“XXI əsrin humanitar çağırışları”
kitabının təqdimatı olub
Bakıda
keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində dünən
M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında “XXI əsrin humanitar
çağırışları” kitabının təqdimat
mərasimi olub.
Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri
Sergey Narışkin mərasimdə iştirak ediblər. Tədbiri
açan mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Beynəlxalq Humanitar Forum ərəfəsində
işıq üzü görmüş kitab haqqında
qonaqlara məlumat verib. Akademik Ramiz Mehdiyev və Sergey
Narışkin təqdimat mərasimində
çıxış edərək Azərbaycan, rus və
ingilis dillərində nəşr olunmuş kitabın əhəmiyyəti,
eləcə də ölkələrimiz arasındakı dostluq
münasibətləri haqqında danışıblar.
Bildirilib ki, bu dəyərli nəşr AzərTAc-ın və
İTAR-TASS-ın sıx əməkdaşlığı sayəsində
ərsəyə gəlib.
Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin və
Rusiya Prezidenti Dmitri Medvedevin humanitar məsələlərlə
bağlı nitqləri, çıxışları, məqalələri,
müsahibələri əksini tapıb. Prezident İlham Əliyevin
Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçılarına təbriki ilə açılan
nəşrdə, həmçinin Azərbaycanın və
Rusiyanın dövlət başçılarının şəkilləri
də yer alıb. Təqdimat mərasimində dövlət və
hökumət rəsmiləri, Milli Məclisin deputatları,
xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri,
ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Palitra.-2011.-11 oktyabr.-S.3.