Təhsil Karyera sərgisi başladı

 

 "Hilton Bakı"da yerləşən "eforea" məftunedici şəhər dəniz mənzərəsi təklif etməklə dörd qitəni əhatə edəcək"

 

Bakıda 5-ci Yubiley Azərbaycan Beynəlxalq Təhsil Karyera sərgisi öz işinə başladı. Ənənəvi olaraq, bu sərgi Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian LLC" şirkəti onun tərəfdaşı "ITE Group PLC" şirkəti çıxış edir. 2011-ci il sərgilərinin tərəfdaşları isə "AZAL", "Azerfon-Vodafone", "Greenwich Travel Club" "Caspel" şirkətləri, habelə "Qafqaz Poynt" mehmanxanasıdır.

 

Bakıda fəaliyyətə başlayacaq otel komplekslərinin hərəsi 350-370 yeri təklif edir

 

Sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov sərgidə 15 ölkədən 103 təhsil müəssisəsi təhsil qurumunun iştirak etdiyini bildirdi. O, Azərbaycan şagirdləri, tələbələri üçün xaricdə təhsil imkanı yaradan bütün qurumlara öz təşəkkürünü bildirdi. Q.Novruzovun sözlərinə görə, sərgidə təhsil imkanları təklif edən ali təhsil müəssisələri ilə yanaşı Azərbaycan universitetlərinin məzunlarına təklif edən şirkətlər var: "Çox sevindiricidir ki, Bakıda fəaliyyətə başlayacaq otel komplekslərinin hərəsi 350-370 yeri təklif edir. Onlar Azərbaycanda turizm proqramları üzrə kadr hazırlayan müəssisələrin məzunlarına üstünlük verirlər. Bu qədər təhsil imkanlarının təklif olunması gənclərimizə xaricdə təhsil baxımından yaxşı seçim etmək imkanı verir". Nazir müavini qeyd etdi ki, ötən illərlə müqayisədə bu il sərgidə iştirak edən şirkətlərin coğrafiyası, həm karyera təhsil imkanları təklif edən şirkətlərin sayı xeyli artıb. Ümid edirəm ki, həm təhsil, həm karyera sahəsində ziyarətçilər istədiklərini əldə edəcəklər". Nazir müavini onu da bildirdi ki, bu gün Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığına üstünlük verilir. Bunlara təbiət, mühəndislik, tibb, kənd təsərrüfatı turizm ixtisasları daxildir.  

"İteca Caspian LLC" şirkətinin direktoru Fərid Məmmədov isə bildirdi ki, sərgiyə qatılanların 40 faizi yeni iştirakçılardır. Sərginin ümumi ekspozisiyasının 70 faizini xarici təhsil müəssisələri, 30 faizini isə yerli iştirakçılar təmsil edir. Ümumilikdə sərginin ekspozisiyasına 75-dən çox ödənişli ödənişsiz fakültə daxildir. Sərgi daha çox yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulub. Bu il Azərbaycanda "Turizm ili" olduğundan sərgidə 23 təhsil müəssisəsi turizm sahəsi üzrə ixtisasları təqdim edir. F.Məmmədovun sözlərinə görə, Azərbaycan xaricdə təhsilə xüsusi əhəmiyyət verir gənclərin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı buna dəlalət edir: "Hazırda on min nəfərə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır. Azərbaycanda təhsil alan əcnəbilərin sayı isə yeddi min nəfərdən çoxdur. Xaricdə dövlət hesabına təhsil alan tələbələr birinci dərəcəli kadr ehtiyatları siyahısına daxil edilir öz ixtisaslarına uyğun dövlət işi ilə təmin olunurlar. Bununla əlaqədar, sərginin aktuallığı daha da artır. Belə ki, bu sərgidə maraqlanan hər bir kəs xarici ölkələrin aparıcı kollec ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən görüşərək onu maraqlandıran sualları verə, bu ya digər ali təhsil müəssisəsinə qəbul olmaq orada təhsil almaq üçün müəyyənləşdirilmiş şərtlər haqqında dürüst məlumatlar əldə edə ya hansısa təhsil kursunda iştirak etmək üçün yer sifariş edə bilər. Bu baxımdan, sərgi unikal imkanlar yaradan görüş meydançasıdır. Sərgi həyatda öz yerini axtaran gənclərə təhsil istiqamətini səmərəli şəkildə seçərək karyeraya doğru ilk addım atmaqda kömək edir. Beləliklə, bu sərgi Azərbaycanda yeni nəsil sahibkarların formalaşmasına kömək etməklə yanaşı, bütövlükdə ölkədəki təhsil səviyyəsinin yüksəlməsinə təkan verir".

Qeyd edək ki, sərgidə Böyük Britaniya, Almaniya, Yunanıstan, Litva, Türkiyə, ABŞ, BƏƏ, İsveçrə, Çexiya digər ölkələrin təhsil müəssisələri təşkilatları öz imkanlarını nümayiş etdirirlər. Bu sərgidə 18 universitet ilə təmsil olunan Litva, 14 ali təhsil müəssisəsi ilə təmsil olunan Türkiyə, 7 universitet ilə təmsil olunan Böyük Britaniya, 4 ali təhsil müəssisəsi ilə təmsil olunan Kipr s. öz geniş tərkibli təhsil heyətləri ilə iştirak edirlər.  

Sərgidə təmsil olunan ali təhsil müəssisələrindən biri Türkiyənin Maltepe Universitetidir. Bu təhsil ocağının direktoru, professor Yusuf Aksar bildirdi ki,  adıçəkilən Vakf universitetində 89 fakültə var. İllik olaraq fakültələrin müxtəlif ödəniş qiymətləri var. Məsələn, tibb fakültəsinin ödənişi 25 min dollar, bioloji sahədə 12 min, hazırlıq oxumaq istəyənlər isə 10 min dollar ödəməlidirlər. Universitet şəhər mərkəzinə çox yaxındır oteli, sağlamlıq mərkəzi, yeməkxanası var. Eyni zamanda tibb fakültəsində oxumaq istəyənlər üçün ayrıca xəstəxana fəaliyyət göstərir. Çox güclü müəllim kollektivi var. Bildirildi ki, bu təhsil ocağının bəzi dövlət universitetlərindən sosial imkanları çox genişdir: "Adıcəkilən təhsil ocağında təhsil alan çox sayda azərbaycanlı tələbələr var. Xüsusilə onlar tibb fakültəsinə üstünlük verirlər. Biz hər il Bakıda keçirilən təhsil karyera sərgisində iştirak edirik. Ziyarətçi gənclər bizm universiteti çox maraqla qarşılayırlar. Növbəti sərgidə iştirakı nəzərdə tuturuq".

Sərginin digər iştirakçısı isə Şimali Kipr Cümhuriyyətinin Lefke Avropa Universitetidir. Bu təhsil ocağı Dünya Gənclər Bankı Regional Ofisinin (DGBRO)təmsilçiliyi ilə təqdim olunur. Ofisin nümayəndəsi Nailə İsmayılova bildirdi ki, 1990-cı ildə təsis olunan bu təhsil ocağında müəyyən güzəştlər var. Orada yüksək bal toplayan gənclər 50 faiz həcmində ödəniş edir, ən yüksək bal toplayan isə ödənişdən azad olunur. Təhsil ingilis dilindədir. Sənəd qəbulu   imtahanlar Azərbaycanda keçirilir. Oktyabrın 25-dən sənəd qəbulu başlayır dekabr ayında isə qəbul imtahanı keçiriləcək. Bildirildi ki, imtahan onlayn vasitəsilə keçirilir valideyn övladı ilə birgə bu imtahanı izləyə bilər: "Bir saat ərzində cavab təqdim olunacaq ki, abituriyent hansı balı toplayıb. Bu ali təhsil ocağının digər ali təhsil ocaqlarından fərqi odur ki, burada qəbul imtahanı verən uşaq şəhid ailəsi, yaxud müharibə veteranı ailəsindəndirsə onlara güzəştlər olacaq.  Bu ayın 19-da təqdimat olacaq. Qiymətlər isə əsasən ildə 3500 -1500 dollar arasındadır. Bakıda qəbul olunduqdan sonra təhsillərini Şimali Kiprdə davam etdirəcək gənclər müəyyən hazırlıq kursu keçib ingiliscə oxuyacaq. Gələcəkdə yəqin ki, distant təhsil nəzərdə tutulur".  

Sərgidə təmsil olunan yerli ali təhsil ocaqlarından biri Azərbaycan Diplomatik Akademiyası (ADA) idi. ADA-nın stendində təhsil ocağının bu il başlayan beynəlxalq münasibətlər biznesin idarə olunması üzrə bakalavr proqramları, 2009-cu ildən həyata keçirilən diplomatiya beynəlxalq münasibətlər üzrə magistr proqramı (MADİA), ixtisasartırma layihələri (Xarici siyasət proqramı Xəzər hövzəsi ölkələrinin öyrənilməsi proqramı) barədə ətraflı məlumat əldə etmək mümkündür. Digər yerli təhsil müəssisələri sırasında Azərbaycan İqtisad Universiteti, Bakı Biznes Universiteti, "Azərbaycan" Universiteti, Azərbaycan Turizm İnstitutu s. bu kimi ali təhsil müəssisələri, habelə xaricdə təhsilin təşkili sahəsində fəaliyyət göstərən agentliklər təmsil olunurlar. Sərgidə əsas diqqət yaşı 16-dan yuxarı olan ziyarətçilər üçün nəzərdə tutulmuş "ali təhsil" "dil bacarıqlarının təkmilləşdirilməsi" sektorlarına yönəldilib. Universitet proqramlarının müxtəlifliyi, bakalavr, magistr dərəcələrinə yiyələnmək imkanı, eləcə "summer schools" adlanan yay məktəbləri xarici dil kursları sərgi ekspozisiyasının əsasını təşkil edir. Builki sərgidə "Karyera" sektoru var ki, iştirakçılar Azərbaycan ərazisində fəaliyyət göstərən öz şəbəkələrində işləyəcək ixtisaslı işçiləri sərgidə seçərək işə götürməyi planlaşdıran dünya şöhrətli otel mehmanxanalardır.

 

 

Nigar

 

Palitra.-2011.-7 oktyabr.-S.10.