“Məqsədimiz
Bakı sakinlərinin “Eurovision” günlərinə
hazırlanmasına töhfə verməkdir”
“Ortaq Dəyərlər” İctimai
Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə “Eurovision”
paytaxtının sakini” devizi altında maarifləndirmə
layihəsinə başlayıb.
Layihədə nəzərdə tutulan işlər və
hazırda layihənin gedişi ilə bağlı
suallarımızı “Ortaq Dəyərlər”
İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin
baş redaktoru Aqil Camal cavablandırır.
- İctimai birlik olaraq “Eurovision”
mözvusuna müraciət etməyiniz nə ilə
bağlıdır?
- Təbii
ki, bu seçimin başlıca səbəbi gələn il
ölkəmizdə keçiriləcək nüfuzlu “Eurovision”
mahnı müsabiqəsidir. Bunun da Azərbaycan
üçün ictimai, siyasi, mədəni cəhətdən
böyük əhəmiyyəti var. Azərbaycan
Respublikası müstəqilliyini bərpa edən vaxtdan elan
etdiyi Avropa məkanına inteqrasiya kursu yolunda önəmli məsafə
qət edib. Avropanın nüfuzlu qurumlarına üzvlük,
Avropa Şurası qarşısında
götürülmüş öhdəliklərin yerinə
yetirilməsi, ölkədə vətəndaş cəmiyyəti
quruculuğu, insan haqları və fikir plüralizminin təmini
sahəsində aparılan siyasət Azərbaycanı Avropa məkanının
ayrılmaz hissəsinə çevirib. Bu ilin may ayında
Almaniyada keçirilən “Eurovision” mahnı müsabiqəsində
Azərbaycan təmsilçilərinin birincilik qazanması ilə
ölkəmizin Avropa ailəsində önəmi və
nüfuzu bir qədər də artmış oldu.
“Eurovision-2012” yarışması paytaxtımız Bakı
şəhərində keçiriləcək. Demək,
paytaxtımız 2012-ci ilin mayına - növbəti
yarışmanın keçirilib başa çatmasına qədər
“Eurovision” paytaxtı olacaq. Bakı şəhərinin sakinləri
isə bir il ərzində “Evrovision” paytaxtının sakinləri
hesab olunacaq. Ancaq gəlin görək, Bakı şəhəri
bütövlükdə, yəni özünün gözəl
görkəmi və ictimai mühiti ilə bu böyük musiqi
təntənəsinə hazırdırmı?
- Hazırda paytaxtda böyük
yenidənqurma və bərpa işləri gedir. Sizcə, bu,
“Eurovision” günlərinin layiqincə keçirilməsi
üçün yetərli deyilmi?
- Azərbaycan
Prezidentinin sərəncamı ilə millət vəkili
Mehriban xanım Əliyevanın rəhbərliyi altında
yaradılmış Təşkilat Komitəsi tərəfindən
“Eurovision-2012”-nin yüksək səviyyədə keçirilməsi
üçün kompleks işlər aparılır. Eyni zamanda
Bakı şəhərində aparılan genişmiqyaslı təmir
və yenidənqurma işləri Azərbaycan
paytaxtının bu mühüm müsabiqəyə layiqli
şəkildə ev sahibliyi edəcəyinə böyük
inam yaradır. Bütün bunlar “Eurovision”
yarışmasını izləmək üçün
ölkəmizə gələcək minlərlə turistin, o
cümlədən dünya
mediası təmsilçilərinin təsəvvüründə
Azərbaycanın tarixi və müasir gözəlliyini,
möhtəşəmliyini əks etdirəcək. Bununla belə
Bakı şəhərinin ictimai həyatında bəzən
mənfi xüsusiyyətlər də özünü göstəririr
ki, bu da hazırda “Eurovision” paytaxtı sayılan bir şəhər
üçün arzuolunmaz hal
sayılmalıdır.
- Konkret hansı halları nəzərdə tutursunuz?
- Bizi narahat edən
məsələ paytaxtın
müasirləşdirilməsi və gözəlləşdirilməsi
ilə baglı görülən işlərə
müəyyən dərəcədə
xələl gətirən
ictimai davranış qaydaları ilə bağlıdır. İlk
növbədə paytaxt
sakinləri tərəfindən
küçə və
parkların zibilləndirilməsi,
siqaret kötüklərinin,
məişət tullantılarının
yerə atılması,
divarlara elan və bildirişlərin yapışdırılması, müxtəlif sayt ünvanlarının yazılması,
sərnişin nəqliyyatı
idarəedicilərinin onlar
üçün qoyulan
geyim və təmizlik, həmçinin
sərnişinlərlə davranış
qaydalarına əməl
etməmələri, küçələrdə
çoxsaylı dilənçilərin
olması müasirləşən
və gözəlləşən
Bakı üçün
mənfi çalarlar təşkil edir. Nəzərə alınmalıdır ki, bu vəziyyətin
qarşıda gözlənilən
“Eurovision” günlərində də özünü göstərməsi Bakıya
gələcək minlərlə
turistin, o cümlədən
dünya media təmsilçilərinin
paytaxtımızla bağlı
təsəvvürlərində mənfi izlər buraxa bilər. Bu isə Azərbaycan
paytaxtının imicinə,
dövlət tərəfindən
görülən abadlıq
işlərinə xələl
gətirəcək haldır.
- O da nəzərə alınmalıdır
ki, bu müsabiqəni
izləmək üçün
Bakıya gələnlərin
heç də hamısı xoşməramlı
olmayacaq...
- Təbii ki. Xüsusən Azəbaycanın bu böyük uğurunu həzm edən bilməyən Ermənistan və onunla əlaqəli bəzi dairələr müsabiqənin gedişi
zamanı Azərbaycan
paytaxtı ilə bağlı daha çox mənfi məqamların işıqlandırılmasına
çalışacaqlar. Yuxarıda sadaladığımız
mənfi tendensiyalar isə Azərbaycan paytaxtını mənfi planda dünyaya təqdim etmək istəyənlər üçün
istifadə obyekti ola bilər.
Azərbaycanın uğuruna kölgə
salmaq istəyəcək
ermənipərəst dairələrin
bu bəhanələrini
əllərindən almaq
üçün bu problemə diqqət yetirmək zəruridir.
- Həyata keçirdiyiniz layihənin
məqsədi nədir?
- Dekabrın sonunadək davam edəcək layihənin əsas məqsədi Bakı sakinlərinin paytaxtımızda
gözlənilən böyük
hadisəyə - “Evrovision”
günlərinə hazırlanmasına
töhfə verməkdir.
Bu layihənin həyata keçirilməsi
ilə paytaxt əhalisi arasında
“Eurovision” paytaxtının sakininə yaraşan şəkildə yüksək
mədəni davranış
və təmizlik qaydalarına əməl olunması xüsusiyyətləri
aşılanacaq. Bununla da
dövlət tərəfindən
Bakının gözəlləşdirilməsi
və müasirləşdirilməsi
işi əhalinin mədəni səviyyəsi
ilə müəyyən
qədər ahəngdarlıq
təşkil edəcək.
Layihə çərçivəsində
problemlə bağlı
publisistik və araşdırma yazıları,
mütəxəssislərlə müsahibələr hazırlanacaq
və Azərbaycan mediasında dərc etdiriləcək. “Eurovision” müsabiqəsinin keçiriləcəyi
Bakı şəhərində
əhalinin gündəlik
ictimai həyatda təmizliyə və mədəni davranış
qaydalarına riayət
etməsinin hazırkı
vəziyyəti publisistik
yazılarda, köşə
yazılarında, araşdırmalarda
təhlil olunacaq.Azərbaycan
cəmiyyətində nüfuzu
olan ictimai-siyasi xadimlərdən, millət
vəkillərindən, ziyalılardan
layihədə qoyulan problemlə bağlı müsahibələr alınacaq.
Bu müsahibələrdə
müsahiblər paytaxt
həyatında özünü
göstərən mənfi
xüsusiyyətlər barədə
fikirlərini bildirəcək,
çatışmazlıqların aradan qaldırılması
üçün öz
tövsiyə və məsləhətlərini verəcək,
ictimaiyyətə müraciətlər
edəcəklər. Bu materiallarda Bakı şəhərinin
mənəvi mühitinin,
onun maddi simasına adekvat olması üçün
maarifləndirici tezislər
irəli sürüləcək,
təbliğedici çağırışlar
ediləcək. Paytaxt əhalisinə
paylanması üçün
hazırlayacağımız bukletdə “Eurovision” paytaxtının
sakini necə olmalıdır” sualı qoyulacaq, ictimai həyatda təmizliyə və mədəni davranışa riayət olunması kimi çağırışlar ediləcək.
Ümid edirik ki, layihə
çərçivəsində hazırlanan məqalələr
və müsahibələr,
bukletlər geniş oxucu kütləsinin diqqətinə çatdırılacaq.
Bu materiallarda qoyulmuş tezislər cəmiyyətdə təhlil
ediləcək. Sonda isə
layihənin icrasının
yekunları ilə bağlı təqdimat mərasimi keçirilərək
mövzu ictimai müzakirəyə çıxarılacaq.
Bu müzakirələr nəticəsində “Eurovision-2012”yə ictimai dəstək kampaniyasına başlamağı
da planlaşdırırıq.
- Bu kampaniya layihənin davamı olacaq?
- Bu yerdə mən Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasına
layihəmizə dəyər
verdikləri üçün
təşəkkürümüzü çatdırmaq istəyirəm.
Biz bu layihəni
növbəti ilin əvvəlində - “Eurovision” müsabiqəsi
keçirilənədək davam etdirmək niyyətindəyik və ümid edirik ki, təşəbbüsümüz
yenə də dəstəklənəcək. Və biz
“Eurovision-2012”yə ictimai dəstək
üçün bu məsələyə önəm
verən QHT və
media qurumları ilə
ciddi əməkdaşlıq
edəcəyik. Ümumiyyətlə, “Ortaq Dəyərlər” İctimai Birliyi bu layihədə nəzərdə tutulan işləri bir qədər geniş və əlavələrlə
layihə olaraq, yaxud da öz
imkanları hesabına
bu kampaniyanı davam etdirəcək.
- Sizcə, bu tədbirləri görməklə paytaxtımızın
ictimai mühitində
özünü göstərən
mənfi tendensiyaları
nə dərəcədə
aradan qaldırmaq mümkün olacaq?
- Sözsüz, biz o iddiada deyilik ki, bir
layihə ilə Bakı şəhərində
bəzi hallarda şəhərin ümumi
mənzərəsinə xələl
gətirən hallar aradan qaldırılacaq. Biz bir təşəbbüs
göstəririk. Və ümid
edirik ki, layihə çərçivəsində
yayınlanmış məqalələr
və müsahibələr,
həmçinin paylanacaq
bukletlər nəticəsində
Bakı şəhəri
sakinlərinin müəyyən
qismi “Eurovision” paytaxtının
sakini olmaq qürurunu yaşamaqla yanaşı onun doğurduğu məsuliyyəti
də dərk edəcək. Bununla da
layihə çərçivəsində
görüləcək işlər
nəticəsində maariflənəcək
insanlar mühüm beynəlxalq yarışa hazırlanan paytaxtımızın
təmiz saxlanılması,
həmçinin mədəni
mühitinin yüksəlməsinə
əməl edəcəklər.
Eyni zamanda öz ətraflarında olan sakinləri də buna sövq edəcəklər. Bundan
əlavə paytaxtın
təmizlik və abadlıq işlərinə
məsul olan dövlət qurumları layihə ilə bağlı görülən
işlərlə media vasitəsilə
tanış olacaq, problemlərin konkret ünvanını görərək onların
aradan qaldırılmasına
çalışacaqlar. Bütün bunlar
isə paytaxtımızın
qarşıdakı “Eurovision” günlərinə hazırlanmasına
önəmli töhfə
olacaq.
İlkin AĞAYEV
Palitra.-2011.-14 oktyabr.- S.6.