Orta məktəb
qiymətlərini qəbul imtahanlarında doğrultmaq
lazımdır
Təhsilin aktual problemlərindən
biri orta məktəbi əla qiymətlərlə bitirmiş
abituriyentlərin bəziləri
ali məktəblərə qəbul imtahanlarında həmin
qiymətlərə adekvat bilik nümayiş etdirə bilməmələridir.
Bununla bağlı əvvəllər də yetərincə
müzakirə aparılıb. Məsələ
burasındadır ki, fərqlənmə attestatları
almış abituriyentlərin bir qismi qəbul imtahanlarında
uğusuzluğa düçar olur ki, bu da çox
düşündürücü məqamdır. Layihə
çərçivsində bu məsələyə toxunmağı
lazım bildik.
Öncə məsələ ilə
bağlı Təhsil Nazirliyinin qiymətləndirmə
kriteriyaları və standartları barədə qeyd edək.
Nazirlikdən aldığımız məlumata görə,
qiymətləndirmə kriteriaları belədir: Hər bir fənn
üzrə sualların 20 %-nə qədər cavab verən
şagird “2”, 20%-dən 50%-nə qədər cavab verən
şagird “3”, 50%-dən 80%-nə qədər cavab verən
şagird “4”, 80%-dən 100%-ə qədər cavab verən
şagird “5” qiymət alır. Məsələn, 25 sualdan 1-4
sualına düzgün cavab verən şagird “2”, 5-12
sualına düzgün cavab verən şagird “3”, 13-19
sualına düzgün cavab verən şagird “4”, 20-25
sualına düzgün cavab verən şagird “5” qiymət
alır.
İndi
isə standartlara aid misal çəkək. Məsələn,
Ana dili və Ədəbiyyat fənləri üzrə XI sinif
şagirdlərinin qiymətləndirilməsi üçün
standartlar belədir: Bu fənlər üzrə konkret terminlərin
mahiyyətini, sadə fonetik, leksik, qrammatik qayda-qanunları, ədəbiyyat
nəzəriyyəsini bilən, həmin qayda- qanunlar əsasında
tərtib olunan və həllinə çox vaxt sərf
olunmayan tapşırıqları yaddaşa, qismən də məntiqə
əsaslanaraq düzgün yerinə yetirməyi bacaran
şagirdə “3” qiymət verilir. Amma “3” qiymət almaq
üçün qoyulan tələbləri ödəməklə
yanaşı nitq hissələrinin morfoloji xüsusiyyətlərini,
mövzulararası əlaqəni, ədəbi faktları və
s. bilən, həmin mövzularla bağlı
tapşırıqları həll etməyi, ümumiləşdirməyi
və əlaqələndirməyi bacaran şagirdə “4” qiymət
verilir. “4” qiymət almaq üçün qoyulan tələbləri
ödəməklə yanaşı fonetik, morfoloji, sintaktik təhlili,
nitq mədəniyyəti, xronoloji ardıcıllıq,
üslubiyyat kimi bəhsləri bilən, yaddaş, məntiq, nəzəri
bilikləri tətbiq edərək və ümumiləşdirmələr
apararaq dil qaydalarının tətbiqi ilə bədii mətnlə
bağlı tərtib olunmuş tapşırıqları həll
etməyi, ədəbi hadisələri dövrlərə
görə qruplaşdıraraq təhlil etməyi bacaran
şagirdə “5” qiymət verilir.
Yaxud
“Biologiya” fənni üzrə XI sinif şagirdlərinin qiymətləndirilməsi
üçün standartlar belədir: canlılar aləmini təşkil
edən varlıqları ( bitkilər, heyvanlar, göbələklər,
bakteriyalar) tanıyan, insan orqanizmində olan orqanlar və
orqanlar sisteminin quruluşunu bilən, sadə bioloji hadisələri,
qanunları sadalamağı, ekoloji amilləri fərqləndirməyi
bacaran şagirdə “3” qiymət verilir. “3” qiymət almaq
üçün qoyulan tələbləri ödəməklə
yanaşı, insan orqanizmində olan orqanlar və orqanlar
sisteminin quruluşunu bilən, canlılar aləmini təşkil
edən varlıqları (bitkilər, heyvanlar, göbələklər,
bakteriyalar) səciyyəvi xüsusiyyətlərinə görə
müqayisə etməyi, bioloji hadisələri, maddələr
mübadiləsinin qanunauyğunluqlarını, insan orqanizmində
gedən fizioloji prosesləri, ekoloji amillərin rolunu izah etməyi,
riyazi hesablamalar aparmağı, nəzəri bilikləri tətbiq
etməyi bacaran şagirdə
“4” qiymət verilir. “4” qiymət almaq üçün
qoyulan tələbləri ödəməklə yanaşı,
canlılar aləmini təşkil edən varlıqları
(bitkilər, heyvanlar, göbələklər, bakteriyalar)
quruluşuna, müxtəlifliyinə, təşkili səviyyələrinə
görə müqayisə etməyi, nəticələri
ümumiləşdirməyi və tətbiq etməyi,
canlılarda baş verən bioloji hadisələri, prosesləri,
maddələr mübadiləsinin qanunauyğunluqlarını,
mexanizmini izah etməyi və əlaqələndirməyi,
riyazi hesablamaları aparmağı, cədvəllər tərtib
etməyi, qrafiklər qurmağı, insan orqanizmində olan
orqanlar və orqanlar sisteminin quruluşunu şərh etməyi,
onları əlaqələndirməyi və müqayisə eməyi,
burada gedən fizioloji prosesləri, ekoloji amillərin rolunu izah
etməyi, regional və qlobal ekoloji problemləri əlaqələndirməyi,
nəzəri bilikləri tətbiq etməyi, nəticələr
çıxarmağı, məntiqi mühakimə
yürütməyi bacaran şagirdə “5” qiymət verilir.
Məlumat
üçün bildirək ki, Monitorinq və qiymətləndirmə
şöbəsi Təhsil Nazirliyinin
mərkəzi aparatının struktur bölməsi
olaraq öz fəaliyyətini digər
struktur bölmələri ilə
qarşılıqlı əlaqədə qurub və fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyası
və qanunlarını, Azərbaycan Respublikası
Prezidentinin fərman və
sərəncamlarını,
“Təhsil haqqında” qanun, digər normativ hüquqi aktları, təhsil nazirinin əmr
və sərəncamlarını və şöbənin Əsasnaməsini
əldə rəhbər tutur. Respublikanın ümumtəhsil məktəblərində yeni qiymətləndirmə
siyasətinin həyata
keçirilməsi, yeni məktəbdaxili
və milli qiymətləndirmə sistemlərinin
hazırlanması, ölkənin beynəlxalq qiymətləndirmə
proqramlarında
iştirakının təmin
edilməsi məqsədilə yaradılmış şöbə
son illər fəaliyyətini
daha da genişləndirmişdir. Belə ki, şöbə
ümumtəhsil məktəblərində
şagird nailiyyətlərinin məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirilməsi məsələləri ilə
yanaşı, ümumi təhsil
pilləsində keyfiyyətin idarə edilməsinin monitorinqi
sistemlərini əhatə edən işlərin aparılmasını
da öz fəaliyyət
planına daxil edib. Yaxın gələcəkdə
bu prosesin təhsilin
bütün pillələrini və müvafiq səviyyələrini
əhatə etməsi nəzərdə tutulub.
Bununla
belə son qəbul imtahanlarının nəticələri hələ
də bu sahədə qiymətlərlə reallığın
bir qədər uyuşmadığını göstərir. Belə
ki, son qəbul imtahanlarında ali təhsil müəssisələrinə
qəbul imtahanlarında iştirak etmiş gənclərin
yalnız 26.19%-i ali təhsil müəssisələrinə qəbul olub. Qəbul olanların
33.58%-i dövlət sifarişi əsasında
(32.60%-i dövlət, 0.98%-i özəl ali təhsil müəssisələrində),
66.42%-i isə ödənişli təhsil forması üzrə
(56.18%-i dövlət, 10.24%-i özəl ali təhsil müəssisələrində)
ali təhsil almaq hüququ qazanıb. Göründüyü
kimi, imtahanda iştirak edənlərin 73.81%-i ali təhsil
müəssisələrinə qəbul olmayıb. Bu, say
hesabı ilə 80108 abituriyent deməkdir. Bu isə qəbul
prosesində həm rəqabətin, həm istəkləri təmin
edilməyənlərin sayının nə qədər
çox olduğunu, həm də bu prosesin kütləviliyini,
ağır və məsuliyyətli iş olduğunu göstərir.
TQDK bu işin məsuliyyətini dərk edərək qəbul
kampaniyasının tam şəffaf keçməsini təmin
etmək məqsədi ilə onun hər bir mərhələsində
görülən tədbirlər barədə ictimaiyyəti
müntəzəm olaraq məlumatlandırdığını
bildirir. Qəbul imtahanlarında iştirak etmiş hər bir gəncin imtahan nəticələri
haqqında məlumatlar imtahanın keçirildiyi vaxtdan 2-3
gün sonra internet vasitəsilə ictimaiyyətə
çatdırılır. Burada abituriyentlərin hər bir fənn
üzrə ayrı-ayrılıqda düzgün və səhv cavabları, nisbi balları
göstərilib ki, bunun əsasında da onlar öz imtahan nəticələrini
ətraflı təhlil edə bilsinlər. Abituriyentlərin
imtahan balları elan edildikdən sonra onların düzgün
ixtisas seçiminə kömək məqsədilə TQDK tərəfindən
hər bir ixtisas qrupunun abituriyentləri üçün
«İxtisas seçimi zamanı nələrə diqqət
yetirməli?» adlı vəsait
çap edilib. Vəsaitdə müsabiqədə
iştirak etmək hüququ qazanmış abituriyentlərin
imtahan ballarının paylanma histoqramları cədvəl şəklində təqdim edilib.
TQDK-nın
İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri
Elnur Nağızadə məsələ ilə bağlı
bizə açıqlamasında qeyd edir ki, son illərdə bu
sahədə irəliləyiş var: “Buraxılış
imtahanları keçiriləndən sonra əla qiymətlərlə
orta məktəbləri bitirən şagirdlərin öz qiymətlərini
doğrultması vəziyyəti bir qədər
yaxşılaşıb. Amma statistik rəqəmlər vəvreallıq
onu göstərir ki, bu sahədə vəziyyət hələ
də tam yaxşılaşmayıb. Gələcəkdə
buraxılış imtahanlarının tam həcmindən və
keyfiyyətindən asılı olaraq bu məsələ tənzimlənməlidir.
Belə olarsa, yaxın gələcəkdə bu məsələ
həllini tapacaq. TQDK bu sahədə statistik təhlili Təhsil
Nazirliyinin məlumatları əsasında aparır. Yəni
abituriyentlər öz ərizələrini internetdə
dolduranda öz buraxılış qiymətlərini də
daxil etmiş olurlar. Bu qiymətlərin
düzgünlüyü komissiya tərəfindən
yoxlanılır. Qəbul imtahanları nəticəsində də
onların qiymətləri müqayisə olunur. Bununla
bağlı məlumatlar Təhsil Nazirliyinə, rayon təhsil
şöbələrinə, ayrı-ayrı orta məktəblərə
paylanır. Bu məlumatlar əsasında müzakirələr,
zona müşavirələri təşkil olunur. Bunlar
ayrı-ayrı bölgələrdə keçirilir. Həmin
bölgələrdən olan məktəb direktorları,
nazirliyin nümayəndələri və sair əlaqədar
şəxslər tədbirlərdə iştirak edirlər.
Biz burada elmi-statistik təhlillərə aid olan bütün məlumatları
çatdırırıq. Bu məlumatlar tam tərkibdə
saytımızda da yerləşdirilib”.
Qeyd
edək ki, layihə çərçivəsində ekspertlərin
bu məsəə ilə bağlı fikir və təkliflərini
işıqlandıracağıq.
İlkin
AĞAYEV
Palitra. – 2011. -24
may. –S. 11.