Azərbaycan-Türkiyə biznes-forumu keçirildi

 

Dünən İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes-forumu keçirildi. Tədbirdə Azərbaycan tərəfindən rəsmi şəxslərlə yanaşı sənaye, tekstil, kimya, tikinti, logistika s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın adamı iştirak edirdi. Türkiyə tərəfi isə tədbirdə İzmir Valiliyinin, Böyükşəhər Bələdiyyəsinin, Ege Bölgəsi Sənaye Palatasının nümayəndələrinin adamlarının daxil olduğu 180 nəfərlik heyətlə təmsil olunurdu.  

Biznes-forumdakı çıxışına ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətikkəlamı ilə başlayan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, ölkədə əlverişli biznes investisiya mühitinin yaradıldığını, ixrac imkanlarının genişləndiyini bildirdi. S.Həsənova tərəfindən qeyd olundu ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti artıb Azərbaycan regionda aparıcı dövlətə çevrilib. Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində Azərbaycan şirkətlərinin maliyyə imkanları artıb onlar qonşu ölkələrə, o cümlədən Türkiyəyə fəal investisiya qoyuluşuna başlayıblar. İki qardaş ölkə arasında mövcud iqtisadi əlaqələr əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat verən Sevinc Həsənova Azərbaycan Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğuladı, sahibkarları bu imkanlardan daha geniş yararlanmağa dəvət etdi. İzmir valisi Cahid Kıraç, “Socar&Turcas”ın rəhbəri Kənan Yavuz, “Turcasşirkətinin İdarə Heyətinin sədri Erdal Aksoy, Ege Bölgəsinin Sənaye Palatasının İdarə Heyətinin sədri Ender Yorgancılar, “Petkimşirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev çıxışlarında Azərbaycan Türkiyə arasındakı iqtisadi əlaqələr, iki qardaş ölkə arasında gələcək əməkdaşlıq perspektivləri,  ARDNŞ-in Türkiyədə həyata keçirdiyi layihələr Ege Bölgəsi Sənaye Palatasının fəaliyyəti barədə danışdılar. TədbirdəAZPROMO”nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya imkanları, Azərbaycan Türkiyə arasındakı iqtisadi-ticarət əlaqələri, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Rövşən Nəcəf qurumun fəaliyyəti həyata keçirilən layihələr haqqında təqdimatlarla çıxış etdilər.Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Hulusi Kılıç iki qardaş ölkə arasındakı əlaqələr barədə məlumat verdi. Biznes-forum adamları arasında işgüzar görüşlərlə davam etdirildi.

 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.-29 noyabr.- S.10.