«Cəmiyyətin
sifarişinə uyğun kadrlar hazırlanmalıdır»
Layihə çərçivəsində
müsahibimiz Dövlət İdarəçilik
Akademiyasının Fəlsəfə və sosial psixologiya
kafedrasının dosenti, psixologiya elmləri namizədi Bayram
Haqverdiyevdir:
- İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, təhsil insanın istedadının, intellektinin üzə çıxmasına kömək edən mühüm vasitədir və cəmiyyətin inkişafının özülünü təşkil edir. Bu baxımdan indiki bazar iqtisadiyyatı şəraitində Azərbaycanda təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması vacibdir. Çünki təhsil bilavasitə insanın həyat səviyyəsinə təsir göstərən mühüm amildir. Dünya təcrübəsinə diqqət yetirdikdə təhsilin ölkədə nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyi və dayanıqlığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan yaradıcı fəaliyyət sahəsi olduğunu görmək olar. Bu fəaliyyət sahəsinin özünün inkişafı isə hər şeydən əvvəl gənclərin peşə və ixtisasa yiyələnmək imkanlarının genişləndirilməsinə və onların gələcəkdə yoxsulluq riskindən qorunmasına müsbət təsir göstərir.
Hər bir ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişaf səviyyəsindən asılıdır. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi də iqtisadiyyatın inkişafı ilə təhsil arasında sıx əlaqə olduğunu göstərir. Dövlətimiz zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bu sərvətləri Azərbaycan xalqının rifahının və yaşayış səviyyəsinin yüksəldilməsinə yönəltməklə yanaşı, eyni zamanda, gələcək strateji vəzifələrin də həlli diqqət mərkəzində saxlanılmalıdır. Təsadüfü deyil ki, bu gün dövlət başçısının siyasi uzaqgörənliyi nəticəsində, respublikanın iqtisadi potensialının və neft gəlirlərinin mühüm hissəsinin, insan kapitalını formalaşdıran sahələrin, xüsusilə də, təhsilin inkişafına ayrılması nəzərdə tutulub. Dünyanın inkişaf etmiş ölkələrində, dövlətin iqtisadi potensialının təhsilin inkişafına yönəldilməsi, ən etibarlı sərmayə kimi dəyərləndirilir. Yüksək intellektual potensiala və əxlaqi-mənəvi keyfiyyətlərə malik olan gənclərin formalaşması, dövlətin sosial-iqtisadi inkişafının neft gəlirlərindən asılılığının azalması və Azərbaycanının gələcək davamlı inkişafını təmin edəcək, yeni texnologiyaların yaradılması üçün əlverişli zəmin yaradacaq. Bu isə, istehsalın səmərəliliyini və məhsuldarlığını artırmağa, dünya bazarında rəqabətə davamlı məhsulllar istehsal etməyə və yüksək iqtisadi tərəqqiyə imkan yaradır. Təsadüfi deyil ki, bu gün dövlətimiz təhsilin inkişafına xüsusi diqqət yetirir. Cəmiyyətin bu günkü və gələcək inkişafını təmin edəcək, yeni nəslin formalaşmasını həyata keçirən təhsil sistemində aparılan islahatlar, dövlətçilik və milli maraqlara uyğun şəkildə aparılır. Müasir təhsil konsepsiyasının əsasını, cəmiyyətin bugünkü və gələcək inkişafının tələblərinə cavab verən yeni insan haqqında elmi biliklər təşkil edir. Belə elmi-metodoloji yanaşma, təhsil sistemində aparılan təlim-tərbiyə işlərinin humanist mahiyyətini müəyyən edir. Müasir həyat reallıqlarına və beynəlxalq standartlara uyğun olan, yüksək intellekti, yeni iqtisadi təfəkkürü, işgüzar və peşə kyfiyyətləri ilə yanaşı, gənclərin humanitar, mənəvi-əxalaqi tərbiyəsi də təhsilin qarşısında duran mühüm vəzifələrdəndir. Müasir təhsil və tərbiyə sistemi, Azərbaycan dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq olan, beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə bilən, yüksək mənəviyyata, milli ruha malik olan gəncliyin formalaşmasına nail olmalıdır. Təhsilin qarşısında duran bu vəzifələrin həlli və gənclərin təlim-tərbiyəsi müasir insanşünaslıq elmlərinin müddəalarına əsaslanmalıdır. Cəmiyyətin həyatının müxtəlif sahələrində fəaliyyət göstərən gənclərin, öz yaradıcı potensiallarından daha dolğun istifadə etmələri üçün, əlverişli şəraitin yaradılması və bu işdə ortaya çıxan maneələrin aradan qaldırılması da, bu sahədəki səmərəliliyi şərtləndirən amillərdəndir. Cəmiyyətin müxtəlif istiqamətlərində, o cümlədən gənclər, təhsil, idman, mədəniyyət və digər sahələrdə aparılan sosial siyasət, gənclərin daha uğurla sosiallaşmasına, cəmiyyətin fəal subyekt kimi formalaşamsına, daima dəyişməkdə olan sosial gerçəkliyə tez uyğunlaşmasına şərait yaradır. Gənclərin yaradıcı imkanlarını daha dolğun istifadə etmələrinə və özlərini təsdiq etməyə kömək edən amillərdən biri də onlara xas olan fərdi təfəkkür və həyat üslubunun formalaşmasıdır. Gənclərin bir şəxsiyyət kimi, özünü daha dolğun ifadə etmələrinə imkan verən fərdi üslublarının formalaşması təhsilin qarşısında duran mühüm vəzifələrdəndir. Fərdi üslubu formalaşmış gənclər daha müstəqil olur, təhsildə əldə etdikləri nəzəri bilikləri və yaradıcı potensiallarını həyatda və peşə fəaliyyətində düzgün tətbiq edə bilirlər. Bu sahədə mühüm vəzifələrdən biri də gənc mütəxəssislərdən məqsədyönlü şəkildə, doğru istifadə olunmasıdır. Beləliklə, dövlətin təhsilə ayırdığı diqqət və ona qoyulan sərmayənin səmərəliliyini şərtləndirən mühüm amillərdən biri də təhsil almış gənclərin işlə təmin olunması və onların məşğulluğunun təmin olunmasından ibarətdir.
Bütün bunlar, elmi əsaslara söykənən güclü kadr siyasətinin aparılmasını tələb edir. Bu vəzifələri uğurla həyata keçirmək üçün, cəmiyyətin sosial sifarişinə uyğun miqdarda və keyfiyyətdə kadrların hazırlanması, kadrların seçilib-qiymətləndirilməsi, gənclər arasında peşə yönümü, peşə orientasiyası, peşə seçimi kimi işlərin aparılması tələb olunur.-
Bu sahədə ölkəmizdə həyata keçirilən işləri necə dəyərləndirirsiz?
- Yaxın günlər ərzində respublikamızda baş verən hadisələr sualınıza cavabdır. Dövlət böyük potensiala malik olan gəncliyə
böyük diqqət ayırır. Bunun ən bariz nümunəsi
dövlət başçısının gənclərlə
bağlı imzalıdığı son sərəncamdır. Gənclərlə
bağlı 2011-2015-ci illəri əhatə edəcək
Dövlət Proqramının hazırlanması ilə
bağlı imzalanan sərəncam bu sahədə
genişmiqyaslı işlərin həyata keçiriləcəyini
göstərir. Dövlət başısı bu yaxınlarda
ölkənin fəal gənclərini qəbul etdi və həmin
qəbulda gəncləri maraqlandıran məsələlər,
problemləri dövlət başçısı onların
öz dilindən dinlədi. Bunlar isə dövlət
başçısının Azərbaycan gəncliyinə nə
qədər diqqət ayırdığını göstərir.
Ümumiyyətlə dövlətimiz daim gəncləri diqqət
mərkəzində saxlayır. Yüzlərlə gəncin
dünyanın nüfuzlu ali məktəblərinə təhsil
almağa göndərilməsi respublikamızın gələcəyinə
dövlətin yatırdığı sərmayədir. Dövlət
gəncliyin yaxşı təhsil alması, vətənpərvər
ruhda böyüməsi, problemlərinin həll olunması, pis
vərdişlərə yiyələnməməsi
üçün lazım olan bütün addımları
atır.
Hazırda
Azərbaycanın həm respublika daxilində, həm də
xarici dövlətlərin nüfuzlu elm və təhsil müəssisələrindəki
peşəkar gənc kadr ordusu müasir dünyanın elmi,
texniki və mədəni tərəqqisinin ölkəmizə
transfer olunmasının əsas bazasıdır. Onlar müasir
idarəetmə texnologiyalarının qızıl fondu
sayıla bilərlər. Onu da qeyd edək ki, hökumət
xarici ölkələrdə təhsil alan gənclərin həm
sayının artırılması, həm də onların tədris
xərclərinin yüksəldilməsi ilə bağlı məqsədyönlü
addımlar atmaqdadır. Dövlətin bu siyasəti Azərbaycanın
iqtisadi tərəqqisi və davamlı inkişafı
üçün etibarlı zəmanətə çevrilir. Azərbaycanın
uzunmüddətli, dayanıqlı inkişafı
üçün mütləq bütün sahələrdə
çox güclü peşəkar mütəxəssislər
olmalıdır. İndi dünya dəyişir, qloballaşma
prosesləri gedir. Azərbaycan bu işlərdə geridə
qalmamalıdır. Ona görə həm müəllimlər
öz peşəkarlıq səviyyəsini
qaldırmalıdırlar, təhsilin keyfiyyətində yeni mərhələ
başlanmalıdır. Eyni zamanda tələbələr də
bilməlidirlər ki, həyatları, gələcəyi
üçün, ilk növbədə, onların bilik səviyyəsi
rol oynayacaq.Hazırda Azərbaycanda bazar münasibətlərinə
əsaslanan iqtisadi inkişafa nail olunması və onun
dünya təsərrüfatı sisteminə səmərəli
inteqrasiyası istiqamətində köklü islahatlar
aparılır. Bu islahatların əsas istiqamətlərindən
biri də elm sahəsində islahatların aparılması, sənayenin
texniki və texnoloji səviyyəsinin yüksəldilməsi,
innovasiya fəallığının artırılması yolu
ilə istehsalın rəqabət qabiliyyətliliyinin
artırılmasıdır. Azərbaycan dövlət
başçısının elmlə bağlı
imzaladığı müxtəlif sərəncamlar müasir
dövrdə elmin inkişafının zəruri olduğunu və
bu istiqamətdə islahatların sürətləndirilməsinin
vacib olduğunu göstərir. Bu mənada hesab edərəm
ki, indiki şəraitdə Azərbaycan elminin dünyada gedən
iqtisadi, elmi-texniki və texnoloji inkişafa uyğun olaraq
inkişaf etdirilməsi ölkəmizin davamlı sosial-iqtisadi
inkişafı üçün olduqca vacibdir.
Anar Miriyev
Palitra. -2011. -11
may. –S. 7.