Əlillərin problemi həll edilir

 

Ombudsman Aparatının təşkilatçılığı ilə 5 may - Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuşƏlilliyi olan insanların əmək hüquqları: problemlər perspektivlərmövzusunda dəyirmi masa keçirildi.  Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova bildirdi ki, 2006-cı ildə BMT-ninƏlillərin hüquqları haqqındaKonvensiyası qəbul olunub, Azərbaycan bu konvensiyanı 2008-ci ildə ratifikasiya edib. Ölkədə əlilliyi olan insanlarla əlaqədar son illər böyük işlərin görüldüyünü söyləyən E.Süleymanova qeyd etdi  ki, hazırda bütün dünya əhalisinin 10 faizini əlillər təşkil edir, Azərbaycanda isə onların sayı 400 min nəfərdən çoxdur.  

 

Ombudsman əlillərin hüquqları haqqında Konvensiyada nəzərdə tutulmuş bəzi müddəaları xatırladaraq qeyd etdi ki, əlillərin bütün insan hüquqlarından əsas azadlıqlarından tam həcmdə istifadə etmələrinə, onların əhalinin digər təbəqələri ilə bərabər səviyyədə cəmiyyət həyatında fəal iştirakına şərait yaradılmalıdır.

E.Süleymanova onların hüquqlarının qorunması istiqamətində əsaslı dəyişikliklərin baş verdiyini, bu sahədə müxtəlif dövlət proqramlarının həyata keçirildiyini vurğuladı. Onun sözlərinə görə, bu sahədə səmərəliliyi artırmaq üçün əlillərin problemləri ilə daha yaxından tanış olmaq, bütün dövlət strukturlarının fəaliyyətini əlaqələndirmək zəruridir. Müvəkkil ölkəmizdə müvafiq qurumlar tərəfindən əlillərin hüquqlarının təmin olunmasına yönəlmiş tədbirlərin keçirildiyini, onların cəmiyyətə inteqrasiyasının zəruriliyini qeyd etdi. Əlillərin hüquqları haqqında” BMT Konvensiyası bu sənədin Fakültativ Protokolunun dövlətimiz tərəfindən ratifikasiya edilməsinin ombudsman tərəfindən təklif olunduğu bildirildi. Müvəkkilin bu təklifinin müsbət qarşılandığı Azərbaycanın regionda ilk ölkə olaraq bu sənədləri ratifikasiya etdiyi vurğulandı. Bununla da respublikamızın əlilliyi olan insanların hüquqlarına hörmət onların sosial müdafiəsi istiqamətində götürdüyü öhdəliyi bir daha təsdiq etdiyi, digər ölkələrə nümunə göstərdiyi bildirdi. O, bu konvensiyanın əlilliyi olan hər bir şəxsin insan hüquqlarından tam bərabər şəkildə istifadə etməsini təbliğ təmin edən əhəmiyyətli beynəlxalq sənəd olduğunu vurğuladı.E.Süleymanova respublikamızda uğurla icra olunan İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında (MFP) əhalinin müxtəlif qruplarının, o cümlədən əlillərin hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin öz əksini tapdığını bu istiqamətdə görülən işləri diqqətə çatdırdı. Müvəkkilin illik məruzələrində müvafiq dövlət qurumlarına müraciətlərində əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmini məqsədilə irəli sürülmüş təkliflərin bir çoxunun nəzərə alındığı vurğulandı. Ombudsmanın əlilliyi olan insanların hüquqları üzrə ixtisaslaşmış müşavirinin fəaliyyət göstərdiyini bildirdi.

Əlillərin əlil olmayanların bərabər hüquqlara malik olması, insanın əlilliyi səbəbindən ona qarşı ayrı-seçkiliyin qadağan edilməsi prinsipi əsas götürülməklə əlillərin təhsilə olan hüququnun gerçəkləşdirilməsi məqsədilə ictimai nəqliyyatda hərəkət üçün şəraitin yaradılması, əlil arabalarının yaşayış evlərinə tədris binalarına, tibb müəssisələrinə s. sərbəst girişi çıxışı üçün xüsusi ayrılmış yerlərin təşkil edilməsi, xüsusi hazırlıq proqramlarının tərtibi, tədris ocaqlarında uyğunlaşdırılmış şagird yerlərinin, pandusların s. quraşdırılması ilə bağlı müvəkkilin təkliflər verdiyi, bu təkliflərin nəzərə alındığı, bu istiqamətdə bir sıra mühüm işlərin görüldüyü qeyd edildi. Bildirildi ki, həyata keçirilən tədbirlər nəticəsində əlillərin nəqliyyatdan, rabitə xidmətlərindən istifadəsi təmin edilib. Belə ki, küçələrdə olan telefon köşklərindən əlillərin istifadə etməsi üçün avadanlıq quraşdırılıb. Avropa ölkələrindən gətirilən “MAN” firmasına məxsus avtobuslar da əlillərin nəqliyyatdan rahat şəkildə istifadə etməsi üçün nəzərdə tutulub.

 E.Süleymanova onu da bildirdi ki, MTRŞ- müraciət edilib burada eşitmə qabiliyyətini tam ya qismən itirmiş əlillərin zəruri informasiyalarla təmin olunması sahəsində problemləri aradan qaldırmaq üçün ictimai əhəmiyyəti olan informasiya digər televiziya verilişlərinin, o cümlədən əlillərin cəmiyyətə sosial inteqrasiyası problemlərini işıqlandıran proqramların subtitrləşdirilməsi üçün tədbirlərin görülməsi xahiş edilib. Ombudsmanın məktubunda subtitrlərlə kino video məhsulların buraxılması da təklif edilib. Ombudsmanın əlillərin hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşaviri Müqalib Mahmudov isə bildirdi ki, əlillərin hüquqlarının müdafiəsi insan haqları üzrə Milli Fəaliyyət Planının əsas prioritetlərindən biridir: “Ombudsmanın müraciəti nəzərə alınaraq ölkəyə dayaq-hərəkət sistemi pozulmuş insanlar üçün münasib şəraitə malik 69 avtobus gətirilib, əlillər üçün münasib olan 457 avtobus dayanacağı tikilib, gözdən əlillərin istifadə edə bilməsi üçün paytaxtın bəzi yerlərində səsli işıqforlar quraşdırılıb”.

Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri H.KərimovƏlilliyi olan insanların məşğulluq problemlərinin həllində inklüziv təhsilin rolu inkişaf perspektivlərimövzusunda çıxış edərək bu istiqamətdə nazirlik tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini bildirdi. 

 

 

Nigar Abdullayeva

 

Palitra. – 2011 . – 6 may. –S. 10.