«Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 615 min kitab fondu var»

 

Layihə çərçivəsində müsahibimiz Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Seyid Vahabovdur. O, müsahibəyə kitabxana işi ilə bağlı fəaliyyətə toxunmaqla başladı:

- 20 ildir ki, ölkəmiz müstəqillik yolunda inamla irəliləyir. Ümummilli lider Heydər Əliyev tərəfindən söylənilmiş məşhurMüstəqilliyimiz dönməzdir, əbədidir, daimidirfikri ictimai, mədəni həyatımızın hər bir sahəsində özünü doğruldur. Hazırda yaşadığımız 2011-ci il ölkəmiz üçün böyük sosial-iqtisadi nailiyyətlər, müharibə şəraitində yaşamağımıza baxmayaraq mədəni irəliləyişlər, dünya ölkələri ilə müxtəlif istiqamətli əməkdaşlığın möhkəmlənməsi ili kimi tarixə düşəcək. Ölkəmizin bu sosial-iqtisadi, mədəni yüksəlişində digər qurumlarla yanaşı ideoloji mərkəzlər olan mədəniyyət müəssisələri əhəmiyyətli rol oynayır. Mədəniyyət sisteminin tərkibində kitabxanaların rolu xüsusilə böyükdür. Çünki tarix sübut edib ki, hər bir xalqın yaşam müddəti səviyyəsi onun kitab mədəniyyətinə, mütaliə mədəniyyətinə dərəcədə sahib olması ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev   Prezident İlham Əliyev tərəfindən mədəniyyətin, kitabxana sisteminin inkişafına göstərilən diqqət qayğı bu fikrin təsdiqidir. Heydər Əliyevin ölkədə latın qrafikasına keçidlə bağlı məlum 2001-ci il sərəncamı, İlham Əliyevin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi» ilə bağlı 2004-cü il, «Azərbaycanda kitabxanaların vəziyyətinin yaxşılaşdırılması haqqında» 2007-ci il sərəncamları ölkədə kitabxana işinin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən hüquqi sənədlər kimi özünü göstərdi. Həmçinin ölkə rəhbərinin imzaladığı 2006-2016-cı illər üçün mədəniyyət sahəsində «Dövlət inkişaf konsepsiyası» adlı sənəd Mədəniyyət Turizm Nazirliyi nazirliyin yerlərdə olan struktur bölmələrinin qarşısında böyük fəaliyyət proqramı müəyyənləşdirib. Mövcud dövlət sənədi ilə bağlı nazirliyin kitabxana sektorunun rəhbərliyi altında ölkə kitabxanalarının qarşısında duran vəzifələri müəyyənləşdirən kompleks tədbirlər planı hazırlanaraq yerlərə göndərilib. Ölkənin mədəni inkişafını daim tərəqqidə görən dövlət başçısı mövcud tədbirlərlə kifayətlənməyərək 2008-ci ilin oktyabr ayının 6-da «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı mədəniyyət turizm naziri Ə.Qarayevin 18 noyabr 2008-ci il tarixli 569 saylı əmri ölkə kitabxanaları üçün sərəncamın yerinə yetirilməsi ilə bağlı tədbirlərin istiqamətlərini müəyyən edib.

- Şəkidə kitabxana işi necə qurulub?

- Şəkidə kitabxana işinin tarixi XX əsrin 20-ci illərinə təsadüf edir. Yenicə yaranmış sovet hakimiyyəti Azərbaycanın ayrı-ayrı yerlərində savadsızlığı ləğv etmək üçün qiraət komaları təşkil edirdi. Şəkidə ilk kitabxanalar qiraət komaları şəklində meydana gəlib. Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası olan İ.S.Nakam adına kitabxananın bazası əvvəllər hədiyyələr fərdi kitab toplanması hesabına 300 nüsxə ədəbiyyatla qiraət koması kimi fəaliyyətə başlayıb. 1941-ci ildə kitabxanaya XIX əsrin II yarısında Şəkidə yaşayıb-yaratmış görkəmli şair İsmayıl bəy Nakamın adı verilib. Sonralar kitabxananın fondu zənginləşərək genişlənib, hazırda 35569 nüsxə təşkil edir. Kitabxana il ərzində 5021 nəfər oxucuya xidmət edir. Şəki Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəki Mədəniyyət turizm şöbəsinin ən böyük qurumudur. İ.S.Nakam adına Mərkəzi Kitabxana, M.Ə.Sabir adına Mərkəzi Uşaq Kitabxanası yerlərdə oxuculara xidmət göstərən 81 kitabxana-filial MKS-nin əsas strukturunu təşkil edir. Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 615 min kitab fondu var. Kitabxanalara 60 minə yaxın oxucu cəlb olunub. İl ərzində oxuculara 1 milyona yaxın kitab verilir. Məlumdur ki, ölkəmizin bütün infrastrukturları dövlət qayğısı ilə hərtərəfli əhatə olunub. Bu qayğı əsas ideoloji dayaqlar olan kitabxanalarda da özünü göstərib. Ölkə rəhbərinin «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli sərəncamından sonra ölkə kitabxanalarına pulsuz olaraq minlərlə latın qrafikası ilə nəşr olunmuş kitablar hədiyyə olunub. Şəki MKS-nin kitab fondunda bu qəbildən olan kitabların sayı 102864 nüsxə təşkil edir kitabxanalarımızın fondu xeyli zənginləşib.“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı digər rəsmi sənədlər ölkə kitabxanalarının inkişafının vahid məqsədə doğru istiqamətlənməsində böyük əhəmiyyət kəsb edib. Şəki Şəhər MKS-nin mərkəzi kitabxanasında 2002-ci ildən kompyuter şəbəkəsi yaradılıb. Mərkəzdə kompyuter vasitəsilə oxuculara xidmət işi həyata keçirilir. Oxucuların informasiya tələbatını ödəmək məqsədilə mərkəzi kitabxanada Hüquq-İnformasiya Mərkəzi yaradılıb. «Azərbaycanın ipək diyarı» mövzusunda məlumat bazası yaradılaraq kitabxananın saytında yerləşdirilib. Doğma diyarın tarixi mədəniyyətini təbliğ etmək kollektivimizin daim diqqətində olub, bu məqsədlə mərkəzi kitabxanada fəaliyyət göstərənDiyarşünaslıq kartotekasımütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilir. Həmçinin bu istiqamətdə görülən işlərŞəki”, ”Region -Şəki”, ”Şəki bələdiyyəsi”, ”Şəki təhsiliqəzetlərində işıqlandırılıb.Şəkidə kiçik orta biznesin informasiyaya olan tələbatını ödəmək məqsədilə təşkilati əməli tədbirlər görülür.Gözdən əlil insanların informasiya tələbatını ödəmək məqsədilə kitabxana fondları xüsusi nəşrlərlə komplektləşdirilib 20 adda SD-R elektron variantda disklər alınaraq gözdən əlil oxucuların istifadəsinə verilib. 2010-cu ildə kitabxananın saytı yaradılıb, həmin ilin may ayından İRBİS proqramına qoşulub. Artıq 1931 adda 102864 nüsxə kitabın, 15 adda qəzetin elektron kataloqu yaradılıb.Şəki MKS- oxuculara kitabla xidmət işi ilə yanaşı insanların asudə vaxtlarının təşkili, yeniyetmələrin vətənpərvərlik tərbiyəsi digər ictimai-siyasi, tarixi hadisələr, yubileylərlə bağlı müxtəlif mövzularda kütləvi tədbirlər keçirilir. Ümummilli lider Heydər Əliyevin elmi-siyasi irsini geniş təbliğ etmək məqsədilə hər ayın 12-də “Heydər Əliyevin elmi-siyasi irsinin təbliği”günü mərkəzi kitabxanada qeyd olunur.

- Kitabın cəmiyyətdə təbliği istiqamətində hansı işləri həyata keçirirsiniz?

- Kitabın əhali arasında geniş təbliği məqsədilə 2008-ci ildən etibarən şəhərimizin meydanlarında kitab bayramları, I Uşaq Kitab Festivalı digər geniş auditoriyanı əhatə edən kütləvi tədbirlər həyata keçirilir. HəmçininEkologiya ili”, ŞəkininAzərbaycanın sənətkarlıq paytaxtıelan edilməsi, 2011-ci ilinTurizm ili”, müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə oxucuların diqqətini cəlb edən tədbirlər keçirilir. Kitabxanalarımız tərəfindənHeydər Əliyev müstəqil Azərbaycan Respublikasının memarıdır”, ”Tarix yalnız şəxsiyyətləri yaşadır”, ”Xalqa həsr olunmuş ömür”, “Bizim Heydər babamız”, Bəxtiyar Vahabzadənin 85 illik yubileyi ilə əlaqədarPoeziyamızın Bəxtiyarı”, “M.F.Axundzadə XIX əsr mütərəqqi ictimai fəlsəfi fikrin ən görkəmli nümayəndəsidir”, Vaqif İbrahimin 65 illik yubileyi ilə əlaqədarNakam şair”, Abdulla Şaiqin anadan olmasının 130 illiyi, Nəsrəddin Tusinin anadan olmasının 810 illiyi, S.Vurğunun anadan olmasının 105 illiyi, Fikrət Qocanın 75 illiyi, Ələviyyə Babayevin 90 illiyi, 20 Yanvar, Xocalı faciələri, Beynəlxalq Ana Dili Günü, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi, Beynəlxalq Sülh Günü sair yubileylər, tarixi günlər hadisələrlə bağlı keçirilən tədbirlər daha yaddaqalan olub.Bütün bu işlərin yerinə yetirilməsində MKS-nin bir sıra əməkdaşları xüsusi fəallıq göstəriblər. 2008-ci ilin hesabat ilini yüksək nəticələrlə başa vurduğuna görə şəhərin mədəni həyatında fəal iştirakına görə Şəki Şəhər Mərkəzi Kitabxanasının kollektivi Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilənHeydər Əliyev irsinin ən yaxşı təbliğatçısınominasıyası üzrə qalib olub Fəxri fərmanla təltif edilib. Mərkəzi Kitabxananın baş kitabxanaçısı Arifə Rzayeva yüksək göstəricilərinə görə Mədəniyyət Turizm Nazirliyi tərəfindən keçirilən «İlin kitabxanaçısı-2010» respublika müsabiqəsinin yekunlarına görə Fəxri fərmanla təltif edilib.Kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində hazırda müəyyən işlər görülür, kitabxanalarda əsaslı cari təmir  aparılır,inventar avadanlıqlarla təmin edilir.Şəki Şəhər Mərkəzi Kitabxanasının binasında Mədəniyyət Turizm Nazirliyi tərəfindən aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir. Qısa müddət ərzində kitabxana yenidən oxucuların istifadəsinə veriləcək.Fəaliyyətimizin ancaq bir meyarı var - dövlətimizin ideologiyasının təbliğində əlimizdən gələni əsirgəməyək, müharibə şəraitində yaşadığımız bir dövrdə gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edərək şanlı tariximizi mədəniyyətimizi təbliğ edək. 

 

 

Anar Miriyev 

 

Palitra.-2011.-19 oktyabr.-S.7.