Virtual aləmindahi oğru”larından necə qorunmalı?

 

Əvvəlki dövrlərə nisbətən hazırda təhlükəsizlik anlamının daha geniş mənası var. Belə ki, dövrümüzdə bu ifadəni işlədərkən ilk növbədə hərbi təhlükəsizlik nəzərdə tutulursa, digər tərəfdən informasiya təhlükəsizliyi anlamını gözümüz önündə canlandırırıq. Elm, texnika o qədər inkişaf edib ki, hətta biz elektron təhlükəsizlik problemini həll etməklə digər sahələrdə üstünlük qazana bilərik. Nümunə üçün ABŞ-ın dünyadakı mövqeyinə nəzər yetirək. Super dövlətin əlində olan imkanlar onun virtual aləmə ağalıq etməsi bu ölkənin dünyada ağalıq etməsinə gətirib çıxarıb. Elektron məkana rəhbərlik edən dövlətin həm güclü hərbi qüvvəsi sənayesi var! Deməli, başda hərb sahəsi olmaqla bütün digər sahələrin mövcudluğuna virtual hökmranlıq təsir edir. ABŞ öz virtual məkanını kifayət qədər haker (hacker) hücumlarından qorumağı bacardığı üçün bu gün onu bu sahədə lider adlandırmaq olar. 

 

Təhlükəsizlik anlayışları: antiviruslar haker hücumu 

 

Hazırda internet dünyasında təhlükəsizlik deyəndə ilk növbədə yadımıza viruslar onların qatı düşməni olan antiviruslar düşür. İKT sahəsində müəyyən bilgiləri olan insanlar artıq bu iki anlayış haqqında müəyyən məlumata malik olur. İndi müxtəlif ölkələrə məxsus bir çox antivirus proqramları var ki, onlar bizim internet kontenti qoruyur. Son dövrlər aparılmış araşdırmalara görə, ilk üçlüyə “ESET - NOD 32”, “Kasperski “Norton - Symantec” nəzarət edir. Göründüyü kimi, real dünyada olduğu kimi virtual aləmdə ABŞ - Rusiya mübarizəsi gedir. Bu mübarizənin nəticəsidir ki, Rusiyanı təmsil edən Kasperski (“Kaspersky”) Amerika istehsalı “Norton-Semantek” (“Norton - Symantec”) öz ölkələrinə böyük gəlir gətirirlər. Rəsmi Kremlin nəzarətində olan demək olar ki, bütün saytlardakı veb-təhlükəsizlik (web security) məsələsinəKasperski”, digər rəqib ölkənin nəzarətində olan saytlara isə “Norton” nəzarət edir. Dünyanın ən tanınmış email portallarında ABŞ-ın bu şirkətinin lisenziyalı antivirusu istifadə edilir. Məsələn, dünyanın ən böyük mail sistemlərindən olan www.yahoo.com <http://www.yahoo.com> saytı istifadəçilərinin informasiya təhlükəsizliyinə sayğı ilə yanaşaraq onun mühafizəsini “Symantec Corporation”ın məhsulu olanNorton”a həvalə edib. Xatırladaq ki, hazırda reytinq cədvəllərində ilk üçlükdə yerləşən bu mail sistemini “Microsoft” şirkəti almaq istəsə buna nail ola bilməyib. İstifadəçilərin rahatlıq təhlükəsizlik məsələləri hazırda sosial şəbəkələri narahat etməkdədir. Dünyanın ən böyük sosial şəbəkəsi olanFacebookbu məqsədlə Birləşmiş Ştatların “McAfee” antivirus şirkəti ilə müqavilə imzalayıb bundan sonra onun təhlükəsizlik məsələlərini həmin qurum həyata keçirəcək.Dünyada antivirus istehsalı ilə məşğul olan qurumlar çoxdur. Onlar arasında ən məşhurları adlarını sadaladıqlarımızdır. Digər antivirus korporasiyaları da var ki, onlar da dünyanın müxtəlif ölkələrinə məxsusdur. Məsələn, “Comodo Group”a daxil olan Comodo 1998-ci ildə ABŞ-da, “Panda Security SL” qrupa daxil olan Panda 1990 - ildə İspaniyanın Bilbao əyalətində, “ESET - NOD 32” antivirusu Çexiyada, “Dr.Web” 1994-cü ildə Rusiyada, “SOFTWIN” Rumıniyada yaradılıb. Etibarlılıq qiymət fərqi onların satış bazarına kifayət qədər təsir edib.Virtual aləmin digər ən öndə olan problemlərindən biri haker hücumları ilə bağlıdır. İlk olaraq haker anlayışına nəzər yetirək: “Hakeringiliscə “hack” sözündən götürülüb. Mənası yarmaq, sındırmaq deməkdir. Saytları sındıran şəxs isə haker (hacker) adlanır. İnformasiya texnologiyalarının inkişafı nəticəsində bu söz ötən əsrin 60-cı illərində dilimizə daxil olub. Aparılan tədqiqatlar göstərir ki, əslində hakerlər ilk fəaliyyət kompyuter proqramlarını sadə şəkildə öyrənməklə başlayıblar. Amma proqramlaşdırma sahəsində mükəmməlliyə nail olduqdan sonra isə artıq onların qarşısını almaq mümkün olmur. Bəzən onlarakiber dahi deyilir bu növ cinayətkarlıq isəkibercinayətkarlıqadlanır. Bu gün dünyanın demək olar ki, bütün ölkələrində haker hücumlarına qarşı mübarizə gedir. Xüsusən üzdə olan dövlətlər şirkətlər hakerlərin əlindənqan ağlayır”. Kiber dahi”lərin hücum etdiyi elə bir sayt yoxdur ki, o, hansısa yüksək məbləğdə pul itirməsin. Məsələn, bu ilin yay aylarındaPayPlayşirkətinə məxsus olan “Twitter” mikrobloqlar sistemində çoxsaylı istifadəçi səhifələrindən biri qırılıb. Medianın yaydığı məlumata görə, “Twitter”də “PayPal” hesabı üzərində nəzarəti ələ keçirən hakerlər şirkət ünvanına təcavüzkar tənqidlərlə kütləvi mesaj göndərilməsini təşkil ediblər. Digər bir nümunə isə ötən il Pentaqon İnterpolun saytının dağıdılması ilə bağlıdır. Bir müddət sonra haker Yunanıstanda saxlanılsa da, hər iki quruma milyonlarla ziyan dəydiyi bildirilir. Məşhur oyun firması olanSega”ya edilən hücum isə həmin idarənin 1,3 milyon müştəri itkisi ilə üzləşməsinə səbəb olub. 

 

Azərbaycan baxış bucağında təhlükəsizlik 

 

Bu gün Ermənistanla müharibə şəraitində olan ölkəmizdə ordu quruculuğuna çox böyük diqqət yetirilir. Amma bir faktı da nəzərə almaq lazımdır ki, mübarizə təkcə səngərdə deyil, həmçinin intellektdə gedir. Bu intellektual mübarizənin bir növü virtual rəqabətdir. Hazırda virtual mübarizənin miqyası çox genişlənib. Bu genişlənmə o həddə çatıb ki, bir çox hallarda real münaqişələri münasibətləri elektron dünyadakı hökmranlıq həll edir. Hesab edirəm ki, Azərbaycan Ermənistana qalib gəlmək üçün öncə virtual aləmdəki qalibiyyətini təmin etməlidir. Həmçinin məhz erməni kibercinayətkarları ya onları dəstəkləyən hakerlər tərəfindən milli kontenti təşkil edən saytlara hücumun qarşısını almaq üçün hazır olmaq lazımdır. Bir neçə il qabaq baş verən məlum hadisələr onu göstərdi ki, bu sahədə müəyyən boşluqlar var. Belə ki, qeyd edilən tarixdə erməni hakerlərinin hücumu nəticəsində Azərbaycana məxsus bir televiziyanın bir necə başqa qurumun saytı dağıdılmışdı. Bu isə külli miqdarda ziyan deməkdir.Reallıq göstərir ki, ölkəmiz bir çox başqa sahələrdə olduğu kimi, informasiya texnologiyaları (İT) sahəsində Cənubi Qafqazda liderdir. Məhz bu liderlik özünü 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində göstərdi. Belə ki, müharibə nəticəsində Gürcüstanın iflic vəziyyətinə düşmüş virtual məkanı azərbaycanlı mütəxəssislərin dəstəyi səyi nəticəsində 3 gün ərzində öz əvvəlki vəziyyətinə qaytarılmışdı. Rusiyanınüç səkkizin əfsanəsiadlandırılan bu müharibədə atdığı taktiki addımlar da maraqlı təqdirəlayiqdir. Müharibə öncəsi rəsmi Tiflisin bütün informasiya təminatını sıradan çıxaran Kreml əslində qələbəni təmin etmiş oldu. 

 

Rəsmi Bakınınkibervirus”larla mübarizəsi 

 

Hər bir dövlət kimi Azərbaycan da kibercinayətkarlığa qarşı mübarizə aparır. Son bir neçə ildə bu mübarizə daha kəskin şəkil alıb. 2009-cu ilin 30 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiyanın müvafiq bəyanatlar və qeyd-şərtlərlə təsdiq edilməsi haqqında qərarı bunun bariz nümunəsidir. Həmin dövrdə “Kibercinayətkarlıq haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da qüvvəyə minib.Ölkəmizdə bu növ cinayətkarlığa qarşı mübarizə əslində çoxdan başlanılıb. Belə ki, 2000-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin səyi nəticəsində Azərbaycan Cinayət Məcəlləsinə kompyuter cinayətkarlığına dair üç maddə daxil edilib və bununla əlaqədar MTN-də kompyuter cinayətkarlığına qarşı mübarizə üzrə yeni qurum fəaliyyətə başlayıb. Hazırda Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə ilə iki nazirlik - Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri məşğul olur.Kibercinayətkarlıqla mübarizə sahəsində ölkəmizin atdığı digər addımlar sırasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində xüsusi şöbənin yaradılması qeyd edilməlidir.Milli elektron kontentə dağıdıcı təsir göstərən vasitələrdən biri də viruslardır. Məhz viruslarla mübarizə aparmaq üçün antivirus proqramları mövcuddur. Aparılan tədqiqatlar ölkəmizdə daha çox “Kasperski” və “Nod-32” antivirus proqramlarından istifadə edildiyini göstərir. Bir çox dövlət, hökumət, həmçinin özəl qurumlarda lisenziyalı “Kasperski”nin istifadəsi geniş vüsət alıb. Bunun səbəbləri çoxdur. İlk və ən əsas səbəb bu antivirus proqramının daha ucuz başa gəlməsidir. Təxminən bir kompyuter üçün bir illik lisenziyanın qiyməti 8-9 manatdır. Digər antivirus proqramları isə daha bahalıdır. Digər səbəb Kasperski qardaşları ilə bağlıdır. İnternet sistemlərindən az-çox anlayışı olanlar bilir ki, bu qardaşlardan biri virus, digəri isə həmin virusları məhv etmə iqtidarında olan antivirus istehsalı ilə məşğuldur. Bir sözlə, biri digərinin bazarını genişləndirir. Bu isə onun satılma imkanlarını artırır. O da qeyd edilməlidir ki, bir çox dövlət və qeyri-hökumət qurumlarının kompyuterlərində  “Kasperski”dən daha çox, hələki “Norton - Symantec” antivirus proqramı quraşdırılır.  

 

 

Tural QABİLOĞLU

 

Palitra.-2011.-25 noyabr.- S.11.