Yazıçı-kulturoloq
Aydın Xan: “Əgər bir
şəxs ədəbi-bədii nümunəsini dünyaya çatdırmaq fikrinə
düşübsə, o, yalnız Azərbaycan
insanını düşündürən məsələlərə
toxunmamalıdır”
Layihə çərçivəsində
Yeni Yazarlar və Sənətçilər
Qurumunun sədri, Milli
Virtual Kitabxananın rəhbəri,
yazıçı-kulturoloq Aydın Xanla (Əbilov)
söhbətləşdik. Aydın Xan bizə
çağdaş dövrdə dünyada və ölkəmizdə gedən ədəbi-kulturoloji
proseslər barədə məlumat verdi.
- Bu gün ədəbiyyat müstəvisində
mədəniyyətlərin inteqrasiyası prosesləri barədə
nələri demək olar?
- Multimədəniyyət - multiədəbiyyat
hadisəsi müxtəlif dəyərlərdən yeni, daha
qiymətli dəyər yaratmaqtexnologiyasıdır: bu, gündəlik
tələbat mallarından tutmuş, ədəbiyyat və mədəniyyət
nümunələrinə kimi hər şeyi özündə
birləşdirən bir mürəkkəb prosesdir. Məsələn,
hər hansı bir azərbaycanlı ana dilində əsər
yaradır, onu Çində istehsal edilmiş kompyuterdəki
amerikan proqram təminatı məhsulunda, latın şriftləri
ilə yığır, ingiliscəyə çevirir, Rusiya
internet resurslarındakı fərdi saytında yerləşdirir.
Əgər həmin şəxs yaratdığı dəyərli
ədəbi-bədii nümunəni dünya oxucusuna
çatdırmaq fikrinə düşübsə, o, yalnız
Azərbaycan insanını düşündürən məsələlərə
toxunmamalıdır. Əksinə, planetimizin bütün sakinlərini
narahat edən, özü də çoxları tərəfindən
rahatlıqla qavranılan problemləri qabartmalıdır. Son
illərin düşüncə - obrazlı əksetdirmə dəbinə
çevrilmiş və get-gedə də mövqeyini möhkəmləndirməkdə
olan multimədəniyyət - multiədəbiyyat
texnologiyasının poetikası bunu tələb edir. Əlbəttə,
multimədəniyyəti qloballaşmanın ideologiyası,
yaxud kütləvi mədəniyyətin yeni forması kimi də
qəbul etmək olar, amma geniş mənada o, planetar
düşüncənin ən maraqlı istiqaməti,
çağımızın dəbdə olan kulturoloji qatı
sayıla bilər. Onsuz da bütün dövrlərdə
ictimai-estetik düşüncənin elitar, ortabab və diletant
nümunələri yaranıb: qlobal hadisə sayılan multimədəniyyət
- multiədəbiyyat da kütləyə, ciddi sənətə
və əbədiyyətə ünvanlanmış məhsullar
ortaya çıxarır...
- Azərbaycan ədəbiyyatında
bu baxımdan hansı proseslər gedir?
Azərbaycan
ədəbiyyatındakı cağdaş mürəkkəb
prosesləri dəyərləndirərkən, uğurlu və
problemli tərəflərini qiymətləndirərkən,
dünya ədəbi-bədii söz sənətinin
cağımızdakı tələblərindən ortaya
çıxan estetik-filoloji, bir qədər də fəlsəfi-sosioloji
standartlarından - kulturoloji qəliblərdən yararlanmaq
mütləq lazım gəlir: yoxsa qloballaşan, inteqrasiyaya məruz
qalan planetar düşüncənin səviyyəsindən,
kulturolojimədəni hadisələrin nkisafından geri
qalacaq, milli ədəbiyyatımızın
gedişatını, istiqamətini yanlış səmtə yönəldəcəyik. Bu mənada
çağdaş ədəbiyyat hadisələrinin
arasında elə nümunələri seçib qiymətləndirmək lazımdır ki, o, yalnız milli
estetik-bədii düşüncə məhsulu olaraq dəyər
kəsb etməsin, əksinə, həm də dünya mədəniyyətinə,
günümüzün bədii söz sənətinə
yeniliklər qatsın, keyfiyyət və kəmiyyət dəyişikliklərinə
aparıb çıxartsın, qlobal kulturoloji tələbata
çevrilsin. Son illər yaranan ədəbiyyat nümunələrinə,
bir-birindən maraqlı əsərlərə diqqət
ayıran araşdırıcılar, sözsüz, sıravi qələm
adamlarının deyil, peşəkar yazarların
yaradıcılıgına daha sox diqqət ayırırlar ki,
bu hal da anlaşılandır. Biz qapalı - rusdilli mədəni
mühitdən qurtulub, dünya miqyaslı kulturoloji meydana qədəm
qoyanda, elə ədəbi-bədii nümunələrlə, sənət
hadisələri ilə çıxış etməliyik ki, elə
ilk addımımızdan mədəniyyətimizi, ədəbiyyatımızı,
humanitar-yaradıcı düşüncəmizi tanıtmaq əvəzinə,
“qara siyahı”ya düşüb, özümüzü
“yandırmayaq”...
- Düyanın yeni kulturoloji dərki
ilə bağlı hansı düşüncələriniz
var?
-
İndi tənbəlliyin daşını atmağı
bacaranların əksəriyyəti çağdaş milli
fikri formalaşdıran biz düşüncə
adamlarını tənqid etməyi xoşlayır: Azərbaycan
ictimai-elmi, mədəni-ədəbi fikrinin səviyyəsi
dünya standartlarından çox geri qalır; bizdə niyə
dünyaşöhrətli filosoflar yoxdur; beynəlxalq aləmdə
qəbul edilən yaradıcı fərdlərimiz,
tanınmış intellektuallarımız görünmür;
belə getsə, müxtəlif sahələr üzrə Nobel
mükafatı alanımız olacaqmı!?Kifayət qədər
kəskin səslənsə də, subyektiv iradlardır və
bu yerdə düşüncə adamlarımız, müxtəlif
bəhanələr gətirsələr də, sonda bircə məsələdə
razılaşmalıdırlar: bilgini, elmi, intellekti, bir sözlə,
ictimai-mədəni fikri xalq, kütlə deyil, ayrı-ayrı
seçilmiş peşəkar fərdlər inkişaf etdirir,
zənginləşdirir, sivilizasiya məhsuluna - bəşəri
uğura çevirir... Son illər
həyatımız kimi, elm və texnika, insan düşüncəsinin
müxtəlif sahələri çox sürətlə
inkişaf edir, canlı orqanizm kimi durmadan irəliyə
doğru hərəkətdədir. Azərbaycan toplumu olaraq
zamanın diktəsini yerinə yetirməsək, yəni qlobal
proseslərdən bircə addım kənara qalsaq, ortaya
çıxacaq uçurumu əsrlər boyu doldura bilmərik.
Bu mənada vurğulamaq yerinə düşər ki,
dünyada yaranan yeni düşüncə
texnologiyalarını elmi-mədəni düşüncəmizdə
çağında tətbiqi məsələsi yenə də
öz aktuallığını və kəskinliyini saxlamaqdadır.
İnsan şüurunun digər istiqamətləri barədə
mülahizələr söyləmək imkanımız olmasa
da, humanitar sahəmizə aid maraqlı bir problem barədə
fikirlərimi bölüşmək istəyirəm. Bəşər
sivilizasiyasının tarixinə ekskurs edəndə
görürük ki, yaşadığımız
dünyanın dərki və inikası ilə bağlı
müxtəlif forma, eləcə də fərqli texnologiyalar
mövcud olub: reallığın mifoloji, dini, ədəbi, bədii,
elmi, fəlsəfi, riyazi, hətta poetik inikası məsələsi
əsrlər boyu düşüncə adamları arasında
böyük polemikalara, elmi mübahisələrə, hətta
fikir münaqişələrinə səbəb olub. Zaman-zaman bu formatlar - düşüncə
texnologiyaları yerlərini, mövqelərini dəyişib, bəziləri
uzun müddət, digərləri isə müəyyən vaxt
ərzində ictimai-humanitar düşüncədə
birinciliyi əlində saxlayıb. Qeyd etmək də yerinə
düşər ki, onların bir çoxu (dini, elmi, ədəbi-bədii)bəşər
tarixində - sivilizasiya gedişatında nəzərəçarpacaq
çevrilişlərə, nəhəng yeniləşmələrə
təkan verib. Son əlli ilin düşüncə
texnologiyalarının içində maraqlı hadisə - dünyanın kulturoloji dərki məsələsi
ətrafında beynəlxalq intellektual-yaradıcı çevrələr
qızğın polemikalara girişiblər. Dünyanın,
gerçəkliyin, həyatın, əbədiyyətin və
zamanın kulturoloji dərki, təhlili və inikası problemləri
əksər sivil ölkələrin intellektuallarının,
yaradıcı-elmi dairələrinin, filosof və alimlərinin
müzakirə obyektinə çevrilib. Təəssüflər
olsun ki, bizim mədəni-intellektual çevrələrimiz hələ
də bu qlobal beyin-bilgi proseslərinə qoşulmayıb və
kulturologiyanı yalnız mədəniyyətşünaslıq
kimi qəbul etmək meyilləri kimi komplekslərdən
uzaqlaşa bilməyiblər. İntellektual ədəbiyyatlarda
bir elm sahəsi olaraq kulturologiyanın vahid tərifi ətrafında
hələ də mübahisələr getsə də,
ensiklopedik lüğətlərdəki müəyyən məlumatlardan
bəzi məsələləri aydınlaşdırmaq
mümkündür. Sosial və humanitar biliklərin vəhdəti
nəticəsində insan, eləcə də cəmiyyət həyatını
öyrənən elm sahəsi kimi kulturologiya böyük mənada
mədəniyyəti varlığın əlahiddə
tamlığı kimi öyrənir.Kulturoloji elmlər deyildikdə
isə üç bilgi sistemi -
humanitar kulturologiya, sosial kulturologiya və tətbiqi kulturologiya nəzərdə tutulur:
nəzərə almaq lazımdır ki, bu bölgü
kulturologiyanı bir elm kimi dərk edəndə işlək
sayılır. Öz növbəmizdə onu da əlavə etmək
istəyirəm ki, geniş mənada götürəndə, yəni
fəlsəfi və poetik tərəflərinə,
bilgi-düşüncə texnologiyası kimi götürəndə,
kulturologiya dar çərçivədən
çıxıb, qlobal sivilizasiya formasına -
dünyagörüşünə çevrilir. Bu zaman ondan
yararlanaraq indiyə qədər dərk edilməyən bir
çox qlobal problemlərə yeni və fərqli
baxışlarla nəzər salmaq, əbədi sualların sadə
cavabını tapmaq mümkündür.Təkrarən
qayıdırıq kulturoloji elmlərə, yaxud elmin kulturoloji
dərkinə, təhlilinə. Dünya kulturologiya elmi son 50-60
ildə çox böyük bir inkişaf mərhələsi
keçib ki, vaxtilə və indinin özündə də
Rusiya, rus dili vasitəsilə onun bəzi qatları barədə
informativ bilgilər əldə edirik. Humanitar kulturologiyanın
istiqamətləri çox genişdir: ümumi profilli tarixi-mədəni
araşdırmalar; mental mədəniyyətin tədqiqi; dini
aspektlərdən mədəniyyətin öyrənilməsi;
mədəniyyət tarixinin ədəbiyyatşünaslıq
baxımından tədqiqi; mifoloji mədəniyyətin tarixi;
etnolinqvistik və semiotik nöqteyi-nəzərdən təhlil;
sənətşünaslıq və estetika kimi sahələrinin
qarşılaşdırılması nəticəsində əldə
edilən bilgilər və başqaları.Sosial və mədəni
antropologiya; mədəni-tipoloji istiqamət; mədəni-psixoloji
istiqamət; kulturoloji-ekoloji və başqa qollar isə
kulturologiyanın sosial-elmi profili sayılır. Ən geniş
yayılan tətbiqi kulturologiya da müxtəlif istiqamətlər
üzrə inkişaf edib: mədəniyyət institutlarının
fəaliyyəti və mədəniyyət siyasətinin nəzəriyyəsi;
sosial-mədəni proqnozlar, layihələşdirmə və
tənzimləmə metodları; təhsilin kulturolojiləşdirilməsi;
şəxsiyyətin sosiallaşdırılması və
sosial-mədəni pedaqogika; mədəni irsin qorunması
formaları; muzey işi; diyarşünaslıq və b.
Bütün bu sadalanan istiqamətlər üzra
dünyanın ayrı-ayrı ölkələrində
kulturoloji məktəblər, intellektual çevrələr,
elmi-fəlsəfi institutlar, tədqiqat mərkəzləri fəaliyyət
göstərir. Ötən illər ərzində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Ölkə Kulturoloqlarının I Forumu, 2008-ci ilin
iyununda isə Kulturoloqların I Beynəlxalq Bakı Forumu keçirildi. Bu faktların
özü də sübut edir ki, artıq dövlət tərəfindən
kulturologiyaya xüsusi diqqət göstərilir və yaxın
gələcəkdə ictimai-intellektual düşüncəmizdəki
boşluqlar tezliklə aradan götürüləcək.
İlkin AĞAYEV
Palitra.-2011.-1 noyabr.-S.7.