Azərbaycan Gənclərinin VI Forumu
Dünən Azərbaycan Gənclərinin VI Forumu başladı. Gənclər
və İdman Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
forumun iştirakçıları
öncə Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını,
sonra isə Şəhidlər xiyabanını
ziyarət edərək,
“Əbədi məşəl”
abidəsi önümə
əklil qoydular. Heydər Əliyev Sarayında keçirilən foruma
2000-ə yaxın gənc
qatılıb.
Tədbirdən əvvəl gənclər
və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında
Azərbaycan gəncliyinin
dövrlə ayaqlaşaraq,
zamanın nəbzini tutaraq, sürətlə inkişaf etdiyini bildirdi: “Hər dövrün öz tələbi var. Azərbaycan
gənclərinin inkişafını
və potensialını
həm daxildə gedən proseslərdə,
həm də beynəlxalq tədbirlərdə
görmək mümkündür.
Gənclərimiz müasir texnologiyanın
tətbiqi sahəsində,
həmçinin sosial
şəbəkələrdə uğurlu fəaliyyət göstərirlər. Biz gənclərimizin potensialından
istifadə edərək,
Azərbaycanın dünyada
tanınması istiqamətində
layihələrdən bəhrələnmək
istəyirik”. Xatırladaq
ki, Azərbaycan Gənclərinin ilk Forumu Heydər Əliyevin təşəbbüsü ilə
1996-cı il fevral ayının 2-də
keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri
Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Forum Azərbaycanın
müasir ictimai siyasi tarixində özünə layiq yer tutaraq dövlətin
gənc nəslinin hərtərəfli inkişafına
yönəlmiş strategiyasına
təkan verib. Bu günə qədər
Azərbaycan gənclərinin
5 forumu keçirilib.
Qeyd edək ki, dünənki
forumda Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti
oxundu. Müraciəti Prezident Administrasiyası
Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov səsləndirdi.
Müraciətdə deyilir:
“Sizi - Azərbaycan Gənclərinin VI Forumunun
iştirakçılarını və bütün gənclərimizi səmimi
qəlbdən salamlayır,
hər birinizə cansağlığı, xoşbəxtlik
və ölkəmizin
gələcəyi naminə
fəaliyyətinizdə uğurlar
arzulayıram”. Prezident qeyd
edib ki, hamımız üçün
əlamətdar olan
2011-ci ildə Azərbaycan
öz dövlət müstəqilliyinin bərpasının
iyirmi illik yubileyini qeyd edir. Azərbaycançılıq məfkurəsi ruhunda
tərbiyə almış
gənc nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm
rol oynayaraq ildən-ilə potensialının
gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Bu ilin iyul ayında “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”
Dövlət Proqramı
təsdiq edilib. Belə bir proqramın mövcudluğu dövlətin
gənclərlə bağlı
siyasətinin parlaq təzahürüdür. Müraciətdən
sonra, 5-ci forumdan keçən dövr ərzində görülən
işləri əks etdirən, hesabat xarakterli film nümayiş
etdirildi.Nazir A.Rəhimov
forumda bildirdi ki, gənclərin altıncı forumu Azərbaycan tarixinin ən şanlı və əlamətdar bir hadisəsi ilə eyni vaxta
təsadüf edir: “Bu
il Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının
20-ci ildönümüdür. Əldə olunmuş nailiyyətlər sırasında
gənclərlə iş
və idman sahələrində dövlət
siyasətini əlaqələndirən
mərkəzi idarəetmə
orqanı olan Gənclər və İdman Nazirliyinin yaradılmasını, müvafiq
qanunvericilik bazasının
formalaşdırılmasını, ictimai fəal gənclərin 200-dən artıq
QHT-də birləşməsini,
Azərbaycan gənclər
təşkilatlarının 30-dan artıq beynəlxalq gənclər qurumlarında
təmsil olunmasını
və “Gənclər ili”nin elan edilməsini
xüsusi qeyd etmək istərdim. Gənclər bu gün dövlət orqanlarında,
parlamentdə, bələdiyyələrdə,
biznes strukturlarında
və sair sahələrdə təmsil
olunur və cəmiyyətin inkişafına
öz töhfələrini
verirlər. Belə ki,
dövlət orqanlarına
2008-2011-ci illərdə işə
qəbul edilənlərin
60%-dən çoxunu gənclər təşkil
edib. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri
bələdiyyə sədridir”.
A.Rəhimov nazirliyin təşəbbüsü ilə
keçirilən hərbi
vətənpərvərlik oyunlarına 120 minə yaxın şagird qatılıb.Nazirin sözlərinə
görə, dövlət
gənclər siyasətinin
istiqamətlərindən biri
olan gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, xüsusilə də onlar arasında cinayətkarlığın, narkomanlığın,
QİÇS-in və digər
neqativ halların profilaktikası sahəsində
işin aparılması
daim diqqət mərkəzində olub: “Beşinci forumdan ötən dövrdə gənclər təşkilatlarının
294 layihəsi dövlət
büdcəsi hesabına
dəstəklənib. Bununla yanaşı,
Avropa Gənclər Fondu tərəfindən
42 layihə maliyyələşdirilib.
2009-2010-cu illərdə Azərbaycan Avropa Gənclər Fondundan ən çox qrant əldə edən ölkə olub. Ötən forumdan sonra
40 gənclər təşkilatı
dövlət qeydiyyatına
alınıb. 2008-2011-ci
illərdə Azərbaycan
gənclər təşkilatları
11 beynəlxalq təşkilata
üzv qəbul edilib. Hesabat dövründə Bakıda müxtəlif ölkələrdən olan
2500-dən artıq gəncin
iştirakı ilə
60-dan çox beynəlxalq
tədbir keçirilib”.
Nazir onu da deyib
ki, 1200-ə yaxın Azərbaycan gəncinin müxtəlif beynəlxalq
tədbirlərdə iştirakına
dəstək verilib.
İlkin AĞAYEV
Palitra.-2011.-26 oktyabr.-S.10.