Litvada Azərbaycan mədəniyyətini təbliğ edirik

 

Son zamanlar Litvadakı diasporumuz tərəfindən ölkəmizin tanıdılması istiqamətində həyata keçirilən tədbirlər daha da genişlənir. Burada Litvada təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətini xüsusi qeyd etmək olar. Müsahibimiz Litvadakı azərbaycanlı tələbələrin təşəbbüs qrupunun rəhbəri, “Odlar Yurdu”  təşkilatının Litva üzrə nümayəndəsi, hazırda Litvanın Kaunas şəhərində yerləşən Vitautas Maqnus Universitetinin “Siyasi elmlər və diplomatiya” ixtisası üzrə magistratura pilləsində təhsil alan Samir Musayev diasporumuzun fəaliyyəti, xüsusilə də mədəniyyətimizin təbliği ilə bağlı təşkil olunan tədbirlərdən danışdı: 

 

Mən 1986-cı il Zəngilan şəhərində anadan olmuşam. 2005-ci ildə orta məktəbi bitirib yüksək balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam. 2010-cu ildə xidmətimi başa vurduqdan sonra ali təhsilimi xaricdə davam etdirmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elan olunmuş müsabiqəyə qoşuldum. Akademiyada təhsil aldığım müddətdə əsas məqsədim bakalavrı uğurlu başa vurub, magistratura pilləsini Avropanın təhsil ocaqlarından birində davam etdirmək idi. Litvada təhsillə bağlı elanla qarşılaşdım və şərtləri mənə uyğun olduğundan oranı seçdim və uğur qazandım. Bizim könüllülər ordusu Litvanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrdir. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələr öncə YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdar olmalılıdır. Çünki mən və digər azərbaycanlı tələbələr bu ölkədə təhsilimizi 2010-cu il iyul ayının 12-də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçiririk. Memoronduma əsasən 20 nəfərə yaxın tələbə Litvanın müxəlif unversitetlərində müxtəlif sahələrdə təhsil alırlar. Tələbələrimiz ulu öndərimizin adını daşıyan bir qurum tərəfindən göndərildiyindən, fərqli şəhərlərdə olmalarına baxmayaraq, daim məsuliyyət hiss edirik, hər zaman dövlət və milli maraqlarımız üçün bir aradayıq. Onu da qeyd etmək istəyirəm ki, təşkil edilən tədbirlərin hamısına tələbələrimiz könüllü sürətdə qoşulurlar. Buna görə də təşkil etdiyimiz tədbirlərin nəticəsi bizi və dostlarımızı çox sevindirir. Bir gənc kimi onu deyə bilərəm ki, həyatda əsas məqsədim vətənimə və xalqıma layiqli bir övlad, vətəndaş olmaqdır. Strategiya və hədəflərim də elə bu məramımdan doğur. Ölkə xaricinə çıxandan sonra da ictimai həyatda, gənclər sektorunda aktiv bir vətəndaş olmağa çalışmışam. Ümid edirəm ki, az da olsa buna nail ola bilmişəm. Aktivliyimin əsas prinsipi ölkəmizə, dövlətimizə xalqımıza xidmət etməkdir. Bu prinsipə malik olan gənclərimizi görəndə, sözün əsl mənasında sevincimin həddi-hüdudu olmur. Çünki düşünürəm ki, gənclər böyük kütlə olduğundan bu yolla ölkəmizi dünyanın hər bir yerində lazımınca təmsil edə bilərik.

 

- Gənc diaspor nümayəndələri olaraq oradakı yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən bəhrələnə bilirsinizmi?

- Litva sovet ölkəsi olduğundan uzun müddətdir bu ölkədə məskunlaşan həmyerlilərimiz kifayət qədərdir. Onların da ölkəmizin tanıdılması sahəsində əməkləri var. Biz gənc nəslin təmsilçiləri olduğumuzdan, ölkəmizin tanıdılması, diaspor sahəsində fəaliyyətimiz daha çox gənclər, tələbələr arasında üstünlük təşkil edir. Yaşlı nəsil diaspor nümayəndləri isə daha çox yaşlı nəsil arasında öz fəaliyyətlərini həyata keçirirlər. Əminəm ki, bu yolla həm gənclər, həm yaşlı nəsil ölkəmiz haqqında informasiya əldə etmiş olur sonda uğurlu nəticə əldə etmiş olarıq.

- Azərbaycanı Avropada, xüsüsən Litvada tanıtmaq üçün xüsusilə mədəniyyətimizin təbliği istiqamətində hansı həyata keçirirsiniz?

- İndiyə qədər keçirdiyimiz tədbirlər, layihələr uğurla nəticələnib buna bir vətəndaş kimi çox sevinirəm. İlk tədbirimiz cari ildə, fevral ayının 6-da “Azərbaycan Mədəniyyət Gecəsiadlı tədbir oldu. 60 nəfərdən çox yerli xarici tələbənin qatıldığı tədbir izləyicilər arasında böyük marağa səbəb oldu. Himnimizin səslənməsi ilə başlanan tədbir tariximizi, mədəniyyətimizi, mətbəximizi özündə əks etdirən çıxış videoçarxlarla izləyicilərin nəzərinə çatdırıldı. Sonda azəri tələbələrinin milli rəqsi, həmçinin, hazırladıqları milli yeməklərimiz xarici tələbələri sözün əsl mənasında heyrətə gətirmişdi. Sonrakı işimiz elə həmin ayda 19-cu ildönümünü andığımız, Leyla Əliyevanın rəhbərlik etdiyiXocalıya Ədalətkampaniyası çərçivəsində həyata keçirdiyimiz  tədbir idi. Yüz nəfərə yaxın yerli xarici tələbənin, o cümlədən təhsil aldığımız universitetin (Vytautas Maqnus Universiteti) müəllim heyətinin qatıldığı  tədbir 1 saat 30 dəqiqə davam etdi. Tədbirin girişi üçün himnimiz səsləndikdən sonra Azərbacan tarixinə həsr olunmuş qısaca çıxış videoçarx nümayiş etdirildi. Tədbirin əsas hissəsində Xocalı soyqırımı ilə bağlı çıxış qısametrajlı film səsləndi. Hətta, effektli nəticə əldə etmək üçün Azərbaycanın Litvadakı səfirliyi Odlar Yurdu Təşkilatınındəstəyi ilə ingilis Litva dillərində hazırlanan bukletlər yüksək tirajda çap edildi tələbələr arasında paylandı. Sonda insanlar informasiya ilə təmin edildikdən sonra  həqiqətən, bu hadisələrin ermənilər tərəfindən törədilməsini öz imzaları ilə təsdiq etdilər. Tədbirlərimizdən biri sevinclə qeyd etdiyimiz Novruz bayramı idi. 120 nəfərdən çox yerli xarici tələbənin, o cümlədən professor heyətinin iştirak etdiyi tədbir Novruz adətlərinə həsr olunmuş videoçarxla başladı. Gələn qonaqları salamladıqdan sonra tələbələrimiz xarici tələbələr arasında adətə uyğun olaraq oyunlar təşkil etdi qaliblərə hədiyyələr təqdim olundu. Sonra tələbə xanımlarımızın hazırladığı milli xörəklər, şəkərbura, paxlava qoğal qonaqlarımızı sözün əsl mənasında heyrətə gətirdi. Tədbirimiz tonqal ətrafında adətlərimizin nümayişi ilə davam etdirildi. O cümlədən, tələbələrimizin milli rəqsləri qonaqların yüksək diqqətinə səbəb oldu. Mədəniyyət Turizm Nazirliyi, Azərbaycanın Litvadakı səfirliyi Odlar Yurdutəşkilatının dəstəyi təşkilatçılığı ilə keçirdiyimiz xalqımızın adətlərini, milli dəyərlərini özündə əks etdirən Novruz bayramıYallı rəqsi”nin nümayişi ilə sona çatdı. Aprel ayının 2-si tarixində Kunasda beynəlxalq tələbə təşkilatının təşkil etdiyi, məqsədi ölkələrin təqdimatına yönəlmiş 15-ə yaxın ölkənin iştirak etdiyi "Global Village" proyektində uğurla iştirak etdik. Ölkəmizi təqdim edərkən, "Sarı gəlin" mahnısını, milli rəqsimizi təqdim edərək yeganə düsmənimiz olan ermənilərin bizə necə paxıllıq hissi ilə baxdıqlarının şahidi oldum. Bu zaman, həqiqətən, azərbaycanlı olduğum üçün bir daha qürur hissi keçirdim. Ölkəmizi layiqincə təmsil etdikləri üçün xalqımız, dövlətimiz üçün əhəmiyyətli olan tədbirləri təşkil etməkdə bir araya gəldikləri üçün Kaunasda təhsil alan azərbaycanlı tələbələrə öz dərin minnətdarlığımı bildirirəm.

 - Litvada Azərbaycanın təbliği ilə bağlı keçirilən tədbirlərin reallaşmasında hansı dəstəklər alırsınız?

- Tələbələrimiz könüllü surətdə bir araya gəldikləri üçün bu sahədə fəaliyyətimiz uğurludur nəticələr bizi, dostlarımızı sevindirir. Çünki belə bir prinsip var ki, bir işə könüllü, ürəkdən yanaşdınsa o işin uğurlu nəticəsini gözləməyə dəyər. Bu işləri həyata keçirmək içimdən doğan vətənpərvərlik hissindən stimul almağı, o cümlədən tələbə dostlarımın könüllü surətdə mənə dəstək olmaları bunu mənə deməyə imkan verir. Əməkdaşlıq etdiyimizOdlar Yurdutəşkilatı bizim bu sahədəki fəaliyyətimizə yüksək dəyər verir hər zaman bizə hər sahədə dəstək göstərirlər. Biz tələbələr öz fəaliyyətini dövlətimizə xalqımıza həsr edən həmin təşkilatla əməkdaşlıq etməkdə çox maraqlıyıq bir vətəndaş kimi işlərinə yüksək dəyər veririk. Yaranmış şəraitdən istifadə edib, “Odlar Yurdutəşkilatının rəhbərliyinə, hər bir üzvünə təşəkkür edirəm işlərində uğurlar arzulayıram.Səfirlik bir ölkənin digər ölkədə akreditə olunmuş daimi diplomatik nümayəndəliyi olmaqla yanaşı, sözün əsl mənasında həmin ölkədə yaşayan həmvətənlər üçün bir güvənc, ümid yeridir. Azərbaycanın Litvadakı səfirliyi bu amalla fəaliyyət göstərir. İndiyə qədər biz tələbələr heç bir problemlə qarşılaşmamışıq, amma hər hansı problemlə üzləşəriksə Litvadakı səfirliyimizin bizə dəstək olacağına tam əminəm. Çünki biz tələbələr tərəfindən planlaşdırılan hər bir tədbirə səfirlik səviyyəsində yüksək qiymət verilməsi, həm təşkilatçılıq tərəfdən, həm maliyyə tərəfdən dəstək göstərmələri mənə səsləndirilən suala əminliklə cavab verməyə imkan yaradır. Yeri gəlmişkən, fürsətdən istifadə edib Azərbaycanın Litvadakı fövqəladə səlahiyyətli səfiri Nairə xanım Şahtaxtinskayaya onun rəhbərlik etdiyi kollektivin hər bir üzvünə öz adımdan, Litvada təhsil alan tələbələrimiz adından dərin minnətdarlığımı bildirirəm. Biz Azərbaycan gəncləri olaraq bundan sonra da fəaliyyətimizi daha da genişləndirəcək, Azərbaycan reallıqlarının çatdırılmasında, mədəniyyətinini təbliğində əlimizdən gələni edəcəyik.

 

 

Nigar

 

Palitra.-2011.-11 oktyabr.-S.7.