Naxçıvan
Dövlət Universiteti Mərənd Azadi Universiteti ilə
müqavilə imzalayıb
Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli,
prorektorlar, müvafiq
fakültə dekanları və kafedra
müdirlərinin iştirakı ilə bələdiyyə və
biologiya ixtisasının tələbələri
İran İslam
Respublikasının Mərənd şəhərində səfərdə
olublar. Mərənd şəhər
İcra Hakimiyyətində keçirilən
qarşılanma mərasimində icra
başçısı Behram Rizvani və icra hakimiyyəti
nümayəndələrinin Naxçıvandan gedən
nümayəndə heyəti ilə görüşü
keçirilib. Görüşdə
çıxış edən Behram Rizvani Mərənd şəhərinin tarixi, iqtisadi-sosial vəziyyəti,
elm və təhsil sahəsindəki
yeniliklərindən bəhs edib. Məlumat
verilib ki, 250 min əhalisi olan Mərənddə
5 universitet 150 ixtisas
üzrə 14 min tələbəyə təhsil
verir.
Akademik
İsa Həbibbəyli isə öz
çıxışında Azərbaycan və İran
arasındakı dövlət səviyyəli münasibətlər,
bu münasibətlərin davamı kimi Naxçıvan MR Ali Məclisi
Sədrinin Şərqi Azərbaycanla qurduğu
qarşılıqlı əməkdaşlıqdan söz
açıb. Naxçıvan nümayəndə heyəti adından
icra başçısına hədiyyə təqdim olunub,
xatirə şəkli çəkilib. Sonra nümayəndə
heyəti Pəyame-Nur Universitetində olub. Universitetin
böyük akt zalında keçirilən görüşdə
hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra Pəyame Nur Universitetinin rektoru rəhbərlik etdiyi
universitet haqqında məlumat verib, 1987-ci ildən fəaliyyət
göstərən universitetin açıq universitet kimi məsafəli
təhsil sahəsindəki nailiyyətlərindən bəhs
edib. «Təhsil hamı üçün, hər yerdə və
hər vaxt» şüarını əsas götürən
universitetin mərkəz və filiallar da daxil olmaqla 1 milyondan
çox tələbəsi və 13000-dən çox elmi heyəti
olduğunu qeyd edən rektor,
qarşılıqlı əlaqələrin gələcək
perspektivlərindən də bəhs edib. Akademik İsa Həbbibəyli
görüşdə çıxış edərək
Naxçıvan Dövlət Universitetinin dünya universitetləri
ilə qurduğu əlaqələrdən, universitetin tədris
və təhsil sahəsindəki yeniliklərindən bəhs
edib. Naxçıvanda müasir elmi mühitin
formalaşması istiqamətində görülən
genişmiqyaslı dövlət tədbirlərindən bəhs
edən rektor, qonşu dövlətlərlə bu sahədəki
əməkdaşlığın əhəmiyyətini də
vurğulayıb. Sonra Pəyame Nur Universitetindən nümayəndə
heyətinə xatirə hədiyyələri təqdim olunub.
Görüşdən sonra universitetlə tanışlıq
olub. Dərs prosesi, universitetin maddi-texniki bazası,
korpusları ilə tanış olan heyətə universitet
haqqında geniş məlumat verilib. Sonra heyətin Mərənd
Bələdiyyəsinin inzibati binasında bələdiyyə
sədri ilə görüşü keçirilib. Bələdiyyə
ixtisası üzrə təhsil alan tələbələrə
bu sahədə qonşu dövlətin təcrübəsi
haqda geniş məlumat verilib, bələdiyyənin iş fəaliyyəti
ilə tanışlıq olub. Elə həmin gün Mərənd
şəhərində fəaliyyət göstərən və
müstəqillik illərində Naxçıvan Dövlət
Universiteti ilə ilk əməkdaşlıq müqaviləsi
bağlayan xarici universitet kimi Mərənd Azadi İslam
Universiteti ilə tanışlıq olub. 1982-ci ildən fəaliyyət
göstərən universitetin bu günədək 1 milyon 800
minədək tələbə məzunu olub. Mərənd
filialı ilə tanışlıq üçün
böyük akt zalında 34 min işçi heyəti və 1
milyon 500 minədək tələbəsi olan universitetin tarixi
və müasir inkişaf səviyyəsini əks etdirən
film nümayiş olunub. Sonra söz alan Mərənd Azadi
İslam Universitetinin rektoru doktor Əli Salmanpur rəhbərlik
etdiyi universitetin beynəlxalq əlaqələri, maddi-texnki
bazası haqda geniş məlumat verib. Azərbaycan, xüsusi
ilə İranla sərhəddə yerləşən
Naxçıvan ali təhsil müəssisələri ilə əməkdaşlığa
üstünlük verən rektor gələcək əməkdaşlığın
perspektivlərindən də bəhs edib. Sonra söz alan
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik
İsa Həbibbəyli səmimi qarşılanma və qonaqpərvərliyə
görə təşəkkürünü bildirib, Mərənd
Azadi Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu
ifadə edib. Daha sonra hər iki universitet arasında idman, mədəniyyət,
təhsil və elmi əməkdaşlığa dair müqavilə
imzalanıb. İmza mərasimindən sonra Naxçıvan
Dövlət Universitetinin rektoru Azadi İslam Universitetin fəxri
qonaqları kimi xüsusi simvolik hədiyyələrlə
mükafatlandırılıblar. Rəhbərliklə birgə
gələn tələbə heyətə də hədiyyələr
təqdim edildikdən sonra mərasim sona çatıb.Mərənd
səfəri balıq yetişdirilən vətəgələrə
baxışla davam etdirilib. Mərənd və Təbriz şəhərləri
arasında yerləşən bu yer ən çox balıq
istehsal olunan mərkəz kimi xarakterizə olunur. Müəllim
və tələbələrlə birgə vətəgələrə
baxış keçirilib, su hövzələrində
balıq ehtiyatlarının süni yolla artırılması
və bərpası, müxtəlif balıq növlərinin
yetişdirilməsi, habelə balıq yetişdirmə
texnologiyasının bioloji əsaslarının öyrənilməsi
sahəsində təcrübə mübadiləsi
aparılıb, balıqçılığın
inkişafı üçün gələcək əməkdaşlığın
zəruriliyi vurğulanıb. Naxçıvan Dövlət
Universitetinin Mərənd səfəri xoş təəssüratlarla
yekunlaşıb.
Palitra.-2011.-28 oktyabr.- S.11.