Azərbaycan Avropa Məşğulluq Forumunda

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndə heyəti noyabrın 21-23-də Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa Məşğulluq Forumunda iştirak edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, sərgi konfransdan ibarət olan tədbir çərçivəsində geniş müzakirələr aparılıb, yeni əməkdaşlıq əlaqələri qurulub.  

Tədbirin əsas əhəmiyyətli hissəsini təşkil edən sərgidə təmsil olunan Azərbaycan stendində ölkə görüntülərinin əks olunduğu videomateriallar təqdim edilib. Eyni zamanda ƏƏSMN-in fəaliyyəti çərçivəsində atılan addımlar, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən tətbiq edilən yeni yanaşmalar, ƏƏSMN Dünya Bankı tərəfindən birgə icra olunanSosial Müdafiənin İnkişafılayihəsinin əmək bazarının islahatları istiqamətində görülmüş işlər barədə materiallar təqdim olunub. Sərgidə həmçinin Azərbaycan haqqında tanıtım materialları nümayiş olunub. Qeyd edək ki, Azərbaycanın stendi müxtəlif ölkələrdən olan iştirakçıların böyük marağına səbəb olub. Sərgidə geniş təqdimatla çıxış edən Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan əmək bazarının əsas istiqamətləri, demoqrafik göstəricilər, ölkədəki işsizlik yoxsulluq səviyyəsi, əmək bazarı ehtiyaclarının təmin olunması istiqamətində fəaliyyət, yeni açılan yerləri, sosial yardım siyasətinin uğurları, sosial yardım proqramlarının çeşidinin ünvanlılığının təkmilləşdirilməsi istiqamətində qurulmuş beynəlxalq əməkdaşlıq əlaqələri, dövlət büdcəsinin sosial yönümlü olması barədə məlumatlar verilib. İki gün davam edən konfransda Avropada gənclərin məşğulluğu probleminin həlli, əmək bazarı islahatlarında KİV-in rolu, təşkilati islahatlar, ahıl yaşlı insanların məşğulluğunun təmin olunması - ömürboyu təhsil, gənclərin işsizliyi, əvvəllər məhkumluğu olmuş insanların sosial reabilitasiyası s. mövzularda çıxışlar dinlənilib.“Məşğulluq - yoxsulluqdan çıxış vasitəsi kimimövzusunda məruzə ilə çıxış edən Azərbaycan nümayəndə heyəti tərəfindən ölkədə nəzərə çarpan sosial iqtisadi inkişaf, əldə olunmuş nailiyyətlər, həyata keçirilən sosial müdafiə proqramlarının səmərəliliyi, eyni zamanda aparılan əmək bazarı islahatlarının istiqamətləri, kadrların keyfiyyətinin artırılması, layiqli əməyin təmin olunması ilə bağlı təşəbbüslər barədə məlumat verilib.Qeyd olunan forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Avstraliya, Avstriya, Böyük Britaniya, Çexiya, Danimarka, Finlandiya, İspaniya, İtaliya, Latviya, Litva, Polşa, Portuqaliya, Rusiya Yunanıstandan olan aidiyyəti nazirliklər, məşğulluq sahəsində ixtisaslaşmış qurumlar özəl sektor nümayəndələri ilə görüşlər keçirib.

 

 

Rasim 

 

Palitra.- 2011.-25 noyabr.-S.10.