Davamlı olaraq özünü yeniləyən
və modernləşən universitet
Dünyanın öndə gedən
universitetlərindən biri də Şimali Kipr Türk
Cümhuriyyətinin Yaxın Doğu Universitetidir. Universitet
1988-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti Milli Təhsil
Nazirliyinin 17/1986 sayılı
Milli Təhsil qərarı ilə paytaxt Lefkoşada
yaradılıb. Bu gün 55-dən artıq ölkədən
gələn öncül tələbələri ilə beynəlxalq
bir statusda olan, Şimali Kiprin paytaxtında yüksək səviyyəli
təhsil standartları və mükəmməl kadrları ilə
fərqlənən ali təhsil müəssisəsidir.
Yaxın
Doğu Universiteti Avropa Universitetlər Birliyi, Beynəlxalq
Mühəndislik Təhsili Cəmiyyəti, YUNESKO nəzdindəki
Dünya Universitetlər Birliyi, Beynəlxalq Tibbi Akkreditasiya
Sistemi və İslam Dünyası Universitetlər
Federasiyasına tam hüquqlu üzvdür. Müasir bir
düşərgə sahəsi içərisində
qurulmuş olan universitet, bütün fakültələri,
yüksək okulları, institutları, laboratoriyaları,
atelyeləri, bilgisayar mərkəzləri, mədəniyyət
mərkəzləri, kitabxanası, qapalı üzmə hovuzu,
digər sosial və idman müəssisələri ilə
Özəl Yaxın Doğu Məktəbəqədər,
Özəl Yaxın Doğu İbtidai Məktəb, Özəl
Yaxın Doğu Kollecini bir araya gətirməklə bir sistem
formalaşdırır. Yaxın Doğu Universiteti düşərgəsində
olan YDU - İBM İrəli Araşdırmalar Mərkəzində
bir sıra dünyaçaplı məsələlər
araşdırılır. Bütün akademik və idarəçilik
elmləri ilə Yaxın Doğu Universitetinin tək məqsədi
16 fakültə və 4 yüksək
okuldakı seçilmiş tələbələrinə ən
yaxşı təhsil və tədris şəraiti yaratmaqla,
onları özünə güvənən, məsuliyyətini
hər şeydən üstün tutan, dərrakəli,
yaradıcı, araşdırmaçı və müstəqil
düşüncəyə sahib olaraq yetişdirməkdir.
Yaxın Doğu Universiteti quruluşundan bu yana keçən və
bir qurumun tarixi baxımından son dərəcə qısa
sayılan bir zaman içərisində çox sürətlə
inkişaf edib və Kiprin bir təhsil və mədəniyyət
mərkəzinə çevrilib.Universitetdən
aldığımız son məlumata görə, orada 16
fakültə, 75 ixtisas var. Universitetin həftənin 7
günü və 24 saatı açıq olan kitabxanası, ən
yüksək dərəcədə sağlıq xidməti verən
və yaxın coğrafiyada ən böyük sayılan xəstəxanası
və dünyanın sadəcə 28 universitetində olan super
kompyuteri var. Qeyd edək ki, Yaxın
Doğu Universiteti “Forbest” jurnalında yer alan
dünyanın tək
universitetidir. Universitetin qurucu
rektoru dr.Suat Günsel Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
Azərbaycan Respublikasının
xarici vətəndaşlara
verilən ən yüksək ordeni olan “Dostluq” Ordeni ilə təltif olunub. Bütün azərbaycanlı tələbələr
universitetdə 50% endirimli
təqaüdlə oxuyurlar.
Bacarıqlı tələbələrə
məhdud miqdarda iş imkanı da təmin edilir. Yaxın Doğu Universitetindən məzun olan azərbaycanlı tələbələr
Azərbaycan Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, SOCAR, Milli Elmlər Akademiyası, banklar və bir çox
özəl şirkətlərdə
işləyirlər. Onu
da qeyd edək
ki, YDU-nun prorektoru və Mühəndislik fakültəsinin dekanı azərbaycanlı
professor Fəxrəddin Məmmədovdur.
Həmçinin Yaxın Doğu
Universiteti Orta Şərgin ən böyük və Azərbaycana münasibəti
ən isti olan universitetidir. Onu da qeyd edək
ki, YDU bütün dünya ölkələri
tərəfindən tanınan
diplom verir. YDU davamlı olaraq
özünü yeniləyən
və modernləşən
bir universitetdir. Universitetdə ingiliscə və
türkcə 75 ixtisasın
olması da əlavə üstün göstəricidir. Azərbaycan
TQDK imtahanlarından minimum 550 bal toplayanlar üçün tam ödənişsiz
təhsil və yataqxana (Hüquqşünaslıq,
Stomatologiya, Əczaçılıq
və Müalicə işi ixtisasları istisna edilməklə) təmin edilir. Dünyanın 55 ölkəsindən
gəlmiş 18.000 tələbəsi
ilə beynəlxalq standartlara uyğun sosial və idman təsisləri, beynəlxalq akreditasiyalı
diş poliklinikası
və xəstəxanası
var. Universitetdə hər
il Azərbaycanla
bağlı xüsusi
günlər təntənəli
şəkildə qeyd
edilir. Dünya Azərbaycanlılarının
Həmrəylik Günü,
Novruz bayramı və Müstəqillik Günü qeyd edilən günlərin sırasında ən öndə gələnləridir.
Bu bayram günlərində
hər kəsin diqqəti Azərbaycan rəqsləriylə, tələbələrimizin
gözəl səsləri
və ölkəmizdən
dəvət edilən
məşhur sənətçilərlə
cəlb edilir. Bayramlarla yanaşı hüznlü
günlərimiz də
unudulmur. 20 Yanvar faciəsi, Xocalı soyqırımı,
Azərbaycanlıların soyqırımı
gününün təbliğatı
və bu günlərlə bağlı
digər ölkələrdən
olan tələbələr
arasında ictimai rəyin formalaşması
üçün geniş
fəaliyyət göstərilir.
Bütün bu tədbirlərin
hazırlanması, tələbələrin
təşkilatlanması üçün
universitetdə Yakın
Doğu Universiteti Azərbaycanlı Öyrəncilər
Birliyi bir tələbə təşkilatı
olaraq təsis edilib. Bu təşkilatın
fəaliyyətini hər
il universitetdə
artan azərbaycanlı
tələbələr təşkil
edir və inanırıq ki bundan sonra da
universitetə yeni-yeni
azərbaycanlı tələbələr
gəldikcə onlar bu qurumun fəaliyyətini
daha da gücləndirəcəklər.Bu
gün universitetdə
100 nəfərdən çox
azərbaycanlı tələbə
tam ödənişsiz təhsil
və yataqxana ilə təmin olunub. Bunlardan 20-si Gürcüstanda yaşayan azərbaycanlılardır.
Dövlətimizin bir sıra
elm və təhsil müəssisələri ilə
YDU arasında qarşılıqlı
əməkdaşlıq haqqında
protokollar imzalanıb.
Azərbaycan Respublikası
Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, Azərbaycan
Universiteti, Qafqaz Universiteti, Xəzər Universiteti və baaşqa qurumlar buna aid edilə bilər.Universitetdə türk
dünyasının fəxri
olan Məhəmməd
Füzuliyə həsr
olunmuş “Füzulinin
Türk Mədəniyyət
və Sənət Dünyasında Yeri” (28-31
May 2009) və 2010 - cu ildə
“Dədə Qorqud və keçmişdən
gələcəyə türk
dastanları “ adlı
beynəlxalq konfranslar
keçirilib. Elm və texnika sahəsinə həsr olunmuş beynəlxalq konfranslarda da alim və ziyalılarımız
iştirak ediblər.
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyası
ilə bağlanmış
müqaviləyə əsasən
ildə 20 azərbaycanlı
tələbə YDU sponsorluğunda
Kiprə gəlib, bir ay adada “Kipr
mənzərələri” adlı
layihə çərçivəsində
rəsm əsərləri
çəkir.
Azərbaycan Respublikasının
milli-tarixi günlərində
(31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü, 26 Fevral Xocalı soyqırımı,
21 Mart Novruz bayramı,
28 May Respublika Günü
və s.) universitet Şimali Kipr miqyasında keçirilən
bütün tədbirlərə
ev sahibliyi edir. Universitetdə biri prorektor,
ikisi dekan və ikisi kafedra
müdiri olmaqla 15 azərbaycanlı müəllim
və professor elmi-pedaqoji
fəaliyyətlə məşğuldurlar.
Sonda universitetlə bağlı
son iki xəbəri də oxucuların diqqətinə çatdırmaq
istəyirik. Burada
hər il
olduğu kimi, bu il də
universitetlərarsı şeir
yarışması keçiriləcək.
Müsabiqədə iştirak etmək
istəyənlər dekabrın
2-ə qədər şeirlərini
göndərə bilərlər. İkinci xəbər isə
Yaxın Doğu Universitetinin dünyanın
aparıcı elmi mərkəzləri ilə
intensiv və uğurlu əlaqələri
ilə bağlıdır.
Belə ki, universitetin Tibb fakültəsinin cərrahı,
professor dr. Hasan Besim bir aylıq
müddətə Amerikanın
Pitsburq Universitetinin Tibb Mərkəzinə ezam olunub. Oradakı çalışmasında
professor döş cərrahiyyəsindəki
yeniliklər, onkoplastik
cərrahiyyə, döş
xərçəngi və
sair sahələrdə
aparılan tədqiqatlarda
iştirak edəcək.
İlkin AĞAYEV
Palitra.-2011.-29 noyabr.- S.11.