Təhsil sisteminin təkmilləşdirilməsində
İKT-nin tətbiqi vacibdir
Layihə çərçivəsində
müsahibmiz Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, “Dövlət idarəçiliyində kompyuter texnologiyaları” kafedrasının dosenti Ağamehdi Mehdiəliyevdir:
- Keçən əsrin sonlarından bütün dünyada İKT-nin yüksək templə inkişaf etməyə başlaması Azərbaycanda da bu sahədə ciddi işlərin görülməsinə təkan verib. Fikrimcə, bu sahədə ilk böyük bir addım kimi ''Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsini göstərmək olar. Həmin strategiya 17 fevral 2003-cü il tarixdə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə qüvvəyə minib. Milli Strategiya informasiya və kommunikasiya texnologiyalarından istifadə və onun genişləndirilməsi sahəsində dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyən edir. Strategiya cəmiyyətin tələblərini, qabaqcıl dünya təcrübəsini nəzərə alır və ölkənin inkişafına, demokratik cəmiyyət quruculuğuna, Azərbaycanın beynəlxalq aləmə inteqrasiya olunmasına xidmət edir. Milli Strategiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin etməkdir. Milli Strategiyanın əsas vəzifələri sırasına bir sıra mühüm məsələlər daxildir. Cəmiyyətdə insan amilinin inkişaf etdirilməsi, vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılması əsas şərtlərdən biridir. Vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması, effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsi, elektron hökumətin yaradılması, elektron ticarətin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, informasiya və bilik bazarının yaradılması və inkişaf etdirilməsi kimi məsələlər də startegiyaya daxildir. İnkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi və ölkənin informasiya təhlükəsizliyinin təmin olunmasını xüsusi qeyd etmək lazımdır. Bu strategiyanın çox hissəsi artıq həyata keçirilib və nəticə kimi dövlət idarəetməsində şəffaflığın təmin olunmasını, davamlı iqtisadi dirçəlişə nail olunmasını, əhalinin həyat şəraiti nin yüksəlməsini, ölkədə vahid elektron informasiya məkanının formalaşmasını, bütün vətəndaşlar üçün informasiya əldə etmək imkanlarının yaranmasını və və milli maraqlar nəzərə almaqla ümumdünya elektron informasiya məkanına inteqrasiyanı qeyd etmək olar.
- Bugünlərdə dövlət başçısı tərəfindən elektron xidmətlərlə bağlı fərman da imzalandı.
- Doğru qeyd edirsiniz. Bir neçə gün əvvəl Prezident dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında fərman imzaladı ki, bu fərman elektron xidimət göstərilməsi sahəsində böyük inkişafa səbəb olacaq. Yaxın 3 il ərzində görüləcək işlərin nəticəsini hamımız görəcəyik. Fərmanda görüləcək işlər aydın şəkildə göstərilib və fikrimcə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Cəmiyyətin müasir tələblərə uyğun inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və şəffaflığının təmin edilməsi, milli informasiya resurslarının yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, bütün sahələrdə yeni texnologiyaların geniş tətbiqinə nail olunması, informasiya təhlükəsizliyi və azadlığının müdafiəsi, qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi ölkədə informasiya cəmiyyətinə keçidi təmin edəcək fəaliyyətin tərkib hissələridir. Bu məqsədlə informasiya texnologiyaları üzrə azad iqtisadi zonanın - İT texnoparklarının, milli informasiya təhlükəsizlik sisteminin yaradılması, sahələr üzrə informasiya resurslarının, sistemlərinin, şəbəkələrinin yaradılması və inteqrasiyasının təmin edilməsi vacibdir. Təhsil sisteminin təkmilləşdirilməsində İKT-nin tətbiq edilməsi, bu yolla tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaları tətbiq və inkişaf etdirə biləcək kadrların hazırlanması, o cümlədən informasiya təhlükəsizliyi üzrə kadrların hazırlanması, məsafədən təhsilin inkişaf etdirilməsi, elektron dərsliklərdən istifadə olunmasına nail olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, əhalinin yeni texnologiyalar sahəsində maarifləndirilməsi və onların informasiya resurslarına müraciət imkanlarını genişləndirmək üçün regional informasiya-təlim mərkəzlərinin və internetə çıxış məntəqələrinin yaradılması (yerli kitabxana, poçt şöbəsi, orta və ali məktəblər bazasında) və inkişaf etdirilməsi bu sahənin inkişafında mühüm məsələdir. İctimai proqramların, lüğətlərin, ensiklopedik bankların və internet portallarının sayı artırılmalıdır. İnformasiya cəmiyyətinin inkişafı sahəsində elmi tədqiqatların aparılması və dövlət elmi-texniki informasiya sisteminin təkmilləşdirilməsinə diqqət artırılmalıdır.
- «Elektron Azərbaycan» layihəsinin həyata
keçirilməsini necə dəyərləndiirrsiz?
- Respublikamızda “Elektron
Azərbaycan” layihəsinin birinci mərhələsinin
həyata keçirilməsi nəticəsində
aşağıdakı nəticələr əldə olunub:
Əhalinin
sosial təbəqələri və mərkəzlə regionlar
arasında olan "rəqəmsal uçurum"un zəiflədilməsi;
potensial investorların ölkənin İKT bazarına cəlb
edilməsi;
İKT
sektorunda innovasiya yönümlü kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi;
elektron
avadanlıqların proqram təminatlarının və digər
elmi tutumlu məhsulların istehsalı və ixracı;
Azərbaycan
Respublikasının informasiya-kommunikasiya texnologiyaları sahəsində
cənubi Qafqaz və Transxəzər regionunda İKT məhsullarının
ixracatı üzrə regional mərkəzə çevrilməsi;
rabitə
və informasiya texnologiyaları sahəsində tənzimlənmə
sisteminin təkmilləşməsi, bu sahədə
normativ-hüquqi bazanın formalaşması;
xidmətlər
bazarının genişlənməsi və
liberallaşması, qiymətlərin azad və ədalətli
rəqabət əsasında tənzimlənməsi, xidmətlərin
keyfiyyətinin artması;
ölkə
ərazisində əhalinin, dövlət idarəetmə
orqanlarının, özəl qurumların müasir rabitə
və informasiya texnologiyaları xidmətləri ilə təmin
olunması;
ölkə
iqtisadiyyatında rabitə və informasiya texnologiyaları sahəsi
inkişaf etdirilərək ölkədə informasiya cəmiyyətinin
formalaşmasına zəmin yaradılması və cəmiyyətin
sosial-iqtisadi həyatının bütün sahələrinin
inkişafının təmin edilməsi;
ölkənin bank-maliyyə xidmətləri
bazarında poçt şəbəkəsinin rəqabətə
davamlılığının təmin olunması;
bütün
bölgələrdə internet şəbəkəsindən
istifadə imkanlarının genişlənməsi;
əhalinin teleradio xidmətlərindən
istifadə imkanlarının artırılması; dövlət
orqanlarının fəaliyyətinin səmərəliliyini
artıran və əhaliyə, özəl qurumlara keyfiyyətli
informasiya xidmətləri göstərən "Elektron
hökumət"in formalaşması;
dövlət orqanlarında elektron sənəd
mübadiləsinin təşkil edilməsi; vətəndaşların
dövlət informasiya resurslarına müraciət etmək
üçün imkanların yaradılması;
dövlət
idarəetməsində və yerli özünüidarəetmədə
müasir texnologiyalardan geniş istifadənin təmin edilməsi;
kiçik
və orta müəssisələrin imkanlarından istifaə
etməklə informasiya texnologiyaları sahəsində yeni
iş yerlərinin açılmasına xüsusi şəraitin
yaradılması;
məhsul
istehsalında və xidmətlərin göstərilməsində
telekommunikasiya vasitələrindən istifadənin təşviq
edilməsi;
Prezidentin
2010-cu il 11 avqust tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün” Dövlət Proqramı təsdiq olunub. Bu proqramı “Elektron Azərbaycan”
layihəsinin ikincı mərhələsidir. Bu dövlət proqramının
məqsədi Milli Strategiyadan
irəli gələn vəzifələrin yerinə yetirilməsi,
respublikanın informasiya cəmiyyətinə
keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və
biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf
etdirilməsi üçün zəminin
formalaşdırılması, dövlət idarəetmə
mexanizmlərinin səmərəliliyinin artırılması
və qərarların qəbulu prosesində vətəndaşların
və sosial institutların iştirakı
imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə
olan tələbatının dolğun ödənilməsidir. Dövlət
proqramında qoyulmuş məqsədlərə
çatmaq üçün
aşağıdakı məsələlərin həlli nəzərdə
tutulur:
-
respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun
inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin
dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara,
həmçinin dövlət, ictimai və sahə informasiya
resurslarına çıxışının genişləndirilməsi,
informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi
və onların keyfiyyətinin artırılması;
-
dövlət idarəçiliyinin bütün səviyyələrində
İKT həllərinin tətbiqi, dövlət informasiya
sistemləri və resurslarının
formalaşdırılması və inkişaf etdirilməsi;
-
vahid texnoloji standartlar əsasında dövlət informasiya
resursları və sistemlərinin inteqrasiyasının təmin
edilməsi, dövlət orqanları arasında etibarlı və
təhlükəsiz informasiya mübadiləsinin həyata
keçirilməsi üçün vahid konfidensial multiservis
şəbəkəsinin inkişaf etdirilməsi, təşkilati-texniki,
texnoloji tədbirlərin həyata keçirilməsi və
müvafiq mühitin formalaşdırılması;
-
dövlət orqanlarının göstərdiyi xidmətlərin
operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə
mexanizmlərinin səmərəliliyinin artırılması
üçün “E-hökumət” həllərinin geniş tətbiqi,
“bir pəncərə” prinsipi əsasında elektron xidmətlərin
təşkili;
Bundan
başqa müasir inkişaf tələblərinə uyğun
olaraq, sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi;
sahə üzrə standartlaşdırma və
sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə
uyğun həyata keçirilməsi; müasir İKT
ixtisasları üzrə mütəxəssis
hazırlığının keyfiyyətinin
artırılması; İKT xidmət və məhsullarının
istehsalının inkişaf etdirilməsi və ixrac
potensialının artırılması; yeni texnika və
texnologiyaların tətbiqi, sahə üzrə xidmətlərin,
o cümlədən poçt və telekommunikasiya (o cümlədən
peyk rabitəsi) xidmətlərinin genişləndirilməsi və
keyfiyyətinin yüksəldilməsi; poçt şəbəkəsi
vasitəsilə poçt-maliyyə xidmətlərinin həyata
keçirilməsinin inkişaf etdirilməsi; - e-ticarət, e-səhiyyə
kimi mütərəqqi fəaliyyət formalarının
inkişaf etdirilməsi; "rəqəmsal
geriliyin" azaldılması üçün tədbirlərin
həyata keçirilməsi;
informasiya cəmiyyətinin qurulması istiqamətində
vahid elmi-texniki və innovasiya siyasətinin həyata
keçirilməsi; informasiya cəmiyyətinin qurulması
üzrə görülən işlərə ictimai nəzarətin
təmin edilməsidə nəzərdə tutulur.
Anar Miriyev
Palitra.-2011.-25 may.-S.11.