dövlət sifarişi əsasında
(32.60%-i dövlət, 0.98%-i özəl ali
təhsil müəssisələrində), 66.42%-i isə
ödənişli təhsil forması üzrə (56.18%-i
dövlət, 10.24%-i özəl ali təhsil
müəssisələrində) ali təhsil
almaq hüququ qazanıb. Göründüyü
kimi, imtahanda iştirak edənlərin 73.81%-i ali təhsil müəssisələrinə qəbul
olmayıb. Bu, say
hesabı ilə 80108 abituriyent deməkdir.
Bu isə
qəbul prosesində həm rəqabətin, həm istəkləri
təmin edilməyənlərin sayının nə qədər
çox olduğunu, həm
də bu prosesin
kütləviliyini, ağır və məsuliyyətli iş olduğunu göstərir.
TQDK bu işin
məsuliyyətini dərk edərək qəbul
kampaniyasının tam şəffaf
keçməsini təmin etmək məqsədi ilə onun hər bir mərhələsində
görülən tədbirlər barədə ictimaiyyəti
müntəzəm olaraq məlumatlandırdığını
bildirir. Qəbul imtahanlarında iştirak etmiş hər bir gəncin
imtahan nəticələri haqqında məlumatlar
imtahanın keçirildiyi vaxtdan
2-3 gün sonra internet vasitəsilə ictimaiyyətə
çatdırılır. Burada abituriyentlərin
hər bir fənn üzrə
ayrı-ayrılıqda düzgün və səhv cavabları, nisbi
balları göstərilib ki, bunun əsasında da onlar öz imtahan
nəticələrini ətraflı təhlil edə bilsinlər.
Abituriyentlərin imtahan
balları elan edildikdən sonra
onların düzgün ixtisas
seçiminə kömək məqsədilə TQDK tərəfindən
hər bir ixtisas qrupunun abituriyentləri üçün
«İxtisas seçimi
zamanı nələrə diqqət yetirməli?» adlı vəsait çap
edilib. Vəsaitdə müsabiqədə
iştirak etmək hüququ
qazanmış abituriyentlərin imtahan
ballarının paylanma histoqramları cədvəl şəklində təqdim edilib.
TQDK-nın
İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri
Elnur Nağızadə məsələ ilə bağlı
bizə açıqlamasında qeyd edir ki, son illərdə bu
sahədə irəliləyiş var: “Buraxılış
imtahanları keçiriləndən sonra əla qiymətlərlə
orta məktəbləri bitirən şagirdlərin öz qiymətlərini
doğrultması vəziyyəti bir qədər
yaxşılaşıb. Amma statistik rəqəmlər vəvreallıq onu göstərir ki, bu sahədə vəziyyət hələ də
tam yaxşılaşmayıb. Gələcəkdə
buraxılış imtahanlarının tam
həcmindən və keyfiyyətindən asılı olaraq bu məsələ tənzimlənməlidir.
Belə olarsa, yaxın gələcəkdə
bu məsələ həllini tapacaq. TQDK bu sahədə
statistik təhlili Təhsil Nazirliyinin məlumatları əsasında
aparır. Yəni abituriyentlər öz ərizələrini
internetdə dolduranda öz
buraxılış qiymətlərini də daxil
etmiş olurlar. Bu qiymətlərin düzgünlüyü
komissiya tərəfindən
yoxlanılır. Qəbul imtahanları nəticəsində də
onların qiymətləri müqayisə olunur.
Bununla bağlı məlumatlar Təhsil
Nazirliyinə, rayon təhsil şöbələrinə,
ayrı-ayrı orta məktəblərə
paylanır. Bu məlumatlar əsasında
müzakirələr, zona müşavirələri
təşkil olunur. Bunlar
ayrı-ayrı bölgələrdə keçirilir.
Həmin bölgələrdən olan məktəb
direktorları, nazirliyin nümayəndələri
və sair əlaqədar şəxslər
tədbirlərdə iştirak edirlər.
Biz burada elmi-statistik təhlillərə aid olan bütün
məlumatları çatdırırıq. Bu
məlumatlar tam tərkibdə
saytımızda da yerləşdirilib”.
Qeyd
edək ki, layihə çərçivəsində ekspertlərin
bu məsəə ilə bağlı fikir və təkliflərini
işıqlandıracağıq.
İlkin AĞAYEV
Palitra. – 2011. -24
may. –S. 11.