“Azərbaycan xalçaları” kitabı ərəb dilində nəfis tərtibatla çap edilib

 

Bakı-APA. UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan xalqımızın zəngin daxili aləmi, dünyagörüşü gözəllik duyumunu əks etdirən Azərbaycan xalçaları haqqında dolğun elmi-tədqiqat əsaslı məlumatı ərəb dünyasında yaymaq ərəb ictimaiyyətini Azərbaycan xalqının mədəniyyəti incəsənəti ilə yaxından tanış etmək məqsədilə Azərbaycan Dövlət Xalçaçılıq Tətbiqi Sənət muzeyinin direktoru Röya TağıyevanınAzərbaycan xalçalarıadlı kitabı misirli alim Əbdülrəhman Əl-Xəmisinin redaktəsində səfirlik tərəfindən ərəb dilinə tərcümə olunub nəfis tərtibatda çap edilib.

APA-nın məlumatına görə, dörd fəsildən ibarət olan kitabda Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini əks etdirən xalçalarımızın boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz zərifliyi, yaradıcılıq təxəyyülünün gücü yüksək sənətkarlığı ilə fərqləndiyi qeyd olunmuş Azərbaycan xalça mədəniyyətinin tarixi inkişaf dövrləri, Azərbaycan xalçalarının növləri onların hazırlanma texnologiyası, mənşəyi orada əks olunan rəmzi işarələrin mənası, Azərbaycan xalçalarının yerli tipləri bu xüsusda Bakı, Quba, Gəncə, Qazax Qarabağ xalçaları haqqında geniş məlumat elmi baxımdan əsaslandırılmış faktlar öz əksini tapıb.

Oxucunun diqqətini cəlb etmək Azərbaycan xalçalarının xarakterik xüsusiyyətləri barəsində oxucuda aydın əyani təsəvvür yaratmaq üçün kitabda Azərbaycan xalçalarının çoxsaylı fotoşəkilləri özünə yer alıb.

Kitab İsgəndəriyyə kitabxanası, Misirin Dövlət Kitabxanası aparıcı elmi-tədqiqat mədəniyyət mərkəzləri universitetlərinə yayılıb, aparıcı ictimai-siyasi xadimlərə mədəniyyət nümayəndələrinə hədiyyə edilib.

Yaxın vaxtlarda Misirin aparıcı mədəniyyət mərkəzlərində kitabın təqdimatının keçirilməsi nəzərdə tutulub.

 

 

Palitra.- 2011.-27 sentyabr.- S.15.