«Mədəniyyət
müəssisələrimiz gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunmasına
çalışır»
Layihə çərçivəsində müsahibimiz Ağcabədi Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Rza Quliyevdir. O, müsahibəyə
rəhbərlik etdiyi şöbə
haqqında məlumat verməklə başladı:
-
Öncə onu qeyd edim ki, Ağcabədi Rayon Mədəniyyət
və Turizm Şöbəsinin tabeçiliyində 1 Mərkəzi
Kitabxana, 1 Uşaq Kitabxanası, 71 filial kitabxana, 1 rayon Mədəniyyət
Evi, 41 klub müəssisəsi, Şəhər İncəsənət,
Şəhər Musiqi, Qəsəbə Uşaq Musiqi Məktəbi,
6 kənd uşaq musiqi məktəbi, Heydər Əliyev Mərkəzi,
Rayon Tarix-Diyarşünaslıq Muzeyi və bu muzeyin filialı
olan Həmidə xanım Məmmədquluzadənin ev muzeyi,
Rayon Dövlət Rəsm Qalareyası, Ü.Hacıbəyov
adına Qarabağ Muğam Mərkəzi fəaliyyət
göstərir. İl ərzində şöbəmiz
çoxlu sayda mədəni tədbirlər həyata
keçirir. Tədbirlərimiz əvvəlcədən müəyyənləşmiş
proqram əsasında keçirilir. İlin əvvəlindən
Rayon Mədəniyyət Evində, Qarabağ Muğam Mərkəzində,
Rayon Hərbi Komissarlığında və rayon ərazisində
yerləşən «N» saylı hərbi hissədə
maraqlı rəngarəng konsert proqramlarından ibarət tədbirlər
baş tutub. 1961-ci ildə yaradılan Ağcabədi Rayon Mədəniyyət
Evinin nəzdində xalq kollektivi və “Rast” xalq ansamblı fəaliyyət
göstərir. “Rast”
ansamblı 1977-ci ildə zəhmətkeşlərin ümumxalq
festifalında, 1987-ci ildə isə folklor kollektivlərinin
respublika baxış müsabiqəsində laureat olub. Ansambl dəfələrlə
Bakı şəhərində keçirilən müsabiqələrdə
çıxış edib və müvəffəqiyyət
qazanıb. Mədəniyyət Evində mütəmadi olaraq
tarixi və əlamətdar günlər, bayram günləri
ilə əlaqədar konsert proqramları, ədəbi-bədii
gecələr, oxucu konfransları, söhbət-diskussiyalar təşkil
olunur. Həvəskar teatr kollektivinin iştirakı ilə
tamaşalar hazırlanır. Qarabağ Muğam Mərkəzində
keçirilən tədbirlərdə şöbənin tabeçiliyində
olan uşaq musiqi və incəsənət məktəbləri
şənliklər keçirirlər. Gənc
çağırışçıların həqiqi hərbi
xidmətə yola salınma mərasimlərində rayon
ziyalıları və ictimaiyyəti,
çağırışçıların valideynləri ilə
birgə Rayon Hərbi Komissarlığında mədəni-kütləvi
tədbirlər keçirilir. İlin ötən 9 ayı ərzində
Heydər Əliyev Mərkəzində illik iş planına əsasən
görüləcək işlər həyata keçirilib. 20
Yanvar faciəsinin növbəti ildönümü, Azərbaycan
Respublikasının Milli Qəhrəmanı Mübariz
İbrahimovun doğum günü, Xocalı soyqrımının
19-cu ildönümü ilə əlaqədar tədbirlər
keçirmişik. Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 88-ci illiyi də Heydər Əliyev Mərkəzində
geniş qeyd olunub. Bundan əlavə keçirdiyimiz maraqlı
tədbirlər arasında “Heydər Əliyevin şah əsəri
olan Azərbaycan uşaqların rəngli dünyasında”
adlı rəsm müsabiqəsini qeyd edə bilərəm. Ulu
öndərin anadan olmasının 88 illiyinə həsr
olunmuş uşaq və yeniyetmələr arasında
açıq birincilik, məktəblilər arasında “Heydər
Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda inşa
yazı müsabiqəsi, “Heydər Əliyev Azərbaycan
xalqının birliyinin və müstəqilliyinin rəmzidir”
mövzusunda intellektual oyun rayon müsabiqəsi keçirilib.
Dövlət müstəqilliyimizin 20 illiyi ilə əlaqədar
olaraq silsilə tədbirlər həyata keçirilir. Heydər
Əliyev Mərkəzində yeniyetmə və gənclərin
asudə vaxtının səmərəli və maraqlı
keçirilməsi üçün kompyuter kursu,
xalçaçılıq kursu, tikiş dərnəyi, “Gənc
rəssamlar” dərnəyi və bədii qiraət və nitq mədəniyyəti
dərnəyi yaradılıb.İlin ötən 9 ayı ərzində
mərkəzə yeni daxil olmuş kitabların sərgisi, həmçinin
ulu öndərimizin fəaliyyəti ilə bağlı, əlamətdar
günlərlə bağlı vaxtlı-vaxtında sərgilər
təşkil olunub. Cari ilin 9 ayı ərzində muzeyə gələnlərin
sayı 1500 nəfərdən çox olub. Mərkəzdə
eksponatların sayı 394 ədəddir. Qeyd edim ki, 20 Yanvar
faciəsi, 26 fevral Xocalı soyqırımı günü və
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü ilə əlaqədar stend və sərgilər,
fotosərgilər və anım mərasimləri təşkil
etmişik. Ümumrayon tədbiri isə Qarabağ Muğam Mərkəzində
olub. Bu tədbirlərdə hərbi hissələrin nümayəndələri
də yaxından iştirak ediblər. Hər il olduğu kimi,
bu il də rayonumuzda Novruz bayramı ilə əlaqədar mədəniyyət
müəssisələrində tədbirlər keçirilib,
ümumrayon tədbiri şəhər ərazisindəki
stadionda hərbi hissələrin nümayəndələri, rayon
əhalisi və rayonda yerləşən qaçqın və
məcburi köçkün soydaşlarımızın
yaxından iştirakı ilə yüksək əhval-ruhiyyə
ilə keçirilib. Tədbirlərin sonunda qabaqcıl mədəniyyət
işçilərinə və şagirdlərə Rayon
İcra Hakimiyyətinin başçısı tərəfindən
fəxri fərman və qiymətli hədiyyələr təqdim
olunub. Həmin günlərdə rayon ərazisində yerləşən
hərbi hissələrdə xidmət edən əsgərlərə
bayram sovqatları və rəngarəng musiqi proqramları təqdim
edilib.
- Rayon mədəniyyət müəssisələrinin
fəaliyyəti necə təşkil edilib?
- Mədəniyyət
müəssisələrinin fəaliyyətini günün tələbləri
səviyyəsində qurmağa çalışırıq. Bu
məqsədlə ölkə miqyaslı tədbirlərdə
iştiraka diqqətlə yanaşırıq. Məsələn,
bu il Uşaq Xor Kollektivlərinin VII Respublika Müsabiqəsində
şöbənin tabeçiliyində olan uşaq musiqi və
incəsənət məktəblərinin iştirakını
təmin etmişik. Şəhər İncəsənət Məktəbinin
xor kollektivi müsabiqədə müvəffəqiyyətlə
çıxış edərək III yeri tutub və laureat
adını alıb. Şəhər Uşaq Musiqi Məktəbi,
Hacıbədəlli Kənd Uşaq Musiqi Məktəbi isə
müsabiqədə uğurla çıxış edərək
diploma layiq görülüblər. Əlamətdar günlərdə
demək olar ki, bütün mədəniyyət müəssisələrində
mədəni-kütləvi tədbirlər keçiririk. Bu il
bizim üçün çox böyük sevincli hadisə o
oldu ki, dövlət başçımız rayonumuza səfər
etdi. Bu səfərlə əlaqədar rayon Mədəniyyət
Evində və Qarabağ Muğam Mərkəzində rəngarəng
konsert proqramları təşkil edilib. Maraqlı tədbirlərimizdən
Qarabağ Muğam Mərkəzində Bərdə və Tərtər
rayonlarından olan uşaq musiqi və incəsənət məktəblərinin
müəllim və şagird kollektivlərinin bizim şöbənin
tabeçiliyində olan uşaq musiqi və incəsənət
məktəblərinin kollektivləri ilə birgə hesabat
konsertlərinin təşkil olunmasını qeyd edə bilərəm.
Bu tədbir şəhər sakinləri tərəfindən
maraqla qarşılandı. Bundan savayı incəsənət
məktəbimizin uşaq və müəllim kollektivi Bakı
şəhərində yerləşən Şaroyev adına
Bakı Uşaq Musiqi Məktəbi ilə birgə təcrübə
mübadiləsi və yoldaşlıq hesabat konserti
keçiriblər. Rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemində keçirdiyimiz «Kitab bayramı» əhali tərəfindən
böyük maraqla qarşılanır və kitabsevərlərimiz
təqdim olunan kitablara böyük maraq göstərirlər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü və
Milli Qurtuluş Günü ilə əlaqədar mədəniyyət
müəssisələrində sərgi və stendlər təşkil
olunur. Mədəniyyət müəssisələrimiz gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasına çalışır. Bunun üçün
keçirdiyimiz hər bir tədbirdən vasitə kimi istifadə
edirik. Xüsusilə 26 İyun Silahlı Qüvvələr
Günü ilə bağlı keçirdiyimiz tədbirlərdə
bu məsələni daha geniş şəkildə təbliğ
edirik. Rayon ərazisində yerləşən hərbi hissələrdə
xidmət edən gənc əsgərlər
qarşısında mədəni-kütləvi tədbirlər
keçiririk. Rayon əhalisinin asudə vaxtının səmərəli
keçirilməsi üçün müntəzəm olaraq hər
həftənin şənbə və bazar günlərində
musiqi kollektivlərinin iştirakı ilə yüksək səviyyədə
mədəni-kütləvi tədbirlər təşkil edirik.
Qeyd etdiyim kimi, dövlət müstəqilliyimizin bərpasının
20 illiyi ilə əlaqədar mədəni-kütləvi tədbirlər
silsilə şəklində keçirilir. Oktyabrın 18-də
bu tədbirlərin ən böyüyü ümumrayon tədbiri
oldu və rayon əhalisi tərəfindən böyük ruh
yüksəkliyi ilə qeyd edildi. Rayonumuzda keçirilən mədəni
tədbirlər bunlarla məhdudlaşmır. Bu yaxınlarda
Qarabağ Muğam Mərkəzində quruluşçu
rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev,
dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva,
truppa müdiri Əməkdar mədəniyyət
işçisi Tamara Eyvazova olan Dövlət Akademik Opera və
Balet Teatrı ağcabədililərə dahi Üzeyir
Hacıbəylinin “Əsli və Kərəm” operasını
təqdim etdi. Bu tamaşa yerli publikanın böyük
marağına səbəb olmuşdu. Bir sözlə,
rayonumuzun mədəni həyatı çox zəngindir.
Anar Miriyev
Palitra.-2011.-2 noyabr.-S.6.