Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı xarici ölkələrdə tədbirlər keçirilib

 

Parisdə Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirilib. Azərbaycan səfirliyinin təşəbbüsü ilə Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 19-cu ildönümü ilə bağlı mayın 9-da Fransa Beynəlxalq Əlaqələr İnstitutunda (İFRİ) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini necə həll etməli: Dağlıq Qarabağın azərbaycanlı icmasının nöqteyi-nəzəriadı altında müzakirə keçirilib.  

 

İnstitutun əməkdaşı Filipp Moro Defarje tədbiri açaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəinki Cənubi Qafqaz bölgəsində, habelə Avropada sabitlik sülh üçün ciddi təhlükə olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Dağlıq Qarabağ azərbaycanlı icmasının üzvü, şuşalı Təbib Hüseynov Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu xatırladaraq çar Rusiyasının azərbaycanlılara qarşı apardığı mənfur siyasəti nəticəsində XlX əsrin əvvəllərində İran və Türkiyədən köçürülən ermənilərin əksəriyyətinin ərazilərimizdə, o cümlədən Dağlıq Qarabağda yerləşdirildiyini bildirib. Bunun sayəsində isə bölgədə erməni əhalisinin azərbaycanlılara nisbətdə çoxluq təşkil etdiyini, Azərbaycan SSR dövründə Dağlıq Qarabağın muxtar vilayət kimi fəaliyyət göstərdiyini vurğulayaraq, vilayətin iqtisadiyyatı, əhalisinin tərkibi, ərazi bölgüsü, sosial inkişafı barədə məlumat verib. Bir qrup erməni millətçi ekstremisti tərəfindən qızışdırılan vilayət ermənilərinin öz müqəddəratlarını təyinetmə və Azərbaycanın tərkibindən çıxma tələbini irəli sürməsinin bölgədə münaqişəyə səbəb olduğunu xatırladan T.Hüseynov bu münaqişənin əslində Ermənistanındənizdən dənizə böyük imperiyayaratmaq siyasətinin tərkib hissəsi olduğunu bildirib, bölgədə etnik təmizləmə siyasəti aparan Ermənistanın Dağlıq Qarabağ və ona bitişik 7 Azərbaycan rayonunu işğal etməsindən bəhs edib, işğal olunmuş ərazilərdə xalqımıza məxsus tarixi və mədəni abidələrin qəsbkarlar tərəfindən dağıdılmasından danışıb.

Vaxtilə Azərbaycanın alınmaz qalalarından biri hesab edilmiş Şuşa şəhərinin ölkəmizin dilbər guşəsi olmaqla yanaşı həm də mədəniyyət beşiyi olduğunu, bu bölgədən tanınmış xanəndə və müğənnilərin çıxdığını xüsusi vurğulayan T.Hüseynov ermənilərin tarixdə görünməmiş vəhşiliklərə əl ataraq bu şəhərdəki Azərbaycan abidələrini yerlə-yeksan etdiklərini, ona “Şuşiadı verməklə erməniləşdirməyə səy göstərdiklərini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Təbib Hüseynov BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, digər beynəlxalq təşkilatların, nəhayət, ötən il Avropa Parlamentinin ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini heç bir şərt qoymadan dərhal azad etmələri barədəki qərar və qətnamələrinə, çağırışlarına məhəl qoymadığı barədə məlumat verib, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında danışıqlar aparıldığını, Azərbaycanın danışıqlarda konstruktiv mövqe tutduğu halda, erməni tərəfinin bu danışıqları hər vəchlə uzatmağa səy göstərdiklərini diqqətə çatdırıb. T.Hüseynov vurğulayıb ki, digər tərəfdən münaqişənin uzanmasında maraqlı olan xaricdəki güclü erməni lobbisi münaqişənin sülh yolu ilə həllinə hər cür əngəl törətməyə çalışır, Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərir.  Azərbaycan münaqişənin sülh yolu ilə həllinə maraqlı olduğunu dəfələrlə nümayiş etdirib və bu istiqamətdə həmişə konstruktiv mövqe tutub.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, fransız ictimaiyyətinin nümayəndələri, diplomatlar, diasporumuzun təmsilçiləri, jurnalistlər və tələbələr iştirak ediblər.

Qeyd edək ki, Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı tədbirlər Almaniya Amerikada da təşkil olunub. 

 

 

Nigar

 

Palitra. -2011. -11 may .-S. 8.