İki ölkənin bir xalqı

 

 

Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının may ayında Gürcüstana təşkil etdiyi səfərdə (9 may-18 may) jurnalist qadınlar azərbaycanlıların ən sıx yaşadığı Marneuli Qardabani rayonlarının tələbə məktəbliləri ilə görüşlər keçiriblər. Görüş ulu öndər Heydər Əliyevin 88-ci ildönümünə həsr olunub.  

 

Proqram çərçivəsində jurnalist qadınlar azərbaycanlı gənclər uşaqlarla maraqlı görüşlər keçirib. Görüşlərdən, səmimi fikir mübadilələrindən məlum olub ki, bölgədə yaşayan həmyerlilərimizə həm Gürcüstan, həm Azərbaycan hökumətləri tərəfindən xüsusi diqqət qayğı göstərilir. Hər iki ölkə rəhbərlərinin başçılığı altında azərbaycanlıların sosial problemlərinin həlli sahəsində görülən saysız-hesabsız işlər hər sahədə özünü büruzə verir.Öz tərəfindən Gürcüstan rəhbərliyi azərbaycanlıları diqqətdənkənar qoymur, həmyerlilərimiz tərəfindən qaldırılan məsələlərə münasibət bildirir, azərbaycanlılara hər işdə yardım etməyə çalışır.

Səfərin ilk günü, may ayının 9-da jurnalist qadınlar Marneuli Gənclər Birliyinin fəal gəncləri ilə görüşüblər. Məlum olub ki, əvvəlki illərə nisbətdə ali məktəbə qəbul olmaq istəyənlərin həmçinin qəbul olunanların sayı iki dəfədən çox artıb. Belə bir artım bölgədə təhsilin səviyyəsinin artmasının nəticəsidir. Bu il təkcə Sadaxlı kənd məktəbinin 42 məzunundan 19-u ali məktəbə daxil olub. Ümumilikdə isə ali məktəbə daxil olanların sayı ildən-ilə artır. Ölkə prezidenti M.Saakaşvili bütün rayonların ali məktəbə qəbul olmuş gəncləri ilə şəxsən görüşüb, onlara diqqət əlaməti olaraq hər birinə kompyuter hədiyyə edib. Bundan başqa digər sosial məsələlərin həllinə ölkə başçısı biganə qalmır, hər xırda müraciəti belə diqqətdən yayındırmır. Gürcüstan Azərbaycanlıları Konqresinin yeni açılmış «Konqres» qəzetinə M.Saakaşvilinin təbrik teleqramı göndərməsi isə əlbəttə ki, kiçik bir məsələyə böyük diqqətin nəticəsidir.

Gənclər İttifaqının 200-dən çox üzvü, məktəblərdə müəllim kollektivləri, həmçinin şagirdlərlə rayon camaatı ilə görüşdə təsdiq olunub ki, Azərbaycanın Gürcüstanda yerləşən neft şirkətinin nümayəndəliyi bölgədə yaşayan azərbaycanlıların əksər problemlərinin həllini öhdəsinə götürərək yerinə yetirir. Bu diqqət özünü hər sahədə göstərir. Səhiyyə sahəsinə gəldikdə, 12 minə yaxın əhalisi olan Sadaxlı kəndində xəstəxana təmir edilib istifadəyə verilib yeni tibb məntəqələri açılıb. Bundan başqa Nazarlı, Kosalı, 100 yaşlı Alget kənd məktəbləri təmir olunub. Eləcə Kosalı, Nazarlı kənd  məktəblərində idman komplekslərinin tikilib məktəblilərin ixtiyarına verilməsində, aztəminatlı ailələrdə tələbələrin təhsil haqqının ödənilməsinə yardımda, Marneuli Gənclər Evinin alınmasında, əksəriyyəti azərbaycanlılar yaşayan Rustavi şəhərində 1 hektar sahədə böyük bir parkın salınmasında, yardıma ehtiyacı olanlara maddi yardım göstərilməsində, mədəni-kütləvi tədbirlərin keçirilməsində, demək olar ki, bütün işlərdə «SOCAR»ın - yəni Azərbaycanın Gürcüstanda yerləşən neft şirkətinin yüksək təşkilatçılığı köməyi görünür. Hər bir görülən soydaşlarımızda  ruh yüksəkliyi yaradır belə bir münasibət Azərbaycan rəhbərliyinin Gürcüstanda yaşayan həmyerlilərimizə xüsusi diqqətindən xəbər verir.Jurnalist qadınlar üçün sevindirici fakt o olub ki, görülən işlər, qeyd olunanlar vəzifə sahiblərinin çıxışlarından, təqdim olunan sənədlərdən deyil, sadə camaatın dilindən eşidilən, etiraf edilən faktlardır. Bütün bunlarla yanaşı jurnalist qadınları camaatı narahat edən məsələlər ortaya çıxıb. Azərbaycanın neft şirkətinin Gürcüstandakı nümayəndəliyinin fəaliyyətə başlaması ilə minlərlə azərbaycanlı gəncin işlə təmin olunmasına baxmayaraq  xüsusilə gənclər arasında hələ işsizlik problemi qalmaqdadır.

Jurnalistləri narahat edən digər problem azərbaycanlı balaların gələcək inkişafı ilə bağlı olan bir problemdir. Belə ki, təhsil müəssisələrində azərbaycanlı uşaqlara tədris proqramına əsasən yalnız Gürcüstan tarixi tədris olunur. Hətta tələbələrin əksəriyyətinin etiraflarına görə, onların Azərbaycan tarixindən xəbərləri yoxdur. “Biz tariximizi öyrənmək istəyirik”deyən Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədovanın sözlərinə görə, mükəmməl, sadə dildə yazılmış, bizə tariximizi başa sala bilən Azərbaycan tarixi dərsliyi yoxdur ki, tariximizi öyrənə bilək: “Elə gənclər var ki, Azərbaycandan bəzi kitablar alıb gətirir, amma o kitablarda da tarixin ayrı-ayrı dönəmləri haqda məlumat verilib deyə tarixi ardıcıllıqla öyrənə bilmirik. Nəticədə yenə məlumatsız qalırıq. Bu bir qrup gəncin yox, demək olar ki, bütün gənclərin istəyidir. Əlbəttə, bu gün tariximizi bilməməyimizi özümüzə ayıb sayırıq. İnternetlə bunu öyrənmək mümkün deyil, çünki sadə dildə deyil, anlaşılmaz qarışıq yazılıb. Biz tarixdə olan hadisələrə qiymət verə bilməsək, müasir dövrdə baş verən hadisələri düzgün qiymətləndirə bilmərik! Ümidvarıq ki, jurnalist qadınlar bizim istəyimizi Təhsil Nazirliyinə çatdıracaq”.

Ali məktəb tələbəsi Elina Cəlilovanın sözlərinə görə, Azərbaycan tarixini şagird tələbələr çox çətinliklə  öyrənə bilir. Onun fikrincə,  tariximizi öyrənməyin daha asan yolu seçilməlidir.

Belə bir faktla bağlı yalnız təəssüf hissi keçirmək olar ki, bu vaxta qədər tariximiz Gürcüstanda yaşayan azərbaycanlı məktəblilərə, gənclərimizə aşılanmayıb. Bununla belə «ziyanın yarısından qayıdaraq» hamılıqla bu çatışmazlığın aradan götürülməsinə çalışmalıyıq.

 Jurnalist qadınların bölgədə rastlaşdığı digər problem orta məktəbdə təhsil alan şagirdlərin sayının yuxarı siniflərdə kəskin azalma fərqi olub. Oğlan uşaqları əksər hallarda qazanc əldə etmək məqsədilə təhsildən yayınır, qızlar  isə vəhşi bir psixologiyanın qurbanı olaraq erkən yaşlarından nişanlanır, erkən nikahlara məruz qalırlar. Təəssüf ki, bölgədə «qız uşağının ərə getməyi oxumağından vacibdir kimi köhnə prinsip hələ hökm sürür. 

Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova bildirib ki, erkən ailə qurmağın fəsadları ortaya çıxır ki, bu da əksər ailələrdə narazılığa, boşanmalara səbəb olur. Amma ən pisi odur ki, belə nikahların sayı durmadan artır. Qızlar çox vaxt 15 yaşından nişanlanır az müddətdən sonra ərə verilir. Bu irəliyə-inteqrasiyaya deyil, geriyə- mövhumata aparan qaranlıq yoldur.

Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova həm dövlət, həm qeyri- dövlət qurumları tərəfindən erkən nikah kimi dəhşətə son qoyulmasının, Gürcüstanda yaşayan balaca balalarımıza yardım edilməsinin vacibliyini qeyd edib. O, problemin həllinə kömək məqsədilə maarifləndirmənin böyük əhəmiyyətini vurğulayaraq valideynlər şagirdlər arasında güclü təbliğat aparılmasını, məsələnin müvafiq qurumlar qarşısında qaldırılmasını, assosiasiya  tərəfindən layihənin hazırlanmasını həyata keçirilməsini təklif edib.

 Jurnalist Qadınlar Assosiasiyasının işgüzar səfəri Gürcüstan azərbaycanlıları tərəfindən səmimiyyət mehribanlıqla qarşılanıb yeni görüşlər arzusu ilə başa çatıb. 

 

 

 

 

Nigar

 

Palitra. – 2011.- 24 may. – S. 12