NDU-da dünyanın 10 ölkəsindən 200 nəfərə yaxın tələbə təhsil alır

 

Azərbaycanda elmin, təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz bəhrələrini verməkdədir. Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki,  Naxçıvanda möhkəm milli  əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşıb. 45-ci tədris ilinə qədəm qoymuş, 32 mindən çox məzunu olan, 11 fakültədə 47 ixtisas üzrə ali təhsilli mütəxəssislər hazırlayan Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazini əhatə edən, yeni tipli universitet  şəhərciyi bir-birinin ardınca istifadəyə verilən yeni tədris binaları ilə günbəgün daha da gözəlləşir.  

 

Təkcə 2011-ci ildə istifadəyə verilmiş, mükəmməl şəraitə, füsunkar görünüşə malik Tələbə evi, Qonaq evi, Tələbə Sosial Xidmət Mərkəzi buna parlaq sübutdur. Naxçıvan Dövlət Universitetinin magistratura üzrə dekanlığının tədris binası da əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.Universitetin rektoru, akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, universitetdə təhsilin və tədrisin səviyyəsinin yüksəldilməsi, elmin inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən danışıb. Rektor bildirıb kı, hazırda Azərbaycan MEA-nın 2 həqiqi, 5 müxbir üzvünün çalışdığı bu ali təhsil ocağında 40-a yaxın elmlər doktoru, 192 fəlsəfə doktoru fəaliyyət göstərir. Beynəlxalq əlaqələr sahəsində də böyük uğurlar əldə olunub. Dünyanın 4 qitəsində yerləşən, 50-dən  çox universitet ilə tərəfdaşlıq edən universitet Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosasiyası, İpək yolu və Qafqaz Universitetləri Cəmiyyətləri, Qara Dəniz Ölkələri Birliyində milli ali təhsilimizi layiqincə təmsil edir. Burada dünyanın 10 ölkəsindən 200-ə yaxın tələbə təhsil alır. Bu ali təhsil müəssisəsi Şərq mənəviyyatlı, Avropa təfəkkür tərzinə malik, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsinə əzmlə xidmət göstərir. Rektor universitetin magistratura pilləsinin təhsilin bakalavriat pilləsinin tamamlanmasında doktoranturanın inkişafındakı rolundan danışıb. Qeyd olunub ki, 1997-ci ildə 9 ixtisas üzrə 24 tələbə ilə fəaliyyətə başlayan magistraturada 21 istiqamət, 40 ixtisas üzrə kadr hazırlığı aparılır. Tədris prosesində 200-dən artıq professor-müəllim heyətinin iştirak etdiyi magistraturanı indiyədək 812 nəfər bitirib ki, onlardan 67-si xarici ölkə vətəndaşıdır. 2011-ci ildə bu təhsil pilləsi üzrə 38 ixtisas üzrə 119 tələbə məzun olub ki, bunlardan 35 nəfəri xarici ölkə nümayəndəsidir. Hazırda universitetdə 241 magistrant təhsil alır. Magistr məzunların işlə təmin olunmasına muxtar respublika rəhbərliyinin xüsusi diqqət qayğısından söz açan rektor xatırladıb ,  onların 112 nəfəri bu gün məhz universitetdə, öz müəllimləri ilə çiyin-çiyinə fəaliyyət göstərir.Millət vəkili, akademik  İsa Həbibbəyli çıxışının sonunda əsaslı şəkildə yenidən qurulan, ən müasir texnologiya tədris avadanlıqları ilə təmin olunan yeni binanın istifadəyə verilməsini Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə sanballı töhfə kimi dəyərləndirib, Ali Məclisin Sədrinə universitet kollektivinin dərin minnətdarlığını çatdırıb. Ərəb dili ixtisası üzrə II kurs magistr Leyla İsmayılova tələbə həmkarları adından çıxış edərək yaradılan yüksək şəraiti, göstərilən hərtərəfli qayğı etimadı elmdə təhsildə qazanacaqları nailiyyətlərlə dogruldacaqlarını bildirib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsil siyasətindən, milli elmin, təhsilin inkişaf strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil sistemində özünəməxsus yer tutaraq, milli təhsil tariximizə yaddaqalan uğurlarla imza atmaqdadır. Ali Məclisin Sədri universitetdə magistratura pilləsinin  regionda elmi-pedaqoji potensiala olan tələbatın ödənilməsi, müvafiq elmi qurumların məqsədyönlü fəaliyyətlərinin təmin olunması  məqsədilə  yaradıldığını vurğulayıb. Ali Məclisin Sədri elmi-pedaqoji kadrların hazırlanmasında, yüksək ixtisaslı mütəxəssislərin yetişməsində, elmi-pedaqojı, elmi-tədqiqat sahəsində peşəkar səviyyəli gənclərin formalaşmasındakı rolundan bəhs edib, magistr tələbələrə dəyərli tövsiyə tapşırıqlar verib. Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olub. 1908-ci ildə tikilmiş bina klassik memarlıq üslubunu saxlamaqla ən müasir, dünya standartlarına cavab verəcək şəkildə yenidən qurulub, yeni tədris avadanlıqları, son nəsil texnologiyalarla təchiz olunub. Binanın foyesində İncəsənət fakültəsinin müəllim tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanışlıq olub, beşillik tarixə malik, ayrıca kanalda yayımlanan, tədris yönlü universitet televiziyasının, yenicə yaradılmışNuhçıxanuniversitet radiosunun proqramları izlənilib. Ali Məclisin Sədri magistraturanın nəzdində yaradılmışAzərbaycanşünaslıq mərkəziTələbə Turizm Assosiasiyası”nın fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, “azərbaycanşünaslıqseçmə fənninin tədrisində əhəmiyyətli rol oynayacaq mərkəz Azərbaycançılıq ideologiyasının təbliğinə, Azərbaycanın kompleks şəkildə öyrənilməsinə, Azərbaycan diasporu ilə əlaqələr qurulmasına, dünya universitetlərinə Azərbaycan həqiqətlərinin operativ catdırılmasına xidmət  edəcək. Bu mərkəzdə azərbaycanşünaslığın ən aktual problemləri - milli tarixin, ədəbiyyatın, mədəniyyətin təşəkkül tarixi ilə bağlı elmi-tədqiqat işləri aparılacaq.Tələbə Turizm Assosiasiyası”nın yaradılmasında məqsəd otelçilik turizm işini inkişaf etdirmək, Azərbaycanın təbiətini, coğrafiyasını, turizm əhəmiyyətli ərazilərini, tarixi təbiət abidələrini öyrənmək,  tələbələrin bu sahədəki elmi-tədqiqat fəaliyyətlərini genişləndirmək dünyagörüşlərini artırmaqdır. “Tələbə Turizm Assosiasiyası”nın üzvləri bu məqsədlə Naxçıvan-Bakı-Naxçıvan istiqamətində ilk tur layihəsini həyata keçirib, Bakı şəhərinə, Qəbələ İsmayılı rayonlarına  səfər edib, Türkiyə Cümhuriyyətinin Doğu Bəyazid Qars bölgələrində olublar. Ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş, sürətli simsiz internet şəbəkəsinə malik kompyuter sinfinə, 600-dən artıq kitab fonduna malik kitabxanaya,  müasir dizayna yeni avadanlıqlara malik auditoriyalara digər otaqlara da baxış keçirilıb. Magistr dissertasiyalarının müdafiəsi, elmi konfrans simpoziumların, dəyirmi masaların keçirilməsi ücün nəzərdə tutulmuş, müasir dizayna malik akt zalında magistraturanın tarixindən, tədris elmi-tədqiqat sahəsindəki uğurlarından bəhs edənBöyük ömrün pilləsisənədli filminə baxılıb, universitetinYallıqrupu musiqi ərməğanı təqdim edib.Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov universitetdə aparılan tikinti-quruculuq işləri ilə tanış olub, yeni tədris obyektlərinin tikintisi ilə bağlı tapşırıqlar verib.  

 

 

Mehriban SULTAN 

 

Palitra.-2011.-27 sentyabr.- S.7.