Avropa otelçiliyi tarixində yenilik
"Hilton Bakı"da
yerləşən "eforea"
məftunedici şəhər
və dəniz mənzərəsi təklif
etməklə dörd
qitəni əhatə
edəcək"
"Hilton Mehmanxanaları
və Rezortları"
bu ay Azərbaycanda açılmış, brendin
ilk mehmanxanası olan
"Hilton Bakı"da Avropa
"eforea"sını - innovativ qlobal spa konsepsiyalı "Hilton spa"sını
təqdim edir. Dünən spa mediaya təqdim edildi.
Qeyd edək ki, spa yeni mehmanxananın Xəzər dənizinə
və Bakı şəhərinin ətrafına
açılan mənzərəli
23-cü mərtəbəsində yerləşir. "Eforea"
- Hilton" məkanlarında spa bütün dünya miqyası üçün
açılır. Bu, "Hilton Mehmanxanaları və Rezortları"nın Avropadakı
ilk spa məkanı sayılır.
"Avropadakı ilk məkanımız
bizim üçün
daha bir mühüm mərhələdir"
deyə "Hilton Mehmanxanaları
və Rezortları"nın
qlobal rəhbəri Deyv Horton bildirib. O qeyd edib ki,
"Hilton Bakı"da yerləşən
"eforea" məftunedici
şəhər və
dəniz mənzərəsi
təklif etməklə
dörd qitəni əhatə edəcək:
"Bu spa qonaqlara təravətlənmək,
gəncləşmək və
daha parlaq görünmək üçün
dünya səviyyəli
istirahət mühiti təqdim edəcək".
Məlumat üçün onu
da bildirək ki, Hilton spası 2010-cu ilin oktyabr ayında
"Hilton Mehmanxanaları və
Rezortları" tərəfindən
ilk qlobal spa konsepsiyası
kimi "Hilton" dünya
brendinin bayraqdarı olaraq fəaliyyətə başlayıb. Hazırda Amerika Birləşmiş Ştatlarında, Avstraliyada,
Çində, Yeni Zelandiyada və Tailandda 93 "Eforea: Hilton
spaları" mövcuddur
və açılmaqda
davam edir.
"Hilton
Bakı"nın spası
həm müalicə menyusu, həm də fərdi sahədə dünyanın
bir sıra ən gözəl spa brendlərini təqdim edəcək. Media təmsilçilərinə
bu barədə məlumat verən spa meneceri bildirdi ki, "Kerstin Florian" dəniz yosunları, palçıq, bitki ekstraktları, termal mineral
sular və mühüm yağlar da daxil olmaqla,
təbii mənbələrdən
hazırlanmış Avropa
üz, bədən və vanna məhsulları
və nəticəyə
hesablanmış müalicələr
üzrə zəngin çeşidlər təklif
edir. Məsələn,
"LITYA" unikal spa təcrübəsi
nümayiş etdirmək
üçün Avstraliyanın
milli ehtiyatlarının
bərpaedici və yenidən canlandırıcı
gücündən istifadə
edilir. "VitaMan"
kişilər üçün
Avstraliyada hazırlanmış
təbii spa və təmizləyici məhsullar
üzrə müfəssəl
xidmətlər təmin
edir. "Peter Thomas Roth" ilin sonuna qədər
bütün dünyada
"Hilton Mehmanxanaları və
Rezortları" məkanlarında
yeni otaq - hamam kolleksiyasına öz məhsullarını
və siqnatura müalicələrini təqdim
etməklə "eforea"nı
tamamlayacaq.
Qeyd edək ki, "Hilton Bakı"nın 1500 kvadratmetrlik
spası hər biri özəl duş və geyim otağına malik olan səkkiz
möhtəşəm müalicə
otağını təqdim
edir. Lüks dəyişən sahələr,
istirahət üçün
keçid zalları, cakuzi içərisində
bütün bədən
üçün hidromasaj
masaları və ənənəvi hamamlar
"Hilton Bakı" "eforea"sının tərkib
hissəsidir. Prezident
spa otağı özəl
par otağı və
sauna, 2 müalicə yatağı,
yataq- divanlara və Bakının ən möhtəşəm
mənzərəsinə malikdir.
Spanın bütün
sahələri fitnes mərkəzi və yoqa otağından dalğaları seyr etmək və günəşin doğma
panoramasını maksimallaşdırmaq
üçün dizayn
olunub. Bu məkanlara həm də 18 metrlik dairəvi üzgüçülük hovuzu
da daxildir.
"Hilton
Bakı" hazırda
"Eforea-Hilton spa" konsepsiyasına
malik olan "Hilton Mehmanxanaları və Rezortları"nın artan
kolleksiyasına qoşulur
ki, bunlara da hələki aşağıdakılar daxildir:
"Hilton Short Hills" (Nyu Cersi, ABŞ; 2010-cu ildə
açılıb); "Millennium Hilton Banqkok" (Tailand, 2011-ci ilin mart ayında açılıb): "Hilton On The Park
Melbourne" (Avstraliya, 2011-ci ilin aprel ayında
açılıb); "Hilton Pattaya" (Tailand, 2011-ci ilin may ayında açılıb); "Hilton Queenstown" (Yeni Zelandiya, 2011-ci ilin may ayında açılıb) və
"Hilton Surfers Paradise" (Avstraliya,
2011-ci ilin sentyabr ayında açılıb).
Bu il açılması
nəzərdə tutulan
digər məkanlara
"Hilton Guangzhou Tianhe" (Çin), "Hilton Sedona Resort & Spa"
(Arizona, ABŞ), "Hilton Doha" (Qatar) və
Çində ikinci
"Hilton Hangzhou Qiandao Lake Resort" daxildir. Ətraflı məlumat üçün
bildirək ki, spa mərkəzində qeyd edilənlərdən əlavə
trenajor zalı, üzgüçülük hovuzu,
türk hamamı, saunalar, aerobika, akvaaerobika və yoqa dərsləri spa üzvlərinin xidmətinə
veriləcək. Spaya üzvlük qiymətləri
aşağıdakı kimidir:
normal üzvlük- illik
3000 AZN və əlavə
300 AZN qoşulma haqqı
ödənilir. Şirkətlər
üçün 15 nəfər
olmaqla adama 2200 AZN və əlavə 220 AZN qoşulma haqqı ödənilir. Hazırda üzvlüyə qoşulma
kampaniyası davam edir. Oktyabrın 12-ə qədər üzv olanlar bir ay pulsuz üzvlük və bir spa proseduru hədiyyə alacaq və ondan heç bir qoşulma haqqı tələb edilməyəcək. Bu xidmətlərdən
əlavə digər
spa prosedurları da təklif olunur ki, buna üz
və bədənə
qulluq, masajlar daxildir. Mərkəzdə
Avstraliyanın aborogen
ənənələri ilə
hazırlanmış məhsullardan
istifadə olunur. Həmçinin hazırda
müştərilərə bir illik üzvlük
təqdim olunur. Məlumat üçün
qeyd edək ki, Hilton spası haqqında daha ətraflı məlumat əldə etmək üçün
www.hiltonglobalmediacenter.com/eforea və ya www.hilton.com/eforea internet səhifəsinə
daxil olmaq mümkündür.
İlkin AĞAYEV
Palitra.-2011.-7 oktyabr.-S.11.